İmran Qurbanov

01:25 / 18.02.2018
Baxılıb: 2214

İmran Qurbanov 1964-cü il aprel ayının ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1971-1981-ci illərdə Nərimanlı kənd orta məktəbində orta təhsil almış, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültəyə qəbul olmadığı üçün imtina edərək, 1982-1984-cü illərdə həqiqi hərbi xidmət keçmişdir.1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə proflaktika" fakültəsinə ən yüksək qiymətlə qəbul olmuş, 1991-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Respublika Kliniki Xəstəxanasında internaturaya başlamış, 1992-ci ildən könüllü hərbi xidmətə getmişdir.Hal-hazırda Qarabağ qazisi və Prezident təqaüdçüsüdür. 1998-ci ildən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında qəbul şöbəsinin müdiri və 2013-cü ildən həmçinin baş həkimin cərrahi işlər üzrə müavinidir.1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Yasamal rayon təşkilatında siyasi şuranın üzvüdür.1992-ci ilin may ayının 19-dan birinci birqadanın (701 saylı) tibb bölüyünün baş ordinatoru kimi hərbi qulluğa başlamışdır. Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 1992-ci ilin iyun ayında tibb bölüyünün komandiri təyin olunmuşdur. 1992-ci ildə SSRİ ordusunun Salyan kazarmasında yerləşən tibb batalyonunu akta qəbul etmişdir. Qısa müddətdə heç bir sturkturu olmayan tibb bölüyünü formalaşdırmağa başlamışdır. Ağdərə işğaldan azad olunduqdan sonra Laçın istiqamətinə dislokasiya olunaraq Laçın rayonunun Taxtazavod (Hacısamlı) kəndində “Ön Səhra hospitalı” kimi fəaliyyət göstərən tibb bölüyünü tam formalaşdırmışdır.Laçın rayonunun 44 kəndinin, Hocaz yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə yaralanan bütün şəxsi heyyətə tibb xidməti həmin hospitalda göstərilmişdir. Kəlbəcərin işğal olunmasına – mart ayının 31-nə qədər Laçın rayonunda yerləşən hospital 31 martdan Kəlbəcər istiqamətinə dislokasiya olunmuşdur.Kəlbəcər rayonunun tam işğalından sonra aprel ayının 3-dən hospitalı Toğana kəndində yerləşdirmişdir. Kəlbəcər rayonunun 16 kəndinin geri alınması uğurunda gedən döyüşlərdə (1993-cü il dekabrın 30-dan, 1994-cü il fevral ayının 13-dən) yaralanan şəxsi heyyətə onun rəhbərlik etdiyi hospitalda ixtisaslaşdırılmış tibbi yardım göstərilmişdir. Kəlbəcərdən – Murovdağdan keçməklə yaralıların 3 mərhələli təxliyyəsinin təşkili, ixtisaslaşdırılmış tibbi yardımın düzgün və vaxtında yerinə yetirilməsi hesabına hospitalda ölüm faizi cəmi 7% olmuşdur.Bütün bunlara görə dəfələrlə kamandanlığın fəxri fərmanları ilə təltif olunmuşdur. 1994-cü ilin may ayında növbədənkənar tibb xidməti kapitanı hərbi rütbəsi verilmiş və Müdafiə Nazirliyinin Baş Qərargah polikilinkasının cərahiyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1997-ci ilin oktyabr ayından ehtiyata təxris olunmuşdur.Kurs və təlimlər 2000-ci ildə Gürcüstanın Tbilisi şəhərində; 2001-ci ildə ildə Özbəkistanın Daşkənd şəhərində; 2002-ci ildə ABŞ-ın Hyuston şəhərində, Beylor Tibb kollecində; 2005-ci ildə Türkiyənin İstanbul şəhərində təkmilləşdirmə kurslarında olmuşdur.Təltif və mükafatlarıAzərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin “0175 t” nömrəli, 4 sentyabr 2013-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunmuşdur.9 iyul 2007-ci ildə "Hippokrat" Tibb jurnalının təsis etdiyi "Şəfalı əllər" Fəxri diplomuna layiq görülmüşdür.Müxtəlif illərdə müxtəlif ictimai birliklərin, "Təhsil mərkəzi"nin, YAP Yasamal rayon təşkilatının, müxtəlif qəzetlərin Fəxri diplom və Fəxri fərmanları ilə təltif olunmuşdur.

Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər