Əli bəy Hüseynzadənin Bakıda yaşadığı illərdə yazdığı bir məktub var. Rus dilində yazılmış və on səhifədən ibarət olan bu məktub Əli bəyin sevgi etiraflarıdır. O qız kim idi? Bilinmir və heç zaman da bilinməyəcək… (Azər Turan)
Həmin məktubu təqdim edirik:
“Mərhəmətli və gözəl...
Əvvəllər hörmətli... vasitəsilə hiss və həyəcanlarımı Sizə çatdırmaq istəyirdim. Burda təəccüblü heç nə yoxdur: zahirən sakit və təmkinli görünsəm də, qəlbimdə elə duyğular meydan sulayırdı ki, danışmaqdan çəkinirdim, aşıb-daşan hisslərimi zorla cilovlayırdım. Nəhayət, çoxdan bəri deyə bilmədiklərimi məktubla Sizə çatdırmaq qərarına gəldim. Amma nə fayda! Bilirsinizmi, gecələr yuxusuz qalıb yazdığım nə qədər məktubu səhər-səhər Sizə göndərmək əvəzinə, hirsimdən necə cırıq-cırıq edib atırdım, çünki ürəyimdən keçənləri Sizin mənəvi saflığınıza və gözəlliyinizə layiq şəkildə ifadə edə bilmirdim. Nə yazırdımsa, bayağı çıxırdı. Həm də elə bilirdim, kiminsə yazdıqlarını təkrar edirəm. Keçirdiyim hisslər yeniyetməlik və yaxud tələbəlik illərimə təsadüf etsəydi, bəlkə də, ürəyimdən keçənləri ağına-bozuna baxmadan daha inamla yazardım.
Heyhat! Amma bu ilk məktubdur ki, ürəyimi istədiyim kimi boşaldıram. Mən heç vədə heç kəsə belə bir məktub yazmamışam, çünki Sizinlə rastlaşana qədər heç kimi sevməmişəm və sevginin nə olduğunu duymamışam.
Düzdür, mənim həyatımda, çətin və tənha keçən həyatımda qarşılaşdığım nisbətən tərəddüdlü anlarda da tənhalıqdan qurtaracağıma və gözəl həyat yoldaşı tapacağıma əmin idim.
Onda belə düşünürdüm, amma ürəyim sakitcə vurmağındaydı; hələ sevgi adlanan müqəddəs alova bürünməmişdi. Bəs, indi?! İndi mən ağılın, düşüncənin yox, sevgi atəşi ilə alovlanan vurğun ürəyimin səsini dinləyirəm!
Siz, yalnız Siz mənim ilk və son məhəbbətimsiniz. Bəlkə də məhəbbətimi cavabsız qoyub məni dünyanın ən bədbəxt varlığına çevirəcəksiniz, amma bilin ki, təkcə Sizi sevdiyimə görə dünyanın ən xoşbəxtiyəm. Bilsəniz Sizə nə qədər minnətdaram! Minnətdaram ki, Sizin, məhz Sizin sayənizdə sevginin nə olduğunu anladım, onun şirin əzablarından daddım, həyatın mənasını anladım.
Gecə-gündüz ancaq Sizi düşünürəm. İlahi, bu füsunkar obrazınız gözümün qabağından çəkilmir. Gecə-gündüz dua oxuyan divanə dərviş sayaq adınız dilimdən düşmür. Ağlımı başımdan elə almısınız ki, ətrafda baş verənlərdən tam xəbərsizəm. Hər şeyə qarşı biganəyəm, Sizə görə. Bir fars şairinin dediyi kimi:
“Sizin əsarətinizə düşəndən sonra,
Hər şey gözümdən düşdü...”
Kitab açıram, oxuya bilmirəm! Əlimə qələm alıram, yaza bilmirəm! Nə elmi kitablar, nə də incəsənət əsərləri - heç nə, heç nə məni maraqlandırmır. Bu saat heç nə - yer, göy, bir sözlə, kainat gözümə görünmür. Mənim üçün bircə varlıq var, O da Sizsiniz! Mən Sizinlə yaşayır və nəfəs alıram.
Sizinlə ilk dəfə rastlaşanda gözəlliyiniz qarşısında sarsıldım. Sandım ki, qarşımdakı adi bir gözəl yox, İlahinin yaratdığı canlı bir mələkdir. Əvvəl elə bildim ki, məni qara basır.
Sizə yaxınlaşmağa ürək eləmirdim. Amma Sizin gözəlliyiniz və davranışınız tədricən mənim utancaqlıq hissimə qalib gəldi, mənən saflaşmağa, ruhən qidalanmağa başladım. Ürəyimə düşən sevgi qığılcımı alovlanıb onu əbədiyyət nuruna qərq etdi. Sizə olan sevgim get-gedə şiddətləndi, həyat eşqim özümə qayıtdı... Elə ona görə də Sizə məni şərəfləndirib həyat yoldaşı olmağınızı təklif edirəm...
Mərhəmətli və gözəl...
Siz məni hər cür rəzil, ədəbsiz hərəkətlərdən xilas etdiniz, ruhumu yerdən göyə qaldırdınız. Doğrudanmı, razı olarsınız ki, ruhumun qanadları qırılsın, çiçəyim burnumda yansın? İnanmıram ki, Sizin xeyirxah qəlbiniz buna yol versin...
Yalvarıram: mənə “yox” deməyin, xeyirxah və gərəkli işlər görməyə can atan bir insanı xilas edin... Deyirlər ki, məhəbbət qoşa qanadlı olmalıdır. Niyə mən həyatın bu təbii psixoloji qanunlarından məhrum olmalıyam? Bir vaxtlar hansısa bir gözəl xanımdan ötrü yox, bir jurnal üçün, məhz jurnal üçün indiki hiss və duyğularımı ifadə edən bir şeri farscadan türk dilinə tərcümə etmişdim:
Derlər ki, könül könüldən anlar,
Əsli yox imiş bu fıkrin, eyvah!
Könlüm qəmü qüssədən qan ağlar,
Könlün sənin ondan olmaz agah.
Özüm haqqında açıqlama verməyi vacib sayıram: bilirəm ki, yaraşıqlı və cəlbedici deyiləm!.. Yox, mənim elə ali keyfiyyətlərim yoxdur. Amma həqiqi, alovlu və səmimi sevgim sayəsində Sizin rəğbətinizi qazanacağıma inanıram. Onu da diqqətinizə çatdırmalıyam ki, varlı-hallı deyiləm. Amma Sizi əmin edirəm ki, çalışqanlığımla Sizdən ilham ala-ala dünyanın istənilən ölkəsində, istənilən şəhərində yaşayıb işləyə-işləyə birgə həyatımızı təmin edə bilərəm. Bir də təkrar edirəm, gözəl ... mənim sevgimi rədd etməyin. Məni xilas edin! Mən sizin ali ... anlamadım və anlamaq iqtidarında deyiləm, anlamağa da qorxuram! Sizdən cavab gözləyirəm!..
Sizin pərəstişkarınız...”
Teleqraf.com
Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025