Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

16:48 / 03.02.2020
Baxılıb: 2060

Milli Məclisə keçiriləcək seçkilərdə namizədlərdən biri də 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovdur.

O, 1970-ci il aprel ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. Bakı Dövlət Universitetində “Jurnalistika” və Taras Şevçenko adına Kiyev Milli Universitetində “Dövlət qulluğu” ixtisasları üzrə ali təhsil alıb. 1997-ci ildən 2002-ci ilədək “Azərbaycan Dövlət Teleradio Verilişləri” QSC-nin xəbərlər redaksiyasında redaktor vəzifəsində fəaliyyət göstərib. 2002-ci ildən 2019-cu ilədək həmin qurumun mərkəzi Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Ukraynanın “Qızıl Pero”, Moldova Respublikasının “Dostluq Medalı“, Belarus Jurnalistlər İttifaqının “Fəxri Diplomu“ mükafatlarına layiq görülüb. Azərbaycan və Ukraynanın Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 
APA 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovla müsahibəni təqdim edir:

-Ukraynadakı fəaliyyətiniz dövründə bir çox uğurlara imza atmısınız. Bu da hamı tərəfindən birmənalı qarşılanmayıb, haqqınızda müxtəlif fikirlər formalaşıb. Necə düşünürsünüz, yanlışlıqlar olubmu?

- Təşəkkür edirəm ki, bəzi fikirlərimi paylaşmağa imkan yaradırsız. Hər şeyi danışmaq olmur, bu, təkcə konyuktura ilə bağlı deyil. Valideynlərim mənə elə tərbiyə verməyib ki, yaxşılıqlarımı gözə soxum, mənə olunan pisliklərə müqabil cavab verim. Bəzi şeyləri zamana buraxmağı xoşlayıram. O qədər özünü bəyənmiş də deyiləm, qüsuru olmayan tək Allahdır. Bir də ki, hamıya yaxşı olmaq anormallıqdır, situasiyaya uyğun ədalətli olmaq daha vacibdir. Həyat sel kimi axıb gedir, hər kəsə diqqət göstərmək də çətindir. Bəzən sənin yaxşı bildiyin hərəkət kiminsə mənafeyinə uyğun gəlmir, bəzən də əksinə. Mənim alnım dövlətimin, valideynlərimin və Allahımın qarşısında açıqdır.

Baxın, Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışanda tək xidməti vəzifəmi yerinə yetirməmişəm. Ulu Öndər Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq diaspor fəaliyyətinin canlanması üçün əmək qoymuşam. Bu, özfəaliyyət deyildi, Ümummilli liderimizin o vaxtlar prezident kimi Ukraynaya səfəri zamanı diaspor nümayəndələri ilə görüşlərində birbaşa söylədiyi və tapşırdığı planlar üzrə hərəkət etmişəm. Sonrakı dövrlərdə də bu və digər formada həmin sahəyə cavabdehlik daşıyan çox yüksək vəzifəli insanlarla məsləhətlər aparmışam, məlumat vermişəm. Bəzilərində bu, qısqanclıq hissi oyatdığından mənə qarşı şər-böhtan kampaniyasına start verdilər. Onların destruktiv fəaliyyətləri o zaman diasporumuz tərəfindən qəbul edilmədi, sonralar onlar faş olundu, iflasa uğradılar.

Sual edə bilərsiniz ki, hansı fəaliyyətim bəzi adamlarda belə qısqanclıq yaratdı? Ukraynada Ukrayna Azərbaycanlıları Konqresinin, Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin , Moldova Respublikasında Moldova Azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında, o cümlədən sözügedən ölkələrdə Azərbaycan Gənclər Birliyinin yaradılmasında yaxından iştirak etmişəm. Diasporumuzun yumruq kimi birləşməsində böyük əməyim olub. 2003-cü ildən başlayaraq “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin, BMT-nin və ATƏT–in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri olmuşam. Bununla bağlı Ermənistan hökuməti Ukrayna Xarici İşlər Nazirliyinə nota verib. Ukrayna və Şərqi Avropa ölkələrində fəaliyyət göstərdiyim illərdə ssenarilərim əsasında Ukraynada və Moldovada “Heydər Əliyev: İki Əsrin Fenomeni” sənədli filmi (1-ci və 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev - İnsanlığa Bağışlanan Ömür”, “Oddan Doğulan Xalq”,  “Azərbaycan - Minilliklərin tarixinə yeddi günlük səyahət” , ”Qarabağ tarixin burulğanında ” və bir sıra sənədli filmlər çəkilərək Azərbaycan, Ukrayna və Moldovanın dövlət televiziyalarında efirə verilib. Ermənistan televiziyalarının bizim filmlərə müqabil olaraq Ukrayna televiziyaları üçün hazırladığı yalan-hədyan dolu veriliş və filmlərin getməsinə operativ müdaxilə edərək rəsmi səviyyədə qarşısını almışıq. Çox şeyi demək olmur. Sizcə, mənim fəaliyyətim erməniləri və bəzi məmurlarımızı eyni dərəcədə qıcıqlandırıbsa, kimdən şübhələnək? Günah obyekti niyə mən olmalıyam? Kiminsə biznes maraqları dövlət maraqlarımızla uyğun gəlməyibsə, mən niyə suçlu olum ki? Şükür Tanrıya ki, prezident İlham Əliyevin apardığı islahatların küləyi belələrini saralmış yarpaq kimi xəzəlliklərə qovuşdurdu. 

– Aydındır. Möhsüm müəllim, 30 ilə yaxın çalışdığınız Azərbaycan Televiziyasından uzaqlaşdırılmağınızı da bu məsələnin tərkib hissəsi saymaq olar?

Yeni rəhbərliyə heç bir iradım yoxdur, baxmayaraq ki, Rövşən Məmmədovun imzaladığı birinci əmr mənim haqqımda oldu. Məni heç tanımırdı da, cavandır, bəzi basqılara duruş gətirə bilməzdi. Televiziyamızda apardığı islahatları, yenilikləri dəstəkləyirəm və buna çox şadam. Düzdür, 30 ilə yaxın çalışdığım bir iş yerini tərk etmək o qədər də asan deyildi, amma ömür boyu orda işləməliydim deyə, bir şey də yoxdur. Mənim ordan uzaqlaşdırılmağım konkret göstəriş idi, kəmfürsətin fürsəti əldən verməmək cəhdi kimi baxaq. Amma Tanrı ədalətlidir, mənə qarşı sürülən ittihamların eynisi ilə indi özləri cavab verir.   

- 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizədliyinizi irəli sürmüsünüz. Buna revanş kimi baxaq, yoxsa bu da konkret təklifdir?  

– Mən islahatları sevən, daim yenilənməyi vacib sayan bir adamam. Cənab Prezidentin son zamanlar apardığı islahatlar mənə bu cəsarəti verdi, heç bir təklifdən söhbət gedə bilməz. Bu, mənim konstitusiya hüququmdur və ondan istifadə edirəm. Eyni zamanda illərlə təcrübə toplamış yetkin bir insan xidmətini xalqından əsirgəməməlidir. Dövlət başçısının da dediyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir. Həmçinin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması da bu islahatların tərkib hissəsidir. Azərbaycan prezidenti hər zaman xalqı düşünüb, vəd etdiyi kimi, hər bir vətəndaşın prezidenti olub. Dövlət başçımızın vətəndaşına göstərdiyi xidmətin kiçik bir hissəsinə çevrilmək niyyəti ilə bu yola çıxmışam.

- Deputatlığa namizəd kimi, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsini seçməniz nəylə bağlıdır?

- Göygöl-Daşkəsən mənə doğulduğum Göyçə qədər doğma və əzizdir. Birincisi, dağların o tayı elə Göyçədir. İkincisi, 1988-ci ildə mənfur düşmənin xain siyasətinin qurbanına çevrilib doğma yurd-yuvamızdan didərgin düşəndə ilk gəldiyimiz yer elə Göygölün Şəhriyar kəndi oldu. Göygöllülər bizə isti qucaq açdılar, son tikələrini paylaşdılar. Neçə qohum-əqrabamız Göygölün, Daşkəsənin kəndlərinə yerləşdilər. Göygöl-Daşkəsən rayonlarında hələ 1948-ci il deportasiyası nəticəsində məskunlaşmış xeyli göyçəli vardı. Biz, Şəhriyara nənəli-babalı, atalı-analı gəlmişdik. Yaşadığımız illər ərzində neçə doğmamız yurd həsrəti ilə dünyadan köçdülər və Göygöl-Daşkəsən torpağına gömüldülər. Yurdlaşdı bu yerlər bizə, isinişdik bu camaata. İllərlə elədikləri yaxşılığı bir an belə unutmadım. O kənddən həyata vəsiqə alıb ali məktəbə qəbul olundum. Azərbaycan televiziyasında jurnalist kimi fəaliyyət göstərməyə başladım. O zaman Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə televiziyamızın Ukrayna və Şərqi Avropa üzrə xüsusi nümayəndəliyinin rəhbəri təyin olundum. Ümummilli Liderimizin Ukraynaya səfərləri zamanı onu müşayiət elədim. Bir an belə onun tövsiyələrini unutmadım. Ukraynada və Şərqi Avropa ölkələrində Azərbaycan həqiqətlərini yaymaq üçün var-gücümlə çalışmışam. Sonralar da Ulu Öndərimizin layiqli davamçısı prezident İlham Əliyevin sıravi bir əsgəri kimi tapşırıqlarına, çağırışlarına sadiq olmuşam. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyirxah missiyası bir azərbaycanlı kimi də məndə rəğbət hissi oyadıb. Bu tendensiyaları seyrçi qalmağı qəbul edə bilməzdim. Əgər bu işə zərrə qədər bir qatqım olarsa, özümü xoşbəxt sayaram. Artıq özümü siyasətlə məşğul ola biləcək yetkin, hazırlıqlı, təcrübəli bir insan hesab edirəm. Ölkə başçısının islahatlarından qüvvət alaraq, Göygölə, göygöllülərə və daşkəsənlilərə öz mənəvi borcumu xidmətimlə qaytarmaq istəyirəm.

– Təbliğat-təşviqat kampaniyanız necə davam edir? Bu istiqamətdə hansı işləri planlaşdırırsınız?

- Çalışıram ki, daha çox görüşlər keçirim. Bu kampaniyada əsas işimiz seçicilərimlə görüşərək, onları tanımaq, seçki platformamı açıqlamaq və əlbəttə ki, onları narahat edən məsələləri öyrənməkdir. Səmimi görüşlərimiz olur, lazım gələndə bir kəndə bir neçə dəfə gedirəm. Sizi əmin edim ki, bəzən yolda maşınlarımızı görəndə əl edib ayaq saxlamağımızı istəyirlər. Sual verirlər, açıq, bəzən də çətin. Amma bizim alnımız açıq, üzümüz ağdır, dövlətimizə də arxalanırıq. Sözümüzü, vədimizi, seçilmək istəyimizi bütün sevgimizlə açıq çatdırırıq.

– Sizin dairədə 12 deputatlığa namizəd qeydə alınıb. Seçki prosesləri zamanı çoxlu söz-söhbət yaranır. Belə deyək, qara piar işə düşür. Sizin, eləcə də dairənizdən olan namizədlər haqda da belə məlumatlar dolaşır. Necə düşünürsüz, buna müvəqqəti xarakterli bir kampaniya kimi baxmaq olar?

– Bilirsiniz, piar, ağ və ya qara olmasından asılı olmayaraq, müxtəlif yazılar və məlumatların asan yayılması demokratiyanın, söz azadlığının göstəricisidir. Plüralizm pis hadisə deyil. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir. Bu, qalır onun ədalətinə, vicdanına və intellektinə. Yəni, milli-mənəvi dəyərləri, dəyərlər sistemini, mənəvi ekosistemi korlamamaq şərti ilə mübarizə qəbul ediləndir. Yəni, heç olmasa, oxuduğun dua hürkütdüyün qurbağaya dəysin. Mən opponentlərimin hamısına hörmətlə yanaşıram. Təbii ki, hər kəs bu marafonun qalibi olmağa çalışır. Mənim mübarizə yolum siyasi mədəniyyət çərçivəsindədir. Ancaq öz təmiz tərcümeyi-halım və görə biləcəyim işlərin vədi ilə bu yarışa qoşulmuşam. Bundan başqa, birinci, seçicilərimiz kifayət qədər ayıqdırlar. Namizəd olduğum dairədə bayaq ərz etdiyim kimi, məni kifayət qədər yaxşı tanıyırlar. İkincisi, biz də deyirik ki, gəl, gör, tanı, seç!    

- Opponentlərinizin də öz platforması, seçicilərə vədləri var. Maraqlıdır, nəyə görə seçici məhz sizə səs verməlidir? Sizi başqa namizədlərdən fərqləndirən cəhət nədir? 

- Təcrübəm yetərincədir, xalqımı çox sevirəm, dövlətçiliyin nə olduğunu yaxşı bilirəm, islahatlara tam meylli adamam. Ulu Öndərimiz Heydər Əliyevin irsinin, amallarının vurğunuyam. Cənab Prezidentin çağırışlarına çevik reaksiya verməyi bacaracağıma əminəm. İşləmək üçün də kifayət qədər enerjim və əzmim var. Göygöl, Daşkəsən rayonları həm aqrar sahə, həm istehsal müəssisələri, həm də turizm üçün çox əlverişli bölgədir. Avropadan çoxlu təcrübə qazanmışam, region üçün öz planlarım, konsepsiyam var. Ölkəmə, dövlətimə, yerli camaatıma xeyirli olacağıma tam əminəm. Bundan sonra qalanı seçicinin hüququdur.   

– Möhsüm müəllim, təbii ki, bunu seçici seçkilərdə özü müəyyənləşdirəcək. Öz seçicilərinizə nə kimi tövsiyələriniz var?

– Güclü Azərbaycan naminə seçicilərimi bu seçkilərdə aktiv iştirak etməyə çağırıram. Yaxşı bilirəm, hansı məsuliyyətin altına çiyinlərimi vermişəm. Şuarım bundan ibarətdir : “Parlamentdə sözünüz və özünüz olacağam!”  Seçicilərim mənə səs verdikləri halda, əmin ola bilərlər ki, mən onları layiqincə təmsil edəcəyəm. Qoy, Tanrı bu seçkiləri dövlətimiz, xalqımız üçün xeyirli eləsin.

 


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər