Göyçə Tv-nin ilk verlişi Ümummilli Lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyindən, düşündük ki, Əliyevlər ailəsinə yaxın insanlardan birinin iştirakı ilə (qonaq qismində) ilk verlişimiz efirə getsin. Goyçə Tv-nin ilk addımlarında bizlərə vəsilə olan Sitarə xanım çox keçmədi ki, tanınmış həkim, ictimai xadim, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvü Zərifə xanım Quliyeva ilə (Zərifə Orxan) əlaqə yaradıb redaksiyamıza dəvət etdi. O da böyük diqqət və qayğı ilə təklifimizi qəbul edib müsafirimiz oldu. Özünəməxsus bir kübarlıqla redaksiyamıza təşrif buyuran Zərifə xanım verlişimizdə iştirak edib Ümummilli Liderlə bağlı unudulmaz xatirələrini, onun Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri, əvəzsiz xidmətlərini bəlağətli çxışlarında uc-uca bağlayıb Göyçə tv-nin izləyiciləri ilə bölüşdü. "Düşüncələr" adlı verilişin çəkilişindın sonra Goyçə Tv kollektivi üçün gətirdiyi tort payı ilə bərabər, kitab payını da bizlərə bağışlamağı unutmadı. Bizimlə gülə-gülə sağollaşan Zərifə xanımın vulkan püskürən dərdinin alovu sən demə o gedəndən sonra məni yandıracaqmış… Neçə gündür ki, Zərifə xanımın bağışladığı kitabları oxumaq istəyirəm. Amma hər dəfə alınmır. Alınmamağının səbəbi o qədər dərindi ki, heç dilimə almaq belə istəmirəm. Çünki desəm içim kimi dilimi də yandıra bilər. Onsuz yandırıb da!. Əlimi ürəyimin üstünə qoyub səhifələri çevirdikcə nakam taleli Orxanımızın (Zərifə xanımın vaxtsız dünyasını dəyişən oğlu) təbəssümü üzündə donmuş fotoları cavabı olmayan suallarla üzümə boylanır. Mən isə içimdəki qəhərin-qəmin acizliyindən suallara cavab tapa bilmirəm. Eləcə Zərifə xanımın “Son ümidim” adlandırdığı qüssə-həsrət dolu kitabından bir ananın çar-naçar fəryadını dinləyirəm. Bir oğulun əbədiyyətə yol almış karvanına baxıram. Dinləyə-dinləyə, baxa-baxa bu fikri bir daha təsdiqləyirəm: Ağrı yazılanda çəkiləndən ağır olurmuş. Dərd də adama istedad verirmiş sən demə. Bu kitabları oxuyub Hacı Orxanın xeyirxah əməllərinə, qəlbindəki əhli-beyt eşqinə, iman işığına bürünüb Zərifə xanıma bir təsəlli yazısı yazmaq istədim. Alınmadı ki, alınmadı. Ancaq dilimin ucunda göyərən bu məsum misraları pıçıldaya-pıçıldaya Zərifə xanımın dərdinin havasına bir yas da mən qurdum:
Döz, ürəyim, bu nisgilə, qəmə döz,
Sinəm ocaq, dəftər alov, qələm köz.
Dilimdəki təsəllisiz neçə söz,
Yandırıb odlara yaxdı sinəmi,
Bir ana fəryadı, bir oğul qəmi!
Gecə ağlar, gözündən yaş yağırdı,
Ay gizləndi, Günəş günü çağırdı.
Dolub ürəyimə - yükü ağırdı
Kədərin, qüssənin mindiyi gəmi,
Bir ana fəryadı, bir oğul qəmi!
Kədər öpüb, sevinc dolu üzündən,
Qəm ələnir söhbətindən, sözündən.
Yanan bir ürəyin, qəlbin közündən,
Gözümü yandırır gözünün nəmi,
Bir ana fəryadı, bir oğul qəmi!
Qarğada-qarğada taleni, baxtı,
Dönüb göz dağına əcəlin taxtı.
Çarəsiz-çarəsiz gəzir nə vaxtı,
O, haylı, haraylı, sevincli dəmi,
Bir ana fəryadı, bir oğul qəmi!
İlahi, nə qədər ağrım, acım var,
Qəmdən imarətim, dərddən tacım var,
Özümün özümə ehtiyacım var,
Ovutmaz könlümü könül həmdəmi,
Bir ana fəryadı, bir oğul qəmi!
Qılman İman
Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025