Şeyx Səfinin məzarının arxasında başqa bir qəbir var ki, o da Şah İsmayılın atası Şeyx Heydərə aiddir. Şah İsmayıl Xətainin babası Şeyx Cuneydlə Aləmşah Bəyimin məzarları isə həyətdədir.
“Rusiya-İran müharibəsi vaxtı məqbərəyə basqın edən rus əsgərləri demək olar bütün çini qabları, qədim əlyazma kitabları və xalçaları qarət edib aparıblar.”
Əvvəl ibadət edilən yer və dini təhsil ocağı, sonradan isə Səfəvi İmperatorları tərəfindən məqbərəyə çevrilən böyük tarixi məkan. Söhbət İran İslam Respublikasının Ərdəbil şəhərində yerləşən Şeyx Səfiəddin Əl-İshaq Əl Musəvi Əl-Ərdəbilinin məqbərəsindən gedir.
Şeyx Səfiəddin Məqbərəsi haqqında məqbərənin işçisi Elnazə xanım məlumat verdi. Elnazə xanımın bildirdiyinə görə, bina XIII əsrdə inşa edilib və bura Şeyx Səfiəddinin evi və ya sarayı olmayıb.
"Bu bina Şeyxin məktəbi və xanəgahı olub. Şeyx Səfiəddin (Səfi) özü böyük alim olub və Elxanilərin hakimiyyəti illərində buraya buraya gəlib namaz qılıb ibadət edər və şagirdlərinə dərs deyərmiş. Bu bina sadə bir tikili olub və divarlarında heç bir bəzəklər və ya rənglər olmayıb. Sonra isə Səfəvilərin hakimiyyəti illərində təmir edilərək böyüdülüb. Yəni, Səfəvi hökmdarları hakimiyyətdə olduqları vaxt ulu babalarına hörmət və ehtiram əlaməti olaraq bu məqbərəni daha da böyüdərək gözəlləşdiriblər. Şeyx Səfiəddin 85 yaşında vəfat edib və onu burada dəfn ediblər. Sonradan onun qəbrinin üstündə türbə tikilib. Hazırda onun qəbrinin üzərində simvol kimi böyük bir sənduqə (daş sandıq - red.) qoyulub. Həmin sənduqə Hindistandan hədiyyə olaraq göndərilib. O vaxt Hindistanda Əkbər Şah (Baburi) adlı hökmdar olub, onun atası vaxtı ilə I Şah Abbasa pənah gətirib və Səfəvi hökmdarı ona sahib çıxdığı üçün Əkbər Şah bu sənduqəni hədiyyə olaraq göndərib. Sənduqə yalnız Hindistanda bitən bir ağacın materialından hazırlanıb. Sonra Şeyx Səfinin oğlu vəfat edir və onu gətirib burada atasının yanında dəfn edirlər. Daha sonra isə nəvəsini də babası və atasının yanında dəfn edirlər. Şeyx Səfinin məzarının arxasında başqa bir qəbir var ki, o da Şah İsmayılın atası Şeyx Heydərə aiddir. Şah İsmayıl Xətainin babası Şeyx Cuneydlə Aləmşah Bəyimin məzarları isə həyətdədir. Aləmşah Bəyimin kənarda basdırılması barədə müxtəlif versiyalar var. Bir versiyaya əsasən, burada yer olmadığı üçün başqa yerdə dəfn edilib, digər versiyaya görə isə xristian olduğu üçün kənarda dəfn edilib. Başqa bir versiyaya əsasən, guya Şah İsmayıl Xətai anasından küsdüyü üçün onu məqbərənin içərisində deyil, həyətində dəfn etdirib. Əslində isə Aləmşah Bəyimin məzarının üzərində türbə olub, amma Qacarların hakimiyyəti vaxtı baxımsızlıqdan dağılıb. Bu səbəbdən də hazırda Şah İsmayıl Xətainin anasının məzarı həyətdədir”.
