Avqust ayının 10-da Ermənistan prezidenti Sarkisyan və baş naziri Paşinyan ənənəvi Sevr ah-vay xatırlaması etdilər. Bu, ermənilərin puç olmuş xəyallarından ən böyüyüdür və Sevr müqaviləsinin aqibətinə baxanda bir daha ilahi ədalətə inanmamaq olmur. Ermənistan prezidenti və baş naziri Sevri qanuni, beynəlxalq, hazırda da de-fakto qüvvədə olan sənəd kimi səciyyələndirdilər. Heç bir ölkə tərəfindən ratifikasiya olunmamış və qüvvəyə minməmiş sənədin hüquqi cəhətdən qüvvədə olması sual doğurur.
Ermənistanın bir sıra siyasi partiyaları da Sevr müqaviləsinin 100 illiyi münasibətilə bəyanat verdilər. Əvvəla, onu qeyd edək ki, Sevr ermənilərin və onların havadarlarının 100 ildir dəyişməyən, əksinə daha da artan mənfur planlarının təcəssümüdür və Sevri tarixin dərinliyinə gömərək, bu böyük qələbəyə imza atan, tarix boyu heç bir zaman köləliyi və əsarəti qəbul etməyən qəhrəman türk xalqıdır. Müqavilə tarixin dərinliklərinə gömülsə də, bu gün onu yenidən dirçəltməyə çalışan beynəlxalq imperialist güclər hərəkətə keçmişlər. Bundan ruhlanan Ermənistanın şovinist siyasi qüvvələri bəyanat yayıblar. Orada deyilir: "Türkiyə və Ermənistan sərhəddini öz möhürü ilə təsdiq edən ABŞ-ın 28-ci prezidenti Vilson 1920-ci il noyabrın 22-də öz qərarını müqaviləni imzalamış dövlətlərə göndərdi. Biz xüsusi vurğulamaq istəyirik ki, Sevr müqaviləsi təkcə tarixi fakt deyil, o, günü bu gün də onu imzalamış dövlətlər arasında mövcud olan, lakin qüvvəyə minməsi regionda hərbi-siyasi vəziyyətin dəyişməsi ucbatından baş tutmayan müqavilədir. Türkiyə ilə Ermənistan arasında iki ölkənin sərhədlərini müəyyən edən, beynəlxalq səviyyədə tanınmış başqa heç bir çoxtərəfli müqavilə yoxdur.
Sevr müqaviləsinin və Vilsonun arbitraj qərarının 100 illiyi münasibətilə siyasi təşəbüskarlıq göstərilməsi vacibdir. Türkiyənin Ermənistana düşmənçilik münasibəti, Ermənistanın Türkiyə tərəfindən blokadası, Türkiyənin Azərbaycana hərbi-siyasi dəstək verməsi, hərbi təhdidlərlə müşayiət olunan Türkiyənin Qarabağ məsələsinə cəlb edilməsi, Türkiyənin qonşu regionlarda vəziyyəti gərginləşdirməsinə xüsusi diqqət ayrılmalıdır" və s. fikirlərin yer aldığı şovinist bəyanatda daha sonra qeyd edilir: "Sevr müqaviləsini imzalamış beynəlxalq hüququn indi də mövcud olan subyektləri öz mövqelərini bildirsinlər. Biz böyük milli əhəmiyyət kəsb edən Sevr müqaviləsinin modernləşdirilərək beynəlxalq təsirinin artması məsələsində bütün ictimai-siyasi qüvvələri bu təşəbbüsə qoşulmağa çağırırıq!".
