1920-ci ildə heç kimin tanımadığı sürgün olunmuş erməni Aldonyan ingilis və fransız dillərində özünün iddia etdiyinə görə, 1915-ci ilə və 1916-cı ilin əvvəllərində Aleppo prefektinə ermənilərin məhv edilməsi ilə bağlı guya Tələt paşanın göndərdiyi şifrə edilmiş teleqramların surətlərindən ibarət “ sənədlər ” yaydı. Sevr müqaviləsinin imzalandığı dövrdə dərc olunan bu surətlər guya 1921-ci ildə Almaniyada, Tələt paşanın qatili Tehleryanın prosesi zamanı hazırlanıb. O vaxt məhkəmə onları cinayət işindən çıxardı. Maraqlıdır ki, bu sənədlərin orijinalları o vaxtdan itdi və tapılmadı. Daha maraqlısı isə odur ki, Aldonyanın xahişi ilə keçirilən və sənədlərin həqiqiliyini sübut edən ekspertiza da “ qeybə çəkildi ”. Heç nə “ aşkar etməyən ” Aldonyan 1937-ci ildə öldü. Bu hay-küylü teleqramları Aldonyan xırda Osmanlı funksioneru Naim bəydən almışdı. Maraqlıdır ki, onun gizli sənədlərə neçə çıxış əldə etməsini heç kim izah edə bilmir. Həmçinin, maraqlıdır ki, bu sənədlərin Osmanlı administrasiyasında qeydiyyat izlərini də əldə etmək mümkün olmayıb. “ Teleqramlar ”ın göstərilən tarixdə Aleppoda heç bir vəzifə tutmayan Mustafa Abdul Xalik adlı birisinin imzası ilə təsdiqləndiyini, “ rəsmi teleqramlar ”da göstərilən tarixlərin müsəlman, Yulian (rus) və Qriqorian (erməni) təqvimləri ilə rəşadətlə dəyişdirilməsi və qarışdırılmasını, Osmanlı hökumətinin teleqramlarındakı “ Bismillah ” (müsəlman salamlaması) ifadəsinin orfoqrafik səhvlərlə yazıldığını aşkar etdikdə maraq heyrətlə əvəzlənir. Teleqramların mətnləri isə eyni zamanda qəzəbli və primitivdir. İki nümunə göstərək: 7 mart 1916-cı il: “ Deportasiya üzrə administrasiyanın müvafiq nəzərəti ilə təmin olunmaq bəhanəsi altında, hərbi nazirin əmri ilə toplanmış və hərbi stansiyalarda saxlanmış tanınmış şəxslərin (ermənilərin) uşaqları şübhə doğurmadan tutulmalı və kütləvi surətdə məhv edilməlidir ”. Kimə inandırmaq olar ki, burada söhbət rəsmi sənəddən gedir? Yaxud başqa bir teleqram. 15 sentyabr 1916-cı il: “ Daha əvvəl xəbər verilib ki, hökumət “ İttifaq və tərəqqi ” komitəsinin əmrinə görə, Türkiyədə yaşayan bütün ermənilərin məhv edilməsi qərarına gəlib ”. (Təbii ki, xəbərdə istinad edilən əvvəlki məlumat heç bir arxivdə mövcud deyil. “ Teleqram ” heyrətamiz tərzdə guya onun mövcudluğunu “ sübut ” edir). Daha sonra qeyd olunur: “ Qadın, uşaq və ya qocalığından, məhvetmə vasitəsinin dəhşətliliyindən asılı olmadan, vicdanın səsinə qulaq asmadan onların mövcudluğuna son qoyulmalıdır ”. Sağlam düşüncəli hansı insan inanar ki, on il ərzində Osmanlı siyasətində öncül mövqe tutan Tələt paşa bütün siyasi səhvlərinə baxmayaraq, bu məzmunda rəsmi teleqramlarda belə qəliz və melodramatik üslubdan istifadə edə bilərdi? Burada biz qərəzli oyunbazlıqla qarşılaşırıq. Təəssüf ki, bu gün də erməni məsələsi ilə əlaqədar müəlliflərin əsərlərində, türk dostlarının azsaylı əsərləri istisna olmaqla, Andonyanın saxta sənədlərinə “ əşyayi dəlil ” kimi istinad olunur və ağızlarından köpük daşlana-daşlana oxucuları inandırırlar ki, bu sənədlərin həqiqiliyinə “ şübhə yoxdur ”. “ Cinayətkar susqunluq ” kitabında müqəddimə müəllifi yazır: “ O vaxt nüfuzlu general olan Mustafa Kamal 1919-cu ilin yanvarında hərbi tribunal qarşısında şahidlik edir: “ Bizim həmvətənlərimiz despotizmin bütün mümkün formalarından istifadə etməklə görünməmiş cinayətlər törədib, deportasiya və qırğınlar təşkil edib, südəmər uşaqların üzərinə benzin tökərək yandırıb, qadın və qızları zorlayıblar və s. ”. Lakin 1919-cu ilin yanvarında “ İttifaq və tərəqqi ” partiyasının rəhbərlərini mühakimə edən hərbi tribunal hələ fəaliyyət göstərmirdi. Həm də qeyd edilən sözləri Dardaneldə qalib gələn və müasir Türkiyənin banisi olan Kamal Atatürk deyil, onun hərbi tribunalın hakimi, həmçinin general olan adaşı səsləndirib. O, “ Azadlıq və həmrəylik ” partiyasından olan dostları tərəfindən “ İttifaq və tərəqqi ” partiyasının rəhbərlərini mühakimə etmək məqsədilə seçilmişdi. Qamelin və Brunun “ Oyanmış hafizə ” əsərinin cildində, ən