ELNUR İRƏVANLI- şeirlər

20:15 / 17.11.2019
Baxılıb: 5716

 

Başını götürüb gedir adamlar

 

Gedəndə ağlamır, gözündə ancaq

Yaşını götürüb gedir adamlar.

Dadıb hər nemətin təamlarından

Aşını götürüb gedir adamlar.

 

Qırış yağır, düyün düşür yanağa,

Əməllər ələnib çıxır qırağa.

Canını tapşırıb qara torpağa

Başını götürüb gedir adamlar.

 

Alır xələtini, alır payını,

İtirir səsini, hay-harayını.

Qoyur bu dünyada ömrün yayını,

Qışını götürüb gedir adamlar.

 

Görən gözlərinin qarasındakı,

Dostların səfində, sırasındakı,

Ölümlə qalımın arasındakı

Yaşını götürüb gedir adamlar.

          xxxxx

Dünya qədim mağaradır

 

Aran kəsibdir aranı,

Görünməyir, dağ haradır.

Köhnə şəkil kimi həyat

Elə bil ki ağ-qaradır.

 

At başını torpaqda yat,

Ya da uçub göylərə çat.

İnsan canlı bir eksponat,

Dünya qədim mağaradır.

 

Qara günlər qaralıb bax,

Üzümüzə olubdur ağ.

Dünyaya gəlib yaşamaq

Toydan sonra nağaradır.

            xxxxx

Çətindir burda yaşamaq

 

Mərhum şair Cabir Savalana

 

Çətindir burda yaşamaq,

Bəs ölmək orda necədir?

Ruhlar zülmətdən sıyrılıb

Parlasa nurda, necədir?

 

Çox deyilib, çox bu haqda,

Yer yaxındır, göy uzaqda.

Quzu adamlar torpaqda

Yem olur qurda, necədir?

 

Çoxları fənaya getdi,

Tikdiyi binaya getdi.

İbrahim Minaya getdi,

Bəs Musa Turda necədir?

 

Gülüşü dərd gülənlərin,

Örüşü yox ölənlərin.

Salamı var gələnlərin,

Gedənlər gorda necədir?

        xxxxx

Bir zamanlar...

 

 Əvvəl səni sevirdim,

 Sonra həsrətini.

 İndi nə sən varsan,

 Nə də həsrətin.

 Bircə bir vaxt

Getdiyimiz uzun yol var

Hər gün məni aparır

 Xatirələrimizgilə...

 

        xxxxx

      Gəl...

Yaman darıxmışdım səndən ötəri,

 Nə yaxşı bu gecə yuxuma girdin.

 Bir az saralmışdın çəkib qəhəri,

  Elə bil çıxmışdı üzünə dərdin.

 

 Zülmətlər içində itən eşqimi

Axtardım, tapmadım, yanmayırdı şam.

Gündüzlər nur saçan bir günəş kimi

Qüruba enmişdin sən də bu axşam.

 

Gözlədim kölgəni səhərə qədər,

Gələsən, diksinəm ayaq səsindən.

Gözündə nəm vardı, üzündə kədər,

Əzəlki gördüyüm sən deyildin sən.

 

 Pəncərəm önündə yellənir külək,

 Hisdi, həyəcandı gəlib-gedənim.

 Gəl bu ömür yolun qoşa gözləyək,

 Bələdçim olmasın tənhalıq mənim.

         xxxxx

Sağ olsun, ayrılıq gəlir...

 

Nə olubdur yenə belə,

Səsin qırıq-qırıq gəlir?

 Qəhər boğur nəfəsini,

 Köməyə hıçqırıq gəlir.

 

  Günəş yanar istimizə,

  Kədər durar qəsdimizə.

  Sən susanda üstümüzə

  Dərd geyinib çarıq gəlir.

 

  Qoşulub hicran köşkünə,

  Gəlib qəm çıxıb püşkümə.

  Sən gedəndən görüşümə

  Sağ olsun, ayrılıq gəlir...

 

              xxxxx

Bənzəyir bir uzun yola saçların

 

Uzaqlardan mənim keçib gəldiyim

Bənzəyir uzun bir yola saçların.

Gizlət örpəyində, qoru bəd gözdən,

Qoyma ki sarala, sola saçların.

 

Çox arzum yıxılıb yar ağacından,

Daha bar ummuram bar ağacından,

Asdırıb eşqimi dar ağacından

Zəncirtək boynuma dola saçların.

 

Elnuram, tapmadım dünyanın çəmin,

Görmədim sevincli, nəşəli dəmin.

Satıb bu dünyaya dərdin, ələmin

Ağlımı başımdan ala saçların.


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər