Bu gün Azərbaycan Silahlı Qüvvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür.
60 il öncə Bakıda dünyaya gəlib və ilk gördüyü insanlar ağ xalatlı həkimlər olub.
İndi də gördüyü insanlar var və onlar bir deyil, iki deyil, minlərlədir və Horadizdən Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Şuşayadək işğaldan azad edilən torpaqlarımızda bellərində silah keşiş çəkirlər. Özləri də xaki rəngli paltar geyiniblər. Elə Prezidentin özü kimi…
Bir vaxtlar əsgərlərin paltarları ağ rəngdə olub. Sonradan düşmənin gözündən yayınmaq üçün paltarların üstünə toz, palçıq sürtərək, çay ilə boyayaraq rənglərini kölgəli qəhvə rənginə çeviriblər, rəngi əraziyə uyğunlaşdırmağa çalışıblar. Torpaq rənginə bənzəyən bu formaların rəngini indi hamı “xaki” kimi tanıyır.
O paltarları geyən Azərbaycan Prezidentini də, onun əsgərlərini də indi bütün dünya tanıyır. Qalib ordunun müzəffər Komandanı və müzəffər əsgəri kimi…
Onlar bu yolu 44 günə getdilər. Və son dayanacaq Şuşa oldu. 8 noyabrda üçrəngli bayrağımızı mədəniyyət mərkəzimiz olan Şuşanın mərkəzinə taxdılar və Xankəndidən bu mənzərini görən ermənilərin ürəklərinə bıçaq soxdular. Şuşa geri alınanda da ermənilərin ürəklərinə çox bıçaq girmişdi…
Başları da yerində deyildi, yerə əyilmişdi, Prezidentin dəmir yumruğu hər gün öz işini görürdü…
O yumruq “4” rəqəminin qoşalaşmasınadək ermənilərin başı sayılan Paşinyanın başında oldu. Onun başı elə indi də özündə deyil, küçəyə çıxan ermənilərin qorxusundan siçan deşiyinə girib…
44 ədədinin öz mistikası var. Bu, insanın özü özüylə harmoniya rəmzidir. Bu ədədi taleyinə yazanlar daima ətraf aləmdə hökm sürən şər qüvvələrə qarşı çıxır.
Eynən İlham Əliyevin taleyi kimi. Uzun illər ermənilərin şərinə qalib gəlmək üçün mübarizə aparıb…
İlham Əliyev kimi insanlar rastlaşdığı stress hallarından həmişə qalib ayrılır və praktiki olaraq istənilən problemi həll edə bilir.
Ermənilər son 30 ildə təkcə İlham Əliyevi deyil, 50 milyonluq dünya azərbaycanlılarını stress vəziyyətinə salmışdılar. Qalib ordu kimi hər yerdə öyünürdülər, Azərbaycan əsgərinin onlarla döyüşdə bacara bilmədiklərini tutuquşu kimi təkrarlayırdılar.
Şuşaya gəlib yallı oynayırdılar. Cəbrayıla yol çəkirdilər.
İndi Şuşada əsil yallını Azərbaycan əsgəri oynayır, Cəbrayıla da yolu Ali Baş Komandanımız çəkir. Ermənilərin Basarkeçərdən Kəlbəcərə çəkdikləri yolla bizim əsgərlərimiz gedirlər. Erməni diasporunun o yol üçün səpələdiyi pulları tapdalayırlar.
Ermənilər o yolla yalnız yuxularında gedirlər, bir vaxtlar biz də yuxularımızda Şuşaya, Kəlbəcərə gedərdik…
İndi o yolla Prezidentimiz də gedir, əsgərimiz də. Yaxın zamanlarda mülki vətəndaşlarımız da gedəcək, öz dədə-baba yurduna qayıdacaq, ocaq qalayıb isinəcək, tüstüləri göyə qalxıb birləşəcək.
Xalqımız da 27 sentyabrdan bəri bir dəmir yumruq ətrafında birləşmişdi… İndi də o yumruq əyilməzdir. Azərbaycanın hələ həll edilməyən çox problemləri var. Onları nizama salmağın vaxtıdır.
Necə ki, 2003-cü ildən bəri İlham Əliyev ölkə başçısı seçiləndən bəri bir çox sahələrdə nizam yaratdı. Düzdür, o nizamlar hər zaman öz bəhrəsini vermədi, daxildən və xaricdən mane olanlar oldu. Elə indinin özündə də var.
Azərbaycanın haqq işinə, Qələbə sevincinə kölgə salanlar tapılır…
İlham Əliyev o kölgədən məharətlə Günəş altına çıxmağı bacaran şəxsiyyətlərdən biridi. Bunu anlayanların sayı lap çoxalıb.
İlham Əliyev Azərbaycan kimi kiçik dövlətin böyük Zəfərini həzm edə bilməyənlərə hər şeyi sətiraltı və sətirüstü anlatmağa çalışanlardan biridi.
Boğazında Qələbəmizin barıtı qalanların sayı lap çoxalıb.
İlham Əliyev 4 xarici dil bilir, 4 nəvəsi var.
İlham Əliyev kimi 4 rəqəminin təsiri ilə yaşayanlar yüzlərlə insanı öz arxasınca aparır və nəticədə onlarda özünə qarşı məhəbbət yaradır.
İlham Əliyev kimi 4 rəqəminin daşıyıcıları elə yuxudaca bütün itirilmiş güclərini bərpa edirlər.
İlham Əliyev 44 yaşından Yeni Azərbaycan Partiyasının sədridir.
İlham Əliyev indiyədək 18 orden alıb, ancaq onun ƏSİL ORDENİ ŞUŞADIR…
İlham Əliyev 16 universitetin fəxri doktorudur, ancaq əslində o, yalnız QARABAĞ UNİVERSİTETİNİN DOKTORU olmalıdı…
İlham Əliyevin doğum günündə də 4 rəqəmi var, ancaq onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR.
Növbəti stansiya 8 noyabrdır. Bu səsi Bakımızın yeni metrosunda hər kəs eşidir. Və o səslərin mistikası, 4 rəqəmi kimi İlham Əliyevə yeni güc verir.
Azərbaycanımıza yeni güc hava və su kimi lazımdır. Həll edilməyən hələ çox işlərimiz var…
Şakir Göyüşov,
Ümumrusiya Azərbaycanlıları Konqresinin keçmiş vitse-prezidenti,
qaraqoyunlu.com xəbər saytının baş direktoru
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025