Azərbaycan sözünü
yerləşdirə bilmədi,
xəritənin üstünə.
“Azər “ yazdı,
“ Bay” yazdı,
Dedi ki,
” Can “sözünə
yer azdı.
Nazilə Gültac – həkim, şair. İxtisasca terapevtdir. AYB- nin üzvüdür, Prezident təqaüdçüsüdür.
“Suya yazılan sevda”, Yaşıl pıçıltı”, “ Qəlbdən dodağa”, “Ben Gönlümü bilmezmiyim”? “ Sevgi yağmuru” ( Türkiyə) şeirlər kitabının müəlifidir. Şeir və hekayələri vaxtaşırı yerli və xarici mətbuatlarda dərc olunur. Bir çox almanaxlarda çap olunmuşdur.
Qardaş Türkiyədə dəfələrlə şeir şölənlərində iştirak etmişdir. Azərbaycan- Türkiyə ədəbi əlaqələrinin inkişafında xidmətlər göstərir.Qardaş ölkənin yazarlarının bir çoxunun şeir və hekayələrini bizim türkcəmizə uyğunlaşdırıb, çap etdirmiş, onların Azərbaycanda səfərini təşkil etmiş, möhtəşəm tədbirlərə imza atmışdır. Hal-hazırda Azərbaycanın bir çox yazıçı və şairlərindən ədəbi nümunələr çevirərərək, Türkiyənin tanınmış şairi Coşkun Karabulutla bərabər Türkiyədə yayımlanmasına və tədbirlər keçirilməsinə ortaq proqramlar hazırlayır.
Bakı şəhərində yaşayır. İki övladı var.
MƏN HƏKİMƏM
İnsan oğlunun
üzündəki əzabları
oxuyuram.
Acısını, ağrısını
öz canımda
duyuram.
Bir qəmli göz görəndə
göz yaşımı gizlədib
güldürürəm dərdini.
Canından can ayrılana,
qan verirəm qanımdan.
Ağ xalatın işığından
aydınlanır qaranlıqlar.
Mən şam kimi əriyirəm.
Kimsə bilməz nə çəkirəm,
Iztirabdan, ağrılardan
sızıldayan ürəklərdən
xallar düşür ürəyimə.
Sağalmayan
yaralara
bir məlhəməm.
Mən həkiməm.
XXX
VƏTƏN XƏRİTƏSİ
Qızım çəkdi
Vətən xəritəsini.
Azərbaycan sözünü
yerləşdirə bilmədi,
xəritənin üstünə.
“Azər “ yazdı,
“ Bay” yazdı,
Dedi ki,
” Can “sözünə
yer azdı.
Məndən
yardım istədi.
Baxdım xeyli
ana yurdun
paralanmış köksünə,
dağ çəkilən səddinə.
Dəmirqapı Dərbəndin
qapısını döymədim.
“C”-nı cənuba yazdım,
dedim canımız orda.
Qızım çoxumuz orda.
“A” qondu Borçalıya,
and yerimizdi dedim.
“N”-nı qərbinə yazdım.
İrəvana xal saldım
Orda nidamız qalıb,
Orda naləmiz yanıb.
Qızım indi bax , dedim:
Böyük Vətənimizin
bəxtsiz xəritəsinə.
Bəxtsiz Vətənimizin
böyük xəritəsinə!
XXX
MƏN ASILDIM ÜRƏYİMDƏN
Yazı yazan,
nə yazmısan belə sən?
Hər yazılan
yazılırmı görəsən?
Bəxtimiz alnımıza,
sevgimiz sinəmizə
yazılıb.
Ürəyimə yazılan
alnıma yazılmadı.
Başımızı qoruyub,
sinəmizi veririk,
taleyin gülləsinə.
Yazı yazan,
nədən yazdın belə sən?
Eşq dərgahı ürək imiş,
mən asıldım ürəyimdən.
XXX
DAŞ KİMİ
Payız dumanından nəm çəkən tale,
Durna lələyiylə ayrılıq yazdı.
Payız gümanına bürünən tale,
Qərib durna kimi yolunu azdı.
Kor olan bir bəxtin tutub əlindən,
Gəzirəm payızla, qış arasında.
Yanan ürəyimin səni gəzərkən,
Ölümü göz ilə qaş arasında.
Bəzən bütöv ömür olur gərəksiz,
Günlər axıb gedir, gözdə yaş kimi.
Yaşamaq olurmuş, inan, ürəksiz,
Yaşamaq olurmuş, qara daş kimi.
XXX
EY ADAM
Ayağımı qoymağa,
addım atmağa,
gəzməyə,
düşünməyə
yer tapıram.
Əlimi uzatsam
tutmağa bir əl,
arzularımı
asmağa budaq,
ürək sözümü
yazmağa
yarpaq tapıram.
Uçmağa göy üzü,
Yaşamağa
torpaq çoxdu.
Təkcə qəlbimə
yer yoxdu.
Ey adam.
XXX
QUYU
Adəm oğlu, insan
Yer üzündə
axtardığını tapmayanda
quyu qazdı, zaman-zaman.
Dibi bilinməz, suyu görünməz.
Qaranlıq yaşatdı orda.
Gündə bir haqq asıldı,
bir işıq boğuldu,
hər qazılan quyuda...
İlk quyunu kim qazdı,
kimlər keçdi,
bu quyunun gözündən?
İçimdə bir quyu var,
diri yalanlara məzar.
XXX
QƏRİBƏM, AY ANA
Bəxtim gedib çox uzağa,
Qapı açıb ayrılığa,
Ahım çatmır daha dağa,
Qəribəm, ay ana, qəribəm.
Könlüm bilmir yuva nədir,
Ruhum dəli, divanədir.
Qərib kəfən gor istəmir,
Qəribəm, ay ana, qəribəm.
Bu dünyanın qibləsi bir,
Bu dünyanın çox daşı pir.
Olumu, ölümü də bir,
Qəribəm, ay ana, qəribəm.
Həyat burda seçimdədir,
Köç edənlər köçündədir,
Qürbət mənim içimdədir.
Qəribəm, ay ana, qəribəm.
XXX
SUYA YAZILAN SEVDA
Şerim suya yazılıb:
Könlümdən başlayıb
axır üzü çaylara.
Çiçəklərin üzündə
kövrəlir damla –damla.
Şeirim sabaha yazılıb:
Ürəyim üfüqündə.
Çıpınır sinəsində
bəxtimin saatları.
Döşənir ayağına
gecənin ulduzları.
Şeirim sevdaya yazılıb:
Bələnib ay işığına.
Bu sevda nə sənə,
nə mənə.
Bu sevda suya yazılıb.
XXX
YOLLAR
Ürəyimə
gələn yolla.
Ürəyinə
gedən yolun
yol ayrıcında
dayanmışam,
əllərim qoynumda.
Gözlərindən ürəyimə
gələn yola
dəstə-dəstə gül ələnir.
Ürəyinə gedən yolda
ümidlərim güllənir.
Gözlərimdən ürəyimə
gələn yolu
dolu döyür,
sel ələnir
Bu yolların sonu gəlib.
göz yaşında nöqtələnir.
XXX
GÖRÜN GEDİM
Gəldim, səni görüm gedim,
Gözlərimə görün gedim.
Tellərimi köksün üstə
bircə- bircə sərim, gedim.
Məni sənin bilib gəldim.
Göz yaşımı silib gəldim,
Ayrılığa gülüb gəldim,
İcazə ver, gəlim-gedim.
Bu Gültacın varı sənsən,
Yarı özü, yarı sənsən.
Eşq bağının barı sənsən,
Qoy barımdan dərim, gedim.
XXX
SƏN YAŞAYAN
Sən yaşayan şəhərdən
gedəcəkdim,
Gedə bilmirəm daha.
Havasında sevgi qoxusu.
Sən olmayan yerdə
necə yaşamaq qorxusu.
Ömrümə yagmursuz günsən,
Ömrümdən hara gedim?
Ömürdən o yana sən yoxsan.
Pis goz önündədi hər an.
Yaxşını tapmaq çətin.
Buranın daşı da, çiçəyi də
mənə səndən danışır.
Ömrüm- günüm-
bu şəhərdən necə gedim?-
Bu şəhərdə bir sevgi yaşayır.
XXX
AMANDI, AY GEDƏN, ƏYLƏN
Mizrab asta- asta sinəmdə gəzir,
Yollar gedər- gəlməz, ay gedən, əylən,
Səni üzən nə var, məni də üzür,
Amandı, amandı, ay gedən, əylən.
Bağrı xal lalələr bu yurdda bitir,
Yarımçıq sevdalar yollarda itir,
Getdiyin yolları yığ, geri gətir,
Amandı, amandı, ay gedən, əylən.
Ətir desən, ətir bizim güllərdə,
Nəğmə desən, nəğmə bizim dillərdə,
Sevda desən, sevda bizim ellərdə,
Amandı, amandı, ay gedən, əylən.
Gültac istəyir ki, solmasın güllər,
Sevda nəğməsini oxusun, dillər,
Sözün işığına yığılır ellər,
Amandı, amandı, ay gedən, əylən.
XXX
Dünyam yaman təlatümdə-
Dünyamın havası çatmır.
Çarmıxa çəkiblər
duyğularımı.
Asılıb gözümdən
saxta sifətlər.
Qəlbimin qapısını
qara yellər qoparıb,
içində sellər oynayır.
Ha üzsəm də ,
sahilimə çıxammıram,
əllərimdən yağış damır...
Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev
21.01.202120 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
20.01.2021Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020