Deyirlər, “azadlıq verilmir, alınır”. Zaman-zaman azadlığımızı əlimizdən alanlara qarşı savaşanlar öz canları, qanları bahasına onu qazanmağa çalışıblar. Bunlardan biri də Molla Mustafa Şeyxzadədir.
Stalinin amansız rejiminin qurbanlarından olan Şeyxzadənin qız nəvəsi Mahir Qədimli 1930-cu il Şəki üsyanı və babası haqqında Sputnik Azərbaycan-a danışıb: "Babam Molla Mustafa 1906-cı ildə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində, ruhani ailəsində anadan olub. O illərdə məhv edilən insanların, demək olar ki, hamısı vətənpərvər, öz xalqını, dövlətini sevən şəxslər idi. 1930-cu il Şəki üsyanının başında savadlı, iti zəkaya və poetik ilhama malik olan Molla Mustafa Şeyxzadə dururdu. Onun babası Şeyx Əhməd saflığı, dini dəyərlərə sonsuz məhəbbəti, hörmət və ehtiramı ilə el-obanın gözündə övliya səviyyəsinə yüksəlmişdi".
Molla Mustafa Şeyxzadə
Mustafa Şeyxzadə 1920-1924-cü illərdən başlayaraq, o vaxtkı Sovet hakimiyyətinə qarşı gizli təbliğat aparıb. Azərbaycan Demokratik Respublikasını (ADR) 1920-ci ildə rus qoşunları devirdikdən sonra, mübarizəyə başlayıb, o vaxtkı Stalin rejimini devirməyə çalışıb. Həmin dövrün diktatorlarının xalqa verdiyi zülmlər, kolxozlaşma, torpaqların əhalinin əllərindən alınması və digər haqsızlıqlara qarşı öz münasibətini göstərərək, xalqı ayağa qaldırıb.
Şeyxzadə silahdaşları ilə
İnqilabçının nəvəsi 30-cu il üsyanının başlama səbəbinə də aydınlıq gətirib: "Babam Molla Mustafa 1930-cu ildə Baş Göynük kəndində yaxın silahdaşları ilə birgə evdə məsləhət-məşvərət apararkən xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb, onlara qarşı silahlı basqın olub. Babama oturduğu yerdə o dövrkü “NKVD”nin işçiləri tərəfindən atəş açılıb, güllə əlindəki çay stəkanına dəyib. Bu hadisə Nuxada 1930-cu il üsyanının bir neçə gün tez başlamasına rəvac verib".
Üsyana başçılıq edən Şeyxzadə həmin vaxt Nuxanın bir qrup dövlət və hakimiyyət orqanlarını - o dövrkü həbsxananı, poçt-rabitə idarəsini, çörək zavodunu və digər idarə və müəssisələri - ələ keçirib. Həmin müddətdə 13-17 gün hakimiyyəti öz əllərində saxlayıblar.
Mahir Qədimli
Mahir bəyin sözlərinə görə, Şeyxzadə və onun silahdaşları həbsxananın qapısını açaraq dustaqları azad edib, çörək zavodunu özləri işlədib, poçt-rabitə və digər idarələrdə öz hakimiyyətlərini qurublar: "Nuxada hakimiyyətdə olduqları zaman çörək zavodu “Mator aralığı” deyilən məhəllədə olub. Aralığının qarşısında, Qurcana çayının sağ tərəfində, köhnə mətbəə yerləşən yerdə keçmiş binaların dam örtüyündəki kirəmitləri bir neçə yerdən qaldıraraq, həmin çörək zavoduna çoxsaylı silah tuşlayıblar. Bundan xəbər tutan babam, yaxın sirdaşı, arıçı Yaqubla birlikdə dövlət orqanı işçilərinə öz qəti göstərişini verib ki, oradan silahlarını yığışdırsınlar".
Şəkidən sonra Qarabağda, Gəncədə və digər rayonlarda da əhali ayağa qalxıb. Üsyanın pərakəndə başlamasından istifadə edən rus qoşunları Nuxaya gəlib, şəhərin cənubundan - Qışlaq adlanan ərazidən ora daxil olublar. Rus qoşunu güclü olduğundan, əhali arasında çox qırğın olmasın deyə, 13-17 gün əldə saxladıqları hakimiyyəti məcbur əldən verərək, dağlara çəkilməyə məcbur olublar.
