Goyce.az saytı Kulis.aza istinadən rejissor Arif Babayev haqqında maraqlı faktları oxuculara təqdim edir.
Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Ailədə beş qardaş olublar. Evin ən böyük uşağı Arif olub. Uşaq olanda futbolu çox sevib. Bir də kiçik yaşlarından kinoteatrda filmlərə baxmağı. O, böyük maraqla futbolçuların şəkillərini toplayır, kino sənətinə dair kitablar, qəzet materialları oxuyurdu. 1947-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində daxil olur.
Gənclik illəri cazın inkişaf etdiyi dövrlərə düşən Arif Babayevin də musiqiyə həvəsi yaranır və o, bir müddət trubada ifa edir. Vaqif Mustafazadə ilə dost olması onun caza olan sevgisini daha da artırır. Onun bu sevdasına ən çox etiraz edən atası olur. Hacıağa müəllim oğlunun milli musiqi alətlərini qoyub, truba çalmasına narazılıq edir

Arif Babayev 1947-1953-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində tanınmış rejissor, aktyor və pedaqoq Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun “Müfəttiş” tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi ona da Qorodniçi obrazını tapşırır. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərilir. Həmin teatrın səhnəsində Qoqolun “Evlənmə” pyesini səhnələşdirir.
1956-cı ildə Rauf Kazımovski onu yeni yaranan televiziyaya işə dəvət edir. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanınır. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunur. Həmin müddətdə Moskvaya ezam olunur. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıdırsa, geriyə “Rejissor pultunun Paqaninisi” tituluyla qayıdır.

1958-cı ildə anası Sürəyya xanım vəfat edir. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitir. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmir. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmır. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı olur. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verirlər.
Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmur. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. Televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevib. Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi. Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: “Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır”, - deyir.
Qardaşı rejissor Vasif Babayev müsahibələrində onu belə xatırlayır: “Arif xasiyyətcə çox sadə adam idi. Çəkiliş zamanı fəhlələrə kömək edirdi. Deyirdi ki, nə olar, onlar da yorulurlar. Fasilədə də daha çox fəhlələrlə ünsiyyətdə olurdu. Ailədə böyük övlad, işində sayılıb-seçilən rejissor olduğu üçün ətrafındakıları ona hörmətlə yanaşmağa məcbur etmək xasiyyəti yox idi. Çox vaxt gecələr yatmırdı. Bir dəfə şəhəri gəzə-gəzə bizə gəlib çıxdı. Çarpayını ona verib özüm yerdə yatmaq istədim. Qoymadı. Dedim, elə iş olar, mən çarpayıda, sən yerdə? Dedi, niyə olmur, sən yerində rahat yat, mən yerdə yatmağı xoşlayıram. Öz evində də belə edirdi. Xasiyyətindəki həlimlik onu fərqləndirirdi. Hətta demək olar ki, Arif fağır adam idi. Konflikt yaratmaqla, haqlı olduğunu səs-küylə sübut etməklə heç arası yox idi. Mənzili əsl subay kişinin mənzili olsa da, paltarları həmişə səliqədə olardı. Əyin-başına, görünüşünün doğurduğu təəssürata çox diqqətli idi. Həmişə ən son dəbə uyğun geyinər, təmiz-tarıq görkəmdə olardı”.
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi “Gün keçdi” filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.

Deyilənə görə bu filmdə kadrlar həddindən artıq çox olduğu üçün rejissorla kinostudiyanın direktoru Adil İsgəndərov arasında narazılıq yaranır. Buna görə də Moskvadan montajçılar çağırılır.
Bədxərc idi. Qazandığı pulları ən çox da geyim-keciminə xərcləyirdi. Son dəblə geyinirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. “Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb”, - deyirdi.
Şəkər xəstəliyi amanını kəssə də, yenə nifrət etdiyi xəstəxanalara üz tutmur, səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi. Xəstəxanaya getmək məcburiyyətində qalanda isə onun həm də vərəmə yoluxduğu məlum olur.
1981-ci ildə rejissorun səhhətində dəyişikliklər başlanır. 54 yaşlı rejissor 26 avqust 1983-cü ildə şəkər xəstəliyindən vəfat edir.
GOYCE.AZ
Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025