Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır 

16:38 / 08.06.2020
Baxılıb: 2528

Tələbəykən günlərin xoş bir günündə eşitdiyimiz qeyri-adi xəbərdən əvvəlcə şoka düşdük, şok keçdikcə, onun yerini qürur hissi əvəzlədikcə bir-birimizə heç nə demədən, bir kəlmə də dinib-danışmadan hamımız ixtiyarsız olaraq fakültənin qabağından Sovetskiyə tərəf addımlamağa başladıq. Üz tutduğumuz ünvana çata-çatda rəhmətlik Tehranın "birdən yalan olar” replikasından əməlli-başlı şaşırdıq, sonra sanki hamının dili birdən açıldı və bir ağızdan yazığı yaş yuyub quru sərdik. Çünki "deyirlər ki...” adlı anonim, mücərrəd mənbəyə istinadla söylənilən muştuluq-xəbərin bu gün dəbdə olan deyimlə desək, "feyk” olacağı əndişəsi onsuz da, içimizi yeyib dağıdırdı.

Xəbər düz çıxdı. Heykəlin yanına çatanda postamentin üstündəki iki "a” hərifinin qoparılğını öz gözlərimizlə gördüyümüz an şok təzədən qayıtdı, bir müddət lal-dinməz bir-birimizin üzünə baxa-baxa qaldıq, sonra geri dönüb Sovetskinin məşhur pilləkənlərini az qala beş-beş tullana-tullana şəhərə tərəf götürüldük. Bu bir bayram yürüşüydü, bu bir ləyaqət marşıydı, acizliyin gücə, ümidsizliyin ümüdə çevrilməsindən doğan məsumiyyət anıydı.

Sonradan heç nə olmayıbmış kimi həmin "a” hərifləri səssiz-səmirsiz ora yapışdırıldı və bir müddət keçmiş eləcə səssiz-səmirsiz də təkrar ordan qopardıldı. Üçüncü dəfə də səs-sorağa salmadılar, sakitcə "a”ları "ə”lərlə əvəz elədilər və "Nariman Narimanov” dönüb "Nəriman Nərimanov” oldu. Bundan sonra həmin naməlum qəhrəman(lar) sakitləşdi(lər), necə deyərlər, bir neçə ay davam edən dinc mübarizə, lal-kar etiraz aksiyası qələbəylə başa çatdı.

Həmin illərdə milli düşüncə sahibi olub əlçatmaz müstəqillik xülyasıyla yaşayan, yalnız etibarlı məclislərdə bu barədə bərkdən danışmağa özündə güc tapan hər bir azərbaycanlı gəncin Bakının real mənzərəsindən nə qədər qıcıqlandığını, sarsıntı keçirdiyini indi təsəvvür eləmək çox çətindir. Azərbaycanlıların adına qoyulan küçə, meydan və s. obyektlər, şərəfinə ucaldılan heykəllər o qədər az idi ki, onların kimliyi, xalqın, ölkənin taleyində və tarixində hansı rol oynadğı əsla vecimizə deyildi, bizi yalnız onların ad və soyadları maraqlandırırdı – təki özümüzünkü olsun, vəssalam. Bu şəhərdə öz dilində danışan yerli sakinlər az qala "ikinci sort” insanlara çevrilmişdilər, bu gün Avropadakı soydaşlarımız kimi ayrıca icma halında yaşayırdılar, onların öz doğma şəhərlərinə inteqrasiyası üçün ən azı iki-üç nəsil dəyişikliyi lazım olurdu.

Nərimanovun Kirovun heykəlindən böyük olmaması xətrinə son anda 3 metr kəsilən 32 metrlik heykəli həmin illərdə az qala milli qürur hissinin simvoluna çevrilmişdi. Özü də təkcə böyüklüyünə və əzəmətinə, azərbaycanlı heykəllərinin qıtlığından doğan görməmişlik hissinə görə yox, həm də onun özünün belə möhtəşəm bir heykələ layiq şəxsiyyət olduğuna görə.

Yazıçıydı, ilk Azərbaycan romanının müəllifi olub, maarifçiydi, ilk qiraətxana açıb və bura Bakıda, eləcə də qonşu ölkələrdə türk, fars, rus dilində çap olunan minlərlə qəzet, məcmuə, kitab alaraq camaatın savadlanmasına, dünyanın işlərindən agah olmasına imkan yaradıb. Bu qiraətxananın fəaliyyəti bölgədə türk, rus, hətta erməni dillərində çıxan qəzetlərdə daim işıqlandırılıb, hər il neçə nəfər oxucunun həmin qiraətxanadan istifadəsinin statistikası verilib. Qiraətxananın gənclərin mənəviyyatını pozduğu barədə şəxsən şeyxülislamın özünün (oxu zalı da mənəviyyat pozurmuş – qədərinə şükür, ilahi!) etirazlarına baxmayaraq, nə əcəbsə, müsəlmanların sayı həmişə hamıdan çox olurmuş.

Pyeslər yazıb, tərcümə edib, onları tamaşaya qoyub, aktyorluq edib. Həkimlik edib, kimsəsizləri, imkansızları, neft mədənlərində işləyən ac-yalavac fəhlələri pulsuz müalicə edib. Ailəcanlı olub, cavankən üstündə qalan böyük bir ailənin yükünü ömrü boyu çiyinlərində daşıyıb, ölümünə bir neçə ay qalmış qardaşının kiçik qızını da ərə verdiyinə görə keçirdiyi arxayınlıq və sevinc hisslərini fəxrlə oğlu Nəcəflə bölüşüb. Özgə puluyla aldığı təhsil başına qaxınc olub, amma sınmayıb, həmin puldan imtina edərək təhsilini davam etdirib.

Bu gün onun adının dilə-dişə düşməsinin başlıca səbəbi, heç şübhəsiz, siyasi baxışlarıyla bağlıdır. Komminizm şüarları yarandığı gündən çox cazibədar olub və sıravi adamlardan tutmuş böyük intellektuallara kimi çox adamı öz sehrinə salıb. Məsələnin bu tərəfini bir kənara qoyaraq, Nərimanovun yüksək dövlət vəzifələrindəki fəaliyyətinə, xüsusilə onun hazırda dedi-qodulara səbəb olan məsələlərdə tutduğu mövqeyə ötəri nəzər salsaq görərik ki, adam heç də bir çoxları kimi saxta beynəlmiləlçi donuna bürünüb öz xalqına qənim kəsilməyib, əksinə, Azərbaycanın və Azərbaycan xalqının mənafelərini axıradək, gücü çatana qədər müdafiə edib. Amma o tək idi.

O dövrdə də, indi də bizim bir toplum kimi ən böyük problemimiz ixtisaslı mütəxəssislərin və kadrların yox dərəcəsində azlığıdır. Ötən əsrin əvvəllərindəki həmin mürəkkəb və qarmaqarışıq dövrdə, müxtəlif siyasi cərəyanların, təşkilatların arasında ölüm-dirim savaşı getdiyi bir vaxtda bizim o təşkilatlarda nə qədər nümayəndəmiz var idi? Bakı Komissarlarının, eserlərin, kadetlərin, sosial-demokratların, lap elə monarxistlərin və nə bilim daha kimlərin arasında qonşularımız nə qədər idi, biz nə qədər? Sıxışdırılırdıq? İnanılası deyil, çünki şərqdə nüfuz qazanmaq üçün öz sıralarına daha çox yerli fəalları cəlb eləmək həmin qurumların maraqları daxilindəydi.

Nərimanov bu boyda vəzifələrin başında dura-dura sadəcə, tək qalmışdı. Böyür-başdakı bir neçə milli kommunistlər də əcnəbilərdən daha çox antiazərbaycan mövqeyində dayanan milli cüvəllağılar idilər. Mərkəzi Komitənin Qafqaz bürosunun Dağlıq Qarabağı Ermənistana vermək qərarı səsvermə nəticəsində qəbul olunduğu an Stalinin, Orconikidzenin üstünə qışqıraraq demişdi ki, mən Qarabağın bir gün də olsa Ermənistanın tərkibinə keçməsinə imkan verməyəcəm. Demişdi, eləmişdi də. "Əgər müsəlman kommunistlərin əksəriyyəti milli təmayül əhvali-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi”- bunu isə Zəngəzuru uduzduqdan sonra yana-yana yazmışdı. Bir vaxtlar iddia edildiyi kimi guya Ermənistanda Sovet hakimiyyətinin qurulması şərəfinə Zəngəzuru onlara hədiyyə verməsi barədə deyilənlər də sonradan təsdiqini tapmadı. Məlum oldu ki, bu sadəcə, Bakıda çıxan bir erməni qəzetinin yazdığı və sonra Ermənistandakı çoxsaylı qəzetlərin tirajladığı ağ yalandan başqa bir şey deyil, həmişə məğlub olduğumuz informasiya müharibəsinin nəticəsidir.

Ərazi müzakirələri vaxtı Leninə yazdığı məktublarda açıq şəkildə hədə-qorxu diliylə danışır, Rusiya ilə ittifaq müqaviləsini pozacağını söyləməkdən belə çəkinmirdi. Hələ bir Dağlıq Qarabağdakı vəziyyətlə bağlı göndərdiyi teleqramdakı aşağıdakı sıtirlərə fikir verin: "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmağını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin siyasətinə xainlik kimi qiymətləndirir”. İndi özünüz deyin, Sovet dövrünün istər Azərbaycanda, istərsə də digər respublikalarda olann hansı rəsmi şəxsi Kremllə bu cür ritorikayla teleqramlaşmağa özündə güc tapardı?!

Nərimanovun Moskvayla ziddiyyətləri təkcə ərazi məsələsilə bağlı deyildi. O, Azneftin büsbütün əcnəbilərin əlində olmasına, Serebrovskinin orda at oynatmasına, Bakı neftindən Azərbaycana heç nə çatmamasına, ermənilərin qarışqa kimi partiya-hökumət strukturlarına daraşmasına qarşı da sərt dirəniş göstərir, açıq mətnlə Kremlə etiraz məktubları yazmaqdan çəkinmirdi. Axırda məcbur qalıb vəzifədə irəli çəkmək adıyla, əslindəsə Azərbaycandan uzaqlaşdırmaq üçün onu Moskvaya apardılar. Adamın müqavimətini qırmağı bacarmayanda, güzəştlərə məcbur edə bilməyəndə onu proseslərdən təcrid eləmək ən sərfəli yoldur. Özü də yazırdı ki, "məni bura ondan ötrü gətirdilər ki, Sarkislər, Mirzəyanlar orda bildiklərini eləsinlər”.

