9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

19:01 / 11.05.2024
Baxılıb: 4364

Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra böyük ekranda Göyçə mahalı haqqında Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin çıxışlarından ibarət videorolik nümayiş etdirildi.

Rəsmi hissəsinin aparıcısı Qorxmaz Tofiqoğlu Göyçə mahalının, eləcə də Daşkəndin tanınmış insanları, aşıqları, şairləri, ziyalıları haqqında danışaraq giriş nitqi söylədi. Göyçə mahalının mədəniyyətimizə Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Şair Məmmədhüseyn, Aşıq Ələsgər kimi dühalar bəxş etdiyini dilə gətirərək öncə sözü Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, milli məclisin deputatı Əziz Ələkbərliyə verdi.

Əziz müəllim öz çıxışında tədbir iştirakçılarını 9 May Qələbə günü və Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə təbrik etdi. Əziz Ələkbərli düz bir il öncə – 21 may 2023-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində olduğunu, 1953-cü ildə Daşkənddən deportasiya olunan 130 ailənin öz zəhmətləri hesabına sıfırdan qurub yaratdıqları, hətta Göyçədəki Daşkəndin adını da yaşatmaq üçün Yeni Daşkənd adlandırdıqları kəndin 70 illik yubileyində iştirak etdiyini vurğuladı. Natiq 1919-cu ildə ermənilər tərəfindən öldürülən Aşıq Nəcəfin ilk şəhidlərdən olduğunu qeyd edərək Göyçədəki tarixi hadisələrə diqqəti cəlb etdi. Daşkəndlilərin önəmli rolundan danışarkən Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılardan bəlkə də ayrıca kənd salanlardan yalnız Basarkeçər rayonunun Daşkənd kəndinin sakinləri olduğunu qeyd etdi. 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasındakı görüşündən, prezidentin həmin görüşdəki çıxışlarından sitatlar gətirərək camaatımızın tezliklər doğma yurdlarına dönəcəyi günün çox yaxında olduğunu demişdir.

Tədbirin aparıcısı Qorxmaz Tofiqoğlu növbəti sözü milli məclisin deputatı Sahib Alıyevə verdi. Sahib Alıyev Göyçə mahalının Aşağı Şorca kəndində doğulsa da, Daşkənd orta məktəbini bitirdiyini, ata və ana tərəfdən Daşkəndlə qohumluqlarını qeyd edərək Daşkəndlilərə xoş arzularını bildirdi.

Daha sonra tədbir iştirakçılarından milli məclisin deputatı Fatma Yıldırım, sabiq təhsil naziri Misir Mərdanov, iş adamı Rüstəm Dastanoğlu, əməkdar müəllim Əntiqə Cabbarova və başqaları da tez-tez Qərbi Azərbaycanlıların görüşlərinin keçirilməsindən, onların doğma yurdlara dönəcəklərinə inamlarının artıdığından danışdılar. Qeyd edək ki, tədbirdə Göycə-Dərələyəz üzrə koordinator İman müəllim, Basarkeçər rayon icma sədrinin müavinləri İlqar İsmayıl, Lütfiyar Nəsibov, Nərimanlı kənd icma sədri Şirazi İbrahimov və başqaları da iştirak edirdilər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bir neçə Daşkənd sakinlərinə yeni üzvülük vəsiqələrini təqdim etdi. Bundan sonra aparıcı Daşkəndin tarixindən danışmaq üçün uzun müddət tarix müəllimi işləmiş Nazim Zeynalova söz verdi. O kəndin tarixindən xronoloji olaraq geniş məlumat verdi. Daha sonra söz tədqiqatçı-jurnalist Araz Yaquboğluna verildi. O kəndin ədəbi mühiti və alimləri haqqında ətraflı nitq söylədi. Araz Yaquboğlu nitqinin sonunda Daşkənd icma sədri Fəzair Piriyevə, eləcə də digər ziyalı və imkanlı şəxslərə üzünü tutaraq dedi: “Bu görüşləri belə geniş tərkibdə olmasa da, heç olmasa 3 aydan bir olmaqla mütəmadi keçirmək lazımdır. Ən azı bu gün böyüməkdə olan uşaqlarımız, gənclərimiz bir-birini yaxından tanıyar, bir-biriləri ilə sıx təmasda olarlar. Bu, bizim və kəndimizin tarixini yaşatmaq baxımından çox vacibdir. Biz kəndimiz haqqında bildiklərimizi onlara öyrətməli, onlar da gələcək nəsillərə ötürməlidir”.

Sonda Basarkeçər rayonu Daşkənd icma sədri Fəzair Piriyev çıxış edərək bu günə qədər gördükləri və qarşıda etmək istəyində olduqları işlərdən danışdı. O, Daşkənd kəndi haqqında saatlarla danışa biləcəyini, lakin tədbirin hələ bir neçə saat da davam edəcəyəni, saz, qara zurna, ifalar və rəqslər olacağını da nəzərə alaraq fikirlərini bitirmək istədiyini dedi. O icma üzvlərinin, xüsusən qadınların və gənclərin tədbirdə fəallıq göstərdikləri üçün onların hər birinə təşəkkürünü bildirdi.

Tədbirin ikinci hissəsi Aşıq Şakir, Aşıq Xanlar, Aşıq Firudin və başqalarının ifaları ilə davam etdi.

Goyce.az

 


Etiket:
Xəbərlər

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024
Bütün xəbərlər