EYLƏ
Könül, bu dünyada beş gün ömrün var,
Qovğadan başını salamat eylə.
İstəsən ki, başın ola salamat,
Həmişə dilini farağat eylə.
Mərhəmət et, yet özgənin halına,
Yıxılan kimsəni düzəlt yoluna.
Mərd ol, xain baxma qonşu malına,
Dostun ilqarına sədaqət eylə.
Naqabil adama sirrini açma,
Nanəcibdən kənar dolan, yanaşma.
Kəc baxıb gəlinə, qıza sataşma,
Hörmətli tutmağı sən adət eylə.
Özünə güvənib danışma oddan,
Xəyallı, düşərsən hörmətdən, daddan.
O şahlar şahını çıxarma yaddan,
Həmişə baş endir, ibadət eylə.
OLMASA
Kor qız ərə gedər – yaxşı deyiblər,
Qonşun paxıl, qohumun bəd olmasa.
Dost dostdan inciməz, qonşu qonuşdan,
Aralıqda giley, qiybət olmasa.
Mərd igidlər yeməz namərd balını,
Arif olan gözlər işin dalını.
Alan alar, satan satar malını,
Əgər yandan qoloy söhbət olmasa.
Xəyallı, şahiddi hər işə zaman,
Yaxşıya yaxşı de, yamana yaman.
Sabah pozulacaq bugünkü peyman,
Düz sədaqət, pak məhəbbət olmasa.
ARASINDA
Nadan nə dərd qanar, nə qəlbi yanar,
Görsə bir sağır var yol arasında.
Olmaz düz etibar, nə namus, nə ar,
Hərcayı söz saxlar dil arasında.
Özündən çox basan olar kəmhünər,
İşi dara düşsə, sözündən dönər.
Hamının yerinə məclisdə dinər,
Hörmətdən tez düşər el arasında.
Sözüm təsir etməz ağıldan kütə,
Varlısan, lağ etmə kasıba, lütə!
Mərifət ot deyil hər yerdə bitə,
Yetən taya vura kol arasında.
Dünya vəfasızdı, nahaq qan eylər,
Könlümü yaralar, nəmnişan eylər,
Bülbül cəfa çəkər, ah-fəqan eylər,
Xar isə kef çəkər gül arasında.
Xəyallı, sən qazan elin hörmətin,
Çox qaçma dalınca varın, dövlətin.
Alimlik asandı, insanlıq çətin,
Dərsini mərdlərin al arasında.
TƏCNİS
Ağlamaqdan zari-bidad olmuşam,
Bir gözüm Abbasdı, bir gözüm Qurban.
O hüsnü camala mənim bir gözüm,
O mina gərdənə bir gözüm qurban.
Bilməz idim, camalı nə, hüsnü nə?
Yüz gözəlin hüsnü çatmaz hüsnünə.
Göz dəyməsin təki sənin hüsnünə,
Bir gözüm təsaddıq, bir gözüm qurban.
Qoyma yağım döyə, bu dağ isdana,
O dağ şölə sala, bu dağ isdana.
Xəyallı, yar gəlsə bu Dağıstana,
Olar qədəminə bir gözüm qurban.
ALIM
"Qara" – deyib toxunmuşam könlünə,
Qadan-balan hər nə varsa gəl alım.
Hicran xəstəsiyəm, qəm bəzirganı,
Qəlbin dolu ahu-zarsa gəl alım.
Sərraf zərrəsindən tanıyar zəri,
Eyvandan qıyqacı baxmaynan bəri.
Qaşın almaz, gözün tacir gövhəri,
Yanaqların xiridarsa gəl alım.
Xəyallını bir yada sal biilqar,
Ürəyimdə səndən özgə de, kim var?
Dilin şirin, məmələrin şirin nar,
Müştəriyəm, sinən qarsa gəl alım.
AXTAR MƏNİ
Bir azca geciksən, ay əziz balam,
Evdə yox, məzarda gəl axtar məni.
Ötsə son nəfəsim, çatmasan əgər,
Bu qara torpağı dəl, axtar məni.
Qəlbim paralanıb hər diyardadı,
Biri intizarda, biri dardadı.
Soruşsa uşaqlar: “Qağam hardadı”,
Axıt gözlərindən sel, axtar məni.
Nə qədər çalışdım yaşayam bir az,
Atalıq yükünü daşıyam bir az,
İndi görürəm ki, naşıyam bir az,
Yığılıb üstümə el axtar məni.
Səni yandırmasın söhbətim, sözüm,
Xətrinə dəymişəm, peşmanam özüm.
Tez gəl, yollarına dikilib gözüm,
Mənəm xəstə yatan bil, axtar məni.
Həsən Xəyallıyam, keçib zamanım,
Kəsilib el üstdən şirin zəbanım.
Daha sağalmağa yoxdu gümanım,
Dərd salıb sinəmdən yol axtar məni.
Dağa bələndik
Başına döndüyüm, qurban olduğum,
Çıxdıq qırmızıdan, ağa bələndik.
Eşqindən tutuşub, büryan olduğum,
Gəlib gözəl işrət-çağa bələndik.
Keçməz əlimizə belə gözəl çağ,
Sürək bu dövranı, eləyək damağ.
Ləblərin ağzımda tam verir qaymaq,
Baldan da artırıb yağa bələndik.
Yer diqqət kəsilib, göy tamaşanda,
Misli-bərabərin yoxdu cahanda.
Gəl gedək Həsənlə, qalma aranda,
Deyək daha bəsdi, dağa bələndik.
Alma yarı yar əlindən
Zalım fələk, insaf eylə,
Alma yarı yar əlindən.
Qoyma sola qönçələri,
Gülü qurtar xar əlindən.
Qoy öyünsün özün öyən,
Qamçı çəkən, fəqir döyən.
Barmaq silkib, mənəm deyən,
Dad çəkəcək dar əlindən.
Xəyallıyam, bəddi yaram,
Mərizi xəstə bimaram.
Kim qutarsa minnətdaram,
Cəsədimi nar əlindən.
Goyce.az
Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024