Qərbi Azərbaycanın “ kiçik akademiya ”sı - Erməniləri qıcıqlandıran kənd məktəbində hansı məşhurlar oxuyub?
İnsanın şəxsiyyət kimi formalaşmasında və inkişafında təhsilin rolu danılmazdır. Buna görə də cəmiyyət təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq formalaşır. Hələ qədim zamanlardan Azərbaycanda təhsil müəssisələrinin yaranması, ziyalıların təhsilə olan marağı artırmağa çalışmaları və insanları elmə yönləndirmələri ölkədə təhsilin daim diqqətdə olduğunu göstərən məsələlərdəndir. Azərbaycanda orta məktəblər yaranmazdan əvvəl tədris aparılan məkanlardan biri də mədrəsələr olub. Lakin bu zaman, hər uşağı mədrəsələrdəki təhsilə cəlb etmək mümkün deyildi.
Əksər vaxtlarda dini xurafatın və fanatizmin hökm sürdüyü bu təhsil ocaqlarında keçirilən dərslər, bir çox ziyalıların narazılığına səbəb olurdu. Bu kimi hallar orta məktəblərin yaranmasını labüd edən məqamlardan hesab olunur. İndiki zamanda insanların qədim təhsil müəssisələri haqqında məlumatlı olması, təhsilə öz töhvəsini verən və bu yolda mübarizə aparan həmin şəxsiyyətləri tanıması çox vacibdir. Qazax mahalının ilk olmasa da, ən güclü məktəblərindən hesab edilən Gölkənd məktəbi haqqında məlumat verəcəyik.
1 müəllim, 2 şagirdlə fəaliyyətə başlayan məktəb...
Gəncə quberniyası Qazax qəzasının Qaraqoyunlu mahalı 20-ci illərdə ədalətsiz olaraq, Ermənistan SSR-nin tərkibinə qatılıb. Azərbaycanın digər əraziləri kimi bu ərazi də o vaxt murdar daşnak siyasətinin qurbanı olub. Gölkənd kəndi gözəl mənzərəyə malik olmaqla yanaşı, həm də Qaraqoyunlu dərəsinin ən böyük kəndi olub. Bu kəndin sosial-iqtisadi, mədəni inkişafında Gölkənd orta məktəbi mühüm rol oynayıb. 1813-cü il yanvarın 13-nə olan məlumata əsasən, bir müəllim, iki şagirdlə fəaliyyətə başlayan Gölkənd məktəbi sonralar nəinki Ermənistanda, hətta o vaxt ittifaqda ən nüfuzlu maarif ocağına çevrilib. Bu kəndin gəncləri və ümumən camaatı elmə böyük maraq göstəriblər. Bakıda elə bir ali məktəb olmayıb ki, orada Gölkənd orta məktəbinin yetirməsi olmasın. Bütün bunlarla yanaşı, camaatın səyi nəticəsində hələ 1937-ci ildə Gölkənd kəndində ikimərtəbəli məktəb binası tikilib istifadəyə verilib.
Qeyd edək ki, o vaxtlar heç bir Qərbi Azərbaycan kəndində ikimərtəbəli məktəb binası yox idi. Qərbi Azərbaycan məktəblərinin rekordunu yeniləyən Gölkənd kənd orta məktəbi...Bundan başqa, ittifaqın əksər nüfuzlu universitet və institutlarında Gölkənd orta məktəbinin yetirmələrinə rast gəlmək olardı. Bir fakt da maraq doğurur ki, ermənilərin “ xüsusi istedada və qabiliyyətə malik olmaları ” haqqında uydurmanı Gölkənd məktəbinin şagirdləri və məzunları alt-üst edirdi. O vaxtlar hər il keçirilən hesabatlara əsasən, universitetə qəbul olunan tələbələrin sayına görə Gölkənd orta məktəbi bütün erməni məktəblərinin birlikdə qəbul olunan tələbələrin sayını ötüb keçirdi. Erməni məktəblərinin məzunlarından hər il 3-5 nəfər tələbə adını qazanırdısa, bu rəqəm Gölkənd məktəbi üçün 20-25 nəfər təşkil edirdi.
Həm də 1970-ci illərdən sonra bu məktəbi ana dilində orta məktəbi bitirən məzunlar Moskva, Leninqrad, Voronej, Kuybışev, Novosibirsk universitet və institutlarına uğurla qəbul olunurdular. Həmçinin rayon və respublika olimpiadalarında onlara olan mənəvi və psixoloji təzyiqlərə baxmayaraq, həmişə birinci ya da ikinci yerləri tuturdular. Ermənistanda “ Kiçik Akademiya ” adını alan bu məktəbdə müxtəlif vaxtlarda işləyən müəllimlərdən əməkdar müəllim Hacı Hacıyev, İlyaq Talıbov, Həmid Əliyev, Fərman Əhmədov, Abbas Səmədov, Məmməd Mansurov, Şirin Məmmədov, Novruz Musayev, İsgəndər Hacıyev, İbrahim Həsənov və başqaları orta məktəbin formalaşması və inkişafında böyük qüvvə sərf ediblər.
Bunun nəticəsidir ki, Gölkənd orta məktəbinin məzunlarından 20-dən çox elmlər doktoru və 100-dən çox elmlər namizədi adını alıb. İqtisad elmləri doktoru Həsən Allahverdiyev, kimya elmləri doktoru Qayıbverdi İskəndərov və Firdovsi Seyidov, tibb elmləri doktoru Sabir Əliyev Gölkənd orta məktəbinin məzunlarıdır. Gölkənddə təhsil Qaraqoyunlu təhsilinin tərkib hissəsidir. Bəzi fərqli cəhətlər özünü göstərsə də, ümumi dinamika eyni idi. Digər bölgələrdə olduğu kimi Gölkənd məktəbinin təhsili də tarixi şəraitlə əlaqədar olaraq dəyişirdi.
Nəzrin Cavid
Azedu.az
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024