Rüstəm Dastanoğlu:"Sahibkarlıq neftdən böyük sərvətdir"

14:44 / 21.04.2018
Baxılıb: 1666

“Adətən bizim xalqımız haqqında deyirlər ki, “şair xalqdır”. Şair xalq olmaq pis bir şey deyil, ancaq bizim xalqımız həm də sahibkar bir xalqdır. Bu, çox böyük bir dəyərdir”.Bu sözləri iqtisadçı Rüstəm Dastanoğlu AzVision.az-a müsahibəsində deyib. O, bildirib ki, iqtisadi çətinlikdən çıxmağın ən yaxşı yolu ölkədə sahibkarlığı inkişaf etməkdir. - Azərbaycanda baş verən son iqtisadi proseslərə peşəkar yanaşma necə olmalıdır? - Bizim xalqımızda, millətimizdə təbiətən çox böyük sahibkarlıq xüsusiyyəti var. Şərait yarananda sahibkarlıq qabiliyyətini hər zamn ortaya qoyur. 9-11 ci sinif şagirdləri üçün “İqtisadiyyatın əsasları” kitabında sahibkarlıq ilə bağlı belə bir hissə var: “Xüsui istedadı, qabiliyyəti və bacarığı olmayan şəxslərdə sahibkar olmaq cəhdi heç vaxt baş tuta bilməz. Sahibkarlar bəşəriyyətə maddi nemətlər bolluğu gətirən islahatçılardır. Onlar bu gün ilə gələcək arasında əlaqələndirici rol oynayırlar. Sahibkar hər bir xırda şeyi görmək və ondan düzgün nəticə çıxarmaq qabiliyyətinə malik olandır”. Sahibkarlıq da bir yaradıcı kefiyyətdir. Bizim neftdən, qazdan da üstün nemətimiz xalqımızda bu qabiliyyətin olmasıdır. Cənab Prezidentin dediyi kimi, bizim dövlətimizin gələcəyi sahibkarlığın inkişafı ilə bağlıdır. Sahibkar orada olur ki, o yerdə bir şey çatışmasın. Məsələn, bir yol ideal formadadırsa, hər yan tikilib, qurulubsa, orada sahibkara ehtiyac yoxdur. Amma bir yerdə yol dağılıbsa , tikintiyə ehtiyac varsa, başqa bir çatışmazlıq varsa, orada hökmən sahibkara ehtiyac var ki, o yolu çəksin. Oranı sahmana salıb, tiksin. Bircə o qalır ki, şərait yaradasan, sahibkar o işləri etməyə başlasın. Prezidentin sahibkarlarla bağlı dediyi müsbət fikirləri əsas götürüb, sahibkarlığı təbliğ etmək lazımdır. Dünyada ən güclü dövlət Amerikadır, ÜDM-i 17 trilyondur. İkinci yerdə Çindir, sonra gəlir Yaponiya, Almaniya. Bunların gücü nədədir? Ondadır ki, ÜDM çox yüksəkdir. Bu, nəyin hesabına yaranır? Sahibkarların hesabına. Sahibkarlara gözəl mühit yaradırlar, onlar da məhsullar istehsal edirlər, iş yerləri açırlar. Biz də istəyirik ki, Azərbaycanımız güclü bir dövlət olsun. ÜDM yüksəlsin, camaatımız daha firavan yaşasın. Avropada 49 dövlət var. Onlardan 12-si bizdən ərazi və əhalicə çoxdur. Amma ÜDM-ə baxanda onların haradasa 25 faizi bizdən üstündür. Potensialımız var ki, Avropada, dünyada daha güclü olaq. Hansısa məmurun mənafeyi dövlət mənafeyindən üsün olmamalıdır. Sahibkar televiziyada, mətbuatda təbliğ olunmalıdır, çünki, dövlətə, cəmiyyətə lazımdırlar.- Manatın üzən məzənnəyə keçməsinin sahibkarların fəlaiyyətinə nə kimi təsiri olacaq? - İnsanlar manatın sabitliyinə uyğunlaşmışdılar. Ona görə, zəifləməsi, bir qədər durğunluq yaradır. Amma vətəndaşlarımız inşallahŞ buna da öyrəşəcəklər. Sahibkarlar gərək gəlirlərini minimuma endirsinlər ki, vətəndaşlarımız onların məhsullarını ala bilsinlər. Bir də, şərait yaradılmalıdır ki, idxal azaldılsın. Daha çox yerli məhsullar istehsal olunmağa başlanılsın ki, bizim valyuta kənara çıxmasın, əksinə, valyuta gəlsin. Sahibkarlıq konkretliyi, şəffaflığı, aydınlığı xoşlayan fəaliyyətdir. Bizdə demək olar ki, kütləvi turizm yox dərəcəsindədir. Gözəl beşulduzlu otellər yaradılıb, amma birincisi, hər turistin orada qalmağa imkanı yoxdur. Tutaq ki, dənizə görə gələn turist şəhərdə mənzil kirayə edir, nəqliyyata minir gedir dənizdə çimir, yenidən nəqliyyat ilə dənizdən qayıdır. Ona şərait yardılmlıdır ki, dənizin kənarında yaşasın. Başqa turistlərlə birgə gününü keçirsin, gözəl istirahət etsin. Bu, kütləvi turizmdir.Bizdə, məsələn, Novxanıdan Sumqayıta kimi 10 kilometrdən artıq məsafə var. Dənizdə çimərlik hazır, sahil boyunca kafelər, restoranlar hazır, sol tərfdə bağlar hazır... Yəni konkret proyekt kimi götürülə bilər. Qurumlardan hansısa təklif edə bilər ki, orada evləri olanlarla bir-bir danışılsın. Hər bir evi olan adam da, məncə, gəlir gələcəksə, ondan imtina etməz. Təklif oluna bilər ki, siz bunu uyğunlaşdırın, Kabulettidə, Türkiyədə olduğu kimi turistləri qəbul edin. Ehtiyacı olana kredit də vermək olar. Bu yolla bir neçə yüz min insanı qəbul edə bilərik. Yəni onları şəhər mühitindən ayırıb, istirahət mühitinə dəvət edirik. Əlbəttə ki, avtobuslarla turlar təşkil edib, Bakının tarixi yerlərini göstərmək də olar. Hələ ki, bizdə kütləvi turizmə o şərait yoxdur. Bizim işgüzar xalqımız var. Onu dəyərləndirib, imkan verməliyik ki, imkanını göstərə bilsin. Sahibkarlara imkan yaradılmalıdır ki, gedib kənarda işlər görsünlər, ölkəyə valyuta gətirsinlər. İş yerləri açsınlar. Həm pul qazansınlar, həm də dövlətə vergi versinlər.- Manatın zəifləməsi ixracata faydalı ola bilərmi? - Bəli. Məsələn, adi yunu götürək. Tutaq ki, Avropada yuna böyük tələbat var. Yun bizdə araşdırsaq, 60 qəpik - 1 manat ətrafındadır. Bu, devalavasiyadan qabaq da həmin qiymətə idi. İndi bunu avro ilə Avropaya göndərəndə avropalı üçün daha ucuz başa gəlir. Onlar almağa daha çox maraqlı olurlar.Neft bizə Allahın verdiyi təbii bir nemətdir. Neftdən gələn pullar çox böyük imkanlar açıb ki, ölkənin inkişafını təmin etsin. Azərbaycanın hər kvadrat metri yenidən qurulub. İndi dövlətimiz o kursu götürür ki, nefti xammal kimi yox, emal edib, məhsullar şəklində sataq. Bu, dövlət üçün daha faydalıdır. O istiqamətdə böyük işlər gedir. - Turizmlə bağlı daha nələri etmək olar? - Bizim millət qonaqpərvər millətdir. Bizim millətin çox böyük mətbəxi var, bizim dənizimiz var. Bunların hamısı turisti özünə cəlb edən bir şeydir. Turizmi kütləviləşdirmək lazımdır. Rusiyadan Türkiyəyə ildə 3 milyondan çox turist gedir. Şərait yaradılarsa, o turistlərin böyük bir hissəsi bizə gələr. Gəlmirlərsə, soyuqqanlı şəkildə özümüzdə günah axtarmalyıq ki, niyə gəlmirlər.Turizm üçün təbiət bizə hər şeyi verib, sadəcə, onları əlaqələndirməyi bacarmalıyıq.Şahanə RəhimliFoto: Elvin AbdullaSaytda reklam yerləşdirmək üçün əlaqə +99477-7-105-105

Etiket:
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər