“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

19:00 / 14.11.2023
Baxılıb: 4894

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Babacan kənd sakinləri ilə görüşü keçirilib və hörmətli Mübariz Quluyev açıq səsvermə yolu ilə kəndin icma sədri seçilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



İclası giriş sözü ilə açan Basarkeçər rayon İcma sədrinin müavini Fəzair Piriyev tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimindəki çıxışını xatırladıb. 
İcmanın fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib.

Sonra çıxış edən Basarkeçər rayon İcma sədrinin müavini Lütfiyar Nəsibov, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına böyük diqqət və qayğı ilə yanaşdığını, İcmanın öz fəaliyyətini yüksək səviyyədə qurması üçün dövlət dəstəyinin göstərildiyini söyləyib.
Gündəlikdə Basarkeçər rayon İcmasının təşkilatlanma məsələlərinin başa çatdırılması, kəndlər üzrə icma sədrlərinin vəzifə borcu, 1987-1991-ci ildə Basarkeçər rayonundan deportasiya olunmuş şəxslərin siyahılarının tamamlanması ilə bağlı görülən işlərin müzakirəsi məsələlərinə baxılıb.

Basarkeçər Rayon İcma Sədrinin gənclər və mətbuatla əlaqələr üzrə müavini İlqar İsmayılov hörmətli millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin, Qərbi Azərbaycan İcmasının kordinatoru İman Məmmədovun, Basarkeçər rayon üzrə İcma sədri, AMEA-nın müxbir üzvü, Nuru Bayramovun tədbir iştirakçılarına salam və tövsüyyələrini çatdırıb. Və Babacan ziyalıları və gənclərilə görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirib. 
O qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb. Bildirib ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq.
Babacan kökənli gənclərlə belə bir görüşün təşkili onların uğurlarının təbliği, Babacan gəncləri arasında əlaqələrin qorunub saxlanılması, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndi haqqında həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

İskəndər Namazov Babacan kənd sakinləri adından çıxış edib. Bildirib ki, görüşün təşkil edilməsində başlıca məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpağımız Qərbi Azərbaycana qayıdışla bağlı siyasətinə dəstək ifadə etməkdir.
 Böyük Qayıdışa başlanıldığını xatırladan İskəndər Namazov Göyçəyə qayıdışın da mümkün olacağını vurğulayıb.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən şair Tofiq Abdullayev, şair-publisist Qılman İman, Dərə kənd icmasının sədri Aidə Xudaverdiyeva, Qaraqoyunlu kənd icmasının sədri Tahir Kərimov icma üzvülərinə uğurlar diləyib, onlar Mübariz müəllimi İcmanın sədri seçilməsi münasibəti ilə təbrik edib, rayonun tarixi və əhalisi barədə danışıb, deportasiya nəticəsində öz ata – baba yurdlarından didərgin düşdüklərini, onlarla soydaşımızın vətən həsrəti ilə dünyasını dəyişdiyini kədərlə dilə gətirib və digər qərbi azərbaycanlılar kimi qayıdışın mütləq baş tutacağına inandığını, doğma torpaqlara qovuşacağı günü səbirsizliklə gözlədiyini bildiriblər.

Həmçinin Babacan kəndinin digər sakinləri Vəliyev İlqar, Elman Əjdərov, Nadir Ağacanov, Ram Ağacanov, Eynulla Namazov, Loğman Əjdərov və digərləri görüşdə çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.

Sonra çıxış edən Mübariz Quluyev, Babacan kənd İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, İskəndər müəllim və Babacanlıların ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib və kənd icmasının gündəliyini açıqlayıb.

Mübariz müəllimi Goyce.az saytı adından təbrik edir, bu şərəfli yolda uğurlar arzu edirik!


Etiket:
Xəbərlər

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025
Bütün xəbərlər