ABBASOV ƏZİZ ŞÜKÜR oğlu 1905-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939). SSRİ-Finlandiya müharibəsində və Böyük Vətən müharibəsində iştirak etmişdir. Kiyev şəhərində yaralanmış (1942), orada müalicə olunduqdan sonra daimi Kiyev şəhərində yaşamış, orada vəfat etmiş və orada da dəfn olunmuşdur (1991). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ABBASOV HÜSEYNQULU ƏLİ oğlu 26 iyun 1914-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Daşkənd kənd orta məktəbində 7 illik təhsil almışdır. Basarkeçər RHK-dan orduya çağırılmışdır (22.06.1941). 325-ci Dvin atıcı diviziyanın 85-ci atıcı alayında xidmət etmişdir. Həmin alayın 1-ci taborunun atıcısı kimi 19.10.1944-cü ildə Latviya SSR-nin Tauragen qəzasının 40.8 qeydiyyat rayonunda (dövlət sərhəddində) hücum zamanı cəsarətli və qətiyyətli hərəkət etmişdir. Belə ki, öndə gedərək və yoldaşlarını arxasınca apararaq 2 alman əsgərini məhv etmişdir. Düşmən tutduğu mövqedən qovulmuşdur. Bundan əvvəlki döyüşlərdə dörd dəfə yaralanmışdır (25.07.1943; 09.09.1943; 23.04.1944; 16.08.1944). Müharibədən sonra ordudan tərxis olunmuşdur. Sov.İKP-nın üzvü (05.1950). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1961). “Döyüş xidmətlərinə görə” medalı (07.11.1944) və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945) ilə təltif olunmuşdur.
ABBASOV QOŞQAR ŞAMİL oğlu 1923-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (16.06.1942). 406-cı atıcı diviziyanın 660-cı atıcı alayının tərkibində BVM-də iştirak edib (09.1942–12.1942). Döyüş zamanı sol ayağından yaralanmışdır (20.12.1942). 3681 №li təxliyyə hospitalında müalicə olunub (20.12.1942–12.01.1943). Ordudan tərxis olunmuşdur (21.01.1943). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (10.06.1982). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ABBASOV MƏTİŞ ŞÜKÜR oğlu 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. İmişli RHK-dan orduya çağırılmışdır (1941). Əl pulemyotu atıcısı kimi 827 atıcı alayın tərkibində BVM-də iştirak edib (11.1942–01.1943). Yaralandıqdan sonra 1024 №li təxliyyə hospitalında müalicə olunub (01.1943–06.1943). Ordudan tərxis olunmuşdur (06.1943). 1988-ci ildə Daşkənd kəndindən qaçqın düşdükdən sonra Yevlax r.-nun Tanrıqulular kəndində yaşamış, orada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur (26.08.1993). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ABDULLAYEV ABDULƏLİ MƏMMƏD oğlu 01.1922-ci (1921) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. ÜİLKGİ-nin üzvü (1942). Basarkeçər RHK-dan orduya çağırılmışdır (03.1942). BVM-də serjant rütbəsində manqa komandiri olub. Əsir düşüb (10.1943). Əsirlikdən azad olunub. Müharibədən sonra İrəvan şəhərinin yaxınlığında işləmiş və sonralar Daşkənd kəndinə qayıtmışdır (1950-ci illər). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (07.08.1985). “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı (1970), “Əmək veteranı” medalı (25.12.1980) və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ABDULLAYEV BƏŞİR MƏMMƏD oğlu 27 fevral 1910-cu (1911) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Ordudan tərxis olunmuşdur (1946). 1988-ci ildə Daşkənd kəndindən qaçqın düşdükdən sonra Şəmkir r-nun Çənlibel kəndində yaşamış, orada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur (17.03.1998). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ABDULLAYEV MİRZƏ MƏHƏRRƏM oğlu 1905-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Əsir düşmüş, əsirlikdən azad olunmuşdur. Daşkənd kəndinə qayıtmışdır (1952). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (06.09.1988). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ALIYEV ALI ORUC oğlu 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Xarkov şəhərində döyüş zamanı əsir düşmüşdür (05.1942). Əsirlikdən azad olunduqdan sonra 236-cı ehtiyat atıcı alayda xidmətə göndərilmişdir (05.06.1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sonralar Daşkənd kəndinə qayıtmışdır (təxminən 1963-1964). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1985). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ALIYEV HƏSƏNBABA MƏSİM oğlu 1924-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Müharibədə Moskva ətrafında döyüşlərə başlamış, Almaniyaya qədər döyüş yolu keçmişdir. Ordudan tərxis olunduqdan sonra Daşkənd k.-ndinə qayıtmışdır. Daşkənd kəndindən köçərək əvvəlcə Özbəkistanın Səmərqənd vilayətində, daha sonra isə Tacikistanın Leninabad (Sogd) vilayətinin Çkalov (Buston) şəhərində yaşamışdır. 1990-cı illərdə Şəmkir rayonunun Ələsgərli (Badakənd) kəndinə köçüb gəlmiş, burada yaşamış, vəfat etmiş və Ələsgərli qəbiristanlığında dəfn olunmuşdur (1997). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ALIYEV İMRAN MƏDƏT oğlu 1903-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). 276-cı atıcı alayda xidmət edib. Taqanroq döyüşlərində iştirak etmişdir. Ağır yaralandıqdan sonra 2126 №li təxliyyə hospitalında müalicə olunmuş və ordudan tərxis olunmuşdur (02.03.1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1979). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ALIYEV İSMAYIL MƏHƏR oğlu 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Böyük Vətən müharibəsində iştirak etmişdir (1941–1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). “Yeni həyat” kolxozunda dəmirçi işləmişdir (1953–1980). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (2008). “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (07.05.1965), “V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı (03.04.1970), “Əmək veteranı” medalı (31.01.1980), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1973-cü ildə sosializm yarışının qalibi” (1974), “1974-cü ildə sosializm yarışının qalibi” (1975) döş nişanları ilə təltif olunmuşdur.
ALIYEV ORUC MƏHƏMMƏD oğlu 28 mart 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). Müharibədən sonra ordudan tərxis olunmuşdur (1950). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə şəhərində yaşamış, orada vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur (29.01.2004). “Qvardiya” nişanı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (07.05.1966), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (10.09.1970), “Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi” nişanı (17.03.1970), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (26.07.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (21.03.1979), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (28.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (09.05.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995) ilə təltif olunmuşdur.
BABAYEV BABIŞ MƏHƏMMƏD oğlu 1899-cu (1897) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (06.1942). 360-cı xüsusi motoatıcı briqadada xidmət edib. Top mərmisinin təsirindən qulaqları tutulmuş, Gəncədəki 296 №li təxliyyə hospitalında müalicə olunmuşdur (27.05.1944). 136-cı ehtiyat atıcı alayına göndərilib (22.08.1944). Ordudan tərxis olunmuşdur (1944). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur (1995).
BABAYEV İSA HÜSEYN oğlu 17 fevral 1914-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (20.04.1987). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
BABAYEV (ƏLƏKBƏROV) SAYAD ƏLİ oğlu 1899-cu (1900) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Almaniya yaxınlığındakı döyüşlərdə yaralanıb. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüşlərə göndərilib. Növbəti dəfə başının bir hissəsi, bir neçə əl və ayaq barmaqları qəlpə yarası alıb. Stavropol hospitalından tərxis olunmuşdur (1945). Uzun müddət Daşkənd kəndində də müalicə olunub. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sonralar Daşkənd kəndinə qayıtmışdır (1962). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (12.1986). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
BABAYEV ŞİRASLAN QƏHRƏMAN oğlu 20 mart 1905-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939; 1941). SSRİ-Finlandiya müharibəsində və Krımda Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (04.05.1996). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
BALIYEV İLYAS (ELLƏZ) MÜRSƏL oğlu 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Müharibədə başından yaralanmış, biləkdən sol əlini itirdikdən sonra ordudan tərxis olunmuşdur (1942). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1977). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
BALIYEV MEHVALI TAHAR oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). Müharibədə və sonrakı xidmət dövründə ciyərləri soyuqlamışdır. Ordudan tərxis olunmuşdur (1950). Basarkeçər rayonunun Daşkənd kəndində həmin xəstəliklərdən vəfat etmişdir (1952).
BAYRAMOV ƏYYUB ABUZƏR oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (15.11.1944). Avtomatçı kimi 63-cü briqadada xidmət etmişdir. Döyüş zamanı sol əlindən ağır yaralanıb (20.04.1945). 1425 №li təxliyyə hospitalında müalicə olunub (04.1945–09.1945). Ordudan tərxis olunmuşdur (05.09.1945). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sonralar Daşkənd kəndinə qayıtmışdır (1961). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, burada vəfat etmiş və “Qurd qapısı” qəbiristanlığında dəfn olunmuşdur (30.08.2009). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
BAYRAMOV İSLAM CANBAXIŞ oğlu 1910-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Döyüşlər zamanı əsir düşüb və sonra azad olunub. Ordudan tərxis olunmuşdur (1945). Qazaxıstanın Karaqanda vilayətində yaşamış, orada vəfat etmiş və orada da dəfn olunmuşdur (1994). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
BAYRAMOV YUSİF ABBAS oğlu 1919-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (20.04.1939). 176-cı divizyada xidmət edib. Əsir düşüb (10.09.1941). Odessada iki il əsir olub və sonra azad olunub. Krım, Stalinqrad, Leninqrad döyüşlərində iştirak edib. Ayağından və qolundan qəlpə yaraları alıb. Müharibədən Daşkənd kəndinə qayıtdıqdan bir müddət sonra Şəmkir şəhərinə köçərək orada yaşamışdır. Şəmkir şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur (18.05.2002). II dərəcəli “Vətən Müharibəsi” ordeni (01.08.1986) ilə təltif olunmuşdur.
CABBAROV HÜMBƏT ƏHMƏD oğlu 1914-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Mozdok döyüşündə yaralanmışdır. Ordudan tərxis olunmuşdur (1944). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1983). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
CABBAROV NƏSİB SAYAD oğlu 4 yanvar 1916-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Döyüş zamanı yaralanmışdır (1943). Mahaçqalanın 14 km.-dəki Kaspiysk şəhərində 2035 №li təxliyyə hospitalında müalicə almış, ordudan tərxis olunmuşdur. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yaşamış, orada vəfat etmiş və həmin qəsəbənin qəbiristanlığında dəfn olunmuşdur (2003). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (26.07.1976), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995) və II dərəcəli “Vətən Müharibəsi” ordeni (11.03.1985) ilə təltif olunmuşdur.
CAMALOV MƏDƏT BALIŞ oğlu 1924-cü (1926) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1943). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1987). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
CƏFƏROV XIDIR HÜSEYN oğlu 1920-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır. Böyük Vətən müharibəsində iştirak etmişdir. Ordudan tərxis olunmuşdur. Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (29.07.1978). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
DÜNYAMALIYEV HƏSƏN (HASOY) ABDULƏLİ oğlu 1905-ci (1903) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). 1-ci atıcı alayda xidmət etmişdir. Taqanroq döyüşlərində iştirak etmiş, Mozdok döyüşlərində yaralanmış, hospitalda müalicə olunmuşdur (1942). Sonra Ukrayna ərazisində də döyüşlərdə olmuşdur. Təkrar yaralandığı üçün 4477 №li təxliyyə hospitalında müalicə olunmuş, ordudan tərxis olunmuşdur (12.08.1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1986). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ELYAZOV ABBAS MANSUR oğlu 1891-ci (1897) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939). SSRİ-Finlandiya müharibəsində və Böyük Vətən müharibəsində iştirak etmişdir. Ayağından yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (18.04.1956).
ƏLİYEV ÇOBAN NURMƏMMƏD oğlu 5 may 1911-ci (1910) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Kerç döyüşlərində iştirak etmişdir. Rostov-na-Donu yaxınlığındakı döyüşdə qolundan yaralanmış və tərxis olunmuşdur (1942). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1985). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ƏLİYEV ƏNVƏR ABDULLA oğlu 1918-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (27.01.1939). SSRİ-Finlandiya müharibəsində iştirak etmişdir. Yefreytor rütbəsində 37-ci alayda xidmət etmişdir. Əsir düşüb azad olunub. Kotovsk (Bessarabiya) şəhərinə döyüşə göndərilib (28.06.1941). 178-ci atıcı diviziyanın 389-cu atıcı alayının 1-ci batalyonunda xidmət edib. Deyilənə görə iştirak etdiyi döyüşdə 15 alman faşisti əsir götürülmüş, həmin döyüşdə sol əlindən ağır güllə yarası almışdır (01.07.1941). 979 №li təxliyyə hospitalından tərxis olunmuşdur (05.12.1941). ÜİK(b)P-nın üzvü (1943). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1995). “Döyüş xidmətlərinə görə” medalı (06.11.1947), I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ƏLİYEV ƏNVƏR ORUC oğlu 1916-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1940; 06.06.1943). Qvardiya serjantı (çavuş) kimi 28-ci hava-desant (paraşütçü diviziyası) atıcı qvardiyanın Dembitski alayının 3-cü batalyonunun rabitə tağımında xidmət etmişdir. 1-ci və 2-ci Ukrayna cəbhələrində döyüşmüşdür (06.06.1943–1945). Döyüş zamanı yaralanmışdır (08.08.1944). Polşanın Stopnitsa şəhərinin müdafiəsinin yarılmasında (12.01.1945), Buska-Zdruy şəhərinin alınmasında (13.01.1945), Şekotsina şəhərinin azad edilməsində (16.01.1945), Almaniyanın Marksdorf kəndinə hücum zamanı (28.02.1945) qəhrəmanlıqlar etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (15.09.1968). “Qırmızı Ulduz” ordeni (05.04.1945), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945) ilə təltif olunmuşdur.
ƏLİYEV MƏMMƏD HƏSƏN oğlu 1924-cü ildə Basarkeçər rayonunun Aşağı Şorca kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (15.12.1942). 589-cu atıcı alayın tərkibində BVM-də döyüşmüşdür (12.1942–07.1943). Əsasən Mozdok, Sevastopol, Kerç və Brest uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Brest şəhəri uğrunda gedən döyüşdə sağ çiynindən ağır yaralanmış (15.07.1943) və ordudan təxris olunmuşdur (19.07.1943). Uzun müddət təxliyyə hospitalında müalicə olunmuşdur (03.1944). Brest şəhərindəki müharibə iştirakçılarının şərəfinə ucaldılmış monumentdə adı var. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşamış, Bakı şəhərində vəfat etmiş, Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur (19.10.2008). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (18.07.1967), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (21.03.1979), I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (28.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (09.05.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi” yubiley medalı (27.04.2005) ilə təltif olunmuşdur.
ƏLİYEV TAPDIQ XIDIR oğlu 1912-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (05.05.1939). SSRİ-Finlandiya müharibəsində və Böyük Vətən müharibəsində iştirak etmişdir. 36-cı ehtiyat atıcı diviziyanın 48-ci ehtiyat atıcı alayından 389-cu ehtiyat atıcı alayına göndərilib (09.01.1943). 1177-ci zenit artilleriya alayının hava hücumundan müdafiə bölüyündə xidmət etmişdir. Leninqradın müdafiəsində qəhrəmanlıq göstərmişdir. Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sov.İKP-nın üzvü. Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (25.05.1990). “Leninqradın müdafiəsinə görə” medalı (23.08.1943), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (05.10.1945), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ƏSƏDOV BAHADUR İSGƏNDƏR oğlu 1911-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Berlinə qədər döyüş yolu keçmişdir. Ordudan tərxis olunmuşdur (1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (26.11.1976). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945), “Döyüş xidmətlərinə görə” medalı (14.04.1958), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (1965), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (1968), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (1985) ilə təltif olunmuşdur.
ƏSƏDOV ƏLİBABA KƏRİM oğlu 1925-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (02.1943). 38-ci ehtiyat atıcı diviziyanın 88-ci ehtiyat atıcı alayında 2-ci taqımın komandiri olmuşdur (02.1943–20.08.1943). 4-cü qvardiya motoatıcı briqadada xidmət etmişdir. Minaatançı kimi Smolenski vilayətinin Poçinkovsk rayonunun Kruqlovo kəndində döyüş zamanı sağ əlindən ağır yaralanıb (22.09.1943). Ordudan tərxis olunmuş, Daşkənd kəndinə qayıtmışdır. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Uzun illər Moskva şəhərində yaşamış, orada xəstələndikdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndinə gətirilmişdir. İki ay sonra Yeni Daşkənd kəndində vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur (03.02.1984).
ƏSƏDOV HƏBİB ABBAS oğlu 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Yaralandıqdan sonra 370 №-li təxliyyə hospitalında müalicə olunub. Ordudan tərxis olunmuşdur (13.04.1942). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1974). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
ƏZİMOV YUSİF MÜSEYİB oğlu 1923-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (01.1942). 828-ci atıcı alayın tərkibində müharibədə döyüşlərdə iştirak edib (03.1942–05.1942). Ordudan tərxis olunmuşdur. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (22.04.2015). “Əmək veteranı” medalı, “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi” yubiley medalı (2005), “Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 65 ili” yubiley medalı (2009), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi” yubiley medalı (2010), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı (2015) ilə təltif olunmuşdur.
HACIYEV ABBASƏLİ İSMAYIL oğlu 1898-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Arxa cəbhədə xidmət etmişdir. Ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (19.10.1989). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
HACIYEV DÜNYAMALI İSMAYIL oğlu 20 mart 1915-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). 416-cı atıcı diviziyada xidmət edib (Taqanroq). Ayaqlarını don vurmuş, budun yan tərəfindən yaralanmış, Tbilisidə müalicə olunmuşdur (1942). Ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (18.11.1998). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
HACIYEV HƏSƏN İSMAYIL oğlu 17 may 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). 769-cu atıcı alayın 1-ci atıcı bölüyündə xidmət etmiş, döyüş zamanı əsir düşmüşdür (11.01.1942). Almaniyanın Hamburq şəhərində əsirlikdə olub. Daşkənd kəndinə qayıtmışdır (1954). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşamışdır. Yeni Daşkənd kəndində vəfat etmişdir (14.05.1994).
HACIYEV HƏSƏN MƏHƏRRƏM oğlu 1902-ci (1903) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (06.1942). Krım cəbhəsində döyüşmüşdür. Müharibədən sonra ordudan tərxis olunmuşdur (10.1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sonralar Daşkənd kəndinə qayıtmışdır (1954). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (10.04.1966).
HACIYEV MƏHƏMMƏD MÜSEYİB oğlu 10 iyun 1924-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (09.09.1942). Böyük Vətən müharibəsində iştirak etmişdir. Baş leytenant rütbəli zabit. 3-cü ehtiyat atıcı alayında və 230-cu atıcı diviziyanın 988-ci ehtiyat atıcı alayında xidmət edib. Ordudan tərxis olunmuşdur (08.1950). Kiyevdə rayon partiya komitəsində və SSRİ Kimya Sənayesi Nazirliyində işləmişdir. L.İ.Brejnevin yaxın dostlarından olub. Moskva şəhərində yaşamış, orada vəfat etmiş və Mitinski qəbiristanlığında dəfn olunmuşdur (01.07.1993). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945), “Yaponiya üzərində qələbəyə görə” medalı (30.09.1945), II dərəcəli “Vətən Müharibəsi” ordeni (01.08.1986) ilə təltif olunmuşdur.
HACIYEV SAFOY İSMAYIL oğlu 1916-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (01.1944). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1988). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
HACIYEV TANRIVERDİ ALI oğlu 5 iyun 1917-ci (1916) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Sağ əlindən yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1944). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (01.03.1987). “Əməkdə fərqlənməyə görə” medalı (1969, 1974), “V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı (1970), “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı (1971), “Əmək veteranı” medalı (1977), “Baş müəllim” adı (1982), “Metodist maarif xadimi” adı (1982), “Sosializm yarışının qalibi” döş nişanı və I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.11.1985) ilə təltif olunmuşdur.
HƏSƏNOV ABUZƏR ƏSGƏR oğlu 1924-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). 416-cı atıcı diviziyada xidmət edib (Taqanroq). Döyüş zamanı qolundan yaralanıb (1943). Ordudan tərxis olunmuşdur (02.1943). Sov.İKP-nın üzvü (1950). II qrup BVM əlili idi. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Gəncə şəhərində yaşamış və orada vəfat etmiş, Gəncənin İmamzadə qəbiristanlığında dəfn olunmuşdur (27.04.2004). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
HƏSƏNOV AĞAMƏLİ ABBAS oğlu 1915-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Zaqafqaziya Hərbi Dairəsi 45-ci Ordusunda və 402-ci atıcı diviziyada xidmət etmişdir. Belarusiyada yaralanmış və ordudan tərxis olunmuşdur (1944). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1948). Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır (1953). Yeni Daşkənd kəndində vəfat etmişdir (10.04.1980). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
HƏSƏNOV BİNNƏT ƏSGƏR oğlu 1903-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Səmərqənddə həqiqi hərbi xidmətdə olmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Müharibədə iştirak etmiş, döyüş zamanı yaralanmışdır (1944). Müharibədən sonra ordudan tərxis olunmuşdur. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Şəmkir rayonunun Çənlibel kəndində yaşamış, orada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur (1990). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
HƏSƏNOV CƏLİL XƏLİL oğlu 1910-ci ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). BVM-də iştirak etmişdir. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (24.04.2003). II dərəcəli “Vətən Müharibəsi” ordeni (01.08.1986) ilə təltif olunmuşdur.
HƏSƏNOV HÜMBƏT ƏSGƏR oğlu 1903-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (08.1942). BVM-də 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayında xidmət etmişdir. Çeçen-İnquş MSSR-nin Malqobek ş. Terski r.-nun Voznesensk kəndindən 10 km şimalda döyüş zamanı əsir düşmüşdür (05.10.1942). Əsirlikdən sonra 28-ci ehtiyat atıcı diviziyanın 106-cı ehtiyat atıcı alayında, 5-ci taqımın 3-cü manqasında xidmət etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur. Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1969).
HƏŞİMOV ABUZƏR QASIM oğlu 1922-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (01.04.1987). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
HÜMBƏTOV ABDULLA İSMAYIL oğlu 30 iyun 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). Gürcüstanın Qori şəhərində üç ay hərbi təlim keçdikdən sonra Rumıniyaya döyüşə göndərilib (1945). Avtomatçı olmuşdur. Avstriyada yaralanıb (22.04.1945). Macarıstanda müalicə olunduqdan sonra Sakit okean cəbhəsinə – Saxalinə hərbi xidmətə göndərilmiş, hərbi komendaturada xidmət etmişdir. Ordudan tərxis olunmuşdur (08.08.1950). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (05.1953). Bakı ş.-də vəfat etmiş, Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur (30.06.2011). “İgidliyə görə” medalı (15.02.1968), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (28.01.1988), “Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 65 ili” yubiley medalı (2009) ilə təltif olunmuşdur.
HÜMBƏTOV NAĞI İSMAYIL oğlu 1916-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (05.1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (27.05.1970).
HÜSEYNOV ƏSGƏR ABBASƏLİ oğlu 1923-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Pulemyotçu. Mozdokda döyüşə başlayıb. 402-ci atıcı alayda xidmət etmişdir. Əsir düşüb azad olunub. Berlinə qədər döyüş yolu keçmişdir. Ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1988). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
HÜSEYNOV (ŞAİROV) HƏNDƏM ƏSƏD oğlu 1908-ci (1898) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942 və ya 1943). 22-ci atıcı alayın tərkibində döyüşlərdə iştirak etmişdir. Sağ gözündən yaralandıqdan sonra 2464 №li təxliyyə hospitalında müalicə olunmuş və ordudan tərxis olunmuşdur (23.03.1944). Sağ gözü görmürdü, II qrup BVM əlili idi. Müharibədən sonrakı illərdə Daşkəsən rayonunun Mollahəsənli kəndində yaşamış, 1970-ci illərdə Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Yeni Daşkənd kəndində vəfat etmişdir (1982). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (08.12.1966), “İgidliyə görə” medalı (12.06.1968), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (30.03.1970), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (03.11.1978), “Əmək veteranı” medalı (30.06.1980) ilə təltif olunmuşdur.
HÜSEYNOV HÜSEYN ŞÜKÜR oğlu 1907-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (09.1928; 1942). 546-cı atıcı alayın tərkibində BVM-də döyüşmüşdür (08.03.1942–17.05.1942). Almaniyaya qədər döyüş yolu keçmişdir. Ordudan tərxis olunmuşdur (1945 və ya 1946). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (09.03.1999). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945), “Əmək veteranı” medalı (31.01.1980), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (12.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (28.01.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995) ilə təltif olunmuşdur.
HÜSEYNOV İSLAM GÜLMƏMMƏD oğlu 1903-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). 1020-ci atıcı alayın tərkibində xidmət etmişdir. Moskva şəhərinin müdafiəsində iştirak etmiş, Tula şəhərində gedən döyüş zamanı qolundan yaralanmışdır. Ordudan tərxis olunmuşdur (07.05.1943). Sov.İKP-nın üzvü (12.1944). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində, Göygöl rayonunun Üçbulaq (Murud) kəndində, Mingəçevir şəhərində və Gəncə şəhərində yaşamış, Gəncə şəhərində vəfat etmiş və Gəncənin İmamzadə qəbiristanlığında dəfn olunmuşdur (1994). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
HÜSEYNOV İSMAYIL GÜLMƏMMƏD oğlu 22 mart 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1944). Müharibədə iştirak etmiş və Alman hərbi əsirlərinin üstündə post-karaulda xidmət etmişdir. Müharibədən sonra Krasnodar diyarında xidmət etmişdir (1948–1950). Ordudan tərxis olunmuşdur (1950). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur (07.09.1995). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
XƏLİLOV ABBASƏLİ SÜLEYMAN oğlu 31 dekabr 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939; 08.09.1941). SSRİ-Finlandiya müharibəsində və Böyük Vətən müharibəsində iştirak etmişdir. Serjant rütbəsi almışdır. Krımda əsir düşmüşdür (1942). Qələbədən sonra azad edilmiş Sovet hərbi əsirlərindən ibarət 95007 №-li eşelonda Odessa keçid məntəqəsində 6-cı rotada 252 nəfərlə siyahıya alınmışdır (11.05.1945). Ordudan tərxis olunmuşdur (15.05.1947). Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır (1965). Yeni Daşkənd kəndində vəfat etmişdir (30.09.2007). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
XƏLİLOV MƏHƏMMƏDƏLİ CAMAL oğlu 1912-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (06.01.1942). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1943). Basarkeçər rayonunun Daşkənd kəndinə qayıtdıqdan bir ay sonra vəfat etmişdir (1943).
