Kuntsevodan Kremlə uzunan yolda bir-birini əvəzləyən mənzərələr, şəhərin gecə ponaraması, istirahət günü mürgüləyən Moskva, arxa oturacağında əyləşdiyi avtomobilin mühərrikinin səsi, bütövlükdə o anın, o dəqiqələrin hər bir saniyəsi onun dəmir iradəsini əzirdi. Müharibə başlanmışdı, alman qoşunları sərhəd dirəklərini aşırıb SSRİ-nin ərazisinə soxulmuşdular, şəhərlər bombalanırdı. O, buna inanmaq istəmirdi və yolboyu özünü aldadırdı ki, bu provokasiyadır, yolboyu arzulayırdı ki, bir-neçə dəqiqə əvvəl aldığı xəbər doğru olmasın. Bəlkə də Stalin heç vaxt belə narahat olmamışdı, heç vaxt belə həyəcan keçirməmişdi...
Goyce.az saytı karabakhmedia.az-a istinadən müharibə başlanan gün İosif Stalinin bu müdhiş xəbərə reaksiyası haqqında yazını təqdim edir.
Müharibə başlanan gün Stalinin bu xəbəri necə qarşılaması, hansı reaksiya verməsi ilə bağlı müxtəlif fikirlər söylənilib, bu haqda fərqli versiyalar irəli sürülüb. Ancaq zaman keçdikcə, arxiv materialları açıldıqca, məxfi qovluqlardakı sənədlər üzə çıxdıqca əsl həqiqətlər bəyan olub.
Böyük Vətən müharibəsi sovet dərsliklərində yazıldığı kimi 22 iyun gecə saat 4-də deyil, 4-ə 15 dəqiqə işləmiş almanlar tərəfindən Sevastopola ilk bombaların atıldığı andan başlanıb. Bu haqda ilk olaraq Hərbi Dəniz Qüvvələri komissarı Kuznetsov müdafiə komissarı (müdafiə naziri) Timoşenkoya məruzə edib. Gecə 4-ün yarısında alman artilleriya qoşunları bütün sərhəd boyu SSRİ ərazilərini atəşə tutublar. Ukraynanın, Belarusiyanın, Pribaltikanın iri şəhərləri, o cümlədən hərbi aerodromlar bombalanıb.
İlk dəfə müharibənin başlanması ilə bağlı məlumatı Stalinə kim verib? Və onun reaksiyası necə olub?
Əgər Xruşovun yazdığı xatirələrə inansaq, Stalin müharibə başlananda hətta rəhbərlikdən də imtina edib. Xruşovun xatirələrində bu fikirlərə rast gəlirik:
“Müharibə xəbərini alan Stalin dəhşətli sarsıntı keçirmişdi. Bu xəbər sanki onu iflic vəziyyətinə salmışdı, o iş qabiliyyətini də itirmişdi. Üzünün cizgilərindən açıq-aydın süstlük, əsəbilik, qeyri-müəyyənlik hiss olunurdu. Stalin nə hökumətin, nə də şəxsən öz adından bəyanat vermək fikrində deyildi. Mən sonralar bildim ki, Stalin bunu etmək iqtidarında deyildi, fikirlərini cəmləməyi bacarmırdı. O bütün qətiyyətini itirmişdi və o, müharibə haqqında fikrini bir neçə cümlə ilə yalnız Siyasi Büronun üzvləri qarşısında ifadə etmişdi:
- Almanlar müharibəyə başladılar. Hitler SSRİ-yə hücum etdi. Hadisələr bizi fəlakətə sürüyəcək şəkildə cərəyan edir. Lenin bizim üçün proletar sovet dövləti yaradıb getdi, biz isə onun içini ... batırdıq. Mən rəhbərlikdən imtina edirəm.
Stalin bu sözləri dedikdən sonra Kremli tərk edib, Kuntsevoya öz bağına yollanıb. Sonradan Siyasi Büronun üzvləri Stalinlə görüşüb onu işinə qayıtmaq üçün bağa gedəndə hətta Stalin qorxub, elə düşünüb ki, onu həbs etməyə gəliblər...”.
Maraqlıdır, Xruşov həmin ərəfədə, müharibənin başlandığı günlərdə bir saniyə də olsun belə, Stalinlə ünsiyyətdə olmayıb, onun üz cizgilərinin dəqiqliklə ifadələrini görməyib, ümumiyyətlə həmin ərəfədə ayağı Kremlə dəymədiyi halda bu fikirləri necə qələmə ala bilib? Öz dediyinə görə, o bu fikirlərini Beriya və Mikoyanın danışdıqları əsasında yazıb.
Əslində həqiqət necə olub? Hansı konkret faktlar Stalinin müharibəyə ilk reaksiyasını həqiqət kimi üzə çıxarıb? Stalin müharibənin başlandığı günlər harada olub, kimlərlə görüşüb?
Bu haqda Jukov öz xatirələrində yazır:
“Müdafiə komissarı Timoşenko mənə göstəriş verdi ki, təcili Stalinə zəng vurum. Nömrəni yığdım. Heç kim cavab vermədi. Bir neçə dəfə təkrar etdim. Nəhayət xəttin o başından Mühafizə İdarəsinin rəisi general Vlasikin yuxulu səsi eşidildi:
- Danışan kimdir?
- Baş Qərərgah rəisi Jukov. Xahiş edirəm məni təcili yoldaş Stalinlə calaşdırın.
Vlasik təəcüblü səslə soruşdu:
- Necə? İndi bu saat? Yoldaş Stalin yatır.
- Ləngimədən yoldaş Stalini yuxudan oyadın, almanlar şəhərlərimizi bombalayır, müharibə başlanıb.
Araya bir neçə saniyəlik sükut çökdükdən sonra Vlasik telefonda gözləməyimi xahiş etdi. Təxminən 2-3 dəqiqədən sonra Stalin dəstəyi götürdü. Mən vəziyyəti məruzə etdim və alman qoşunlarına cavab vermək üçün hərbi əməliyyata başlamaq üçün icazə istədim. Stalin susurdu, mən yalnız onun ağır nəfəsini eşidirdim.
- Yoldaş Stalin, siz məni anladınız? Hansı göstərişiniz olacaq?
Sükut davam edirdi. Nəhayət Stalin ayılmış kimi ağır səslə soruşdu:
- Narkom hardadır? (Timoşenko nəzərdə tutulurdu)
- Hazırda o, Ukrayna dairəsinin hərbi hissələri ilə rabitə əlaqəsindədir.
- Təcili hər ikiniz Kremlə yollanın, Poskerbışevə deyin Siyasi Büronun üzvlərini də Kremlə yığsın...”.
Beləliklə, Stalin müharibənin başlanması ilə bağlı xəbəri eşidən kimi dərhal Kremlə yollanıb. Saat 5.45-də Siyasi Büronun iclası keçirilib. 3 saat davam edən iclasdan sonra da Stalin Xruşovun yazdığı kimi Kremli tərk etməyib.
Bunu bir çox sənədlər də sübut edir. Kremlin katibliyində qeydlər aparan Georgi Dimitrovun gündəliyindəki sətirlərə nəzər yetirək:
“22 iyun 1941-ci il.
- Molotov, Voroşilov, Kaqanoviç, Malenkov yoldaş Stalinin kabinetində müzakirə aparırlar;
- Yoldaş Stalin və onun kabinetində olan şəxslər yüksək təmkin, inam və möhkəmlik nümayiş etdirirlər;
- Hazırda yoldaş Stalinin kabinetində müharibənin başlanması ilə bağlı xalqa müraciət hazırlanır;
- Ordu hissələrinə göstərişlər verilir;
- Səfərbərliklə bağlı tədbirlər planı hazırlanır və s.”
Göründüyü kimi, müharibənin başlandığı gün Xruşovun yazdığı kimi Stalin təmkinini və iş qabiliyyətini itirmədən lazımi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə məşğul olub. Həmin gün müxtəlif direktivlər hazırlanıb.
Daha bir fakt isə 22-23 iyun tarixlərində Stalinin qəbil otağında onun kabinetinə giriş və çıxışların dəqiq vaxtı ilə göstərilən cədvəldir. Bu cədvələ nəzər salmaqla həmin çətin anlarda Stalinin gərgin iş rejimini və kimlərlə müzakirələr apardığını aydın görmək olar.
Bəzi tarixçilərin söylədiklərinə görə müharibə başlanan gün Stalin çox yorğun və əsəbi görünüb. Bu isə təbii haldır. Çünki qarşıda onu nə az, nə çox, 1418 gün davam edəcək Böyük Vətən müharibəsi gözləyirdi və onun bu əsəbiliyi, yorğunluğu da düz 1418 gündən sonra Böyük Kreml Sarayının Georgievsk zalında Böyük Qələbənin şərəfinə qaldırdığı qədəhlə çıxacaqdı...
İlham Cəmiloğlu
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025