1978-ci il iyunun 30-da respublikanın bütün qəzetlərində dərc edilən bir məlumat bütün ölkədə heyrətlə qarşılanmışdı. «Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general – leytenant Arif Nəzər oğlu Heydərov xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur!»
Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Sonda cinayətkar özünə də atəş açaraq hadisə yerində keçinmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd.
İstintaqın gedişində məlum olub ki, Şuşa həbsxanasının zabiti Ziya Muradovun şəxsi evi olmadığından ailəsi ilə qala bilməyib. İş yerini dəyişmək istəməsi ilə bağlı dəfələrlə verdiyi ərizələr cavabsız qalıb. İki dəfə nazirin qəbulunda olub. Nazirin çıxardığı qərarların heç biri icra edilməyib. Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı:
«Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş. Məmmədquluyevə, kadrlar üzrə inspektor F. Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir».
ON BIR İL SONRA
«Kommunist» qəzetinin 1989-cu il fevral sayında on bir il əvvəl baş vermiş cinayətin görünməyən tərəflərinə aydınlıq gətirilib. Qəzet iddia edir ki, əslində əsl cinayəti güllə açan deyil, Ziya Muradovu süründürməçiliklə cana yığanlar törədib. Lakin ortada məhz vəzifə mənafeləri olduğundan cinayət işi ədalətli araşdırılmayıb.
Məqalədən sitat:
«Hadisələrin bu cür inkişafı nazir müavininin havadarlarının uzaqgörənliklə hazırladıqları planları – ilk növbədə onu yaxın gələcəkdə daha yaxşı vəzifəyə irəli çəkmək planlarını poza bilərdi. Buna isə yol vermək olmazdı. Söz-söhbətin yatması, emosiyaların soyuması üçün vaxtı uzatmaq lazım idi. Belə də etdilər. Doğrudur, cinayət işi 1979-cu ilin iyununda təzədən prokurorluğa qaytarıldı. Lakin çox keçmədi ki, işi Moskva tələb etdi və noyabrın axırlarında qatil Z. Muradov öldüyünə görə xətm olundu».
Qəzetdə həmçinin bildirilir ki, cinayətkarın ölümlə hədələdiyi Ş. Məmmədquluyev qətldən bir il sonra 1979-cu ilin mayında «yaşının çox olması», şöbənin inspektoru mayor F. Əfəndiyev isə həmin ilin yanvarında «xəstəliyinə» görə azad edilmişdir.
Məqalədə qətlin arxasında nazirlikdəki rüşvətxorluq, yerlibazlığın dayandığı göstərilir.
1985-Cİ İL PLENUMU
Arif Heydərovun öldürüldüyü tarix durğunluq dövrünə düşürdü. Qəzet yazır ki, Sovet İKP MK – nın 1985-ci il aprel plenumunu «susdurulanlar» qədər alqışlayan və gözləyən yox idi.
«Azərbaycan KP MK-nın keçən ilin axırlarında keçirilmiş plenumu hüquq mühafizə orqanlarının həmin illərdəki fəaliyyətini, xüsusilə də kadrların seçilməsində və yerləşdirilməsində yol verilmiş ciddi pozuntuları bolşevik pozuntuları ilə qiymətləndirdi».
O cümlədən məqalədə hadisədən bir il sonra yəni 1979-cu ilin may ayında keçirilmiş Azərbaycan SSR Daxili İşlər Nazirliyi rəhbər işçilərinin respublika müşavirəsi belə xatırlanır:
«Sovet İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H. Əliyev həmin müşavirədə böyük nitq söylədi: «Kadr işini, nazirliyin bütün fəaliyyətini daha da təkmilləşdirmək üçün görülməli olan başlıca iş partiya, dövlət intizamını və əsgəri intizamı daim möhkəmləndirməkdən ibarətdir: gerçəkliyə bəzək-düzək vurulmasına, əsl vəziyyəti ört-basdır etmək meyllərinə qarşı hər vasitə ilə mübarizə aparmaq, sovet milisi əməkdaşı kimi yüksək adı ləkələyən faktların və hərəkətlərin kökünü qətiyyətlə kəsmək lazımdır».
Müəllifin yuxarıda yazılanlara münasibətini belə bildirib:
«Kəskin deyilmişdir?! «Toxunulmaz zümrənin» siyasətindən xəbəri olmayanlar o vaxt sadəlövhlüklə elə düşünürdülər ki, bu iradlar ən çox nazirliyin kadrlarla məşğul olmuş vəzifəli şəxslərinə, birinci növbədə isə nazir müavininə aiddir və... Axı müşavirədə çıxış edənlərin əksəriyyəti də daxili işlər orqanlarının fəaliyyətinin günün tələblərinə cavab vermədiyindən danışmış və göstərmişdi ki, bu kadrlar idarəsinin yarıtmaz işinin nəticəsidir...
Amma kadrlar üzrə müavinə nəinki «gözün üstə qaşın var» dedilər, əksinə, daha yüksək vəzifəyə - Azərbaycan KP MK inzibati orqanlar şöbəsinin müdirliyinə irəli çəkdilər».
Məqalənin müəllifi «Kommunist» qəzetinin müxbiri Rüsvat Bayramov idi.
«Kommunist», 1989 fevral.
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025