Möhtərəm Prezidentimiz İlham Əliyevin Dədə Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam türklüyə, ozan sənətinə, ədəbiyyatımıza mühüm bir töhfə oldu. Sərancamın ardınca Xətai Ələsgərlinin sədrliyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi təsis olundu. İctimai birliyin təsisindən sonra Moskvadan Kəsəmənli professor Ələddin Allahverdiyevin, professorlar Sabirabadlı İbadulla Ağayevin, Naxçıvanlı Əhməd Qəşəmoğlunun ağsaqqallığı, Abbas Bağırov, Araz Yaquboğlu və Vüsal Sehranoğlunun inzibatçılığı ilə yaradılan Ədəbi Məclis özündə Azərbaycan ziyalılarını, ədəbiyyat insanlarını, ictimai-siyasi xadimləri, ələsgərsevərləri birləşdirdi. Məhz həmin məclisdə biz bir-birimizi yaxından tanıya bildik. Bu məclisin təşəkkülündə, formalaşmasında hər bir məclis üzvünün az və ya çox dərəcədə payı var. Rəşidin – Rəşid Süleymanovun payı deyərdim ki, bir az artıq düşüb. Yazımızda bu günün adamı, 60 yaşa qədəm qoyan, söz adamları ilə oturub-duran söz adamı, ruh adamı Rəşid bəydir! Rəşid Ardanışlı!
Dalın dənizə söykənib,
Kürdü ayağın Şahdağı.
Göyçə dənizinin ləpədöyənində, Şahdağın ətəyinə söykənən bir kənd var! Ardanış! – Olmamışam! – İnşallah olarıq! – Eşitdim ki, Ardanışa icma rəhbəri təyin edirlər. Səs-küy var. Nə xoş səs-küy! – Real deyil eləmi?! Həə... Xankəndi də real deyildi. Əsas olan odur ki, İDEYA var!
Sizdə hardandı bu qədər Dədə Ələsgər sevdası sualına Rəşid müəllimin təmkinli bir şəkildə özünəməxsus cavabı var: “Mən hələ 4-cü sinifdə oxuyanda rəhmətlik qağam Qoşnalı kişi Aşıq Ələsgərin kitabını gətirmişdi evə. Sonra da ədəbiyyat müəllimimiz Kazım Əliyevin ədəbiyyat dərsləri.... ziyalılarımızın Ələsgər söhbətləri, ən ümdəsi də aşıqların Dədənin qoşmalarını oxuması, Dədə Ələsgəri əzbər bilən şərqşünas alim Əbdüləli Kərimov və məktəb direktoru Abbasəli Kərimovun elmi yanaşmaları...”
Klassik ədəbiyyatımıza dərindən bələd olan Rəşid müəllim ədəbi məclisdə Seyid Nəbatidən, Qasım bəy Zakirdən seçmələr deməyi sevir: “Bu Nəbatinin də gözəl qəzəlləri var imiş! Özü də deyəsən o da sufi təriqətli şair olub. Elə bu misralar da bunu sübut etmirmi?!” sonra da:
Meydə nə lütf, ey pəri, nəşə odur ki, səndə var,
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!
Nəbati mey içər, məhbub sevər derlərsə, gerçəkdir,
Kəmal əhli gözəl sevməkdə bir başqa həlavət var.
Rədifli qəzəlləri özünəməxsus təmkinlə səsləndirir. Başqa bir məqamda hələ orta məktəbdə Ardanışlı Kazım müəllimin tövsiyə etdiyi Qasım bəy Zakirdən aşağıdakı bəndi sevə-sevə deyir:
Ləli-ləbin kimi sağəri-səhba
Bulunmaz, sormuşam meyxanələrdən.
Və sonda: “Yox ey, Ələsgər ayrı bir övliyadır. Bilmirəm nə ad verim?! Elə övliya adı ona daha çox yaraşır. Elə deyilmi?! Fikrinin təsdiqi üçün Dədə Ələsgər Məclisinin üzvlərinə üz tutur, məsumluqla onlara baxır, “Dədə həqiqətən övliyadır” həqiqətini eşidəndən sonra dərindən nəfəs alıb, həə... deyir və rahatlıq tapır”.
Azərbaycan ədəbiyyatına, onun əsasında dayanan həmişəyaşar aşıq ədəbiyyatına olan sonsuz sevgi Rəşidi Almaniyadan Vətənə doğru köç etməyə vadar etdi. Avropa dəyərlərini tərifləyənlərin, öyənlərin əksinə olaraq Rəşid bəy saz-söz Vətəninə – Azərbaycanına üz tutdu: “Almaniyada hər şey var idi, hər şey yaxşı idi... bilirsinizmi... aşıq yox idi...”. Yuxarıdakı fikirlərin müəllifinə milli kökündən uzaq düşənlər gülə də bilər. Olsun!
Keçən əsrin axırlarında Rəşid bəyin şair dostları Əlsəmid Kür, Əhməd Oğuz, Akif Səməd, Murad Köhnəqala, Müzəffər Talıblı və başqaları idi. Bu gün Rəşid bəy adları bir sayta sığmayan Dədə Ələsgər ədəbi məclisinin şair üzvlərinin əhatəsindədir.
“Aşıq Ələsgər–200” yubiley medalını bir uşaq məsumluğu ilə, sevinclə sinəsində gəzdirdiyi günü məclis üzvləri yaxşı xatırlayır. Rəşid bəy bu medalı həyatda özünə ən böyük təltif, “Dədə Ələsgər Ocağı” İctimai Birliyin idarə heyətinin üzvü olmağı isə ən böyük vəzifə hesab edir.
