Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

10:03 / 07.11.2023
Baxılıb: 4588

Aidə Xudaverdiyeva açıq səsvermə yolu ilə kəndin icma sədri, Əhmədova Aytəkin Bəhram qızı gənclər bölməsinin rəhbəri seçilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


İclası giriş sözü ilə açan hüquqşünas, jurnalist, Basarkeçər rayon üzrə İcma sədrinin müavini İlqar İsmayılov tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimindəki çıxışını xatırladıb.

Dərəli ziyalıları və gənclərilə görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirib.
Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb. Bildirib ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq.

hörmətli millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin, Qərbi Azərbaycan İcmasının kordinatoru İman Məmmədovun, Basarkeçər rayon üzrə İcma sədri, AMEA-nın müxbir üzvü, Nuru Bayramovun tədbir iştirakçılarına salam və tövsüyyələrini çatdırıb.
İcmanın fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib.

Sonra tədbiri aparmaq üçün söz Basarkeçər rayon üzrə İcma sədr müavini Fəzair Piriyevə verilib. Fəzair Priyev, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına böyük diqqət və qayğı ilə yanaşdığını, İcmanın öz fəaliyyətini yüksək səviyyədə qurması üçün dövlət dəstəyinin göstərildiyini söyləyib.
Gündəlikdə Basarkeçər rayon İcmasının təşkilatlanma məsələlərinin başa çatdırılması, kəndlər üzrə icma sədrlərinin vəzifə borcu, 1987-1991-ci ildə Basarkeçər rayonundan deportasiya olunmuş şəxslərin siyahılarının tamamlanması ilə bağlı görülən işlərin müzakirəsi məsələlərinə baxılıb.

Professor Vaqif Məhərrəmov Dərə kənd sakinləri adından çıxış edib. Bildirib ki, görüşün təşkil edilməsində başlıca məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpağımız Qərbi Azərbaycana qayıdışla bağlı siyasətinə dəstək ifadə etməkdir. 
Böyük Qayıdışa başlanıldığını xatırladan Vaqif Məhərrəmov Göyçəyə qayıdışın da mümkün olacağını vurğulayıb.

O, Aidə xanımı Dərə kənd İcma sədri seçilməsi, Aytəkin xanımı Dərə kənd Gənclər bölməsinin rəhbəri seçilməsi münasibəti ilə təbrik edib, rayonun tarixi və əhalisi barədə danışıb, deportasiya nəticəsində öz ata – baba yurdlarından didərgin düşdüklərini, onlarla soydaşımızın vətən həsrəti ilə dünyasını dəyişdiyini kədərlə dilə gətirib və digər qərbi azərbaycanlılar kimi qayıdışın mütləq baş tutacağına inandığını, doğma torpaqlara qovuşacağı günü səbirsizliklə gözlədiyini bildirib.

Həmçinin Dərə kəndinin digər sakinləri professor Namaz Yusubov, Qaçay İsmayılov, Cəlaləddin Əhmədov, Eldar Məmmədov, Niftalı Yusifov, Çingiz Vəliyev görüşdə çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.

Sonra çıxış edən Aidə Xudaverdiyeva, Dərə kənd İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, Vaqif müəllim və Dərəlilərin ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib və kənd icmasının gündəliyini açıqlayıb.



Dərə kənd Gənclər bölməsinin rəhbəri kimi, Aytəkin Əhmədova gənclərlə belə bir görüşün təşkili onların uğurlarının təbliği, Dərə gəncləri arasında əlaqələrin qorunub saxlanılması, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Basarkeçər rayonu, Dərə kəndi haqqında həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Bəyaz İsmayıl qızı Abbaszadə və digər gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə məlumat verib, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını bildiriblər.


Tədbirdə Dərə kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verilib.

Aidə xanımı, Aytəkin xanımı GOYCE.AZ saytı adından təbrik edir, bu şərəfli yolda uğurlar arzu edirik!


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər