Ermənilərin türkdilli xalqlara qarşı soyqırımları

14:30 / 07.03.2018
Baxılıb: 1654

Ölkə prezidenti erməni daşnak terror dəstələrinin 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın bir çox bölgələrində yerli türklərə, yəhudilərə və ləzgilərə qarşı törətdikləri soyqırımın 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamdan irəli gələrək yüz il öncə soydaşlarımızın başlarına gətirilən amansız münasibətlərin araşdırılması, bu yöndə tədbirlərin keçirilməsi üçün tədbirlərin gerçəkləşdirilməsi qeyd olunur.Mediada silsilə yazıların yazılması isə jurnalistlərin üzərinə düşən vəzifələrdəndir. Araşdırmalar göstərir ki, ermənilər 200 ildən artıqdır ki, ayaqda durmaq üçün məkrli yollara əl atmış, qonşu xalqların içərisində assimilyasiya olmaması üçün hətta torpaqlarında məskunlaşdığı xalqlara, millətlərə divan tutmaqdan belə çəkinməyiblər. Ermənilərin türk düşmənçiliyinin kökü isə 150 ildən artıqdır. Erməni silahlı dəstələri özlərinə dövlət qurmaq üçün çıxdıqları “yola” 19-cu əsrin əvvəllərindən başlayıblar. Onlar təkcə Türkiyə və Azərbaycana qarşı deyil, hətta qazax, özbək, qırğız, türkən türklərinə qarşı da soyqırım siyasəti həyata keçiriblər.Ötən əsrin sonlarında Dağlıq Qarabağ cəbhəsində başlayan müharibənin aktiv fazasında (1988-1994) ermənilər 5 dəfə soyqırım siyasətinə əl atıblar. Altı il ərzində gerçəkləşən bu soyqırımlar nəticəsində 2000 mindən artıq Azərbaycan və Ahıska türkü, eləcə də kürdlər qətlə yetirilib.Ağdaban soyqırımıAğdaban soyqırımı — 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Soyqırımı Ermənistan ordusunun əsgərləri ilə yanaşı Fələstin və Livanda təlim keçmiş muzdlu terrorçulardan ibarət qruplaşma həyata keçirib.Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər.Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur. Beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.1993-cü il mart ayının 27-də erməni quldur dəstələri yenə də Kəlbəcərə hücumu Ağdabandan başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə xarabalığa çeviriblər. İkinci hücum zamanı kənd əhalisinin bir hissəsi zorakılıqdan canını qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda ermənilər tərəfindən qətlə yetrilib. Hazırda Kəlbəcər rayonunun Ağdaban kəndi Ermənistan ordusunun işğalı altındadır.Başlıbel soyqırımıKəlbəcər rayonun Başlıbel kəndi 1993-cü ilin aprelin 3-də işğal edilib. İşğal zamanı mühasirəyə düşmüş kənd əhalisi dağlara sığınıb. 16 günlük mühasirədən sonra erməni silahlı birləşmələri işğal kənd əhalisinin gizləndikləri yeri müəyyən edə bilir. Silahsızvə əliyalın əhaliyə divan tutulur.Təkcə Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadınlar, uşaqlar və qocalar) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.Başlıbel kəndi işğal zamanı tamamilə yandırılıb və yer üzündən silinib. Erməni silahlıları hətta kəndin tarixi qəbristanlıqlarını da yerlə - yeksan edib.Qaradağlı soyqırımıQaradağlı soyqırımı — 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım.Fevralın 13-17-də erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülür. Kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnir. Eyni zamanda ermənilər öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırırlar.Erməni silahlı birləşmələri eləcə də onların tərkibində döyüşən fələstinli və livanlı terrorçular dörd günlük qətliam törədərək Xocavənd rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndini yer üzündən silib. Soyqırım zamanı Qaradağlı kəndi işğalçı Ermənistan ordusunun əsgərləri tərəfindən tamamilə yandırılıb. Soyqırım aktı zamanı 91 nəfər yəni, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlər arasında azyaşlı uşaq, qadın və qocalar da olub.Eyni zamanda, Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb. 42 ailə öz başçısını itirib. 140-a yaxın uşaq yetim qalıb. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub.Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Tarixi abidələr, mədəniyyət nümunələri məhv edilib. Xocalı soyqırımıXocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib.25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Erməni yaraqlıların atəşi nəticəsində 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Xocalı Ermənistanın silahlı dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.Azərbaycandan başqa, Xocalını tam səviyyədə Pakistan və Sudan soyqırım kimi qəbul edib. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.Çayqovuşan soyqırımıKəlbəcər rayonunun Çayqovuşan kəndi 3 aprel 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilərkən əhallisinin böyük hissəsi qətlə yetirilib. Kənd yandırılıb və yer üzərindən silinib. Maddi sərvətləri talanıb.Onlarla kənd sakini fiziki işgəncələrə məruz qalıb. Çayqovuşan kəndinin əhalisinin xeyli hissəsi – qadın, qoca, uşaq demədən qətlə yetirilib. 20-dən artıq insan əsirlik həyatı yaşayıb. Onlardan bir neçəsinin taleyi bugünə kimi məlum deyil.Cebeçalı (İrəvan) soyqırımı1920-ci ildə may ayının 23-dən 24-nə keçən gecə 300-dən çox erməni atlısı Uluxanlıdan 5 km şimalda yerləşən və əhalisi tamamilə türklərdən (azərbaycanlılardan) ibarət olan Cebeçalı kəndini mühasirəyə alır. Erməni atlılar dinc əhalinin evlərinə soxulur. Ailə başçılarını tüfənglərinin qundağı ilə uşaqların və qadınların gözü qarşısında döyə - döyə kəndin mərkəzinə gətirirlər.Ermənilər əli silah tutan müsəlmanları bir yerə toplayıb hamısını süngüdən keçirirlər. Soyqırım nəticəsində silahsız kənd əhalisinin yarıdan çoxu, təxminən 110 nəfər 16-60 yaş arası kişilər qətlə yetirilir.Türkiyədən olan prof.dr. Fəxrəddin M. Kırzıoğlu Cebeçalı soyqırımı haqqında araşdırmalar aparıb. Qətliam haqqında erməni silahlılarının yuxarı instansiyalara olan məktublarını öz yazılarında sübut kimi elmi ictimaiyyətin diqqətinə çatdırıb .Fərqanə (Özbəkistan) soyqırımıİndiki türkdilli respublikaların sələfi sayılan Türküstan vilayəti də qəsbkar erməni milliyyətçilərin törətdiklərinin şahidinə çevrilib. Həm Rus imperiyası, həm sovet hakimiyyəti dövrlərində öz çirkin məqsədlərinə nail olmaq üçün “sədaqət” göstərməyə çalışan ermənilər onlara isti yuva, yaşayış bəxş etmiş bu türk ellərinə qarşı xəyanətkar simasını göstərmişdi.19-cu əsrin ikinci yarısında, o vaxtlar daha çox Rus və ya Qərbi Türküstan kimi tanınan Mərkəzi Asiyanın işğalı və Rus imperiyasına birləşdirilməsi prosesində erməni icmaları peyda olmağa başladı. 1917-ci ildə Rusiya imperiyasının sayəsində Türküstan ermənilərinin sayı xeyli dərəcədə artıb. Gələm ermənilər tədricən sənətkarlıqla məşğul olur və dükanlar açır, tikinti işlərinə baş vurur. Erməni tacirləri Rusiya ilə mal mübadiləsi həyata keçirirdi. Varlı ermənilərin isə pambıqtəmizləmə, yağ və digər müəssisələri var idi.Sovet işğalı illərində sovetlərin öz məqsədləri üçün milliyyətçi “Daşnaksutün” təşkilatından istifadə etməsi erməni icmaları ilə Türküstanın yerli əhalisi arasında münasibətlərin gərginləşməsinə səbəb olurdu. Bu isə əvvəllər şərabçılıq, ticarət, dəllallıq, bərbərliklə məşğul olan şəxslərin birdən-birə “inqilabçıya” çevrilərək Türküstanın yerli əhalisinə qarşı qarət və hücumlar təşkil etməsi ilə əlaqədar idi.1918-ci ildən etibarən 1919-cu ilə qədər daşnaklar tərəfindən Fərqanə vadisinin demək olar ki, bütün şəhərləri və 180 yaşayış məntəqəsi qarət olunmuş və məhv edilmişdi. Kokand şəhərində 3 gün ərzində 10, Margilanda 7, Əndicanda 6, Namanqanda 2, Bazarkurqanla Kokand arasında yerləşən ərazilərdə isə 4,5 mindən çox dinc sakin qətlə yetirilmişdi.1918-ci ilin 13 fevralında Kokand və ətraf qışlaqların əhalisinə qarşı amansız soyqırım həyata keçirilmişdi. Daşnaklar üç gün ərzində sadəcə bədbəxtsizlikdən onların qarşılarına keçən bütün müsəlmanları öldürür, ev və dükanlarını qarət edirdilər.Lakin Kokand muxtar vilayətinin özbək müdafiəçiləri ilə yanaşı, həm də Türküstan muxtariyyətinin müdafiəçiləri olan farslar, yəhudilər, hətta ruslar və onların azsaylı icmaları yaş və cins fərqi olmadan qəddarcasına qətlə yetirilmişdi. Qətlləri isə “Daşnaksütun” partiyasının Fərqanədəki silahlı birləşmələri həyata keçirirdi.Erməni müəlliflərin xülasəsi – 1905-06-cı illərdə 75 kəndin yer üzərindən silinməsi1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlarda tarixi Azərbaycan ərazisi Yuxarı Qarabağda yüzlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilir.10 iyun 1905-ci ildə daşnak terror birləşmələri Cəbrayıl qəzasının Veysəlli, Qacar, Çəmən, Arış, Qışlaq kəndlərinə basqın edirlər. Əhalinin böyük hissəsi kəndin girəcəyinə toplanaraq məhv edilir. Toplu məzarlıqlarda basdırılır. Sağ qalan əhali ev-eşiyindən didərgin salınır, evlər yandırılır.Erməni müəllifi S.Zavaryanın “Экономические условия Карабаха и голод 1905-1907 гг.” əsərində verdiyi məlumatına görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılıb.Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.Tural Turan

Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər