Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.
Xatırladıram ki, Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Onun təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul edildi.
Rusiyada yaşayan bir azərbaycanlı kimi bütün bu siyasi prosesləri uzaqdan izləmişik. Və biz də üzərimizə düşən funksiyaları yerinə yetirmişik. Rusiyada ilk olaraq diaspor cəmiyyəti yaradaraq soydaşlarımızı bir bayraq altına toplamışıq və onların problemlərini vilayət rəhbərliyi qarşısında vaxtaşırı qaldıraraq həll etməyə çalışmışıq.
1987-ci ildən başlayaraq istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycana qarşı separatçı çıxışları bizi bir təşkilat ətrafında toplaşmağa vadar etdi. Və 1988-ci il mayın 5-də Rusiyada ilk olaraq Ulyanovsk Avtomobil Zavodunda çalışan azərbaycanlılarla və şəhərdə yaşayan eloğlularımızla birgə “Odlar yurdu” adlı diaspor cəmiyyəti yaratmağa qərar verdik.
Nəticədə diaspor institutunun təşəkkül tapmasında və inkişaf etməsində böyük xidmətimiz oldu.
1999-cu ildə Bakıda Respublika Sarayında Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə xarici ölkələrdə oxuyan və çalışan azərbaycanlı fəalların görüşündə də iştirak etdim.
Hadisələrin gedişatı göstərdi ki, Rusiyada böyük diaspor təşkilatı yaratmağa ehtiyac var. Bu baxımdan Moskvada yaşayan iş adamı Aydın Qurbanov Təşkilat Komitəsinin sədri kimi mənə zəng edərək bölgədə qeydə alınan və fəal olan cəmiyyətlər haqda bilgi toplamaq göstərişini verdi. Biz “Nizami” (əvvəlki adı “Odlar yurdu”) cəmiyyətinin üzvləri ilə birgə Volqaboyu ərazilərdə yaşayan azərbaycanlılarla görüşdük və onlara Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradılmasının zəruriliyini bildirdik.
Və həmin təşkilatın 2000-ci iyunun 22-də Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə təqdimetmə mərasimi keçirildi. Ümummilli lider diaspor rəhbəri kimi mənə də söz verdi və çıxışımda gördüyümüz işlərdən söz açdım.
Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayından sonra da keçirilən tədbirlərdə yaxından iştirak etdim.
Heydər Əliyevi ilk dəfə 1981-ci ildə Politexnik institunun tələbəsi kimi komsomolçuların yığıncağında çıxışım zamanı gördüm. Sonra isə dəfələrlə onunla yaxın təmaslarımız oldu. Prezident Aparatında keçirilən təkbətək və diaspor üzvləri ilə görüşlərimizdə ümummilli liderin dahi şəxsiyyət olduğunu bir daha sübut etdim.
Səmimi söhbəti, dərin biliyi, informasiya bolluğu bizə yaşadığımız ölkələrdə böyük stimul verdi. Ölkəmizin hazırkı Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevlə də görüşlərimiz diaporumuzun genişlənməsində böyük təkan verdi və azərbaycanlarımızın səsi yaşadıqları şəhər və vilayətlərin qanunverici və icraedici orqanlarından gəldi. Bu da həmin vaxtlar işğalda olan Qarabağımız haqda həqiqətlərin yerli ictimaiyyətə çatdırılmasında bizə köməklik göstərdi.
Qeyd edim ki, 1-ci Qarabağ savaşında UAZ zavodunda çalışan azərbaycanlılar ölkəmizə xeyli miqdarda humanitar yardım göstərdi.
Fəxr edirik ki, Prezident İlham Əliyevin dəmir yumruğu ilə sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı qələbəmizlə başa çatdı.
Bu sevincə xaricdə yaşayan eloğlularımız da qoşulur və daimi Ali Baş Komandana dəstək olacaqlarını bəyan edirlər.
Mən də Ümumrusiya Azərbaycanlıları Konqresinin, Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətində yaxından iştirak etmişəm.
Bir neçə ildir ki, Rusiyadan köçərək ölkəmizdə yaşayıram və vətənimizin bütün sahələrdə inkişaf etdiyinin şahidiyəm. Məhz bu uğurlarımız erməni faşistləri üzərində qələbəmizin əsas meyarı oldu.
Özümə dost hesab etdiyim, Lider kimi hər sözündən ibrət götürdüyüm Heydər Əliyevin ruhu qarşısında baş əyirəm və bir daha İlham Əliyevin dəstəkçisi olduğumu vurğulayıram.
Qoy Tanrı Azərbaycanımızı bütün bəlalardan qorusun və ölkəmiz təkcə Cənubu Qafqazda deyil, dünyada qətiyyətli söz deyən ölkələrdən birinə çevrilsin.
Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020Polkovnik leytenant Rasim İbrahimov
24.11.2020“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev
21.11.2020