Sovetin siyasi kuluarlarında ondan "millətçi Nəriman” deyə bəhs edirdilər. Partiyanın XII qurultayına nümayəndə seçilməməsinin də, müəmmalı ölümünün də, ölümündən 55 il sonra belə 100 illik yubileyinin keçirilməsinə əngəl törədilməsinin və onun iki il yubanma ilə güc-bəla qeyd edilməsinin də, yubiley marafonunda "həddini aşdığına görə” repressiya təhlükəsiylə üzləşən və hər şeyə tüpürüb təxminən "kəndçi balasıyam, bərk ayaqda gedib kəndçiliyimi eləyərəm” deməyə özündə güc tapan, bu anlaşılmaz təqiblər ucbatından 30 illik sağalmaz xəstəliyə və məhrumiyyətlərə düçar edilən böyük bir Azərbaycan şairinin sınmayan qüdrətinin kökündə də məhz bu "millətçi” ayaması dayanırdı.

İnsafən, həmin müəmmalı ölümdən sonra ona təmtəraqlı dəfn mərasimi keçirildi, Moskva başda olmaqla beş-altı şəhərdə, hətta Yerevanda da açılan yaylım atəşlərinin sədaları altında Kremlin divarları qarşısında qəbrə qoyuldu. Ancaq Bakıdakı fəxri qarovullar önündə dayananlar qarışıq çoxları üçün bu yaylım atəşləri, sadəcə, atəşfəşanlıq mərasimindən başqa bir şey deyildi.

Böyük siyasətin subyektləri arasındakı münasibətlər də bəzən ucuz sevgi romanlarının aşiq-məşuqlarına bənzəyir. Təxminən belə: "Səni öldürüb, üstündə hönkür-hönkür ağlayardım”.

Nərimanovun Türkiyə ilə münüsibətləri hətta bu günkü konyuktur şərtlər daxilində də adamda qibtə doğurur. İndi-indi məlum olur ki, vaxtilə Leninlə Atatürk arasında müttəfiqlik münasibətlərinin yaranmasında hər iki ölkənin İngiltərəyə qarşı ortaq maraqlarıyla yanaşı Nərimanovun şəxsi təşəbbüslərinin də misilsiz rolu olmuşdu. Onun bu mövzuda Leninə yazdığı məktubun aşağıdakı cümləsi xahiş və tələb yox, əsl ultimatumdur: "Erməni məsələsi türklər üçün ölüm-dirim məsələsidir. Bu məsələdə Türkiyənin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik, Azərbaycanı itirə bilərik”. Ola bilsin ki, bu "ultimatum” kəlməsini çoxlarına şişirdilmiş görünə bilər. Bə,s onun rəhbərlik etdiyi xalq komissarları sovetinin rəsmi blankında öz xəttiylə yazdığı aşağıdakı pantürkist şeirə nə sözünüz:

Hilal artıq öldü deyə,

Sevinmişdi düşmən yenə

Hilal birkən iki oldu,

Salam bizdən ikinciyə,

 

Azərbaycan, Azərbaycan

Alqışlarıq səni candan.

 

Atamız bir, babamız bir,

Azərbaycan öz qardaşdır.

 

Zatən biriz, fəqət yarın,

Bütün, bütün birləşəriz

Azərbaycan, Azərbaycan

Bildin, xəyal deyil Turan!

İndi Nərimanovun yüz cür məşəqqət hesabına Bakıda ucaldılmış, altından maşınların hərəkət edəcəyini özündə ehtiva edən ilkin layihədəki memarlıq kompleksindən məcburi imtinayla başa gəlmiş, heykəli postamentdən yenə də məcburiyyət ucbatından böyük olduğuna görə görkəmini itirmiş, üstəlik, son illər ətrafında tikilən çoxmərtəbəli binaların əhatəsində nəfəsi təngişən heykəli çoxlarının yuxusuna haram qatıb, sanki bu heykəl Bakıya darısqallıq edirmiş. Tarix keçmişin mənəvi irsinə boşeviklər qədər qənim kəsilən ikinci bir siyasi qüvvə tanımır. Ancaq onlar da çar dövrünün heykəllərinə və dini məbədlər istisna olmaqla digər maddi-mədəniyyət nümunələrinə toxunmadılar. Bakının Nərimanovun heykəlinin sökülməsinə ehtiyacı yoxdur, Bakı hər bir azərbaycanlıdan ən azı bir qarış böyük olan, yoxdan bir Azərbaycan yaratmış ölməz bir şəxsiyyətin – Məhəmməd Əmin Rəsulzadənin ondan da əzəmətli bir haykəlinin təşnəsindədir.(adalet.az)


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər