Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi

14:00 / 18.12.2018
Baxılıb: 2130

Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi – XX və XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Türk toponomlərinin ermənilər tərəfindən dəyişdirilməsi prosesi

XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisinin əhalisinin çoxunu Qafqaz müsəlmanları (Azərbaycanlılar və kürdlər) təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin " Armenian acts of cultural terrorism " kitabında bildirilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbatcanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər.

İndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar. 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər 1918-1920, 1920-1930, 1930-1960, 1960-1980, 1991-ci ildən sonra dəyişdirilənlər.

İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb.

Tariximizin 1918-20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda Şaumyanların, Lalayanların başçılığı ilə minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yamdırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımı da davam etdirdilər. 1918-

1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlar: Molla Dursun – Şaumyan (Eçmiədzin), Yuxarı Ağdam – Qanzakar (İcevan)Tamamlı – Burastan (Artaşat) və s.SSRİ dövründə toponimlərin dəyişdirilməsi.

Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli idi. 1924-1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdir. Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Əsl səbəb isə gizlədilirdi. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı Türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların Türk mənşəli olmasıdır və bu da indiki Ermənistanda etnik əhalinin Azərbaycanlılar olduğunu sübut edən əsas dəlildir.

Ermənistanda toponimlərin çoxu iki və ya daha artıq ərazidə təkrarlanırdılar. Toponimlərin dəyişdirilməsi prosesi II Dünya Müharibəsindən sonra (1946-1950) daha da sürətləndi. Buna əsas səbəb 1946-1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən 90.000 erməni Qərbi Azərbaycana köçürülmüşdür. Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası idi. SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci ildə təsdiq etdiyi № 745 nömrəli qərarında azərbaycanlıların ermənistan SSR-dan Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilirdi.

Bu qərara əsasən 1948-ci ildə 10.000, 1949-cu ildə 40.000, 1950-ci ildə 50.000 azərbaycanlı ermənistandan köçürüldü. 1930-60-cı illərdə dəyişdirilən toponimlər; Addəyişmə 1935-ci ildə müvəqqəti təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən isə bu iş yenidən başlamış və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olmuşdur. Qızıl kilsə – Karmiravan (Qukasyan), Böyük kəpənək – Musaelyan (Axuryan), Künən – Getaşen (İcevan), Boğaz kəsən – Dzorakan (Ani)İtquan, Gülüstan (Əzizbəyov) və s.


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər