Xaraba qalan Ermənistanın xəyanəti - Spitak zəlzələsi

16:45 / 02.03.2018
Baxılıb: 2180

7 dekabr 1988-ci il…Saat 11:41…Spitak şəhəri. Güclü uğultu və titrəyiş. Bu Ermənistanda “Spitak zəlzələsi” kimi tarixə düşən dəhşətli zəlzələ idi. 30 saniyənin içərisində ermənilərin gəlmə olduğu qədim türk şəhəri olan Hamamlı yer üzündən silinir. Bəli, bu ərazi məhz qədim türklərin yaşadığı tarixi mənbələrdə adı Hamamlı kimi qeyd edilən türk şəhəri idi. Daima saxta tarix və dövlət yaratmağı adət edən ermənilər bu ərazini sonralar Spitak adlandırmışlar.10 bal gücündə dəhşətli zəlzələ rəsmi rəqəmlərə görə 25.000 erməninin məhvinə, bir şəhərin, 58 kəndin yer üzündən silinməsinə, 140 min adamın şikəst qalmasına, 514 min ailənin evsiz qalmasına gətirib çıxardı. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji yaranıb. Hadisələrin şahidi Levan Qalastyan həmin günü belə xatırlayır: “ Səhər hər kəs işə, dərsə, bazara gedirdi. Hava çox qəribə vəziyyət aldı. Qara rəngdə yağış yağmağa başladı.Əvvəlcə çox soyuq idi. Sonra gözlənilmədən temperatur 15-16 dərəcə yüksəldi. Artıq saat 11:40 idi. Güclü uğultu eşidildi. Bircə onu gördük ki, bina yerin altına girdi. Nə baş verdiyini anlamırdıq.” (Mənbə :Erməni mətbuatı. )“ Ölü sayı o qədər çox idi ki, qəbiristanlıq kimi Spitakın mərkəzi futbol meydançası seçildi. Meyitlərin sayı çox olduğu üçün bəzi qəbirlərə iki meyit qoyulurdu.Ermənilər ilk anda nə baş verdiyini anlamırdılar. Onlar elə zənn edirdilər ki, müharibə başladı və Spitak bombalanır. Çünki həmin ərəfədə ermənilər azərbaycanlıların yaşadıqları tarixi türk torpaqlarına iddia qaldırmışdı. Azərbaycanlılar Qərbi Azərbaycandan qovulurdu”. (Mənbə: Jurnalist Dmitriy Kiselyovun reportajı)Bu Spitak zələzələsi ilə bağlı rəsmi məlumat idi. Amma məsələnin bu günə qədər cavabı verilməyən sirli sualları qalır. Həmin gün Allahınmı xain millətə qəzəbi tutmuşdu, yaxud böyük qardaşları onlara “böyük şilləsi” vurmuşdu. Suallar çoxdur.Birinci məsələdən başlayıram. Yazının əvvəlində qeyd etdiyim kimi bu torpaq qədim türklərin məskənləri olub. 1988-ci ilin noyabrın 1-də Spitak da daxil olmaqla Ermənistanın rayonlarında azərbaycanlılar kütləvi qırğına məruz qaldı. Erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqın edərək 40-dan çox azərbaycanlını vəhşicəsinə qətlə yetirdi, yüzlərlə ailə ev-eşiyindən didərgin düşdü. Azərbaycan türkləri artıq erməni xəyanətinin acısını yaşayırdı. Xain millətin planlı siyasətinin həyata keçirilməsinin davam etdirildiyi vaxtın üstündən bir ay keçməmiş ermənilərin ən çox sərmayə yatırdığı bölgə yer üzündən silindi. Təkcə Gümrüdə 5.000 erməni uşağı dağıntılar altında məhv oldu. Zəlzələ tək Spitakı yox, Kirovakan (hazırkı Vanadzor), Stepanavan və Leninakanda , yəni Gümrünü də dağıtmışdı.Hansı ki, bu günə kimi ermənilər həmin şəhərləri bərpa etmək gücünə malik deyil. Bu Allahın kafir millətə qəzəbi deyilmi?Məsələnin ikinci versiyasına baxaq. Burada birinin barmağ izi var. Bütün işarətlər şimalı, daha dəqiq desək SSRİ-nin idarə mərkəzi olan Moskvanı göstərir. Bir qədər də irəli getsək sonralar Azərbaycanda bir sıra f aciələrin müəllifi olan Qarbaçovu. Elə bu dövrdə Ermənistanda söhbət gəzirdi ki, Moskva Ermənistan ərazisində nüvə silahını sınaqdan keçirmək istəyir. Söhbətin yayılması da səbəbsiz deyildi. 1988-ci ilin yayında Ermənistana Moskvadan birdən - birə müdafiə naziri Dmitri Yazov da başda olmaqla yüksək çinli məmurların səfəri başlayır. Sevan (Göyçə) yolunda, üzərində “Bomba” yazılmış maşın karvanı peyda olur. Avqust ayında Spitaka və Kirovakana çox sayda raket qurğuları gətirilir. Burdakı hərbi hissənin rəhbərliyi ailələri ilə birlikdə Ermənistanı naməlum səbəbdən tərk edir. Sentyabr ayında imperiyanın nüvə silahlarının sınaqdan keçirilməsi üzrə sədri Boris Şerbin Ermənistana gəlir. Bütün bunlar məqsədli səfər deyildimi?Məsələnin Rusiya işarəti verən daha bir məqamı. 7 dekabr 1988-ci il. Mixail Qorbaçov gözlənilmədən sərhədlərdən çox uzağa ABŞ-a rəsmi səfərə gedir. Daha dəqiq desək baş verə biləcək faciədən özünü sığortalamaq üçün mümkün qədər uzağa gedir. Mixail Qarbaçovun təyyarəsi ABŞ-a çatar-çatmaz ermənilərin başına od ələnir. Bu dəfə o qardaşlarının qırılmasının qarşısını almaqda aciz durumdadır. Qarbaçov ABŞ-dan Kubaya getməyi planlaşdırsa da, bu xəbərdən dərhal sonra rəsmi səfəri yarımçıq dayandırıb, birbaşa Ermənistana gəlir. O arvadı Raisa Qarbaçovla birlikdə dünyaya çağırış edir.”Yazıq ermənilərə yardım edin.” BBC-nin rus xidmətinin rəhbəri Mark Qriqoryan Spitak zəlzələsi ilə bağlı xatirələrində yazır:“Mixail Qorbaçov zəlzələdən üç gün sonra təbii fəlakət bölgəsindəki situasiya ilə tanış olmaq üçün Leninakana gələndə yaxınlarını itirmiş, evsiz-eşiksiz qalmış şəhər sakinləri ona evlərinin nə vaxt bərpa ediləcəyi barədə suallardan çox Qarabağ məsələsi haqda sual verirdilər.Qorbaçov isə Qarabağ haqda danışmağa hazır deyildi. Buna baxmayaraq o, özünü saxlaya bilməyib “saqqallılar”, “avantüristlər”, “demaqoqlar” və “qara köynəklilər” barədə qəzəblə danışdı. Və öz missiyasını iflasa uğratdı - ən azından Ermənistan sakinlərinin nəzərində.”Göründüyü kimi başlarına göydən daş yağdığı bir vaxtda mənfur millət bu dəfə də Qarabağın işğalı planını unutmurdu. Burada da planın baş “mühəndisi”ndən kömək gözləyirdilər. Erməni sevgisi ilə seçilən Qarbaçov elə oradaca vədlər verirdi. Hansı ki, həmin vədlərin sonu Azərbaycan torpaqlarının işğalının təməlini qoydu. Kim bilir..Bəlkə də Spitak zəlzələsinin də planı Moskvada hazırlanıbmış…Mütəxəssislər niyə əvvəlcədən zəlzələ baş verəcəyini qeydə ala bilməmişdilər?Seysmoloq Sergey Nazartyan bu haqda danışır:“ Seysmoloqlar zəlzələ baş verəcəyi ilə bağlı əvvəlcədən məlumat verə bilmədilər.Ermənistan seysmoloji zonada yerləşsə də, həmin vaxt zəlzələ baş verəcəyini heç kim gözləmirdi. Bu zəlzələ başqa zəlzələ idi.”Humanist azərbaycanlı, xain erməni xisləti…Belə bir ağır günlərdə Azərbaycan qonşu dövlətə yardım etmək qərarına gəlir. İlk yardım qrupu zəlzələdən bir gün sonra yola düşür. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədov rəhbərliyi ilə Spitaka çatır. Yüzlərlə yaralı ermənilər dağıntılar altından xilas edilir. Dekabrın 11-də Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könülləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Tək bir nəfər sağ qalır. Fəxrəddin Balayev. O da 2011-ci ildə dünyasını dəyişir. Bu günə qədər həmin təyyarənin hansı şəraitdə və necə partlaması sirr olaraq qalır. Bircə bilinən odur ki, təyyarə erməni səmasında partladılıb. Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilir. Bu da Azərbaycan və erməni xisləti. Kim zəmanət verir ki, ikinci Spitak zəlzələsi olmayacaq? Kim zəmanət verir ki, qəzalı vəziyyətdə olan “Metsamor” baş verə biləcək qəzadan bütün Qafqazı zəhərləməyəcək? Azərbaycanda ədalət axtaran beynəlxalq təşkilatlar hələki, bu sualların qarşısında susurlar. Miri MəcidliFemida.az

Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər