İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

22:30 / 03.08.2024
Baxılıb: 600

Yer üzü, özünün çox mürəkkəb və həssas bir dövrünü yaşayır. Belə bir dövrdə, günbəgün daha da artan gərginlik zəif dövlətləri daha çox problemlərlə qarşılaşdırır, onları aşınmaya məruz qoyur. Güclü olanlar isə özləri üçün daha əlverişli şərait axtarır, imkanlarını daha da artırmağa çalışırlar. Çox şükür ki, xalqımız 2020-ci ildə 44 gün böyük qəhrəmanlıq göstərərək, böyük təhlükələr ucrumunun kənarından yaxa qurtardı və öz tarixində yeni bir inkişaf, tərəqqi mərhələsinə qədəm qoydu. Amma, bununla bütün təhlükələr arzu edilən şəkildə sovuşmadı. Hələ də qarın ağrısı ilə Azərbaycanın uğurlarına dözməyən bədxah dövlətlər, qüvvələr öz oyunlarını oynamağa çalışırlar...

Ağır xəstəlikdən yaxa qurtarmış adam öz orqanizminin möhkəmlənməsi üçün də çalışmalıdır. Əks halda, xəstəlik geri də qayıda bilər. Günü-gündən daha da möhkəmlənən bədən hər bir xəstəliyi, bəlanı dəf edir, kənara qovur, öz potensialını daha çox üzə şıxarır. Bizim xalqımız üçün də indiki dövr bir sistem, orqanizm kimi, daha da möhkəmlənmək, qüdrətlənmək dövrüdür.

Hər bir ölkənin, dövlətin güclənməsində onun hərbi qüdrətindən, iqtisadiyyatından da daha vacib olan onun mənəvi qüdrətidir. Biz elə məhz öz mənəvi qüdrətimiz hesabına ötən əsrin 90-cı illərində məruz qaldığımız ağır məğlubiyyətləri dəf etdik, iqtisadiyyatımızı, hərbi qüdrətimizi də artıraraq düşməni darmadağın etdik. İndiki yeni inkişaf mərhələmizdə də mənəvi qüdrətimizin yüksək olmasını qorumaq ən mühüm tarixi vəzifələrimizdən biridir.

Çox təəsüflə, ürək ağrısı ilə təhlil etmək olar ki, son 40 ildə Azərbaycan əhalisi tarixin çox gərgin illəri ilə üz-üzə qalıb. 1987-ci ildən başlayaraq ermənilərin Kremlin köməyi ilə Qarabağda yaratdıqları vəziyyət hesabına yaranmış vəhşi bir gərginlik, bütün ölkəni silkələyən meydan hərakatı, Moskvanın ögey münasibətinin yaratdığı vahimə, ölkəyə doluşan sovet qoşunları, 20 yanvar dəhşəti, 90-cı illərdə torpaqlarımızın qəsb edilməsi, misli görünməmiş vəhşiliklə insanlarımızın öz doğma torpaqlarından qovulması, əsirlərə verilən amansız işgəncə, xeyli sayda şəhidlərimiz, dünyanın bunu etinasızçasına seyr etməsi, ögeyliyi, bir sıra ölkələrin bizə qarşı qurduqları tuzaqlar və s. və s. bu kimi hallar ölkə əhalisinin psixoloji vəziyyətinə, mənəvi dünyasına xoşagəlməz zərbələr vurmuşdur. Yaranmış sarsıntılar hesabına insanların ovqatında arzu olunmayan bir vəziyyət yaranmışdı. Şükür ki, əldə etdiyimiz misilisiz qələbələr, torpaqlarımızın geri qaytarmağımız baş verə biləcək çox böyük mənəvi sarsıntının qarşısını aldı. Xalqımızda yaranan ruh yüksəkliyi yeni mənəvi yüksəlişimiz üçün əlverişli, əvəzsiz bir zəmin yaratdı.

Bu qəhrəmanlıq mübarizəsində ağır döyüşlərü qələbə ilə bitirmiş xaıqımızın mənəvi-psixoloji halını qalib gəldiyi döyüş zamanı yaralar almış bir döyüşçünün halı ilə müqayisə etmək olar. Biz nə qədər fərəh içində olsaq da hələ də 33 ildə keçirdiyimiz əsəb gərginliyi, gözlərimizin önündə düşmənin viran qoyduğu torpaqlarımız, əsir düşən doğma insanlarımız, Xocalı faciəsi, minlərlə şəhidlərimiz, qazilərimiz, hələ də ölkəmizə qarşı qurulan tələlər təsirsiz ötüşməmişdir. Hələ də, ətrafımızda çirkin oyunlar qurulmaqdadır. Belə bir vaxta yenə də ən güclü silahımız xalqımızın yüksək əhval-ruhiyyəsi, ədalətsizliyə qarşı yüksək mübarizlik həvəsimiz ola bilər. Bunun üçünsə təkcə düşmən üzərində çaldığımız parlaq üələbənin sevinci ilə yaşamaq bəs deyil. Daha əhatəli bir mənəvi-psixoloji yüksəlişə nail olmağa ehtiyacımız var.

Sosial psixologiya ilə bağlı elmi nəzəriyyələrin, tarixi təcrübənin də göstərdiyi kimi, belə bir şəraitdə mənəvi-psixoloji proseslərin formalaşması, inkişafı ilə bağlı proseslərə diqqətli olmağa, xalqın potensialından, milli adət-ənənələrdən, elmin vacib köməyindən istifadə etməyə ehtiyac vardır. Əks halda formalaşan, inkişaf eləyən proseslər arzu olunmayan istiqamətlərdə də davam edə bilər. Bu prosesləri qayğı göstərilən və diqqətdən kənarda qalan tarlalarda baş verən proseslərlə müqayisə etmək olar.

Son onilliklərdə aldığımız mənəvi-psixoloji zərbələrin yaraların sağalmasına kömək edə biləcək ən mühüm vasitələr sırasında həm də tariximizin, ədəbiyyatımızın, musiqimizin olduqca geniş imkanları vardır. Mənəvi qüdrətimizin qüdrətlənməsinə ciddi kömək edəcək amillərdən biri ədəbiyyatımız, musiqimiz, xüsusi ilə xalqımızın ruhundan axıb gələn, ruhumuzu dindirə bilən, milli ruhumuzu yüksəldə bilən sənətkarlıqla ifa olunan aşıq musiqimizdir.

Bu sahədə diqqət verilməsi vacib olan, ən çox imkanları olan mənəvi sərvətlərimizdən biri də Aşıq Ələsgər zirvəsidir. Niyə məhz Aşıq Ələsgər? Aşıq musiqisinin türk dünyası, azərbaycanlılar üçün, mənəvi yüksəliş baxımından olduqca böyük əhəmiyyəti var. Koroğlu dastanında mənim üçün olduqca əhəmiyyətli məsələlərdən biri, Koroğlunun onun dəstəsinə qoşulmaq istəyənləri yoxlama üsuludur. Dastanı oxuyanlar yaxşı bilir ki, kimsə Cənlibelə gəlib onun dəstəsinə qoşulmaq arzusunda olduğunu deyəndə, Koroğlu aşıq Cünuna deyirdi ki, o saz çalsın. Bu zaman Koroğlu dəstəyə qoşulmaq istəyənin gözlərinə baxırdı, saz musiqisinin ona necə təsir etməsini yoxlayırdı. Bu musiqinin dəstəyə qoşulmaq istəyənin ruhuna necə təsir etməsini öyrənirdi. Saz musiqisi lazımi təsir etməyənləri öz dəstəsinə qoşmurdu. Saz musiqisinin belə ecazkar bir qüdrəti var. O, ruhu doğma olan insanları coşdura, qəhramanlıq göstərməyə, birləşməyə səsləyə bilir. Bu mənada bütünlüklə həqiqi, yüksək sənətkarlıqla ifa olunan aşıq musiqinin geniş təbliğinə böyük ehtiyacımız var. İndiki tarixi mərhələdə, aşıq musiqisi milli mənəviyyatlı insanlarda ruh yüksəkliyi yaratmaq üçün olduqca faydalıdır və müqəddəs bir xarakter daşıyır. Bu sahədəki fəaliyyət üçün aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına olan diqqət olduqca müsbət rol oynaya bilər. Aşıq Ələsgər bir necə keşməkeşli onilliklərdən sonra Azərbaycan əhalisi arasında yaranmış mənəvi-psixoloji gərginliyin, bəzi psixoloji aşınmaların ortadan götürülməsinə kömək edə biləcək olduqca güclü imkanları olan əvəzsiz şəxsiyyətdir. Niyə əvəzsiz?

1. Aşıq Ələsgər sıradan bir sənətkar, bir aşıq, şair deyil. O, həqiqi haqq aşığıdır. Haqq aşıqları isə kainatın ahənginə köklənən, sözləri kainatın ahəngindən ilahi bir sirrlə axan, hər kəlməsində kainat sirri, enerjisi olan insanlardır. Belə insanların sözləri insanları ahəngə kökləyən qüdrətə malik olurlar. Belə insanların rasional olmayan aləmlərlə, qeyb aləmi ilə bağlantısı güclü olur. Onlar həmin aləmlərdən bir sıra hallarda heç özləri də hiss etmədən dünyanın, yer üzünün nizamı barədə məlumat alır, bunu öz sözlərində bədiiləşmiş, bədahətən gələn kodlarla ifadə edirlər. Bir sözlə, haqq aşıqlarının sözlərində insanlar arasında kainatın nizamına uyğun ahəng yarada bilmək xüsusiyyəti vardır.

2. Aşıq Ələsgərin dahiliyinin əsas əlamətlərindən ən əsaslarından biri də odur ki, o heç zaman, heç kimə yaltaqlanmayıb. Bu əlamət dahiliyin, müqəddəsliyin mühüm şərtlərindən biridir. Belə insanların qəlbində olan ilahi işıq, ilahi güc hec zaman yaltaqlığa imkan vermir. Hətta ölüm ayağında, dar ağacında belə. Aşıq Ələsgər bütün ömrü boyu müdriklik zirvəsində dayanıb. Onun hər bir kəlməsi həyat düsturu kimi səslənir.

3. Aşıq Ələsgəri sevməyən, ona irad bildirən heç bir azərbaycanlı tapmaq mümkün deyil. O hamı üçün mənəviyyatlı, əziz, dahi bir ustaddır. Onun şeirlərində şit, müqəddəs adam əxlaqına uyğun gəlməyən bir kəlmə belə yoxdur. Onun gözəlləmələri belə ilahi qüdrətin tərənnümü, xeyir-dua kimi səslənir.

4. Aşıq Ələsgərin ömrü, həyatı, Azərbaycanın olduqca keşməkeşli bir tarixində davam etmişdir. Azərbaycanın parcalanması, şimal tərəfin rus hökmüranlığına keçməsi, ermənilərin bu torpaqlara köçürülməsi, xalqın müxtəlif yollarla istismarı bu dahi insanın zamanında baş vermiş, onun ürəyinin tellərini titrətmiş, onun sözlərinin yanğısına çökmüşdür. Ələsgərin sözlərində müasir azərbaycanlıının qayğılarına bələnmişdir.

5. Aşıq Ələsgərin vətəni Göycə mahalıdır, Qərbi Azərbaycandır. Son 40 ildir ki, bütün Azərbaycan Qərbi Azərbaycanın torpaqlarının insanların nalələri içindədir. Bütün Azərbaycanın hamısı Qərbi azərbaycan dərdi ilə yaşayır. Qərbi Azərbaycanın dərdini öz dərdi bilir. Hər kəs bir qədər qərbi azərbaycanlı olub.

6. Azərbaycan xalqının əksəriyyəti, xüsusi ilə Qərbi Azərbaycan camaatı Aşıq Ələsgəri bir peyğəmbər, övliya kimi sevir, onun qüdrətinə, sözünün hikmətinə inanır.

7. Aşıq Ələsgər şeirlərində mənəvi-psixoloji yüksəliş yarada bilən qeyri adi gücə malik olan bir sirr vardır. Bu gücü formalaşdıran əsas komponentlər sırasında aşağıdakıları göstərmək olar:

– bu şeirlərin hər birində haqq aşığının kainatın, qeyb aləminin qüdrətindən aldığı sehrli bir enerji;

- xalqımızın, tariximizin mərdliyə, qəhrəmanlığa köklənən nəfəsi;

- torpaqlarımız uğrunda gedən döyüşlərin əks-sədası;

- tarixi nisgil;

- həqiq poeziyanın sirri;

- dağ havasının saflığının sehri;

- saz havasının milli-mənəvi kodlarımızı oyada bilmək imkanları;

- saz havasında milli oyanış, milli yüksəliş ruhu yarada bilməsi;

-  digər xüsusiyyətlər...

8. Bəziləri bu xüsusiyyətləri başqa ustad aşıqlarımızda da axtarmağın mümkün olduğunu deyə bilərlər. Bütün ustad aşıqlarımıza böyük sevgi və ehtiramla qeyd etmək olar ki, mənəvi-psixoloji yaralarımızın sağalmasında, milli oyanışda Aşıq Ələsgərin imkanları daha genişdir. Eyni zamanda, Aşıq Ələsgərin poeziyası, şəxsiyyəti o biri ustad aşıqlarımızın potensialını hərəkətə gətirmək gücünə malikdir. Aşıq Ələsgər poeziyası, şəxsiyyəti digər ustad aşıqlarımızın da qüdrətini hərəkətə gətirən bir gücə malikdir. Biz Aşıq Ələsgəri sevdikcə, o biri aşıqlarımızın da qüdrətini daha artıq dərəcədə duymağa başlayırıq. Bu mənada Aşıq Ələsgər qüdrətli bir komandan rolunu oynayır. Aşıq Ələsgər yaradıcılığına, şəxsiyyətinə diqqəti artırmaqla biz bütün ustad aşıqlarımızın mənəvi-psixoloji yüksəlişimizdə rolunu artırırıq.

Ələsgər fenomenindən daha əhatəli, yaradıcı şəkildə istifadə etməyimiz xalqımızın mənəvi dünyasında daha çox ahəngin yaranmasına, bu isə daxili potensialımızın daha çox hərəkətə gəlməsinə kömək edər. Biz, xalqımızın daxili potensialını daha çox oyadıb hərəkətə gətirmək istəyiriksə, sabahkı uğurlarımız naminə Aşıq Ələsgər potensialından daha geniş, əhatəli şəkildə bəhrələnmək üçün ciddi Fəaliyyət Proqramları hazırlayıb yüksək səviyyədə diqqətlə həyata keçirməliyik.

Əhməd Qəşəmoğlu


Etiket:
Xəbərlər

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023
Bütün xəbərlər