1946-cı il 10 sentyabr tarixində Qarakilsə və azərbaycanlılara məxsus bəzi yaşayış yerlərinin adları dəyişdirilib. Cənab Prezident İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində rayon tarix və diyarşünaslıq muzeyinin yenidən qurulmasından sonra açılışı zamanı orada asılmış xəritələrə nəzər yetirərək Sisian rayonunun adının xəritədə əks olunduğuna öz haqlı iradını bildirdi. Ölkə başçımız tarixi yer-yurd adlarımızın olduğu kimi xəritələrdə əks olunmasını bir daha xatırlatdı və gələcəkdə belə Azərbaycanın tarixi adlarının, toponimlərin öz qədim adları ilə adlandırılması ilə bağlı çağırış etdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası Kafedrasınn baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov bildirib.
Onun sözlərinə görə, xüsusilə 30-cu illərin əvvəllərindən toponimlərimizə qarşı başlanan erməni vandalizmi geniş vüsət alıb: "Əlbəttə, ötən əsrdə ermənilərin öz havadarlarından aldıqları güc-qüvvə sayəsində tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan ərazilərində Azərbaycanlılar yaşayan ərazilərin adlarının dəyişdirilərək erməniləşdirilməsi prosesi geniş vüsət almağa başladı".
Tarixçi vurğulayıb ki, ermənilərin azərbaycanlılara məxsus yer adlarını dəyişdirməsi məsələsi 1935-ci ildə pik nöqtəsinə çatıb: "Belə ki, həmin ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar tarixli fərmanı ilə 29 rayonda azərbaycanlılara məxsus olan 72 yaşayış məntəqəsinin, 1939-cu ilədək 100, 1940-ci ildə 30 azərbaycanlı yaşayış yerinin adı dəyişdirilərək erməniləşdirilib".
T.Cəfərov qeyd edib ki, 1941-ci ilin iyun ayında müharibə başladıqdan sonra bu işdə fasilə yaranıb, 1945-ci ildə erməni diasporunun nümayəndələrinin azərbaycanlılara məxsus yaşayış yerlərinə yerləşdirilməsi nəticəsində 30-dan çox toponim dəyişdirilərək erməniləşdirilib: “SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 10 sentyabr tarixli fərmanı ilə Mikoyan və Sisian (Qarakilsə) rayonlarında azərbaycanlılara məxsus bəzi yaşayış yerlərinin adları dəyişdirildi. 1945-1950-ci illərdə 80-dən çox toponim zorla erməniləşdirilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1950-ci il 19 sentyabr tarixli fərmanı ilə dəmir yolu stansiyalarının da adları dəyişdirilib. Uluxanlı-Masis, Qəmərli-Artaşat, Şirazlı-Ayqavanla erməni adları ilə əvəzlənib”.
Tarixçi onu da bildirib ki, 1951-1959-cu illərdə 20-dən çox, 1960-1979-cu illərdə 170 yaşayış yerinin adı zorla dəyişdirilərək erməniləşdirilib: "Təbii ki, sual oluna bilər ki, bu dəyişikliklərə orada yaşayan əhali öz etirazını niyə etməyib? Sözsüz ki, ermənilərin bu əməllərinə qarşı etirazları olub, sadəcə olaraq azlıqda və gücsuz qalmış soydaşlarımız buna heç cürə təsir etmək imkanında olmayıb. Əksinə bu cür etirazlar etdiklərinə görə min bir işgəncələrə, məhrumiyyətlərə məruz qalıblar".
Taleh Cəfərov vurğulayıb ki, 1988-ci il Ermənistanın Azərbaycana elan olunmamış müharibəsinin ilk işartıları göründükdən sonra da azərbaycanlılara qarşı deportasiya və milli qırğın siyasəti davam etdirilib, nəticədə 1991-ci il 9 aprel tarixli fərmanla azərbaycanlılar yaşamış 94 məntəqənin adı dəyişdirilərək erməniləşdirilib: "Bununla da qədim Azərbaycan torpaqlarında adları min illərlə qorunan, yaşadılan yurd-yuva adları mənfur ermənilər tərəfindən zorla erməniləşdirildi".
Vurğulayıb ki, Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb: "1940-ci il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Qeyd edim ki, rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə bölgəsi çox qədim tarixə malikdir. Buradan tapılmış "qoç heykəllər" ermənilər tərəfindən özününküləşdirilərək dünyaya "ermənilərin daş dövrü abidəsi" kimi təqdim edilir. Bundan savayı Qarakilsə rayonu ərazisindəki e.ə. II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerində tikilmiş karvansaranı, Qaraqoyunlu dövlətində Çuxur-Sədd əmirlərinə aid Cəfərabad türbəsi, XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərəsini tanınmaz hala salaraq müxtəlif üsullardan istifadə etməklə üzərində erməni işarələri vurulub və bu yolla erməniləşdirilməyə çalışılıb. Bunun davamı olaraq da ermənilər İrəvanda və Zəngəzurda fəaliyyət göstərən 391 məscidi dağıdaraq yerlə-yeksan edib və bu yolla azərbaycanlıların izini tarixdən silməyə cəhd ediblər”.
Müəllif: Tapdıq Qurbanlı
GOYCE.AZ
“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025