Qarabağ klanı və onun əlaltıları - Çiçəklənən Ermənistan, Daşnaksütyun və bir neçə partiya bu müqaviləni imzalayıblar. Şübhəsiz ki, ermənilərin tükənməyən ambisiyalarından savayı, son dövrdə regionda baş verən hadisələr də onları bu məsələni gündəmə gətirməyə təhrik edib. Bundan əvvəl isə Ermənistan Avropa Partiyasının sədri Tiqran Xemalyan Putinə müraciət edərək, beynəlxalq hüquq və ədalət naminə "böyük Ermənistan"ın torpaqları məsələsini təftiş edərək, 1921-ci il Moskva müqaviləsinə yenidən baxmaq çağırışı edib. O, sərsəm iddialarla çıxış edərək bildirib ki, "sovet Rusiyası Qərbi Ermənistanın Sevr müqaviləsi və Millətlər Liqasının mandatı ilə tanınmış bütün torpaqlarını Türkiyəyə hədiyyə edib". Halbuki, Türkiyə ilə Ermənistan arasında 1920-ci ilin 24 sentyabrında ermənilər tərəfindən başlanan müharibə noyabrın 15-də daşnak ordusunun faktiki darmadağın edilməsilə başa çatdı. Yerevan şəhəri və Göyçə gölündən başqa indiki bütün Ermənistan ərazisi türklərin əlinə keçdi. Ermənilər kapitulyasiya edərək türklərlə Aleksandropol (Gümrü) sülh müqaviləsi bağlamağa məcbur oldular. Müqavilənin 10-cu maddəsinə əsasən, ermənilər Sevr müqaviləsinin qüvvədən düşdüyünü qəbul etməli oldular. Bundan başqa, Ermənistan hökuməti öz üzərinə öhdəlik götürürdü ki, Avropadan və Amerikadan Antanta hökumətlərinin imperialist mərkəzinin öz siyasi alətinə çevirdiyi erməni nümayəndə heyətini geri çağırsın. Gümrü müqaviləsinin 2-ci maddəsinə görə, Ermənistan və Türkiyə arasında sərhəd elə müəyyənləşirdi ki, Qars və Sürməli qəzası Ağrı dağı ilə birlikdə Türkiyədə qalırdı. Ağrı dağı 1918-ci il Brest-Litovsk müqaviləsinə əsasən yox, 1920-ci il Gümrü müqaviləsinə görə Türkiyəyə keçirdi. Sürməli qəzasını Rusiya 1828-ci ildə Persiyadan qoparıb öz ərazisinə qatmışdı. Türkiyə 1878-ci il müqaviləsinə görə ondan alınmış Qars, Batum, Ərdəhanı geri qaytardı. Ermənistan bütün bunları qəbul etdi, üstəlik, 1920-ci ilin avqustunda, yəni Gümrü müqaviləsinin bağlanmasından 4 ay əvvəl imperialist güclərin Sevr müqaviləsi ilə ona vermək istədiyi torpaqlardan imtina edərək Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməyəcəyinə dair öhdəlik götürdü. Əslində, Ermənistan heç vaxt sahib olmadığı, lakin Antantanın mərhəməti sayəsində əldə etməyə ümid bəslədiyi, xəyal etdiyi torpaqlardan əl çəkməli oldu, üstəlik, ona verilmiş torpaqları da itirdi.
Ermənistan 1920-ci ilin avqustunda Antantanın ona vəd etdiyi torpaqları sentyabrda türklərdən silahlı yolla işğal etməyə çalışdı, amma noyabrda geri oturduldu, dekabrda isə alçaldıcı sülh bağlanmasına razılıq verməyə məcbur oldu. 1921-ci il Moskva müqaviləsi kiçik istisnalarla Gümrü müqaviləsinin müddəalarını təsbit edirdi. Yəni, Ermənistanın bu gün Rusiyanı guya onun torpaqlarını türklərə verməkdə ittiham etməyə haqqı yoxdur. Çünki Sevr müqaviləsində vəd edilən torpaqları türklərdən almağa çalışan erməniləri türklər geri oturdub və Gümrü müqaviləsini imzaladıblar, 1921-ci il Moskva müqaviləsi isə artıq ondan sonra baş verən hadisədir. Moskva müqaviləsinin 2-ci maddəsinə görə, türklər sovet Rusiyası ilə dostluğa görə artıq onun tərkibində olan sovet Gürcüstanına Batum şəhəri və limanını güzəştə getdi. Yəni, ermənilərin iddia etdiyi kimi, ruslar türklərə yox, türklər ruslara torpaq vermişdi. Üstəlik, Sevr müqaviləsinə görə Ermənistanın qərb və cənub sərhədlərini ABŞ prezidenti Vilson müəyyən etməli idi. Lakin 2020-ci ilin oktyabrında o, ağır insult keçirdi. İndiyə qədər də məlum deyil ki, onun vəzifələrinin icrası müvəqqəti də olsa, vitse-prezident Tomas Marşala keçməyibsə, Vilsonu xəstə olduğu dövrdə kim əvəz edib?! ABŞ-ı həmin dövrdə "məxfi prezident" birinci xanım Edit Vilson və prezidentin müşavirlərinin idarə etməsi məlumdur. ABŞ həmin vaxt Millətlər Liqası və Versal sistemindən özünütəcrid etmişdi. ABŞ dövlət sistemi elə qurulub ki, xəstə prezidentin adından hər hansı bir addım ondan sonra gələn prezidentin və Konqresin sərt reaksiyası ilə üzləşə bilərdi. Sevr müqaviləsi, ermənilərin sərhədlərinin müəyyənləşməsi məsələsi beləcə həll olunmamış qaldı. İndi ermənilərin iddialarına Rusiyadan belə bir cavab verilir: Rusiya nə etməli idi?! Qars, Ərdəhan, Ağrı dağına görə o vaxt Türkiyə ilə müharibə etməli idi?! Yoxsa, imperialist Antantanın Sevr müqaviləsinin həyata keçməsi üçün çalışmalı idi?!
Həmin dövrdə Türkiyə ilə kiçik Ermənistanın böyük iddialarına görə savaşmağa dünya müharibəsindən və vətəndaş müharibəsindən çıxmış Rusiyanın taqəti qalmamışdı və qalsaydı belə, bu, onlara lazım deyildi. Rusiya üçün vacib olan Antantanın ona Qara dənizdən hücumunun qarşısını almaq üçün Türkiyənin boğazları bağlaması idi, nəinki kiçik Ermənistanın problemləri. ABŞ prezidenti Vudro Vilsonun təklifinə əsasən, bölgədə Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni «Vilson Ermənistanı» adlandırırdılar. ABŞ Senatı Vudro Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üstünlük verdi. Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyə Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsinə Ermənistana güzəştə getməyə məcbur oldu. Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Sultan VI Mehmet müqavilənin şərtlərilə razılaşsa da, Ankarada yeni yaranmış Atatürk hökuməti ölkəni təslimçiliyə sürükləyən bu sənədin qəbulundan imtina etdi. Türk millətçi hökuməti həmin əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi.
Naxçıvan məsələsi ermənilərin Azərbaycana qarşı ərazi iddialarında daima Qarabağla birlikdə önə çıxarılıb. 1920-ci ildə Sevr müqaviləsi imzalanan zaman erməni general Baqdasarovun başçılığı altında Naxçıvana hücum etdilər, lakin türk korpusu, general Cavad bəy və Qızıl ordunun səyləri ilə məğlubiyyətə uğradıldı. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Kazım Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar. 1920-ci ilin sentyabr ayının 20-də Kazım Qarabəkir paşa cəmisi 1,5 ay müddətində erməniləri darmadağın etdi. Silahlı ermənilər ya məhv edildi, ya da yaxınlıqdakı kəndlərə qaçdılar. Rusiya bolşeviklərinin köməyi ilə türk ordusu Yerevanın bir neçə kilometrliyində dayandılar. Onu da qeyd etmək lazımdır ki, rus qoşunları Sevr müqaviləsinin bağlandığı ərəfədə Qarabağ, Zəngəzur və Naxçıvanı tutmuşdular. Lakin 1920-ci ildə polyakların rus ordusuna çox ağır zərbə vurmasından sonra avqustun 24-də Türkiyə və Rusiya arasında razılaşma imzalandı. Buna əsasən, Rusiya Türkiyənin əleyhinə olan və Atatürk hökuməti tərəfindən qəbul edilməyən heç bir beynəlxalq sənədi tanımamaq öhdəliyi götürdü. Ermənilərin məğlubiyyətindən sonra 1920-ci ilin noyabrında Bakıda olan Stalinə bu barədə məlumat verəndə o, qeyd etmişdi ki, "Antantanın təxribatlarının qurbanı olan Daşnak Ermənistanı çökdü, çünki Antanta əvvəlcə onu Türkiyəyə qarşı qızışdırdı, daha sonra isə türklərin qarşısında biabırçı durumda tərk etdi. Ermənilərin Rusiya ilə birləşməkdən başqa çarəsi yox idi". İngiltərə baş naziri Corc Llolud isə müstəqil Ermənistan məsələsini "ümidsiz layihə" adlandırmışdı. Lloyd Corc qeyd edirdi ki, "əslində ermənilər əsassız ümidlərə qapılmaq hüququna malik deyildilər". Ermənilərin Sevr barədə ümidləri 100 il əvvəl olduğu kimi bu gün də uğursuzluğa məhkumdur, həm də o baxımdan ki, Rusiya Sevr müqaviləsinin gündəmə gəlməsini istəməz. Əvvəla, bu müqavilə 100 il əvvəl Rusiyanın da düşmənləri olan Antanta tərəfindən həyata keçirilməyə çalışılıb, digər tərəfdən Sevr Rusiya ilə Türkiyə arasında imzalanmış Moskva, Qars müqavilələrini də təhlükəyə atmış olar və bu, Rusiyaya qətiyyən lazım deyil. 1945-ci ildə SSRİ belə bir cəhd göstərdi və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdü. Lakin bütün təzyiqlərə baxmayaraq ikinci dünya müharibəsində neytral qalan, nə Almaniyaya, nə də Antihitler koalisiyasına qoşulmayan Türkiyə məcbur olaraq əvvəlcə, Marşall planı çərçivəsində ABŞ-dan yardım aldı, 1952-ci ildə isə NATO-ya üzv oldu. 1961-ci ildə ABŞ-ın Türkiyədə raketlər yerləşdirməsinə cavab olaraq, SSRİ Kubada raketlər yerləşdirdi və nəticədə iki ölkə nüvə müharibəsinin bir addımlığına çatdı.
Rusiyanın indiki beynəlxalq mövqeləri SSRİ-dən qat-qat zəifdir və belə bir şəraitdə Putinin kiçik Ermənistana görə Türkiyə ilə münasibətləri gərginləşdirəcək addımlar atması mümkün deyil. Artıq Rusiyadan Ermənistanın Sevr çağırışlarına cavablar verilib: "Sevrə görə Putini yox, Vudro Vilsonun və onun arvadı Edit Vilsonun üstünə gedin, çünki sizə söz verib arxanızda dayanmayan onlardır"!(correct.az)
Müəllif: Nəzakət Məmmədova
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024