“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

13:00 / 07.10.2024
Baxılıb: 770

Haqq aşığının heykəli yurda qayıdış nəğməsi çalıb-çağırır

Sentyabr ayının 30-da Vətənimizin paytaxtı doğma Bakımızda xalqımızın milli-mədəni irs tarixinə silinməz hərflərlə yazılacaq çox böyük, əlamətdar, uzun illər gözlədiyimiz, həsrətində olduğumuz hadisə baş verdi. Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi, möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik düha kimi doğma xalqının qəlbində ədəbi sevgiylə yaşayan Dədə Ələsgərin möhtəşəm abidəsinin açılış mərasimi baş tutdu.

Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir, onların ən görkəmli yaradıcı nümayəndələrinə qoyulan onlarla heykəllərlə, abidələrlə haqlı olaraq qürur duyur.
Bakının mərkəzində Aşıq Ələsgərə qoyulan heykəl isə xalqımızın minilliklər tarixini yaşadan ozan, saz-söz sənətinə, aşığa həsr olunan ilk uğurlu heykəltaraşlıq və memarlıq nümunəsidir.

Bu möhtəşəm tədbirin təməli hələ 3 il əvvəl Prezident İlham Əliyevin imzaladığı iki sərəncamdan – “çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş” Aşıq Ələgərin 200-illik yubileyinin qeyd edilməsi və onun Bakı şəhərində heykəlinin ucaldılması haqqında sərəncamlardan irəli gəlir. Aşıq Ələsgərin abidəsinin yaradılması və təntənəli açılışı mədəni irsimizin qorunmasını, onun dünyada geniş təbliğini təmin edən uğurlu dövlət siyasətinin bariz nümunəsidir! Aşıq Ələsgərin abidəsinin açılış mərasimində Prezident şəxsən iştirak edərək bilavasitə onun əhəmiyyətini vurğuladı, çıxışında “Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir.” -deyərək, ona yüksək qiymət verdi.

Göyçə mahalında doğulmuş, Dədə Ələsgər sevdalısı olaraq Prezidentimizə Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200-illik yubileyi ilə bağlı verdiyi sərəncamlara və Bakı şəhərinin mərkəzində ona açdığı möhtəşəm heykələ və açılışda onun yaradıcılığına və aşıq poeziyasına verdiyi yüksək dəyərə, Qərbi Azərbaycana qayıdış istiqamətində etdiyi dərin məzmunlu çıxışına, səsləndirdiyi xüsusi siyasi əhəmiyyət kəsb edən mesajlara görə təşəkkür edir, minnətdarlığımı bildirirəm!

Aşıq Ələsgərin doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Məhz buna görə Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıqlıq sənətinə böyük məsuliyyətlə yanaşan Dədə Ələsgər özündən sonra böyük bir aşıq məktəbi qoyub getmişdir. Göyçədə adları bəlli olan 170-dən artıq aşığın çoxu Aşıq Ələsgərin sənət şəcərəsinin üzvləri olmuşlar. Olduqca təvazökar olan Aşıq, apardığı məclislərdə hеç vaxt özünü təbliğ еtməz, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Ağ Aşıqdan, ustadı aşıq Alıdan və başqa sənətkarların şеirlərindən oxuyar, öz şеirlərini isə yalnız məclis əhlinin xahişi və tələbi ilə ifa еdərmiş. Bununla da dahi sənətkar yüksək təvazökarlıq nümunəsi göstərərək, aşıqlıq sənətinin kredosunu, “nizamnaməsini”, əsl aşıqlıq sənətində vacib olan tələbləri "Gərəkdi" rədifli şeirində

Aşıq olub, diyar-diyar gəzənin,
Əzəl başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi...

söyləyərək, bu meyarlara ilk növbədə özü riayət edər, şəyirdlərinə nümunə, yol göstərər, onları "danışdığı sözün qiymətin bilməyə", arif olmağa, "naməhrəmdən şərm еyləməyə", "haqqa dolanmağa", "doğruluğa" çağırar, yönəldər və onları bu yüksək insani, mənəvi, ürfani keyfiyyətlər ruhunda tərbiyə edərdi.
Təsadüfi deyildir ki, Dədə Ələsgər irsinin yüksək fəlsəfi, əxlaqi, ürfani tutumunun, mahiyyətinin əhəmiyyətini görkəmli yazarlarımız böyük sevgi və ehtiramla qeyd etmişlər. Bu irs onu, xalq yazıçımız Mirzə İbrahimovun dediyi kimi “Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran dahi söz ustadı səviyyəsinə yüksəltmişdir”. Xalqımızın sevimli şairi Səməd Vurğun isə "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm" deyərək, onun özündən sonra aşıq poeziyasının bütün formalarında nə dərəcədə geniş, rəngarəng yaradıcılıq nümunələri qoyub getdiyini qeyd etmişdir. Bəxtiyar Vahabzadənin “Ələsgər şeirinin hikmətinə, dərinliyinə səcdə edirəm”, Məmməd Arazın “sözün qüdrətini ən uca nöqtəyə qaldırıb, oradan əsrinə baxmış” sözlərini deyən görkəmli şairlərimiz bu məktəbdən öyrəndiklərini etiraf etmişlər. Aşıq saz-söz sənətinin dərin bilicisi, qoruyucusu və təbliğatçısı, Ələsgər Sözünün vurğunu olan Xalq şairi Zəlimxan Yaqub isə Dədə Ələsgər dühasının poetik gücünü belə tərənnüm etmişdir:

... Bağlanıb varlığım qıfılbəndinə,
Tilsimdi, sehrindən qopa bilmirəm.
Bağlama demisən, bircə bəndinə,
Bir ömür qoymuşam, aça bilmirəm...

...Baxdım yaratdığın misraya, bəndə,
Nə memar işidir, nə zərgər dedim.
Dilim söz tutanda, ağlım kəsəndə
Ələsgər çağırdım, Ələsgər dedim!

Zənnimcə, ədəbiyyatımızın görkəmli nümayəndələrinin Aşıq Ələsgər yaradıcılığına bu cür yüksək qiymət vermələri, bir çox tədqiqatçıların onu Dədə, Haqq Aşığı, Sufi Mürşid, Övliya, “qutsal şəxsiyyət” kimi müqəddəs epitetlərlə dəyərləndirmələri onun heykəlini yaradanların - heykəltəraş, Xalq Rəssamı, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevin və Rəssamlıq Akademiyasının baş müəllimi memar Malik Babayevin üzərinə böyük məsuliyyət qoymuşdur. Əlbəttə, heykəl haqqında düzgün, incəsənət nöqteyi-nəzərindən qiymət vermək, peşəkar ekspertlərin, rəssam və heykəltarəşların işidir. Mən isə Dədə Ələsgər möcüzəsinə bağlanan, bütöv yaradıcılığını sevən, onu daim, təkrar-təkrar heyranlıqla mütaliə edərək, hər dəfə özünə yeni bir sirr kəşf edən həvəskar Ələsgər sevdalısı olaraq heykəllə hələ heykəltaraşın emalatxanasında yaradıcılıq prosesində tanış olaraq, Natiq müəllimə verdiyim sualların cavablarından, heykəlin açılışından aldığım təəssürat əsasında əminliklə deyə bilərəm: ABİDƏ MÖHTƏŞƏMDİR!

Aşıq Ələsgərə, dərviş, aşıq, şair, filosof, ovlya Dədə Ələsgərə, onun müqəddəs ruhuna layiq böyük, yüksək incəsənət əsəridir. Aşıq Ələsgərin heykəlinin qaya üzərində vüqarlı duruşu mənə Ulu Göyçənin əzəmətli dağlarında yer almış məğrur qayalar üzərindən xalqına, el-obasına onun “həqiqətdən mətləb qandırmasını” xatırladır. Onun fikrə getmiş baxışlarında sanki müdrik filosof düşüncələri yer alıb. Sazın sol əllə çalınması aşığın solaxay olmasının real təcəssümüdür. Adətən aşıqlar, əsl aşıqlar, yaradıcı aşıqlar, cuşə, ilhama gəlib ekstaza qalxanda sazın qolunu adətən qeyri-iradi olaraq yuxarı qaldırırlar. Deyərdim, bu məqam sanki Aşıq Ələsgərin bu gün kafelərdə gəzişən, toyxanalarda şou göstərən “aşıqların” əlindən sazlarını alıb onların əlinin çatmadığı ucalığa qaldırmağını da göstərən bir məqamdır. Natiq müəllim işə başlamazdan qabaq və iş prosesində Aşıq Əlsgər haqqında mövcud olan ədəbiyyatla, ona həsr olunmuş rəssamlıq işləri, əsərləriylə yaxından tanış olmuş, qaya üzərində həkk etmək üçün onun 60-dan çox müdrik, hikmətli, lirik şeir nümunələrini toplamış və onların bir qismini qaya üzərinə salmışdır. 4 metr hündürlüyündə olan heykəl çox əzəmətli görünür. Abidənin çoxşaxəli məzmuna malik olması, üzərində qeyd olunmuş geniş informasiyalar onun incəsənət əsəri kimi qiymətini bir qədər də yüksəldir.
Çox istedadlı heykəltaraş, Xalq Rəssamı Natiq Əliyevi, memar Malik Babayevi uğurlu yaradıcılıq işinə görə təbrik edir, Ələsgər poeziyasını sevən bir fərd kimi öz adımdan, çoxsaylı ələsgərsevərlər adından onlara təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Aşıq Ələsgərin Bakıda qoyulmuş Qərbə tərəf yönələn bu möhtəşəm heykəli eyni zamanda bu günkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmaqla yanaşı böyük rəmzi məna daşıyaraq bizləri Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır.
Ulu öndər Heydər Əliyevin göstərişi ilə Dədə Ələsgərin 150 illik yubileyi ilə bağlı Göyçədə, anadan olduğu Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər hörmətli Prezidentimizin heykəlin açılışında dediyi kimi doğma kəndində heykəlinin yenidən qoyulmasıyla Vətənə qayıdacaqdır. Bunun dinc yolla reallığa çevrilməsinə inamımız, ümidlərimiz böyükdür.

Ələddin Allahverdiyev,
Professor, Moskva şəhəri.


Etiket:
Xəbərlər

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024
Bütün xəbərlər