Vətən anam, Vətən eşqim, ovqatım. Yaddan çıxmaz dəyəri var Göyçənin.

15:00 / 21.06.2024
Baxılıb: 1178

İsgəndərov Müzahim Mehvalı oğlu 6 iyul 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində anadan olub. Orta təhsilini doğma kəndində almışdır. 1978-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş və sonra təhsilini davam etdirərək 1983- cü ildə texnikumu bitirmişdir və həmin il doğma kəndində təsərrüfat briqadiri təyin olunur. 1984 -cü ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasına daxil olur. 1984 - cü ildə Toxluca sovxozunda baş aqronom vəzifəsinə təyin olunur.

1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə gəlir. 1990-1993-cü illərdə Bakı şəhəri Nizami rayonunda Kommunal Təsərrüfat İdarəsində mühəndis işləmişdir. 1991-ci ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirərək “Alim” – aqronom ixtisası almışdır. 1994-2000-ci illərdə Suraxanı rayon Yaşıllaşdırma İdarəsində işləmişdir. Hal-hazırda “Mərkəz” MMC-nin təsisçisidir. “Bu obanın sahibləri hardadı”, ”Ocaq dağı”, ”Atam mənə deyərdi”, “Məni çağır”, ”İtirmə məni” şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 ÖLMƏRƏM MƏN

O dağları, o düzləri
Görə bilsəm, ölmərəm mən.
Köhlənimi yurd yerinə
Sürə bilsəm, ölmərəm mən.

Qamışlının buz bulağı,
Dada salsın dil-damağı.
Dərə yurddan quzqulağı
Dərə bilsəm, ölmərəm mən.

Vətən darda, yurd şikəstə
Qərib qalan ellər xəstə.
Nərgiz güldən iki dəstə
Dərə bilsəm, ölmərəm mən.

Müzahim qəm çoxdu hələ,
Deyirəm bir zaman gələ.
Salamımı Göyçə gölə
Verə bilsəm, ölmərəm mən.

XƏTRİNƏ DƏYDİ

Bir marala könül açdım,
Gül verdim, xətrinə dəydi.
Ondan gizli bağçasından
Gül dərdim, xətrinə dəydi.

Kəmər taxıbmış belinə,
Bibar yaxıbmış dilinə...
Dərdiyim gülü telinə
Mən hördüm xətrinə dəydi.

Müzahimi edib xəstə,
Giribdi mənimlə qəsdə...
O gözəlin əli üstə
Əl gördüm, xətrinə dəydi.

ŞUŞAM

Qəlbimin sevinci, gözümün nuru,
Qartaltək zirvəyə qonanım-Şuşam.
Sənin görüşünə doğmalar gəlir,
Mənim ümidgahım, gümanım Şuşam.

Göydə qoşalaşıb ulduzun-ayın,
Bizə ilham verib bu sevinc payın.
Gözəllikdə sənin olmayıb tayın,
Elimin sərvəti, ümmanım Şuşam.

Üzeyir, Natavan xoş soraq olub,
Bülbülün nəğməsi min budaq olub.
Cıdır düzün necə çil-çıraq olub,
Hüsnünə yarasıq tar-kaman Şuşam.

İgid oğulların qoparmış tufan,
Yağı düşmənlərə verməmiş aman.
Əbədi yurdudu türkün bu məkan,
Unutmarıq səni heç zaman Şuşam.

Sənin şad gününə sevinir Vaqif,
Nə qədər sirrini gör bilir Vaqif.
Gözünün yaşını ta silir Vaqif,
Mənim ümid yerim, amanım Şuşam.

QURBAN OLUM MƏN

Yurdumun tükənməz bərəkəti var,
Onun sərvətinə qurban olum mən.
Ölkələr içində dəsti-xəttinə,
Olan hörmətinə qurban olum mən.

Hər gün gözəlləşir gözəl vətənim,
Kəlbəcər dağları qızıl mədənim.
Nefti, pambığımdı dövlətim mənim,
Bu şan-şöhrətinə qurban olum mən.

Babək, Koroğlular olub sərkərin,
Qeyrət məktəbidir Nigar, Həcərin.
Milli ordumuzdu igid əsgərin,
Vətən, qeyrətinə qurban olum mən.

Müzahim, bu torpaq candan əzizdir,
Bir tərəf dağlıdır, bir tərəf düzdür.
Azərbaycan Türkiyəylə əkizdir,
Qardaş qüdrətinə qurban olum mən.

GÖYÇƏNİN

Bir dünyadı hər ocağı, hər daşı
Hər qayadan süzülən su - göz yaşı.
Bu yerləri necə anlasın naşı
Belə dürlü yerləri var Göyçənin.

Ozan Heydər saz əlində bir çıraq,
Sevgilidən söhbət açaq, söz salaq.
Gəl Alıdan, Ələsgərdən söz alaq
Aslanları, şirləri var Göyçənin.

Misgin Abdal hörmət ilə ad aldı,
Şeir, sənət dünyasında ucaldı.
O dünyanı dərk eyləyib qocaldı
Ocaqları, pirləri var Göyçənin.

Dədə Qorqud dövran qurdu, yurd saldı
Göyçə gölü ətrafında dolandı.
Məclis qurdu, qopuz çalıb söz aldı
Açılmamış sirləri var Göyçənin.

Növrəs İman yurd salıb çox könüldə,
O sevildi hər obada, hər eldə.
Hər qayada, hər çəməndə, hər güldə
İman kimi zərləri var Göyçənin.

Ustadları uca tutub xidməti,
Yer üzünə yayılıbdı şöhrəti.
Əsəd kimi, Nəcəf kimi hikməti,
Məbədi var, minbəri var Göyçənin.

Alahverdi Məmmədsöyün de, hanı?
Onlar idi sazın-sözün sultanı.
Səmənd ağa dolanardı dünyanı
Qalası var, səngəri var Göyçənin.

Müseyiblə Hacı gələ dinləyəm,
Mən onları yer üzündə ünləyəm.
Qismət ola gül dəstəsi çinləyəm
Görələr ki, ləngəri var Göyçənin.

İmran hanı, gələ girə meydana,
Koroğlutək haray çəkə cahana.
Aşıq Mahmud birdən dönə tərlana
Duyalar ki, gövhəri var Göyçənin.

Fətullah sənətkar, böyük bir ustad,
Hər könlü eləyibdi o abad.
Ələ düşməz o cah-cəlal, o həyat
Hər kəs bilsin nələri var Göyçənin.

Müzahiməm, sazlı-sözlü həyatım,
Sizə dəymir Göyçə adı baratım.
Vətən anam, Vətən eşqim, ovqatım
Yaddan çıxmaz dəyəri var Göyçənin.

Goyce.az


Etiket:
Xəbərlər

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024
Bütün xəbərlər