Keyti əfsanəsi

17:30 / 05.01.2018
Baxılıb: 1988

Ağaların, bəylərin, kəndxudaların zülmünnən boğaza yığılan və nə edəjəyini bilmiyən xalqın böyük əksəriyyəti çarəsizlikdən düşdüyü ağır bəlalarə birtəhər tav gətirir, dözə bilmiyənlər baş götürüf özgə vilayətdərə gedirdilər. Keytinin ailəsi isə çox böyük müsibətlər görsələr də doğma vətənnən uzaxlaşa bilməmişdi. Bir gün kəndxuda Keytinin atasını bəyin yanına aparır və onun çoxdan bəri vergi vermədiyini bildirir. Bəyin tapşırığı inan kəndxuda onu möhkəm döydürür və ölümcül vəziyyətdə qapılarına atdırır. Aldığı zədələr nəticəsində qoja bir neçə saatdan sonra canını tafşırır. Qohum-qonşu yığışıf onu dəfn eliyir. Bunnan çox sarsılan Keyti atasının dəfnindən sonra gejələrin birində həmin kəndxudanı öldürür, gejə ikən anasını, kiçik qardaşı Mehdini və bajısını götürüf Kəlvəcərin yaxınlığında yaşıyan atasının köhnə bir dostunun evinə pənah aparır. O günnən də on doqquz yaşdı Keytinin qaçaxlıx həyatı başdıyır. Kəndxudanın ölümü, Keytinin qaçax düşməsi xəvəri dərhal hər yerə yayıldı. Az vaxtda Keytinin başına Göyçədən, qonşu Zəngəzur, Qarabağ mahalınnan igid oğlanlar yığışmağa başladı. Çox keçmədi Keytin başçılıx etdiyi dəstə xalqın düşmənləri üçün təhlükəli bir qüvvəyə çevrildi. Namərdin, naxələfin əlinnən bir şey gəlir: müxənnətdik, arxadan zərbə. Kişi kimi üz-üzə dayanmax, onnara yaddı. Onnnarın tarixdə dəfələrnən uğurnan sınaxdan çıxartdıxları qəsd addı bir silahları var. Mərd meydanına onlar yalnız bu silahnan çıxa bilillər. Keytinin dəstəsi Göyçənin cənub-qərbinə doğru uzanan kiçik Qafqaz sıra dağlarının zirvələrinin birini – “Uca dağ”ın ətəyini özünə məskən seçmişdi. Ətraf kəndlərin adamları tez-tez buraya gəlir. Onnara edilən zülmlərdən Keytiyə şikayət edirdilər. Keyti də onları naümid qaytarmırdı. Dəstənin sayseçmə igidləri tez bir vaxtda həmin qaniçənnəri öz cəzasına çatdırırdı. Dəstə hərdən bir, boş vaxtlarında “Uca dağ”ın başına qalxırdı. Ətraf buradan daha aydın, daha gözəl görünürdü. Onnar hər tərəfdən dağlarnan əhatə olunmuş Göyçə gölünün durduğuna, təmizdiyinə baxmaxdan doymurdular. Yeyir, içir, şənnənir, hər dəfə də xalqı qara günnərdən qurtarmıyınca silahı yerə qoymayajaxlarına and içirdilər. Saza-sözə böyük həvəsi olan Keyti arabir ucadan, zil səsənən Miskin Abdaldan, Koroğludan oxuyardı. Onun səsi qartalların qıy vuran səsinə qarışardı. Bir payız günü, belə asudə vaxtlarının birində Keyti üzünü yoldaşlarına tutuf dedi:- Uşaqlar, bu dağlarda aramsız sürünən dumanı, çəni, o ağ qayanı görürsünüzmü? ... Məni qınamayın, Koroğlunun oylağı mənə elə gəlir ki, elə buralar oluf.- Deməli biz Koroğlu nəslindənik – deyə Mehdi söhbətə qoşuldu. Başqa biri zarafatnan:- Bəs, onda, keçəl Həmzəmiz kimdi?- Kim olacaq, Səfiqulu – deyə bir diliyüyrək dilləndi. Səgiqulu gözdəmədiyi bu zarafatdan bərk sarsıldı. Sonra özünü ələ alıf. Hələ də gülməkdən uğunuf gedən yoldaşlarına üz tutuf dedi: - Keyti qağama canım qurvan. Onun yolunda hər vaxt ölümə getməyə hazıram!- Səfiqulu, adam dost, yoldaş zarafatınnan inciməz. Uşaqlar axırını xarafladınız. Hər kəs öz yerinə getsin. Mən bu gejə burada qalajam. Havalar soyuxdu. Səfiqulu mana soyuxdan qorunmağa bir şey gətisin. O, bunu Səfiqulunun qəlbini almax üçün dedi.Səfiqulu qulaxlarına inanmadı, çoxdan bəri gözlədiyi məqam yetişmişdi. Onun daxilində həyəcan və qorxu dolu bir duyğu gəzişirdi. Keytini öldürə bilsəydi, onu böyük mükafat gözdüyürdü... Qatilliyə görə, şərəfsizliyə görə!!!O, “Ucadağ”ın başına, Keytinin yanına vaxtınnan tez qayıtdı. Bu zaman günəş uca dağların arxasında gizlənməkdə idi. Gətirdiyi bürüncəklər arasında Maral dərisi də var idi. Keyti qalın geyinənnən sonra paltarrarının üstünnən həmin maral dərisinə bürünməliydi. Bu “xeyirxah”lığına görə o, Səfiquluya təşəkkür edif onu geriyə yola saldı. Bu şərəfsiz qatil cəld özünü dünən növbədə oluf, bu gün dincələn Mehdiyə çatdırdı. And-aman eliyif onu inandırdı ki, “Ucadağ”ın başında indicə bir maral dolaşdığını bu gözləriynən görüf. Mehdinin ayaxlarınnan elə bil daş asılmışdı. O, güjnən ayağa qalxdı. Tüfəngini çiyninə aşırıf dağ yuxarı qalxmağa başladı. Yolda yoldaşlarınnan biriynən rastlaşdı. Məsələni bilif o da Mehdiyə qoşuldu. Səfiqulunun bunnan xəvəri yoxuydu. O, komada oturuf güllənin nə vaxt açılacağının böyük həyəcannan gözdüyürdü. Ölüm Keytini haxlamışdı. Mehdi maral dərisinə bürünmüş qardaşı Keytini tanımadı. Onu maral bilif barmağı ilə tətiyi çəkdi. Güllə səsiynən dağlara əks-səda verən bir inilti də qofdu. İkinci güllənin səsi yeri-göyü titrətdi. Özünün qardaş qatili olduğunu bilən Mehdi yanındakı yoldaşına “O satqını tutun!” – dedi və ikinci gülləynən öz-özünnən qardaşının qisasını aldı!!!Qatil Keytinin “Qaşqa” addı atını minif aradan çıxmax, muştuluğa qaçmax istərkən tutuluf qıyma-qıyma doğrandı.Bu qara xəvər bütün ətrafı yerinnən oynatdı. El “Ucadağ”ın başına axışdı. Yerin iniltisi, sızıltısı göylərə dirəndi... neçə-neçə təzə ağılar yarandı.Bacısı: Ağlayan başdan ağlar Kiprikdən, qaşdan ağlar. Qardaşı ölən bajı Durar, o başdan ağlar!Anası: Analar yanar ağlar, Andıqca oynar ağlar. Dönər ağ göyərçinə Yollara qonar ağlar.El: Bu dağlar, ulu dağlar, Çeşməli, sulu dağlar. Burda bir cavan ölüf, Göy kişnər, bulud ağlar!- deyif fəryad qopardı. Bir alçağın fitnəsiylə bu dünyadan nakam köçən bu iki növcavanı “Ucadağ”ın başında dəfn etdilər. Bu iki qəhrəman bu zirvəyə əbədi bir şöhrət gətirdi. O vaxtdan xalq bu dağa “Keyti” dağı dedi. O günnən Keyti dağı müqəddəsdəşif, elin ziyarətgahına çevrildi. O vaxtdan çətinə, dara düşənnər üçün, bütün Göyçə üçün “Keyti” ojağa, müqəddəs bir ziyarətgaha çevrildi. Söyləyəni: Bayramov Hacı Abbas oğlu (1931-2011).Mənbə: Azərbaycan folkloru antologiyası, III kitab, (Göyçə folkloru), kitabından səh.157-160. (Bakı, “Səda”, 2000.)

Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər