Azərbaycan ədəbiyyatı tarixinə daxil olmuş ədəbi mühitlərdən biri, ən aparıcı aşıq mühitlərindən sayılan Göyçə aşıq mühitidir. Bu mühitdə Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Talıb, Aşıq Ağayar, Növrəs İman, Aşıq Hacı və başqa məşhur aşıqlar yetişmişdir.
Göyçə aşıq mühitinin bir qolu da Daşkənd aşıqları və şairləridir. Araz Yaquboğlunun eyniadlı kitabı oxucuların, aşıqsevərlərin diqqətini hələ 2008-ci ildən cəlb etmişdir. Mən bir vətəndaş kimi Araz Yaquboğlunun kitabını vərəqlədikcə qürur hissi keçirdirəm. O, aşıq sənətinin incəliklərini, ozan sənətinin qüdrətini oxucularına ustalıqla çatdıra bilmişdir.
Araz Yaquboğlunun uzun illər tədqiqatlar apararaq nəşrə hazırlayıb 2018-ci ildə çap etdirdiyi “Nur çeşməsi” adlı kitab Şair Məmmədhüseynə həsr olunub. Kitab 24 gəraylıdan, 102 qoşmadan, 35 təcnisdən, 7 cığalı təcnisdən, 15 divanidən, 4 müxəmməsdən, 2 deyişmədən və s. şeir parçalarından ibarətdir. Bu şeirlərdə təsvir olunan hadisələr Göyçə aşıq mühitini, xalqın qədimiliyini, onun zəngin ədəbi-bədii ənənələrini özündə səciyyəvi cəhətlərini əks etdirir. Şairin gəraylılarından “Yatıb oyanmaz, oyanmaz”, “İstərəm”, “Dağlar”, “Bulaq”, “Aşiqiyəm”, “Lalə” kimi əsərləri diqqəti cəlb edir. Göyçə dağlarına xitabən yazdığı “Yatıb oyanmaz, oyanmaz” gəraylısı insanları vəcdə gətirir:
Yönü bəri baxan dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.
Girdim yarın xanəsinə,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.
Şair Məmmədhüseynin dini şeirləri, mərsiyələri mərsiyəxanalar tərəfindən oxunur. O, Göyçə aşıqları və el şairləri arasında seçilən görkəmli sənətkarlardandır. Onun şeirləri insanı gələcəyə ruhlandırır, yaşamaq eşqini artırır.
Şairin “Üçün” adlı şeiri ikiüzlü insanlardan uzaq durmağı, onlarla ünsiyyətdə ehtiyyatlı olmağı tövsiyə edir, insanlıq fəlsəfəsini, mahiyyətinin və mənəvi dəyərlərini zənginləşdirir.
Üfürməklə şam söndürmək asandı,
Kəramətin varmı qalama üçün?
Gül kimi ətir saç, təravətli ol,
Yaşama tikantək dalamaq üçün.
...Məmməhüseyn deyər, eşidin barı,
Dünyada qalacaq dünyanın varı.
Qartal qanad çalar zirvəyə sarı,
Bayquş viran gəzər, ulamaq üçün.
Şair Məmmədhüseynin “Nur çeşməsi” adlı kitabı inanıram ki, poeziyasevərlər, tədqiqatçılar, ədəbiyyatşünaslar üçün dəyərli və sanballı bir vəsait olacaqdır.
Ziyəddin Məhərrəmov
Filologiya elmləri doktoru
Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025