"Nuxa rayon Aşağı Şabalıd kənd sakini Ədil əmi danışardı ki, babamın üsyana başladığı vaxt Nuxanın Aşağı Qışlaq adlanan yerinə Türkiyədən köməyə gəlmiş insanların içərisində Nuru Paşa və Ənvər Paşa da olub. Rus qoşununun çox güclü olması babamın dağlara çəkildikdən sonra bir müddət inqilabçıları çöllükdə, meşələrdə, dağlarda yaşamağa məcbur edib. Babam molla Mustafa bir neçə il dağlarda, meşələrdə yaşayıb. Yerli sakinlər inqilabçıları gizli olaraq yeməklə təmin ediblər".
"Babam molla Mustafa bir müddət dağlarda yaşayandan sonra Baş Göynük, Baş Şabalıd və digər qonşu kənd sakinləri, öz yaxın sirdaşları ilə birgə Baş Göynük kəndinin dağlarındakı son yığıncaqda - Danavec adlanan yaylaqda vida görüşü keçirib. Kəndlilərdən, silahdaşlarından Sovet hakimiyyətinin tələblərinə əməl etmələrini, silah-sursat və digər gizlətdikləri əşyaları təhvil vermələrini xahiş edib. "Biz artıq bu gündən sizdən ayrılırıq. Bizimki bura kimi idi, hər şey artıq bitdi" deyərək, ayrılıb" - deyə M.Qədimli əlavə edib.
Molla Mustafa Şeyxzadənin Bayıl həbsxanasında çəkilmiş rəsmi
Bundan sonra Şeyxzadənin daha da çətin, acınacaqlı günləri başlayıb. O, yaxın dost-tanışları yaşayan Zaqatala rayonunun Kəpənəkçi kəndinə üz tutub. Həmin kənddəki yaxın dostları Rizvan və Osmana sığınıb, bir müddət həmin kənddə su dəyirmanında gizli yaşayıb. Gündüzlər çöllərdə, meşələrdə, gecələr isə həmin dəyirmanda yaşayan gənc inqilabçını kənd sakinləri yeməklə təmin ediblər. Müəyyən müddətdən sonra həmin ərazini tərk edən Şeyxzadə gizləndiyi dəyirmanın tirlərinə "Molla Mustafa getdi" yazıb.
Molla Mustafa Kəpənəkçi kəndi ərazisindən gizli meşə və ara yollar vasitəsilə Gürcüstana gedib. Tiflisdə bir müddət başqa adla müəllimlik edən Şeyxzadə başına gələcək müsibətlərdən bixəbər olub. Mahir bəyin dediyinə görə, babası öz həmyerlisinin güdazına gedib: "Həmin dövrlərdə Balakən rayonunda bir nəfər at oğrusu saxlanılıb və həmin şəxs Şeyxzadənin harada olmasından xəbərdar imiş. Oğru canını həbsdən qurtarmaq məqsədilə xüsusi xidmət orqanlarının işçilərinə deyib ki, sizə çox önəmli bir insanın yerini deyə bilərəm. Onlar da, "de, səni tam azad edək" deyiblər. Həmin oğru da deyib ki, "sizə Nuxa üsyanının başçısı Şeyx oğlu molla Mustafanın yerini deyərəm". Və sonra həmin orqan işçiləri ilə birlikdə Tiflisə gedib, orda Şeytan-bazar adlanan yerdə Cümə Məscidinə gələn zaman babamı insanların içərisində nişan verib".
Həmyerlisi gənc inqilabçının çevik insan olduğunu və onun üzərində iki ədəd hazır tapança olduğunu deyib. Bunu bilən xüsusi xidmət orqanı işçiləri molla Mustafa olan evi mühasirəyə alıblar. Onlardan bir neçəsi mülki formada həmin evə daxil olub. Yaşadığı evə gələn çağırılmamış qonaqların əsl niyyətindən bixəbər olan Şeyxzadənin süfrə arxasında qəflətən qolundan tutublar. O isə "mərifətiniz, insanlığınız olsun, qabağınızda süfrə, çörək var" deyib.
Nuxa-Balakən arasındakı köhnə ata-baba yolu ilə molla Mustafanı Nuxaya gətiriblər, Xan sarayının ərazisindəki həbsxanaya təhvil veriblər. Bir müddət Nuxa həbsxanasında saxladıqdan sonra, onu Bakıya - Bayıl türməsinə aparıblar. Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun xüsusi göstərişi ilə Şeyxzadəyə güllələnmə cəzası verilib. Ancaq həmin vaxt Stalinin göstərişi ilə ölüm hökmü ləğv edilib və Şeyxzadəyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Molla Mustafa Şeyxzadənin papağı
"Stalin babamı öz yanına çağırıb, "sən, gənc bir oğlan belə bir nəhəng dövləti necə yıxmaq istəyirdin?" deyə soruşur. Babam Stalinə belə cavab verir: “Siz, yoldaş Stalin, 300 il hakimiyyətdə olan Nikolay sülaləsini yıxıb məhv etmisiz. Mən də sizin qurduğunuz hakimiyyəti yıxıb, özüm istədiyim xalqıma, millətimə, torpağıma sadiq bir dövlət qurmağa çalışırdım. Sizin hakimiyyətiniz baş tutdu, ancaq mənimki alınmadı". Babam üsyana başlayanda 24 yaşı olub" – deyə həmsöhbətimiz bildirib.
