Qeyr-adi istedada malik nakam taleli şair Səyyad Vəlioğlunun ölümündən sonra – 2009-cu ildə 33 şeirindən ibarət "Məni divanə bil..." adlı kitabı çap olunsa da, yüzlərlə şeiri it-bata düşmüşdür. Təqdim etdiyimiz şeirləri son illər Səyyadsevərlərin yaddaşından yazıya alınıb.
Qocalar
Qoymaz ürəyitək vüqarı sına,
Mirvarilər düzər ömrün sapına.
Şeir qəlibinə, söz qəlibinə,
Qəlbinin odunu tökər qocalar.
Ağarmış saçları daraqlayanda,
Ömrün kitabını varaqlayanda,
İtmiş gəncliyini soraqlayanda,
Donunu kədərdən biçər qocalar.
Qəlbi kövrək olar gül yarpağından,
İncilər süzülər söz bulağından.
Qocalığından yox, ucalığından,
Belini bir qədər bükər qocalar.
xxxx
Sən kimsən, nəçisən bilə bilmirəm,
Mənim bu dünyama qənim olursan.
Yanında mən də yox, özün də yoxsan
Məndən uzaqlarda mənim olursan.
Bu nədir, saçına qar ələnib, qar,
Nə vaxtdan olubdur qəm məhəbbətin?
Mən sənin yanında sənə intizar,
Sən qəmin dustağı, mən məhəbbətin.
Əlinə, gözünə, baxışlarına,
Əlimi uzatdım, əlim çatmadı.
Alovun özgəyə çatası oldu,
Mənə bir çimdiklik külün çatmadı?
xxxx
Telman Hüseyn Anadilə
Könlümdə, gözümdə vətənimdə gülənim sən,
Dərdimdə, əlimdə, ələmimdə ölənim sən.
Sən yurdumda, vətənimdəki nazik bədənim,
Hər dərdimi üzdən oxuyanım, bilənim sən.
Giryan gözümün yaşını axtarma, əzizim,
Ağlar gözümün yaşına əvvəl gələnim sən.
Qəmdən çiçəyim ağladı, bülbüllərim ötdü,
Bülbül kimi qarşımda min avaz ötənim sən.
Səndən aralı ömür eləməz Səyyadi xəstə,
Yurdumda, elimdə, vətənimdə vətənim sən.
xxxx
Gəncliyim
Baş əyməz önündə boranın, qarın,
Bir şahini olar uca dağların.
Bəzən qəlbindəki şən duyğuların,
Qartal qanadına qonar gəncliyim.
Ayrılıq başının üstünü alsa,
Payız xəzanıtək solsa, saralsa.
Ömrümdə bircə gün matəm qurulsa,
Həsrətdən puç kimi donar gəncliyim.
Layiqdir, vüqara, şöhrətə, ada,
Alçalmaz, əyilməz düşmənə, yada.
Heç nəyin önündə sınmaz, sınsa da
Məhəbbət önündə sınar gəncliyim.
1973-cü il "Yüksəliş" qəzeti
xxxx
Cığırlar özünə düyünlər məni,
Həsrətli günləri çoxaltsan əgər.
Çəkilər dağların dumanı, çəni
İntizar yükünü sən atsan əgər.
Qaydadır, dağları çox sevir duman,
Sakit yanan ocaq bir külək istər.
Sevilən hər insan, sevən hər insan,
Sevdiyi qədər də sevilmək istər.
Bilmirəm bu dərdi söyləyim kimə,
Doğma məcrasını sel tapa bilmir.
Mənim ürəyimdə yaranan nəğmə
Sənin ürəyinə yol tapa bilmir.
1974-cü il "Yüksəliş" qəzeti
Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020Polkovnik leytenant Rasim İbrahimov
24.11.2020“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev
21.11.2020