Bu gecə Qarabağda döyüşlərin intensivliyi səngiməyib. Düşmən dəfələrlə əks-hücum edərək itirdiyi mövqeləri geri qaytarmağa çalışsa da, bütün cəhdlərinin qarşısı alınıb.
Ordumuz irəliləməyə davam edir.
Dünən azad edilmiş Suqovuşan strateji və taktiki əhəmiyyətinə görə Ağdərədən əsla geri qalmır.
Suqovuşan Qarabağın şimalında ermənilərin həddən ziyadə önəmli, "alınmaz qala" kimi qələmə verilən hərbi-nəqliyyat infrastruktur qovşağı idi.
Suqovuşanın azad edilməsi ermənilərin şimal qruplaşmasını effektiv müdafiə və manevr imkanlarından məhrum edib, ermənilərin "Şimal cəbhəsi"ni məhv edib.
Ağdərədə hələ xeyli sayda düşmən hərbçisi olduğundan bu gecə ordumuz birbaşa hücum etməyib.
Sərsəng su anbarına və Paprəvənd kəndinə çıxış əldə etmək üçün düşmən mövqeləri artilleriyadan atəşə tutulub, canlı qüvvə və texnika PUA-larla məhv edilib.
Məqsəd Ağdərəni tam mühasirəyə almaq, habelə Kəlbəcərdə və Murovdağ ətəklərində düşmənin durumunu ağırlaşdırmaqdır.
Cənub istiqamətdə isə Cəbrayıl-Fizuli-Xocavənd-Ağdərə-Talış strateji marşrutunun aşağı hissəsində düşmənin eşelonlanmış müdafiə xətlərinin məhv edilməsi davam edib.
Əsas hədəf ön xətdən arxada olan strateji arxa cəbhə kommunikasiyaları idi. Məhz onları məhv etməklə düşmən təminatdan, qüvvələrlə manevr və cinahlarda qarşılıqlı fəaliyyət imkanlarından məhrum olunacaq.
Şimalda bəhs etdiyim marşruta çıxış əldə olunub. Daha iki məntəqədə çıxış uğrunda döyüşlər gedir. Həmin məntəqələrdə çıxış əldə olunarsa, düşmənin cənub eşelonunu darmadağın edilmiş saymaq olar.
Çünki belədə, düşmənin artıq bitkin və kəsintisiz cəbhəsi olmayacaq, düşmənin müdafiəsi ayrı-ayrı "ocaq müqavimət"inə çevriləcək.
Bu gecənin nəticələrinə nəzər saldıqda bəlli olur ki, düşmənin döyüş qabiliyyətli zirehli texnikasının təxminən 62 faizi artıq məhv olunub. Ermənistan buna hazır deyildi və bu səbəbdən İrəvan Qarabağa təcili şəkildə əlavə zirehli texnika yollamağa hazırlaşır.
Ordumuz bütün cəbhə boyu aramsız əks-hücumlara keçərək düşmənin strateji mövqelərinə, möhkəmləndirilmiş müdafiə rayonlarına və ağır texnikasına olduqca ciddi pressinq göstərir.
Gecə saatlarında ermənilər çətinliklə də olsa, qüvvələri yenidən qruplaşdırmağa çalışıblar, amma alınmayıb.
Ermənilərin Qarabağdakı 10-cu Möhkəmləndirilmiş Rayonu döyüş qabiliyyətini itirib. 18-ci Rayon geri çəkilməyə başlayıb: bu Rayonun qərargahına cəmi bir neçə kilometr qalıb.
Belə davam edərsə, ordumuz düşmənin cinahlarını məhv edərək Ağdama çıxış əldə edə bilər.
Gecə saatlarındakı döyüşlərdə də ordumuz əvvəlki taktikasına sadiq qalaraq düşməni uzaqdan vurub, şəxsi heyəti qoruyub və erməniləri ağır zirehli texnikadan faktiki olaraq, məhrum etməyə davam edib.
Ordumuz tarix yazır.
Vətən Müharibəsi davam edir!
Elçin Alıoğlu
GOYCE.AZ
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025