çox gözə girən yerdə Adolf Hitlerdən belə bir iqtibas verilib ki, öz rasist siyasətində o, ermənilərin məhv edilməsindən ilham alıb. Bu iqtibasın verilməsində məqsəd aydındır: Hitlerin törətdiyi soyqırım hamı tərəfindən mütləq şəkildə qəbul edildiyindən, erməni “ soyqırımı ” da etiraf ediləcək. Və Tələtin siyasəti haqqında ona kimin aşkar heyran qalması əsasında mühakimə yürüdüləcək! Amma bu iqtibas – saxtadır. Hitler bu sözləri heç vaxt söyləməyib və obyektiv erməni mətbuatı da bunu etiraf edir. Bəs öz tezislərini möhkəmləndirmək üçün bu sayaq vasitələrə müraciət edən tarixçilərin davranışlarını necə qiymətləndirməli? Əgər bu cür möhkəmləndirilirsə, deməli, həmin tezislər kifayət qədər zəifdir. Bununla belə, nəhayətsiz təkrarlar, ictimai rəyin hazırlanması öz işini görüb. Volter deyirdi: “ Uydurun, uydurun, onsuz da nəsə qalacaq ”. Erməni “ məsələsi ”ndə də elə bundan istifadə olunur…Jorj de Mallevil Fransız hüquqşünası və tarixçisi, “ 1915-ci il erməni faciəsi ” kitabının müəllifi. Bu əsər ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Elmi Tədqiqatlar Milli Mərkəzinin direktoru Jan-Pol Runun fikrincə, “…metr Mallevilin hərəkəti sərbəst insanın, zövqlər və axınlardan qayğılanmayaraq aşkar və vicdanla danışmaq istəyən insanın hərəkətidir. Və mən hesab edirəm ki, onun qəlbinin və vicdanının inandıqları həqiqətdir ”.
http://nofalsify.com saytının materialı əsasında Gündüz Nəsibov hazırladı. 1905.az
Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu
20.02.2019Zəki İslamın şeirləri
19.02.2019 19.02.2019Fəlsəfə - Aşiq buddistlər
19.02.2019YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında
18.02.2019“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
18.02.2019Məcnun Göyçəlinin şeirləri
16.02.2019Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu
16.02.2019Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur
15.02.2019HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ
14.02.2019Balaca İsmayılın böyük istedadı
13.02.2019Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI
12.02.2019İstedadlar sorağında - Rəşid Bərgüşadlı
12.02.2019Eynulla Sadıqın şeirləri
11.02.2019Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi
11.02.2019 11.02.2019Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi
11.02.2019Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR
09.02.20191988-1989-cu illər deportasiyası
09.02.2019“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər
08.02.2019Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA
08.02.2019Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri
07.02.2019Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…
07.02.2019İstedadlar sorağında - İlahə İmanova
06.02.2019Ardanış haqqında tarixi oçerk
06.02.2019Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR
06.02.2019Əli Məhərrəmovun şeirləri
05.02.2019Göyçə nisgili, Göyçə dərdi
05.02.2019Mübarəksən, cənab Leytenant
03.02.2019İsmixan Didərginin şeirləri
02.02.2019Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ
02.02.2019ISSIQ YAZISI
01.02.2019Şeyx Şamil
01.02.2019Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu." 1-ci hissə
31.01.2019Rəsulzadədən sitatlar
31.01.2019Yusif Bayramov əzəməti
30.01.2019Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır
30.01.2019Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…
29.01.2019USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ
29.01.2019Fəlsəfə - Bertrand Rassell
29.01.2019DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT
28.01.2019İstedadlar sorağında - Qafar Şövqi
28.01.2019Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri
28.01.2019Düşmənin qorxulu röyası
26.01.2019Unudulmaz izlər - Firudin bəy Köçərli
26.01.2019Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi
25.01.2019Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.
25.01.2019Tarixdə baş vermiş qəribə müharibələr
25.01.2019Səyyarə Məmmədlinin şeirləri
24.01.2019Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...
24.01.2019