Molla Mustafa həbs olunduqdan sonra onun ailəsinə və nəslinə qarşı çox güclü, amansız repressiya başlayıb. Nuxa şəhərinin yuxarı hissəsində, Xan məscidi yerləşən yerin yaxınlığında və Baş Göynük kəndində Qaraqamış-Dəvəyatan yolunun üstündə, o dövrdə 4 illik "şkol" adlanan məktəbin yaxınlığında quyu qazılıb. Başqa günahsız insanlarla birlikdə Molla Mustafanın qohumları və ailə üzvləri də güllələnərək həmin quyuda basdırılıb. Həmçinin anası Əminəxatun xanım, əmisi Sadəddin, bacısı Xədicə, həyat yoldaşı Ana qucağında oğlu ilə birlikdə öz mülklərindən, yurdlarından çıxarılaraq, sürgün olunub.
Ailəsini, övladını, öz həyatını xalqın azadlığı üçün qurban verən Şeyxzadənin bir arzusy olub: 1918-1920-ci illərdə Məmməd Əmin Rəsulzadənin başçılığı ilə qurulan Azərbaycan Demokratik Respublikasının müstəqilliyini bərpa etmək. Hər bir azərbaycanlı kimi Şeyxzadə də Rəsulzadəyə sonsuz sevgi bəsləyib. Onun adını və yolunu əziz tutub, öz övladlarının adını Məmməd Əmin qoyub. Birinci oğlu Məmməd Əmin hələ Baş Şabalıdda olarkən vəfat edib. İkinci oğlu olduqda yenə adını Məmməd Əmin qoyub. Sürgünlük həyatındakı çox ağır dözülməz şərait və zülmlər ikinci körpənin də məhvinə səbəb olub.
Gənc inqilabçının nəvəsi bildirib ki, Şeyxzadənin xanımı bir müddətdən sonra sürgündən geri qayıdıb: "Nənəm 20 yaşından həyat yoldaşı Mustafadan ayrı düşüb. Çox gənc olan nənəm 20 yaşından 83 yaşına, yəni ölən günə kimi babamın həsrətini çəkib, yolunu gözləyib, başqa ərə getməyib".
1972-ci ildən bu günə kimi Şeyxzadə Mustafanın yurdunda yaşayan Qədimli babasının adının tarixdən silinməsindən narahatdır: "Bu günə kimi babamın millət, xalq yolunda öz həyatını, ömrünü, ailəsini qurban verməsinə baxmayaraq, onun haqqında maraqlanan, adını ucaldan və əbədiləşdirmək istəyən olmayıb. Babam haqqında məlumatları onun sirdaşlarından, yaxınlarından, dövrünün ziyalılarından toplayıb, əlyazma şəklində saxlamışam. Amma bir gün mən olmayacam. Bu yazılarla da maraqlanan olmayacaq. Yaxşı olar ki, tarixçilərimiz, elm adamlarımız bunun üstünə düşsün. Tarix kitablarında bu mövzuya çox az yer verilib. Əvvəllər müstəqil deyildik, indi ki müstəqilik. Öz keçmişini unudan xalqın gələcəyi də olmaz".
Qeyd edək ki, Şəki rayonunun Baş Göynük kəndində yerləşən, Eldar Abdullayevə məxsus həyətdəki quyuda 31 nəfər günahsız insanın qalıqları var. Onlar amansızlıqla güllələnərək həmin quyuda toplu halda basdırılıblar. Təəssüf ki, bizim qanla yazılmış tariximizin ən tutarlı sübutu olacaq həmin quyu kol-kosların içində itib-batıb. Mahir bəyin də ən böyük arzusu həmin ərazini kol-koslardan təmizləyib, o toplu məzarı dünyaya tanıtmaqdır. Bunun üçün tarixiçilərimizin və aidiyyatı orqanların üzərinə böyük yük düşür.(karabakhmedia.az)
Şahpəri Abbasova
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024