62 saylı Saatlı seçki dairəsindən YAP-nın namizədi Əziz Ələkbərov.
Tanınmış alimin namizədliyi YAP tərəfindən irəli sürüldü Əziz Yusif oğlu Ələkbərli (5 oktyabr 1960) — filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Əziz Ələkbərli Vətəninə, Millətinə bağlı eyni zamanda onun folklorunu,tarixini yaşadan Vətənpərvər,ziyalıdır. Qərbi Azərbaycan tarixini, Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olan Alimdir. Gecəsini gündüzünə qataraq folklorumuzu,tarixmizi araşdıran maarifləndirici kitablar ərsəyə gətirən Əziz müəllim Millət Vəkilliyinə layiq namizədlərdən biridir.
Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. Həyatı 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur. 1987-ci ildə təyinat müddətini bitirib, Vedibasar mahalının Qaralar kəndiə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışlar. Ə.Ələkbərli 1988-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarında professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləmişdir. 2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmiş və hazırda həmin institutun "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışır.
Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Ə.Ələkbərli 1991-1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993-1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997-1998-ci illərdə "Ağrıdağ" qəzetinin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatıdır. Həmçinin bir sıra media mükafatlarına layiq görülmüşdür. Ə.Ələkbərli nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 38 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin və Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir. Ə.Ələkbərli həm də Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən müstəqil "Ağrıdağ" nəşriyyatının yaradıcısı və direktorudur. Hazırda həm də Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədridir. Yaradıcılığı Daha çox Qərbi Azərbaycan torpaqlarının tarixi, coğrafiyası, mədəniyyəti və s. ilə bağlı silsilə kitablar üzərində işləyir. Kitabları Qədim Türk-Oğuz yurdu "Ermənistan". Bakı, Sabah. 1994. Abbasqulu bəy Şadlinski. Bakı, Sabah. 1996. 320 səh. "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. Dramaturgiyada sənətkarlıq axtarışları. Bakı, Ağrıdağ. 1997. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, Bakı, Ağrıdağ. 2000. 564 səh. Qərbi Azərbaycan, II cild. (Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları). "Ağrıdağ" nəşriyyatı, Bakı, 2002-ci il, 736 səhifə, formatı: 60/84 1/16, qapaq: sərt, rəngli, Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, (2-ci nəşri) Bakı, Ağrıdağ. 2003. 736 səh. Azərbaycan Folkloru Antologiyası, X kitab, İrəvan Çuxuru folkloru, Bakı, Nurlan, 2004. Qərbi Azərbaycan abidələri (Azərbaycan və ingilis dillərində), Bakı, Ağrıdağ. 2006. Azərbaycan Folkloru Antologiyası, XV kitab, Dərələyəz folkloru, Bakı, Nurlan, 2006. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007. archive.org Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (rus dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (ingilis dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (fransız dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (alman dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı: Sənədlərin dili ilə /Əziz Ələkbərli; Məsləhətçilər.Ə.Ş.Həsənov, A.İ.Səfərov; Red.B.Budaqov, H.Mirzəyev; Rəyçilər. Q.sadıqov, İ.Məmmədov.- B.: [Nurlan], 2008.- 560 s. Qax: folklor-etnoqrafik etüdlər. Bakı, Nurlan. 2008. Qərbi Azərbaycanın dialektoloji lüğəti, Bakı, Nurlan. 2009. Azərbaycan Folkloru Antologiyası, XIX kitab, Zəngəzur folkloru, Bakı, Nurlan, 2009. Qürbət folkloru, B
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025