XƏLİLOV NİFTALI ƏZİZ oğlu 1919-cu (1912) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Kolxozda mühasib işləmişdir. Basarkeçər RHK-dan orduya çağırılmışdır (13.09.1941). Primorsk ordusu 25-ci atıcı diviziyasının 54-cü atıcı alayında xidmət etmişdir. Krımda əsir düşmüşdür (02.03.1942). Əsirlikdən qaçaraq İtaliyada faşistlərə qarşı döyüşmüşdür. İtkin hesab edilmiş, sonralar Türkiyədə yaşadığı məlum olmuşdur (1952). Ankara şəhərində yaşamış, orada vəfat etmiş və Karşıyaka qəbiristanlığında dəfn olunmuşdur (04.08.1980).
İMANOV BAYRAMƏLİ XALIQVERDİ oğlu 1911-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Ukrayna cəbhəsində döyüşmüşdür. Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1943). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur (23.07.1992). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
İMANOV QARA HÜMBƏT oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1944). Belarusiya cəbhəsində döyüşmüşdür. Ordudan tərxis olunmuşdur (1945). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur (17.02.2000). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
İMANOV ORUC XALIQVERDİ oğlu 1914-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). 30-cu Əlahiddə Qafqaz diviziyada döyüşmüşdür. Ukrayna SSR Stalinsk vilayətinin Slavyansk rayonunun Qlubokaya Makatıxa kəndində döyüş zamanı ağır yaralanmışdır (26.03.1942). Krım hospitalında müalicə olunmuşdur. Ordudan tərxis olunmuşdur (1944). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur (05.11.1997). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
İMANOV ŞƏMİSTAN HÜMBƏT oğlu 1911-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Sevastopol döyüşündə yaralanmışdır. Ordudan tərxis olunmuşdur (1944). III qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1985). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (12.04.1985) ilə təltif olunmuşdur.
İSGƏNDƏROV AĞABABA QƏMBƏR oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (26.11.1944). 1166-cı atıcı alayın tərkibində döyüşlərdə iştirak etmişdir (10.04.1945–02.05.1945). Berlində sol ayağından yaralanmışdır (02.05.1945). 623 №li hospitalda müalicə olunmuşdur (05.1945–11.1945). Sonra ordudan tərxis edilmişdir (26.11.1945). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra hal-hazıra qədər Bakı şəhərində yaşayır. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (12.07.1967), “Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi” nişanı (1970), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (26.07.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (21.03.1979), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (12.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (09.05.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1941-1945-ci illər müharibəsi Veteranı” nişanı (2000), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi” yubiley medalı (27.04.2005), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi” yubiley medalı (02.03.2010), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı (02.02.2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı (Rusiya, 06.05.2020), “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı (Azərbaycan, 01.05.2020) ilə təltif olunmuşdur.
İSGƏNDƏROV MÜZƏFFƏR QƏMBƏR oğlu 21 yanvar 1920-ci (1924) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (15.12.1941). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (02.1944). Sov.İKP-nın üzvü (1952). 1988-ci ildə Daşkənd kəndindən qaçqın düşdükdən sonra Şəmkir r.-nun Çənlibel kəndində yaşamış, orada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur (21.04.2005). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
KƏRİMOV ƏLİ HÜSEYN oğlu 2 may 1925-ci (1921) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). Altı ay hərbi hazırlıqdan sonra 2-ci diviziyanın tərkibində döyüşlərdə iştirak etmiş, Berlinə qədər döyüş yolu keçmişdir. Ordudan tərxis olunmuşdur (10.10.1949). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Uzun illər Bərdə şəhərində yaşamışdır. Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (25.08.2000). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
KƏRİMOV FƏZİ QASIM oğlu 1912-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Top taqımının komandiri olmuşdur. Ayrı-ayrı vaxtlarda səkkiz dəfə yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1944). Sov.İKP-nın üzvü (04.1945), II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (25.09.2000). “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı (1970), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.04.1975), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (28.01.1978), “Əmək veteranı” medalı (31.01.1980), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (12.04.1985), I dərəcəli “Vətən Müharibəsi” ordeni (01.08.1986), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (28.01.1988), “9 May” nişanı, “1941-1945-ci illər müharibəsi Veteranı” nişanı (2000) ilə təltif olunmuşdur.
KƏRİMOV İSLAM İSMAYIL oğlu 1906-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939; 1941). SSRİ-Finlandiya müharibəsində və Böyük Vətən müharibəsində iştirak etmişdir. Döyüş zamanı xidmət etdiyi tabor bütünlüklə əsir götürülsə də, əsirlikdən qaçaraq azad ola bilmişdir (1941). Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1994). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
KƏRİMOV QƏŞƏM SALEH oğlu 1914-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1943). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (11.05.1996). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
KƏRİMOV RƏSUL İSMAYIL oğlu 1919-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan həqiqi hərbi xidmətə çağırılmışdır (1939). Basarkeçər RHK-dan müharibəyə çağırılmışdır (1941). Böyük Vətən müharibəsində Krımda döyüşlərə başlamışdır. Marşal Rokossovskinin komandanlığı altında döyüşmüşdür. Azov dənizi hövzəsində xidmət etdiyi tabor bütünlüklə əsir götürülmüş, Bessarabiyaya, oradan isə Qərbi Avropaya aparılmışdır. Fransa ərazisində əsirlikdən qaça bildikdən sonra Əhmədiyyə Cəbrayılovun partizan dəstəsinə qoşulmuş, faşistlərə qarşı döyüşmüşdür. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sonralar Daşkənd kəndinə qayıtmışdır (1954). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş, Bakıxanov qəbiristanlığında dəfn edilmişdir (1992). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
KƏRİMOV SƏYYAD QASIM oğlu 1905-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Müharibədən sonra ordudan tərxis olunmuşdur (1949). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonundan Göyçəyə gedərkən Kəlbəcər rayonunda avtomobil qəzasında həlak olmuş və Basarkeçər rayonunun Daşkənd kəndində dəfn olunmuşdur (1955).
QOCAMANOV ALBABA CAMAL oğlu 1905-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHKdan orduya çağırılmışdır (1942). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1944). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1966).
QOCAMANOV BÖYÜKKİŞİ CAMAL oğlu 10 yanvar 1911-ci (1907) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (08.09.1941). 778-ci atıcı alayın tərkibində BVM-də döyüşmüşdür (09.1941–03.1942). Armavir şəhərində yaralanmışdır (12.05.1942). Yaralandıqdan sonra Xankəndidə müalicə olunmuşdur. Müalicədən sonra ordudan tərxis olunmuşdur (1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (30.01.2000). “Əmək veteranı” medalı (13.02.1975), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (23.05.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995) ilə təltif olunmuşdur.
QULİYEV ƏLİ ABDULLA oğlu 1917-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1938; 10.08.1941). SSRİ-Finlandiya müharibəsində iştirak etmişdir. Böyük Vətən müharibəsində 3-cü Belarus cəbhəsində “5 A” hərbi hissəsinin 215-ci atıcı diviziyasının 711-ci atıcı alayında döyüşmüşdür. Rostov istiqamətində əlindən güllə yarası (16.12.1941), Kerç şəhəri altında sağ əlindən qəlpə yarası (10.05.1943), Orşa şəhəri altında isə belindən qəlpə yarası (23.10.1943) almışdır. Berlin uğrunda döyüşlərdə iştirak etmişdir. Ordudan tərxis olunmuşdur (1950). BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (24.05.1974). “İgidliyə görə” medalı (13.06.1944), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945) ilə təltif olunmuşdur.
QULİYEV VƏLİ ABDULLA oğlu 5 iyun 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (06.12.1944). BVM-də döyüşmüşdür (04.1945–05.1945). Almaniya uğrunda gedən döyüşlərdə sol çiyninin arxasından yaralanmışdır (19.04.1945). Yüngül yaralılar üçün 5111 №li hospitalda müalicə olunmuşdur (05.06.1945). Hərbi xidmətini 214-cü ehtiyat atıcı alayda atıcı (12.1944–07.1945), ...şəhərində hərbi komendaturada atıcı (07.1945–01.1947), ...şəhərində hərbi komendaturada atıcı (01.1947–05.1947), 58-ci qvardiya mexanikləşdirilmiş alayda atıcı (05.1947–04.1948), 39212 №li hərbi hissədə pulemyotçu (04.1948–06.1950) kimi xidmət etmişdir. Ordudan tərxis olunmuşdur (31.06.1950). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (30.08.2001). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (03.1946), “Sovet Ordu və Donanmasının 30 illiyi” yubiley medalı (09.01.1949), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (09.05.1985), “Əmək veteranı” medalı (31.07.1986), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (09.05.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1941-1945-ci illər müharibəsi Veteranı” nişanı (2000) ilə təltif olunmuşdur.
MƏMMƏDOV ABDULLA RÜSTƏM oğlu 1909-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (01.1942). Müharibədə döyüş zamanı əsir düşüb və azad olunub (1945). ÜİK(b)P-nın üzvü. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur (1989). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
MƏMMƏDOV BEHBUD QƏDİR oğlu 1898-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Mozdok döyüşlərində ayağından yaralanmış, hospitalda müalicə olunmuşdur (1942). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1981).
MƏMMƏDOV BƏHLUL MAHMUD oğlu 1911-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan həqiqi hərbi xidmətə çağırılmışdır (10.1932). Basarkeçər RHK-dan müharibəyə çağırılmışdır (10.12.1941). Müharibədə 15-ci atıcı alayın tərkibində döyüşmüşdür (30.03.1942–14.04.1942). Döyüş zamanı sağ ayağından yaralanmışdır (14.04.1942). Ordudan tərxis olunmuşdur (1944). II qrup BVM əlili idi. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur (27.02.1994). “Əmək veteranı” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (1945), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (1968), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.04.1975), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (28.01.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (12.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (28.01.1988) ilə təltif olunmuşdur.
MƏMMƏDOV DASTAN RÜSTƏM oğlu 1914-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Berlinə qədər döyüş yolu keçmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur (05.12.1945). İrəvan Kənd Təsərrüfatı Texnikumunun (Azərbaycan bölməsi) zootexnik ixtisasını bitirmişdir (1957). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1985). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
MƏMMƏDOV İMRAN ÇOYDAR (HEYDƏR) oğlu 1912-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Döyüş zamanı qolundan və başından qəlpə yaraları alıb. Müharibədə əsir düşüb və azad olunub (17.06.1946). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1950).
MƏMMƏDOV İSMAYIL ƏLİ oğlu 1919-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939). Bessarabiyadakı və Moldovadakı döyüşlərdə iştirak etmişdir. Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (1942). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə rayonunun Alaçadırlı kəndində yaşamış, orada vəfat etmiş və Alaçadırlı qəbiristanlığında dəfn olunmuşdur (30.09.2010). SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
MƏMMƏDOV QURBAN XIDIR oğlu 1919-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939). 129-cu atıcı diviziyanın 330-cu atıcı alayında hərbi xidmət keçib (06.1941–28.07.1942). BVM-də 7484-cü atıcı alayın tərkibində iştirak etmiş (22.06.1942–24.08.1942), döyüş zamanı yaralanmışdır (1942). Sov.İKP-nın üzvü (03.1944). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Qaraçuxur qəbiristanlığında dəfn olunmuşdur (23.03.2009). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (22.02.1966), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (26.07.1976), “Əmək veteranı” medalı (25.12.1980), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (27.08.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1941-1945-ci illər müharibəsi Veteranı” nişanı (2000) ilə təltif olunmuşdur.
MƏMMƏDOV MƏHƏMMƏD CAVAD oğlu 1909-cu (1906) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Böyük Vətən müharibəsində iştirak etmiş, Krımda əsir düşmüşdür (01.1942). Müharibədən sonra ordudan tərxis olunmuşdur. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə rayonunda yaşamış, orada vəfat etmiş və Alaçadırlı qəbiristanlığında dəfn olunmuşdur. SSRİ Silahlı Qüvvələrinin və Böyük Vətən müharibəsində Qələbənin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur.
MƏMMƏDOV MƏMMƏD XIDIR oğlu 1919-cu ilin dekabr ayında Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (26.12.1941). Böyük Vətən müharibəsində 1-ci Belarusiya cəbhəsində, 66-cı atıcı alayda (12.1941–08.1943), 124-cü atıcı alayda (08.1943–10.1943) və 1368-ci atıcı alayda (10.1943–10.1943) xidmət etmişdir. Yaralandıqdan sonra 4433 №li təxliyyə hospitalında müalicə olunub (10.1943–03.1946). Ordudan tərxis olunmuşdur (18.03.1946). Sov.İKP-nın üzvü (09.1947). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Qaraçuxur qəbiristanlığında dəfn olunmuşdur (10.05.1999). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (01.07.1946) “Döyüş xidmətlərinə görə” medalı (22.08.1947), “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (30.08.1947), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (22.02.1966), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi” nişanı (1970), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (10.09.1970), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (26.07.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (21.03.1979), “Əmək veteranı” medalı (03.11.1983), I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (28.04.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (09.05.1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995) ilə təltif olunmuşdur.
MƏMMƏDOV MƏZAHİM BEHBUD oğlu 1925-ci (1926) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1944). Gürcüstanda Zaqafqaziya Hərbi Dairəsi nəzdində zabit kursunda oxumuşdur. Müharibədən sonra ordudan tərxis olunmuşdur. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (28.09.1999). II dərəcəli “Vətən Müharibəsi” ordeni (12.04.1989) ilə təltif olunmuşdur.
MƏMMƏDOV ŞURU PAŞA oğlu 1911-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (11.1941). Krımdakı döyüşlərdə iştirak etmişdir. 769-cu atıcı alayın 8-ci atıcı bölüyündə xidmət etmişdir. Döyüş zamanı düşmən tərəfə əsir düşmüşdür (22.01.1942). Sonralar əsirlikdən azad olunmuşdur. Müharibədən sonra tatar qızla evlənərək, Tacikistanın Leninabad (Sogd) vilayətinin Çkalov (Buston) şəhərində yaşayıb. Sonralar Krımın Simferopol şəhərində yaşayan qızının yanına köçmüş (1992), orada vəfat etmiş və orada da dəfn olunmuşdur (1992).
MƏMMƏDOV (MAMEDOV) YUNİS CAHANGİR oğlu 1916-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (01.1942). Döyüş zamanı yaralanaraq əsir düşmüş, sonralar əsirlikdən azad olunmuşdur (1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür (1976). Yeni Daşkənd kəndində vəfat etmişdir (1988).
MƏMMƏDOV YUNİS SƏFƏR oğlu 1906-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan həqiqi hərbi xidmətə çağırılmışdır (12.09.1928). 1-ci Ordunun atıcı alayında xidmət etmişdir. Ordudan tərxis olunmuşdur (07.07.1930 və ya 08.1930). Basarkeçər RHK-dan müharibəyə çağırılmışdır (23.06.1941). 819-cu atıcı polkun sıravi avtomatçı və pulemyotçusu kimi BVM-də döyüşmüşdür (02.02.1942–08.05.1942). Almaniyada əsirlikdə olmuşdur (08.05.1942–03.05.1945). Ordudan tərxis edilmişdir (20.11.1946). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (18.05.1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1964).
MƏSİMOV XANBUTA BUDAQ oğlu 1912-ci (1916) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Ordudan tərxis olunmuşdur (1943). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Göygöl rayonunun Quşçu kəndində yaşamış, orada vəfat etmiş və Quşçu qəbiristanlığında dəfn olunmuşdur (08.1993). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
MƏSİMOV MUXAYIL BUDAQ oğlu 1918-ci (1914) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (26.02.1942). Müharibədə aldığı yaralardan Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (15.12.1944).
MƏSİMOV ORUC BUDAQ oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). Macarıstanın Vena şəhərində yaralanmışdır (23.04.1945). Altı ay Budapeşt hospitalında müalicə olunmuşdur. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşamış, orada vəfat etmişdir (02.06.2018). “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (1968), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (1975), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.11.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (1988), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1941-1945-ci illər müharibəsi Veteranı” nişanı (2000), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi” yubiley medalı (2005), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi” yubiley medalı (2010), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı (2015) ilə təltif olunmuşdur.
MUXTAROV İSLAM HACI oğlu 1901-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır. Böyük Vətən müharibəsində iştirak etmişdir. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1958).
MUSAYEV MƏHƏRRƏM HİDAYƏT oğlu 9 avqust 1923-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (05.08.1942 və ya 11.1944). İtkin hesab edilmişdir (03.1945). Əsir düşmüş və azad olunmuşdur (05.1945). Sonralar Amerikada yaşadığı məlum olmuşdur (1963). Almaniyadan ABŞ-a köçmüşdür (30.04.1958). Doğmaları ilə görüşmək üçün Bərdə rayonunun Yeni Daşkənd kəndinə gəlmişdir (06.09.1993). ABŞ-ın Nyu-Cersi ştatının Oşen qraflığının Brik qəsəbəsində vəfat etmiş və həmin qraflığın Toms-River qəsəbəsindəki Memorial Parkda dəfn olunmuşdur (09.08.1998).
MUSTAFAYEV HÜSEYNQULU CƏMİL oğlu 1898-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır. Böyük Vətən müharibəsindəki döyüşlər zamanı itkin düşmüş hesab edilmişdir (04.1942). Ordudan tərxis edilmişdir (1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (1976).
MÜRSƏLOV XASAY BƏHRAM oğlu 19 may 1923-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (12.1941). Böyük Vətən müharibəsində döyüşlərə başlamış (23.02.1942), Oryol şəhərində yaralanmışdır (1942). Çavuş (serjant) rütbəsində bölük komandiri olaraq 307-ci atıcı diviziyanın 1021-ci atıcı alayında döyüşmüşdür. Orlov vilayətinin Nikolski rayonunda döyüş zamanı əsir düşmüş (16.10.1942) və əsirlikdən qaçaraq azad olmuşdur (26.10.1942). Bryansk cəbhəsində 2-ci taborun tərkibində ağır döyüşlərin iştirakçısı olmuşdur. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1946). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakı şəhərində yaşamış, orada vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur (31.08.2021). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (1965), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (1975), “Vətən Müharibəsi” ordeni (1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (1985), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı (01.05.1995), “1941-1945-ci illər müharibəsi Veteranı” nişanı (2000), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi” yubiley medalı (2005), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi” yubiley medalı (2010), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı (2015), “Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 70 ili” yubiley medalı (2014), “Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 75 ili” yubiley medalı (27.09.2019), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı (Rusiya, 09.05.2020), “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı (Azərbaycan, 01.05.2020) ilə təltif olunmuşdur.
NAMAZOV İBRAHİM ƏLİ oğlu 1909-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Böyük Vətən müharibəsindəki döyüşlərdə iştirak etmişdir (06.1941–03.1942). Ordudan tərxis olunmuşdur (1942). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bir il sonra Daşkəndə qayıtmış (1954), yenidən ailəsi ilə birlikdə Yeni Daşkənd kəndində məskunlaşmışdır (1976). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (06.1979).
NƏZƏROV ABBAS HƏSƏN oğlu 1900-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (28.03.1942 və ya 17.08.1943). Böyük Vətən müharibəsində iştirak etmişdir. Ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1973).
NƏZƏROV ABBASƏLİ HÜSEYN oğlu 1919-cu ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1939; 1941). Döyüşlərdə taqım komandiri kimi 30-cu İrkutsk atıcı diviziyanın 35-ci atıcı alayının tərkibində Moldaviyada, Rostov-na-Don şəhəri uğrunda döyüşlərdə iştirak etmişdir (15.03.1942–15.11.1942). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (12.1942). BVM-dən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi çağırış üzrə müəllim işləmişdir. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndindən Naftalan şəhərinə köçmüşdür (1979). Naftalan şəhərində yaşamış, orada vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur (1992). “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur.
NƏZƏROV XIDIR CƏLİL oğlu 1912-ci (1913) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1942). Krımda, Sevastopolda döyüşlərdə iştirak etmişdir. Ordudan tərxis olunmuşdur (1945). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Sonralar Daşkənd kəndinə qayıtmışdır (1957). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Şəmkir rayonunun Çaykənd (Barsum) kəndində yaşamış, orada vəfat etmiş və Çaykənd qəbiristanlığında dəfn olunmuşdur (2000). I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ORUCOV İSMİXAN MAHMUD oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1944). Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1950). 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bakıda yaşamışdır. Pirallahı qəsəbəsində vəfat etmiş və Pirallahı qəbiristanlığında dəfn olunmuşdur (04.04.2008). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
PAŞAYEV BALABƏY ABDULLA oğlu 1924-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (11.04.1943). BVM-də çox ağır döyüşlərin iştirakçısı olmuş, dəfələrlə hər iki ayağından, başından, qolundan yaralanmışdır. Üst-üstə on səkkiz yarası olmaqla bədənində qəlpələr ömrünün sonuna kimi qalmışdır. Bir müddət hospitalda müalicə olunduqdan sonra ordudan tərxis olunmuşdur. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Yeni Daşkənd kənd axşam kəndli-gənclər məktəbini bitirmişdir (1966). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (13.10.1990). “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (01.07.1946), “1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (21.02.1948), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (07.05.1965), “İgidliyə görə” medalı (12.06.1968), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (18.04.1969), “Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi” nişanı (17.03.1970), “9 May” nişanı, “V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar fədakar əməyə görə” yubiley medalı (28.04.1970), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.04.1975), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (25.10.1978), “SSRİ-nin 60 illiyi (1922–1982)” nişanı (1982), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (09.05.1985), I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.11.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (22.02.1988) ilə təltif olunmuşdur.
PİRİYEV ƏSGƏR KƏRİM oğlu 1913-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). BVM-də 844-cü atıcı alayın tərkibində döyüşmüşdür (23.07.1941–25.10.1943). Döyüş zamanı yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (25.10.1943). II qrup BVM əlili idi. 1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşamış, orada vəfat etmişdir (22.12.1994). “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (28.04.1985) ilə təltif olunmuşdur.
PİRİYEV MƏHƏRRƏM KƏRİM oğlu 1908-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (08.09.1941). 769-cu atıcı alayın 8-ci atıcı bölüyündə xidmət etmiş, döyüş zamanı əsir düşmüşdür (22.01.1942). Əsirlikdən azad edildikdən sonra Bosniyada mülki şəxs kimi yaşamışdır. 1950-ci illərdə Daşkənd kəndinə qayıtmışdır. Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (1970).
PİRİYEV MİKAYIL QOCA oğlu 1918-ci (1917) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (15.09.1938; 28.08.1941). SSRİ-Finlandiya müharibəsində və Böyük Vətən müharibəsində iştirak etmişdir. 24-cü atıcı alayın tərkibində ağır döyüşlərdə olmuş (09.1938–09.1942), top qəlpəsi dabanını yaralamışdır (1942). Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (15.09.1942). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (22.04.1985). “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (07.05.1965), “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı (10.09.1970), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (26.06.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (21.03.1979), I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
PİRİYEV TAPDIQ ƏBİL oğlu 1911-ci (1909) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (08.09.1941). Böyük Vətən müharibəsində iştirak etmişdir. Yaralandıqdan sonra ordudan tərxis olunmuşdur (11.04.1943). II qrup BVM əlili idi. Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (03.12.1973).
RÜSTƏMOV ASTAN HİDAYƏT oğlu 1922-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Müharibədə Moskva ətrafında döyüşlərə başlamış, Almaniyaya qədər döyüş yolu keçmişdir. Ordudan tərxis olunmuşdur (1945). 1988-ci ildə Daşkənd kəndindən qaçqın düşdükdən sonra Şəmkir r.-nun Çənlibel kəndində yaşamış, orada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur (18.06.1998). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
SÜLEYMANOV MUSA ƏLİ oğlu 1903-cü (1904) ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (03.04.1942). Krımın Simferopol şəhərindəki döyüşlərdə iştirak etmişdir. Sonralar əks-hücum zamanı sağ əlindən və başından yaralanmışdır (1944). Basarkeçər rayonunun Daşkənd kəndində vəfat etmişdir (03.05.1985). II dərəcəli “Vətən Müharibəsi” ordeni (1985) ilə təltif olunmuşdur.
ŞAİROV MƏHƏMMƏD ŞAMİL oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). 422-ci yerli xüsusi atıcı bölüyündə (omestsr) və Port-Artur şəhərində xidmət etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1950). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (04.08.1985). “Yaponiya üzərində qələbəyə görə” medalı (03.08.1946), “Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi” nişanı (1970), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.07.1975), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (24.07.1979), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985), “1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (09.05.1985) ilə təltif olunmuşdur.
ŞAMOYEV ABDULXAN NOVRUZ oğlu 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (10.10.1944). Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunmuşdur (1950). 1988-ci ildə Daşkənd kəndindən qaçqın düşdükdən sonra Gəncə şəhərində yaşamış, orada vəfat etmiş və Göygöl şəhər qəbiristanlığında dəfn olunmuşdur (27.03.1998). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
ŞIXƏLİYEV MƏCİD CƏFƏR oğlu 1903-cü (1905, 1910) ildə Basarkeçər rayonunun Aşağı Şorca kəndində doğulmuşdur. Basarkeçər RHK-dan orduya çağırılmışdır (1941). Krım, Sevastopol, Soçi cəbhələrində döyüşmüşdür. Ayağından, başından və əlindən yaralanmış, bir müddət hospitalda müalicə olunduqdan sonra ordudan tərxis olunmuşdur (1943). Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur (1953). Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir (24.01.1998). II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) ilə təltif olunmuşdur.
Toplayıb tərtib edəni:
Araz Yaquboğlu
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü
Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024