Elnazə xanımın bildirdiyinə əsasən, məqbərənin ərazisi 18 min kvadrat metr olub, sadəcə Qacarların hakimiyyəti illərində buranın bəzi hissələri baxımsızlıqdan dağılıb və 6 min kvadrat metr ərazidə yerləşən hissəsi sağ qalıb. Şeyx Səfiəddin məqbərəsinin çoxlu turistlər tərəfindən ziyarət edilməsinin əsas səbəbi böyük Səfəvi hökmdarı Şah İsmayıl Xətanin də burada dəfn edilməsidir:
“37 yaşında vəfat edən Şah İsmayıl Xətai məhz burada da dəfn edilib. Şah İsmayıl Şeyx Səfiəddinin 6-cı nəslindən olan törəməsdir. Digər bir otaqda isə Şeyx Səfinin ailə üzvləri dəfn olunub. Şeyx Səfinin ailəsinin məzarları üstündə qoyulan sənduqələr isə Misirdən göndərilib. Məqbərənin ümumi sahəsi 6 min kvadrat metrdir. Binanın arxasında olan həyətdə Şah İsmayıl Xətai Çaldıran döyüşü zamanı şəhid olan əsgərlərin bir neçə nəfərini gətirib burada dəfn edib. Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin hakimiyyəti illərində bu bina təmir edilərək məscid kompleksi şəklində inşa edilir. Həmin dövrdə də bura “Namazxana” deyərmişlər, kişilər birinci mərtəbədə, qadınlar isə ikinci mərtəbədə - “Şəbistan”da ibadətlərini edərdilər. Səfəvi İmperiyasının paytaxtı Təbriz və Qəzvində olduğu vaxtlarda Səfəvi Şahları ildə 3 dəfə bura gəlib ziyarət edərmişlər. Binanın içəri divarları tabaşirlə işlənilib, təbaşir suvağının üzərinə isə təbii boyalardan və qızıl suyundan istifadə edilərək bəzədilib. I Sah Abbasın hakimiyyəti illərində də “Çinixana” adlanan zal da inşa edilib. Bura ona görə “Çinixana” deyilir ki, divarlarda görünən o boş yerlərin hər birində çini qab saxlanılırdı. Bu zalda saxlanılan 1200 ədəd çini qabları XVII əsrdə Çin İmperatoru Şah Abbasa hədiyyə edib. Divarda çini qabların saxlandığı yerlərin arakəsmələri ağacdan yonulub. Qabların saxlanacağı hər bir qabın ölçü və formasına uyğun olaraq tabaşirdən düzəldilib”.
Qədimdə Şeyx Səfiəddin məqbərəsinin əsas zalında böyük ölçülərə malik “Şeyx Səfi xalçası” olub. Həmin xalçanın isə özünə məxsus gözəlliyi və özəlliyi olub
“Şeyx Səfi xalçası” elə toxutdurulub ki, sanki tavandakı bəzəklər xalçanın üzərində güzgü effekti kimi əks olunub. Həmin xalçanın əsli hazırda Londonda “Viktoriya və Albert” muzeyində qorunur. “Şeyx Səfi xalçası”nın surəti isə məqbərənin başqa bir zalındadır. Çinixanada həmçinin Şeyx Zahidin Gilaninin sufi geyimi, müasir dillə desək, jileti də qorunur. Şeyx Zahid bu geyimi öz müridi və sonra kürəkəni olan Şeyx Səfiəddinə hədiyyə edib. Bu geyim Elxanilər dövrünə aiddir və toxunmasında dəvə yunundan istifadə olunub. Məqbərənin meydanının böyük bir qapısı olub, o qapının üzərində də bir mərmərdən daş olub. Həmin daşın üzərində isə Allahın adlarından 6-sı yazılıb. O qapını I Şah Abbasın göstərişi ilə düzəldiblər. Həmin qapı naməlum şəkildə dağılıb yoxa çıxıb, amma o daşı gətirib Çinixanada qoyublar. Bir fərziyyəyə əsasən, bu daşın kiçik bir variantı da olub və möhür kimi istifadə olunub. Sarayda məktublar əmrlər yazılanda həmin möhürdən istifadə edilib. Lakin bu fərziyyə öz təsdiqini tapmayıb, çünki həmin möhürlə möhürlənmiş hər hansı bir məktub və ya sənədə rast gəlinməyib. Ümumilikdə isə məqbərədə nə qədər əşyanın olması haqqında Əfşarların hakimiyyəti dövründə sənəd olub burada. Lakin həmin sənədlər oğurlanıb”.
Bildirək ki, Şah Abbas öz xüsusi qonaqlarını burada qəbul edərmiş. Əsas zalın giriş qapısını isə Əmirxan Ərdəbili adlı usta işləyib, o hətta öz adını qapının üzərinə döşədiyi dəmir örtüyün üzərinə xırda hərflərlə həkk edib. Elnazə xanım onu da xüsusi olaraq vurğuladı ki, Şeyx Səfiəddin Məqbərəsini ən çox ziyarət edənlər Azərbaycandan gələn turistlərdir:
“İl ərzində təxminən 20-25 min nəfər turist bu abidə kompleksini ziyarət edir. Ziyarət edənlərin əksəriyyəti Azərbaycandan gələn qonaqlar olur. Azərbaycandan gələnlərin də hamısı Şah İsmayılın qəbrini görməyə gəlirlər. Başqa ölkələrdən gələn turistlər arasında təbii ki, azərbaycanlılardan sonra Almaniyadan, Fransadan və İngiltərədən turistlər üstünlük təşkil edirlər”.
Qeyd edək ki, hazırda abidə kompleksində 25 nəfərə yaxın işçi çalışır.
Rahim Muradov,
Sputnik Azərbaycan
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024