Azərbaycan Yazıçılar Birliyində olan bir görüşdə xalq yazıçısı Anar üzünü Rəşid müəllimlə olan söhbətdə tutub deyir: Siz də AYB-yə üzv olmaq istəyirsinizmi sualına: “Anar müəllim mən sadəcə Dədə Ələsgərdən yazanlara, ədəbiyyatımıza gələn gənclərin işıq üzü görən əsərlərinə kömək edirəm”.
Rəşidin 40-a yaxın kitaba hamilik etdiyini bilən Anar müəllim: “Siz elə bizim fəxri üzvümüzsən ki...” deyir və rəsmi qaydada Rəşid müəllim Yazıçılar Birliyinin fəxri üzvü seçilir.
Bu nəcib ənənənin davam etdirilməsində Rəşid müəllim tək deyil. Göyçə mahalının müxtəlif bölgələrinin iş adamları Ağ Aşıqdan, Aşıq Alıdan üzü Dədə Ələsgərədək mahalın, eləcə də Azərbaycanımızın digər bölgələrinin saz-söz adamlarının təbliği yolunda iş adamından söz adamına çevrilirlər. Bu missiyanın yerinə yetirilməsində Zərkənddən mərhum Akif Nəbiyev, Haqqıxlıdan Ələsgər Mehdiyev, Qaraqoyunludan Bəhruz Lələyev, Ardanışlı Aqil Kərimov, Kərkibaşdan Vasif Dağlaroğlu, Daşkənddən Rüstəm Dastanoğlu, Aşağı Şorcadan Tofiq Göyçəli, Qursalıdan Vaqif Namazov, Məzrədən professor Çingiz Abdullayev, Nərimanlıdan Nail Qurbanov və neçə-neçə eloğulları öz imzalarını qoymuşlar.
Rəşid müəllim Dədə Ələsgərin heykəlinin ucaldılacağı günü səbrsizliklə gözləyir. İngilis dilinə tərcümə olunmuş və çapına kömək etdiyi “Dədə Ələsgərin estetik dünyası” kitabının təqdimatını da o gözəl gün ərəfəsi üçün saxlayıb.
Məclisdə Rəşid bəy arabir Dədə Ələsgərin sirli-sehrli dünyasında çaş-baş qalır. Hacı Həsən Hüseyninin Dədəyə həsr olunmuş kitabları ilə tanış olur, Dədə Ələsgər misralarının Qurani-Kərimlə aparılan izahlarına diqqət yetirir, necə deyərlər huşa gedir, özünəməxsus bariton səsiylə, təmkinli bir ahənglə: “Ayə, mən heç Ələsgəri belə başa düşməmişəm” deyir. Bir müddət Hacı Həsənin Ələsgər dünyasında qalır. Sonra Adilə Nəzərin “Aşıq Ələsgər yaradıcılığında sufizm”, Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” və bu sətirlərin müəllifinin “Dədə Ələsgərin fəlsəfi dünyası” monoqrafiyalarını oxuyur və sonda: “Bunlar Ələsgəri hara aparırlar?! Biri din xadimi edir, biri deyir sufidir, biri də deyir filosofdur, ictimai-siyasi xadimdir. Nə deyirlərsə desinlər qulağıma girmir. Dədə Ələsgər sadəcə DAHİdir!!”.
Dədənin “Qabaqda” rədifli şeirini isə arabir zümzümə etməkdən doymur:
Neçə sirri gördüm, sirr qaldım aşkar,
Səxavət əhlini yandırmadı nar.
Salavatla işlər hər dükan, bazar,
Zay oldu dünyanın malı qabaqda.
Yazı ərəfəsində məmləkətimiz başdan-başa saflıq, paklıq timsalı qarla örtüldü. Dədənin: “Muğan həsrət çəkər a yağa qar, qar” misralarına uyğun Vətən torpaqlarının qar həsrəti də sona çatdı.
Böyük çillədə ərsəyə gələn bu kiçik yazıda kimi gördük?! Dədə Ələsgər sevdalı, nar yandırmayacaq səxavətli bir adamı, şairlərin dostu, ədəbiyyatımıza kömək göstərən iş adamı Rəşid Süleymanovu! Allah özü onun köməyində olsun:
İyidlər olmasın məğrur, fəthi-nüsrət Xudadandı,
Bir Allah istəyən şəxsi sevər, külli-mahal istər.
Gəlin, Rəşid müəllimə Dədə Ələsgər ömrü diləyək (və bu ömrü sağlam diləyək) və onun növbəti ad günlərini Göyçə dənizinin sahilində qeyd edək! İnşallah!
Nağdəli Keştəkli
Azərbaycan Tibb Universitetinin dosenti,
tibb üzrə fəlsəfə doktoru
Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024AŞIQ İSLAM YUSİFOV
(1893-1968)
Milli dövlətçilik tariximizin məğrur lideri
28.12.2023Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR
28.12.2023GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
27.12.2023AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB
26.12.2023İLAHİ EŞQİN TƏRCÜMANI
24.12.2023Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!
24.12.2023Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili
21.12.2023BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI
10.12.2023Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.
07.12.2023Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.
05.12.2023HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM
04.12.2023AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.
03.12.2023Bax, biz Göyçə torpağındayıq...
29.11.2023BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR
25.11.2023SƏHRADA YALQIZLIQ
25.11.2023Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO
23.11.2023İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik
21.11.2023“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR
14.11.2023Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib
08.11.2023Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.
07.11.2023Ulu Öndər Heydər Əliyev xatirələrdə
31.10.2023"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.
30.10.2023Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.
28.10.2023“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ
26.10.2023Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR
24.10.2023TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ
21.10.2023Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.
21.10.2023Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə
17.10.2023