Bir dəfə məhkəmə salonuna gətirilərkən, yanında dayanan ingilis əsgərdən soruşur:
- "Bir alman möhtəşəm insan deməkdir, cənab zabit! Bəs iki alman nədir?" - Zabit susur, Gerinq davam edir: "İki alman - ittifaq deməkdir! Bəs üç alman nədir?! İngilis əsgər "nədir?" sualını verir. Gerinq, "Üç alman - müharibə deməkdir!" - deyir və digər məhbuslarla birlikdə qəhqəhə çəkərək gülməyə başlayır.
İçəri daxil olanda Gerinq üzünü həmin əsgərə tutub: "Bir ingilis - axmaq deməkdir. İki ingilis - iki axmaq deməkdir. lakin, üç ingilis - imperiya deməkdir." - deyərək zala daxil olur...
Dəhşətli müharibə sona çatmışdı. Planetdəki bütün qitələrə zərər vurmuş, yüzlərlə şəhəri xəritədən silmiş və ən əsası 60 milyondan çox insanın ölümünə səbəb olan bəşəri müharibəni başladanların dünya qarşısında cavab vermə vaxtı da artıq gəlib çatmışdı. Tarixə məşhur "Nürnberq Prosesləri" adı ilə düşəcək uzun və ilk beynəlxalq məhkəmələr seriyası 1945-ci ilin 20 noyabrından, 1946-cı ilin 1 oktyabrına qədər davam etdi. Baş günahkar Adolf Hitler ya qaçmış, ya da müttəfiqlərin iddia etdiyi kimi intihar etmişdi.
III Reyxi idarə edən digər böyük şəxslərdən; Hitlerin ən sadiq dostu, Təbliğat və İnformasiya Naziri, vərəm xəstəsi, lakin fəlsəfə doktoru - reyxsministr Yozef Gebbels 45-ci ilin 1 mayında 5 azyaşlı qızını və 1 körpə oğlunu zəhərlə öldürtdürmüş, sonra isə həyat yoldaşı ilə birlikdə intihar etmişdi.
Rəqiblərinin Hitlerdən daha çox qorxduğu, "SS" dəstələrinin komandanı, gizli polis və kəşfiyyat şefi - reyxsfürer Heynrix Himmler xilas yolunun olmadığını başa düşüb, 23 mayda zəhər içərək intihar etdi. Bunlardan başqa onlarla ordu generalı və dövlət xadimi də fürerə sədaqətlərini son anlarına qədər qoruyaraq intihar etmişdilər.
Geridə isə Nasist Almaniyası və Partiyasının 24 nəfər lideri qalmışdı. Bunlardan Martin Bormann (partiya katibi) məhkəmələrdə qiyabi olaraq iştirak etdi, çünki o da qaçmışdı. Hərhalda, onun kəllə sümüyü 1972-ci ildə tapılaraq ona aid olduğu təsdiqləndi.
Dünya qarşısındakı 23 nəfərdən ən nəhəng şəxs isə təbii ki, reyxsmarşall Hermann Gerinq idi. O gəncliyində, I Dünya Müharibəsindəki şücaətinə görə Almaniyanın Milli Qəhrəmanı və xalqın sevimlisi olmuşdu. Düşmən təyyarələrini vurmasına görə o rekorda sahib bir pilot idi. Hitlerdən sonra hakimiyyətə gələcək şəxs də o sayılırdı. Gerinq Hitlerin hakimiyyəti dövründə çoxlu vəzifələrə sahib oldu.
O, eyni vaxtda həm Reyxstaq (Almaniya Parlamenti) sədri, həm 41-45-ci illərdə Kansler (baş nazir), həm də ən əsası Hərbi Aviasiyanın komandanı idi. Bu qədər qəhrəmanlığı və vəzifələri olsa da Gerinq olduqca nizamsız həyat yaşamışdı. İçki və qadınlara düşkünlüyü bəzən Hitlerin də səbrini daşırırdı. Məhkəmədə məhbusların içində ən başıdik dayanan o idi. Artıq edamla razılaşmışdı. Hakimlərə və digər iştirakçılara dayanmadan söz atır, onları alçaldaraq hər zaman ideallarına haqq qazandırırdı.
Məhkəmə nəticəsində bəşəriyyətə qarşı cinayətdə təqsirkar bilinən və asılaraq ölümə məhkum edilən Hermann Gerinq qərardan hiddətlənmiş və bağıraraq demişdi: "Mən bir əsgərəm! Əgər ölümə layiqəmsə, məni güllələməlisiniz! Asılmaq bir əsgərə yaraşan deyil!" Lakin qərar dəyişmədi.
İnadkar Gerinq asılmağa aparılan gün kamerasının keşikçisi və özünə heyran olan əsgərdən şəxsi əşyalarını gətirməsini xahiş etdi. Əsgərə bir neçə əşyasını xatirə olaraq hədiyyə edib, qutuda gizlətdiyi sianid turşusu kapsulunu içərək, 53 yaşında intihar etdi...(nuh.az)
Fuad Sarı
Elmlər Akademiyası akademik nəşrlər buraxır, orda Səfər Alışarlının adı yoxdur. Bu elə döyülməkdir - Səfər Alışarlı
14.12.2019Ana, evdar qadın, jurnalist və siyasətçi – “Dəmir Ledinin” həyatı
13.12.2019Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12.12.2019"Tarix heç nəyi silmir" - Heydər Əliyevin müdrik kəlamları
12.12.2019ORDA BİR KƏND VAR, UZAQDA... ...Getməsək də, görməsək də, O kənd - bizim kəndimizdir... O kənd - Böyük Qaraqoyunludur...
11.12.2019Qarabağın tarixi ərazisi və sərhədləri
10.12.2019Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri
09.12.2019Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
07.12.2019Nərimanlı kökənli idmançı respublika çempionatında qalib oldu
07.12.2019Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Şamaxıda keçirildi.
07.12.2019Eşq bir sirdir...
06.12.2019Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov
04.12.2019Xəzərin “udduğu” neftçilər - Dəhşətli hadisədən 4 il keçdi
04.12.2019Kişilik simvolu və Cahandar ağa
04.12.2019Almaniya ordusunun qorxusu – Hitler türkiyəli generallarla niyə görüşmüşdü... (FOTOLAR)
03.12.2019Ermənilərin köçürülməsinə qarşı Naxçıvanda Keçili üsyanı
02.12.2019Rus çarları ermənilərə niyə nifrət edirdilər?
30.11.2019MƏRHƏMƏTƏ ATILAN GÜLLƏ
29.11.2019Yaratdığı təriqətlə 900 insanın bir gündə intihar etməsinə səbəb olan Cim Cons – Qatil, yoxsa kahin? - FOTO
28.11.2019Dərbənddə doğuldu, Bakıda dəfn edildi – teleqüllənin təşəbbüskarı olan general Rəsulbəyovun həyat yolu
27.11.2019“XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTOLAR
27.11.2019Dünya Gənc Türk Yazarlar Birliyi şeir müsabiqəsi keçirib
27.11.2019SSRİ-nin birinci xanımı olan bakılı qızın intiharı – General Qusevin işvəkar arvadının baiskarlığı
26.11.2019"Erməni soyqırımı" yoxdur deyən fransız yazar: "Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı" - FOTOLAR,VİDEO
26.11.2019Unutqanlıq, yaxud tarixi unutqanlığın ibrət dərsi - BİRİNCİ YAZI
25.11.2019Azərbaycanlı jurnalist Şuşadan yazdı...
25.11.2019Qorki və Stalin münasibətləri haqqında çoxlarının bilmədiyi faktlar
24.11.2019NƏRİMANLI KƏNDİNİN ŞƏHİD KÜNBƏZİ
22.11.2019Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadov
22.11.2019Rəsulzadə Türkiyədən niyə getdi?
21.11.2019Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş vermişdi? - Şahidlər danışır
20.11.2019ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı general - 25 İLLİK SİRR
20.11.2019Bu gün həyatdan nakam getmiş şair Zərdüşt Şəfinin doğum günüdür
19.11.2019Sufilik və Hürufilik
19.11.2019Tarixçi Həcər haqqında iddiaları alt-üst etdi: “Onun erməniyə ərə getməsi...”
18.11.2019ELNUR İRƏVANLI- şeirlər
17.11.2019Milli Dirçəliş Günü
17.11.2019Atam getmişdi ki, Səməd Vurğunu Göyçəyə - Aşıq Ələsgərin qəbrini ziyarət etməyə gətirsin - Əhliman Əmiraslanov
16.11.2019Himnimiz necə tapıldı?
15.11.2019Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi?
14.11.2019Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut
12.11.2019Albanların xiristanlığı qəbul etməsi
07.11.2019Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...
07.11.2019Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti
06.11.2019Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
06.11.2019Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...
05.11.2019"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
04.11.2019Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR
04.11.2019Dronqo kimdir?
01.11.2019O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar
01.11.2019