Qərbi Azərbaycan İrəvan Respublikasının 02.08.2020 tarxində keçirilən iclasında Dövlət Gerbinin qəbulu məsələsi müzakirə edilmişdir.
Goyce.az Suveren.aza istinadən Qərbi Azərbaycan İrəvan Respublikası mətbuat xidmətinə istinadən məlumat verir ki, müzakirələr nəticəsində QAİR-in Dövlət Gerbi qəbul olunmuşdur.
Qəbul edilən gerb girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdən irəli gəlir:
1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisində yerləşmiş Mada (Midiya) və Səlcuq imperiyalarının bayraqlarında qartal təsvir olunub.
2. Canlılardan ən ucada yaşayanı və qüdrətli olub, güc rəmzlərindən olanı qartaldır. Bu Gerb qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir.
Gerb dairəsinin özü Bayrağımıza bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir, kənarlarında bayraqda olduğu kimi mavi və yaşıl xəttlərlə əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olmuş, hakimiyyət rəmzi olan ROMB fiquru ilə, ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir.
Dairənin ortasında, qırmızı sahənin tam mərkəzində, aşağdan yuxarıya doğru qədim türk-oğuz boylarının ümumi mental rəmzlərindən olmaqla yanaşı, müasir Azərbaycan Respublikasının və Qərbi Azərbaycan İrəvan Respublikasının bayrağında əks olunmuş aypara və səkkiz guşəli ulduz təsvir olunub. Bu ay-ulduz sönmüş qızıl rəngindədir. Əsas ulduzun ətrafında, qırmızı fonda, ağ rəngdə hər guşənin qarşısında biri olmaqla, səkkiz xırda səkkizguşəli ulduzlar sıralanıb. Bu kiçik ulduzlar əsas böyük ulduzun cazibəsində, ətrafında dolanır. Bu kompozisiya Bütöv Azərbaycanın səkkiz böyük hissəyə bölünməsini və birləşməyi hədəflədiyini simvolizə edir.
Gerbin tam mərkəzində, ay- ulduzun ortasında, qırmızı fonda ağ rəngdə, çarpazlaşmış şəkildə, şimal, cənub, qərb və şərq tərəfə istiqamətlənmiş oxlar təsvir olunub. Bu təsvirin aşağıdakı mənaları var:
1. İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və digər ətraf ərazilər qədim Assur mənbələrində İşquz, Yunan mənbələrində İskit dövləti kimi tanınan qədim Oğuz dövlətinin mərkəzi əraziləridir. Təsvir olunan oxlar dünya tarixşunaslığında İskitlər kimi məşhur olan, atlı oxatanlar hərb sənətini yaratmış və dünyaya yaymış, bütün avro-asiyaya yayılmış, hərbdə və mədəniyyətdə xüsusi era olan “İskit üslubu”nun yaradıcısı olan Oğuz boylarına xas şəkildə icra olunub və sözügedən sivilizasiyaya aidiyyatın, mənəvi varisliyin simgəsidir.
2. Hazırda mövcud olan Azərbaycan Respublikasının bütün sərhədləri boyu öz tarixi əraziləri ilə həmsərhədd olduğundan, parçalanmış halının aradan qaldırılması, vətən torpaqlarının yenidən birləşdirilməsi məqsədilə aparılan mübarizədə, hər istiqamətdə “OX YAYDAN ÇIXDI” mənasını ehtiva edir.
Gerbin aşağısı qırmızı lentlə əhatələnib və lentin üzərində aid olduğu dövlətin adı yazılıb.
Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidməti
Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025