Pepinov Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayevin qızı ilə evlənmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) görkəmli simalarından biri, siyasi fəaliyyəti ilə yanaşı, mədəniyyət və maarifçilik tariximizdə də dərin iz qoymuş Əhməd bəy Pepinovdur. O, 1893-cü ildə indiki Gürcüstanın Ahıska bölgəsinin Axalkələk şəhərində dünyaya göz açıb. Tiflis gimnaziyasını uğurla başa vurduqdan sonra 1913-cü ildə sənədlərini Moskva Dövlət Universitetinin hüquq fakültəsinə verir və qəbul olunur. Hüquq fakültəsində oxumaqla bərabər, iqtisadiyyat fakültəsində də mühazirələr dinləyir. Tələbəlik illərindən ictimai fəallığı ilə seçilir. “Axalkələkli Əhməd Cövdət” imzası ilə “Açıq söz” qəzetində məqalələrlə çıxış edir. Onun dövrün Azərbaycan ziyalıları ilə sıx əlaqəsi vardı. Hələ Tiflisdə gimnaziyada oxuyarkən Pepinov Mirzə Cəlillə dostluq əlaqəsi qurur, “Molla Nəsrəddin” jurnalının yayılmasında fəal iştirak edir. Ömrünün sonuna qədər Mirzə Cəlilin ailəsi ilə dostluğunu kəsmir. Eyni zamanda, siyasi proseslərdə də fəallıq göstərirdi. 1917-ci ildə çarizmin süqutundan sonra Cənubi Qafqazdan Müəssislər Məclisinə üzv seçilir. 1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman sosialist blokuna daxil olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şurada sosialist fraksiyasının üzvü kimi dövlət quruculuğunda yaxından iştirak edir. Əvvəlcə Azərbaycan Milli Şurasının, daha sonra Xalq Cümhuriyyəti Parlamentinin katibi olur. Parlamentdə bir sıra qanun layihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi “Nəşrlər istehsalı haqqında” qanunun hazırlanmasında, Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edir. Cümhuriyyət dövründə Bakıda təntənəli “Türk gecələri” konsertinin və maraqlı müsabiqələrin təşkilində fəallıq göstərir. Onu da qeyd edək ki, həmin illərdə milli hökumət yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricdə təhsil alması üçün qanun qəbul edir. Parlamentin xaricə göndəriləcək gəncləri müəyyən etmək məqsədilə yaratdığı müsabiqə komissiyasına Əhməd bəy də daxil idi. 1919-cu ilin dekabrında o, Xalq Cümhuriyyətinin beşinci hökumət kabinetində əmək və torpaq naziri postunu tutur. Əhməd bəy Pepinov 1920-ci ilin aprelində Azərbaycanın sovetləşməsindən sonra mədəni-maarif və nəşriyyat işləri sahəsində fəaliyyət göstərir. Buna baxmayaraq, bir millətçi kimi təqiblərlə üzləşir. Tənə və təqiblərdən sovuşmaq məqsədilə 1930-cu ildə Ulyanovsk şəhərinə köçmək məcburiyyətində qalır. Daha sonra Almatı şəhərinə (1934) köçür, Qazaxıstan SSR-də maarif nazirinin müavini vəzifəsinə təyin olunur. Lakin bolşevik hökuməti ondan əl çəkmir. Araşdırmalarda göstərilir ki, o illər repressiyaya məruz qalan digər şəxslərin dindirmələrində Pepinovun da adı hallanır. Tağı Şahbazinin həbsindən sonra istintaqın ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilmir. Müstəntiq onu bir çox adamla üzləşdirsə də, məqsədinə çatmır. Bu üzləşdirmələrdən birində (1937) müstəntiq T.Şahbazini Qubaydullinlə üzləşdirir. Onun ifadəsində göstərilir: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb. Blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə həmçinin Sultan Quliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim...
” Beləcə, amansız repressiya dalğası Pepinovdan da yan keçmir və 1937-ci ildə onu güllələyirlər. Onun ölümündən sonra ailə üzvləri də repressiya məruz qalır. Qeyd edək ki, Pepinov Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayevin qızı ilə evlənmişdi. Qızı, görkəmli aktyor Lütfəli Abdullayevin ömür-gün yoldaşı Sevda xanım Pepinova xatirələrində yazır: “ Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri olmuşdu. Bu səbəbdən biz ”xalq düşməni" ailəsi sayılırdıq. Sözsüz ki, “ xalq düşməni ”nin qızına o vaxt yaxın düşən ola bilməzdi. Amma Lütfəli heç nəyə baxmadı. Onun mərdliyi mənə hər şeydən əziz oldu. Biz 1948-ci ildə evlənmək istədik, amma arzumuz baş tutmadı. Ancaq anam vaxtsız dünyasını dəyişdi. 1955-ci ildə atamın bəraətini aldıq. Nəhayət ki, 1956-cı ildə ailə qura bildik. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O, hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi ki, sənin atanın oğlu yoxdur! Ona görə də, öz soyadını daşısan yaxşı olar...” Uzun illər haqqında danışmaq yasaq olmuş Cümhuriyyətimizin digər görkəmli simaları kimi, Əhməd bəy Pepinovun da adı və əməlləri tarixdə əbədi yaşayacaq.
Savalan Fərəcov - medeniyyet.az
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025