Goyce.az saytı Publika.az-a istinadən saytın özəl qonağı xalqımızın böyük oğlu, müstəqil Azərbaycan mübarizəsinin yorulmaz əsgəri, Azərbaycan diasporunun ağsaqqallarından olan Məhəmməd Kəngərlinin qızı Sevil Kəngərlidir.
Sevil xanım, sizcə atanızın vətən eşqini qürbət daha çox alovlandırmışdı?
- Atam bütün həyatını Azərbaycan və onun rifahına həsr edib. Lap uşaqlığımdan bəri Azərbaycan Türkiyəyə təhsil almağa, çalışmağa gələn insanlara var gücü ilə yardım etdiyinin şahidi olmuşam. Mühacir soydaşlarımız Türkiyəyə daha rahat alışıb, həyatları öz axınına düşənədək atam əlindən gələni edirdi. Özümü xatırladığım gündən bəri evimizdə böyük süfrələr açılar, vətəndən gələn azərbaycanlılarımız da bu süfrə ətrafında cəm olardılar. Məhəmməd Kəngərli də digər məsləkdaşları kimi qonapərvərliyini özünə müqəddəs borc bilirdi. Həmişə deyirdi ki, övladımız, valideynimiz qarşısında borclu olduğumuz kimi, xalqımızın qarşısında da mənəvi öhdəliyimiz var. Təhsil almağa gələn tələbələrimizə həm şəxsi, həm də üzv olduğu dərnəklərin hesabından maddi dəstək göstərirdi. Ömrü boyu dərin mücadilədən keçmişdi. Həyatında ilk amalı insanlara qayğı, şəfqət, sevgi vermək idi. Bu xüsusiyyətini bizə, anama, Türkiyədən olan ətrafına da aşılamışdı. Qafqaz rəqslərini, Azərbaycan folklorunu əcnəbilərə mənimsətməyə çalışırdı. O, dünyanın hansı nöqtəsində yaşasaydı da, yenə vətən torpağına ayaq basardı.
Bəs Türkiyəyə köçəndən sonra hansı qurumda çalışırdı?
- Uzun illər Türkiyə “Qızıl aypara” dərnəyi mərkəzinin müdir müavini olaraq fəaliyyət göstərdi. Mütəmadi olaraq xaricə ezamiyyətə də gedirdi. Həmişə sinəsini ən çətin yollarda savaşlara sipər edib. Hətta Hindistan Pakistan arasındakı Kəşmir savaşı dövründə “Qızıl aypara” dərnəyi adından müharibə bölgəsinə ezam olundu. Oradakı cəfakar fəaliyyətinə görə də dəfələrlə şərəf medalları ilə təltif edildi.
Məhəmməd Kəngərli haqda materialları vərəqləyərkən, Kiprdəki şücaətli fəaliyyəti haqda bir sıra məqamla tanış oldum. Bunları sizin dilinizdən eşitmək istərdim...
- 1963-cü ildə yunanların Kipr türklərinin tarixinə qanla yazdığı qətliamlardan birində “Mayor Nihat” kimi tanınan hərbçi həkimimizin üç övladı və həyat yoldaşı evin hamamında gizlənərkən vəhşicəsinə öldürülür. Bu hadisə baş verəndə atam “Qızıl aypara” təşkilatının komandası ilə orada idi. Həm ailə üzvlərinin nəşinin Türkiyəyə gətirilməsində, həm də bu genosidin üstünü ört-basdır edən ingilislərdən, hakim qüvvələrdən gizlin fotoşəkillərin yayılmasında atamın böyük əməyi var. Aeroportda qurbanların cəsədini və mayor Nihatı Türkiyəyə çatdırarakən, Kipr rəsmiləri çəkilən fotoşəkillərin məhv edilməsini tələb edir. O zamanlarsa, şəkillər çəkilən fotolentlər cihazdan çıxaran kimi hava ilə təmas edib, tərkibini itirirdi. Atam çətinliklə də olsa bir neçə fotonu gələcəkdə türk xalqının başına gətirilən müsibəti sübut etmək üçün qoruyub saxlaya bilir. Bu gün həmin fotoşəkillər Kiprin genosid muzeyində qətliamın ən acı xatirəsi kimi saxlanılır.
Məhəmməd Kəngərli əslən qarabağlı idi...
- 1914-cü ildə Qarabağda dünyaya gəlib. Cəmi 14 yaşında siyasətlə tanış olur. 1928-ci ildə Milli Müsavat xalq partiyasının Gənc Azər hərəkatına qoşulur. Hətta kiçik yaşlarından etibarən Qarabağın Ağdam, Tərtər, Bərdə, Ağdərə rayonlarında gizli fəaliyyət göstərən Müsavat Partiyasının qrupları arasında məktub daşıyan işində də çalışmışdı. Özü də bunu qürurla xatırlayırdı. 1939-cu ildə rus-fin savaşının qızğın vaxtında cəbhəyə yollanır. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır. Adətən ona sual verirdilər ki, necə əsir düşdün? Zarafatla deyərdi ki, təbii tutularaq.
Demokratik Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə doktor Kəngərlinin illərə dayanan dərin dostluğu, qardaşlığı olub...
- Atam sovet ordusunun tərkibində bir sıra savaşlarda olmuşdu. İkinci Dünya Müharibəsi dövründə alman ordusuna əsir düşmüşdü. 1942-ci ildə Berlində Azərbaycanın Milli Mərkəzi Başqanı Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmaq imkanı qazanır. Müharibə bitəndən sonra atam Münhendə Ceyhun Hacıbəyli, Xəlil Xasməmmədli, Məhəmməd Əmircan, Doktor Baycan kimi şəxsiyyətləri də tanımaq imkanı qazanır. Savaş sonrası işğalçı sovet ordularına qarşı vuruşan 65 min silahlı Milli Azərbaycan Könüllü Birliklərinin üzvləri Qərbi Avropada səfil həyat sürürdülər. Gələcəkləri də qaranlığa bürünmüşdü. Məhəmməd Əminin uzaqgörənliyi ölüm karvanının qarşısını alır. Gənc azərbaycanlıları bir araya toplamaq məqsədilə 1946-cı ildə Rəsulzadənin təlimatı ilə Münhendə “Azərbaycan Demokrat Birliyi” adlı cəmiyyət yaradılır. Atam isə başqan seçilir. Beləcə mühacirətdə olan soydaşlarımız Almaniya, Argentina, Avstraliya, Avstriya, Amerika, Belçika, Fransa, İran və təbii ki Türkiyəyə köçüb yaşamaq hüququ qazanırlar. Atamla Məhəmməd Əminin qardaşlığı, birliyi Rəsulzadə dünyasını dəyişən günədək davam edir.
Bu doğmalıq qan qohumluğundan da yüksək zirvə idi, elə deyil?
- Daha möhkəm bağ idi. Məhəmməd Əmin Rəsulzadənin ailəsi ilə çox doğma idik. Valideynlərimin nişan mərasimində barmaqlarına üzüyü Rəsulzadə özü taxmışdı. Toylarında isə xaricdə olduğu üçün iştirak edə bilməmişdi. Amma həyat yoldaşı Leyla xanım gəlmişdi. Mən özümü xatırlayanda artıq Məhəmməd Əmin bəy dünyasını dəyişmişdi. Lakin Leyla xanım ailəmizin ən sevimli insanı idi. Leyla xanım tez-tez bizim evə təşrif buyururdu. Mənə görə o mükəmməl qadın idi. Bizə gələn günlər dərsdən qaçıb evə gedərdim, saatlarla söhbətlərini dinləyə bilərdim. Artıq sarı saçları bəyazlamışdı. Amma yenə də çox səliqəli düzüm verərdi. Ya dəri, yaxud da tül əlcək taxardı. O qədər əsilzadə davranışları vardı ki, sanki saraydan çıxmışdı. Bilirsiniz, Rəsulzadə kimi uca dağın ayaqları altında əzilmədən, zirvəsinə də qalxmadan ağırlığına tab gətirmək hər adama nəsib olmur.
Məhəmməd Kəngərli ilə eyni acı taleyi yaşayan, bir amal uğrunda mübarizə aparan ziyalılarımızdan biri də Əhməd Yaşat olub...
- Atam Türkiyədə Azərbaycan Kültür Dərnəyinin qurucularından biri idi. Bilirsiniz, onun kimi ziyalılarımız çox çətin həyat yolu keçmişdilər. Müharibə, əsirlik, vətən həsrəti dadmışdılar. Hamısı ikinci vətən kimi Türkiyəyə sığınmışdılar. Türk qızları ilə ailə qurmuşdular. Sanki Azərbaycanı Türkiyədə yaşayırdılar. Amma eyni zamand,a yeni vətənlərinə, onun adətlərinə də təmas edib, etnik, dini fərq qoymayan şəxsiyyətlər idilər. Atamın yaxın dostlarından biri də doktor Əhməd Yaşat idi. O da atamla birgə rus-fin müharibəsinin iştirakçısı olmuşdu. Almanlara əsir düşmüşdü. Əsirlikdən qurtulandan sonra isə arxa cəbhədə həkim kimi çalışıb, Azərbaycan legionuna əlindən gələn qədər yardım etmişdi. Əhməd Yaşat fasilələrlə Azərbaycan Kültür Dərnəyinin idarə heyətinə sədr seçilmişdi. Bəzən onun yanıqlı söhbətlərini xatırlayıram. Əhməd əmi deyərdi ki, şübhəsiz Allah var, mən onun varlığını təkzib etmirəm. Ancaq əgər o varsa bu qədər insanın məhvinə niyə göz yumur? Mən savaşlarda insanların ot biçimi kimi qırılıb yerə səpələndiyini görmüşəm. Niyə dünya bu ədalətsizlik sütunu üzərində durub?! İndi onun sözlərini xatırlayıram, həqiqətən qəlbimizi yaralayan bu faciələr hələ də səngimir.
Sevil xanım, Vətənimizi ən az bizim qədər sevdiyinizdən əminəm. Çünki Azərbaycan eşqi sizin xəmirinizdədir. Amma maraqlıdır bu hiss qəlbinizlə ilk dəfə nə vaxt tam hakim kəsildi?
- Türkiyədə 1992-ci ildə ilk dəfə Azərbaycan səfirliyi açıldığı zaman təntənəli tədbirə Cümhuriyyətin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının qəlb ağrısı ilə qoruyub saxladıqları müqəddəs bayrağımız gətirildi. Üçrəngli bayrağımız atam və onun tərəfdaşları tərəfindən yenidən dövlətə təqdim olundu. Süleyman Dəmirəl, Hikmət Çətin, Turqut Özal, Əbülfəz Elçibəy kimi siyası xadimlərin də qatıldığı böyük tədbirdə Məhəmməd Kəngərli və onunla bir amal uğrunda mübarizə aparan dostları Azərbaycan bayrağını səfirliyin binasında yenidən dalğalandırdılar. Bu, hamımız üçün çox böyük qürur və gecikmiş vüsal idi.(publika.az)
Leyla Sarabi
GOYCE.AZ
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024AŞIQ İSLAM YUSİFOV
(1893-1968)