– Mən ehtiyatda olan zabitəm, uzun illər XTQ 052 də qrup komandiri, tabor komandiri kimi xidmət etmişəm, daha sonra Naxçıvana göndərilmişəm, Günnüt əməliyyatında təltif edilmişəm, növbədənkənar polkovnik-leytenant rütbəsi almışam. Məni hərbi komissarlıq müharibəyə göndərmir. Uyğunsuzluqla təxris olunduğum üçün 3 gündü burdayam, dünən gedib dalaşmışam, hal-hazırda komissarlığın qarşısındayam, bu məsələni tanıdığın rəhbər şəxslərə de və ya ictimailəşdir ki, məni orduya qaytarsınlar.
Döyüşlərin qızğın vaxtı idi, gecə səhərə kimi demək olar ki, yatmamışdım.
Saat 06:15 olardı, şəhid polkovnik Babək Səmidli ilə mövqeləri gəzirdik, maşında biranlıq elə oturuqlu mürgüləmişdim ki, telefonuma tanımadığım nömrədən zəng gəldi.
Yuxulu-yuxulu telefonu götürdüm.
– Salam aleyküm.
– Əleyküm salam.
– Tofiq müəllimdi danışan?
– Bəli, eşidirəm.
– Sizi narahat edən Şükürov Anardı, nömrənizi Asəf Ələsgərovdan almışam, mənə köməyiniz lazımdır.
– Buyur, qardaş, eşidirəm, sizə nə kömək edə bilərəm?
– Mən ehtiyatda olan zabitəm, uzun illər XTQ 052 də qrup komandiri, tabor komandiri kimi xidmət etmişəm, daha sonra Naxçıvana göndərilmişəm, Günnüt əməliyyatında təltif edilmişəm, növbədənkənar polkovnik-leytenant rütbəsi almışam. Məni hərbi komissarlıq müharibəyə göndərmir. Uyğunsuzluqla təxris olunduğum üçün 3 gündü burdayam, dünən gedib dalaşmışam, hal-hazırda komissarlığın qarşısındayam, bu məsələni tanıdığın rəhbər şəxslərə de və ya ictimailəşdir ki, məni orduya qaytarsınlar. Mənim kifayət qədər təcrübəm var, vətənə xeyrim dəyə bilər, ürəyim partlayır burda. Haqqımda kimdən istəyirsən maraqlana bilərsən, istər Xüsusi Təyinatlı Qüvvələrdən, istərsə də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan.
Diqqətlə dinlədikdən sonra dedim ki, əlimdən gələn köməyi edərəm və sağollaşdıq.
Babək müəllimə dedim ki, mənə bir nəfər zəng edib bəs belə deyir, təcrübəli zabitdi deyəsən. Rəhmətlik Babək müəllim dedi ki, komandirə məruzə edərik görək nə deyir. Heç 15 dəqiqə keçmədi komandirə məruzə edildi, həmən dəqiqə komissarlığa göstəriş verildi ki, Şükürov Anar adlı zabit 1-ci ordu korpusuna göndərilsin.
Bayaq zəng gələn nömrəni yığdım. Həyəcanlı şəkildə tez cavab verdi:
– Bəli, Tofiq müəllim, eşidirəm, nə xəbər var?
Dedim, göstəriş verilib. Tez gedib sənədlərinizi götürün gəlin, bir də bizim N saylı briqadanın kəşfiyyat rəisi var – Etibar Camalov yaralıdı, qospitaldan çıxıb təzədən döyüşə qayıdır, elə onunla birlikdə gəlin.
Çox sevincli halda dedi ki, mənim bu yaxşılığımı ömür boyu unutmayacaq.
Başımız necə döyüşlərə qarışmışdısa daha nə vaxt gəldi, nə vaxt çatdı, hara təyin olunduğun həmən gün bilmədim. Səhəri gün eşitdim ki, N saylı hərbi hissəyə (Həmlə taboruna) komandir təyin edilib. Hadisələr elə cərəyan etdi ki, vəziyyətlə əlaqədar, altı-yeddi gün görüşə bilmədik.
Səhv etmirəmsə, oktyabrın 15-i idi, gecə saat 10:00 olardı. Ərazidə polkovnik-leytenant Nəsimi Şıxəliyevi gördüm, yaxınlaşdıq hal-əhval tutduq. Yanında çox nurani bir zabit var idi. Nəsimi dedi ki, Tofiq tanış ol, Şükürov Anardı (indiyənə kimi üzbə-üz gəlməmişdik deyə onu tanımırdım). Əl sıxdıq, qucaqlaşdıq. Gördüm ortada xəritə var, hansısa əməliyyat barədə söhbət edirlər, orada durmağım etik olmadığı üçün onların yanından uzaqlaşmağa başlayanda Anar dedi: “Tofiq müəllim, xahiş edirəm gözləyin, sizlə təklikdə işim olacaq”.
Dedim: “Cənab mayor, baş üstə, işinizi yekunlaşdırın, gözləyirəm sizi, narahat olmayın”.
10-15 dəqiqə sonra mənə yaxınlaşdı, əlin çiynimə qoydu, dedi: “Sənə necə minnətdar olacağımı bilmirəm”. Dedim, cənab mayor, mənim üçün gəlməmisən ki, mənə minnətdar olasan, biz vətənimiz üçün, dövlətimiz üçün burdayıq. Təzədən əl sıxıb, qucaqlaşıb sağollaşdıq.
Səhər bölmələrimizin Ağdərə şəhərinə yol açacaq strateji əhəmiyyətli 530 yüksəkliyinə hücumu başladı. Yer-göy dağılır, şiddətli döyüş gedirdi. Bölmələrimiz artıq yüksəkliyə qalxmışdı, 2 mərtəbə deyilən yerdə döyüş gedirdi. Ermənilərin təqribən 350-400 nəfərlik qruplaşması Göyarx kəndi istiqamətindən yüksəkliyi qaytarmaq üçün əks-həmləyə keçirdi. Rabitədə qışqırıq səsi gəlir: “Düşmənin Ağdərə istiqamətindən 10 maşın şəxsi heyətlə dolu kalonu, 4 tank, 4 BMP-2-si Göyarxa doğru düşür, təcili vurun, təcili vurun”.
Artilleriya bölmələrimizin dəqiq atəşi ilə kolon yolda vurulur, tank və BMP-2-ləri mayor Mirdamət Bağıyevin spike heyəti imkan vermir heç döyüşə girələr, hamısı bir-bir vurulur. Hər şey əla gedir, sevincdən uçuruq...
Birdən rabitədə kimsə başladı qışqırmağa: “Kombat şəhid oldu, kombat şəhid oldu”.
Babək müəllim soruşdu:
– A bala, kimdi şəhid olan? Adı nədir?
Rabitəçi ağlaya-ağlaya dedi ki, komandirimiz Şükürov Anar. Bu sözü eşidən kimi hönkürtü ilə ağlamağa başladım, onun orduya qayıtmağında vasitəçi olduğum üçün özümü dünyanın ən böyük günahkarı hesab edirdim. Polkovnik Babək Səmidli tutub yaxamdan sirkələdi məni.
Dedi ki, özünü ələ al, şəxsi razborkana çağırmamısan ki, orda ölə, günahkar hesab edəsən özünü. O, vətən uğrunda şəhid olub, vətən üçün gəlmişdi bura.
Düşmənin ciddi müqavimətinə baxmayaraq, həmən gün 530 yüksəkliyi azad olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mayor Şükürov Anar Mehman oğluna, ölmündən sonra “Vətən müharibəsi qəhrəmanı” adı verildi.
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025