Gəncə yaxınlığında Kürəkçay sahilində düşərgə salmış general Sisianovun düşərgəsinə gələn Səlim xan Qarabağ xanı İbrahimxəlil xandan bir həftə sonra 1805-ci il mayın 21-də Şəki xanlığının Rusiyanın himayəsi altına keçməsi haqqında müqavilə imzaladı. Tarixə Kürəkçay müqaviləsi adı ilə düşmüş bu sazişə əsasən Şəki xanlığı da Qarabağ xanlığı kimi Rusiyadan vassal asılılığına düşürdü.
XIX əsrin əvvəlində Azərbaycanın şimal-qərbində yerləşən dövlət təsisatlarından biri də Şəki xanlığı idi. Şimal-qərbdə Dağıstan və İlisu sultanlığı, şimal- şərqdə Quba xanlığı, şərqdə Şamaxı xanlığı, qərbdə Gürcüstan, cənubda isə Qarabağ xanlığı ilə həmsərhəd olan xanlıqda Rusiya işğalı ərəfəsində 20 min ev vardı (40, s. 646). Qutqaşın və Ərəş sultanları da Şəki xanlığından asılı vəziyyətdə idi. Strateji cəhətdən əlverişli olan Şəki xanlığının ələ keçirilməsinə Rusiya xüsusi əhəmiyyət verirdi. Xanlığın ərazisindən istifadə edərək Rusiya bir tərəfdən dağlı tayfalarının hücumlarının qarşısını ala bilər, digər tərəfdən Car-Balakən üzərində daimi nəzarəti təmin edə bilərdi.Rusiya işğalı ərəfəsində xanlığı Səlim xan idarə edirdi. Təəssüflər olsun ki, Azərbaycanın bir çox feodal hakimləri kimi Səlim xanın da şəxsiyyəti birtərəfli şəkildə təsvir edilmişdir. Əslində Səlim xan öz dövrünün cəsur və ağıllı dövlət başçısı idi. Məhz qətiyyəti və igidliyi sayəsində xanlığı ələ keçirən Səlim xan mövcud vəziyyəti düzgün qiymətləndirərək siyasi və hərbi qüvvələr arasında manevr etməyi bacarırdı. Gəncə yaxınlığında Kürəkçay sahilində düşərgə salmış general Sisianovun düşərgəsinə gələn Səlim xan Qarabağ xanı İbrahimxəlil xandan bir həftə sonra 1805-ci il mayın 21-də Şəki xanlığının Rusiyanın himayəsi altına keçməsi haqqında müqavilə imzaladı. Tarixə Kürəkçay müqaviləsi adı ilə düşmüş bu sazişə əsasən Şəki xanlığı da Qarabağ xanlığı kimi Rusiyadan vassal asılılığına düşürdü. Müqaviləyə görə xan qonşu hakimlərlə heç bir əlaqə saxlamamalı, onlardan aldığı məktubların daha mühüm olanlarını Qafqazdakı rus qoşunlarının baş komandanın həllinə göndərməli, digər məsələlərdə onun xanlıqdakı nümayəndəsi ilə məsləhətləşməli idi. Bundan başqa Səlim xan hər il dövlət xəzinəsinə 7000 çervon xərac verməli, xanlığın ərazisində 500 nəfərlik rus qoşunu yerləşdirməli, qoşunlar üçün bina ayırmalı, odun tədarük etməli idi.Xan sədaqət ələməti olaraq 4 yaşlı oğlunun əvəzinə (kiçik yaşlı olduğu üçün - Z. C.) beş bəyin uşağını əmanət verməli, iki ildən sonra öz oğlunu daimi yaşamaq üçün Tiflisə göndərməli idi (40, s. 646).Əvəzində Rusiya xanlığın irsi idarəçiliyini tanıdığını bildirir, məhkəmə işlərini, cəza vermək və vergi toplamaq hüququnu xanın ixtiyarında saxlayırdı. Xana öz evində daimi saxlamaq üçün üzərində Rusiyanın gerbi olan bayraq və qılınc bağışlanırdı (49, s. 652).Xanlığın ərazisində yerləşdirilən rus qoşunu ərazidə çarizmin müstəmləkəçilik siyasətini həyata keçirirdi.Bu qoşun birləşməsindən istifadə edən Rusiya əsarətə qarşı çevrilən azadlıq mübarizəsini yerindəcə dərhal yatırır, onun iştirakçılarına isə amansızlıqla divan tuturdu. Hələ 1805-ci ilin martında işğaldan əvvəl Sisianov Şəki bəylərinə məktubunda Rusiyaya qarşı çevrilən ən kiçik narazılıqları ciddi cəzalandıracağını bildirməkdən çəkinmirdi (9, s. 605).Kürəkçay müqaviləsini imzalayan və könüllü Rusiyanın himayəsini qəbul edən Səlim xanın səmimiyyətinə Sisianov şübhə ilə yanaşırdı. Belə ki,Sisianov Səlim xanı dağlı tayfaları və İranla yaxınlaşmaqda günahlandırırdı.1806-cı ilin iyununda Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə vəhşisəcinə qətlə yetirildi. İbrahimxəlil xanın arvadı Səlim xanın bacısı idi. Qarabağda baş verən bu faciə Şəkidə də böyük həyəcana səbəb oldu.Yelizavetpol komendatına göndərilən məktubda Səlim xan mayor Lisaneviç, gürcü Milaxvar və Qarabağ məliki Cümşüdün öz aralarında məsləhətləşərək törətdiyi vəhşiliyi pisləyir və bunu xanların sədaqətinə qarşı xəyanət adlandırırdı (74, s. 272)Bu hadisədən qəzəblənmiş Səlim xan Şəkidə yerləşdirilmiş rus qoşunları üzərinə hücum etdi. Başda Parfyanov olmaqla Tiflis alayının iki rotası şəhərdən qovuldu. Şəki xanını cəzalandırmaq üçün göndərilən general-mayor P. F. Nebolsinin başçılığı altında olan qoşunla vuruşmada Səlim xan məğlub edildi, əvvəlcə Kəldək kəndinə, sonra isə Abbas Mirzənin düşərgəsinə qaçdı. Səlim xanın ailəsi xan olmaq hüququndan məhrum edildi. Xanlığın idarəçiliyindən kənarlaşdırılan Səlim xan ömrünün sonuna qədər çarizmə, müstəmləkə osarotinə qarşı qətiyyətlə mübarizə aparmışdı. Onun adı ruslar üçün həmişə təhlükə və qorxu yaradırdı. Rus hərbçiləri bütün yazışmalarında Səlim xanın gah bir, gah da digər ərazilərdə görünməsini çox böyük təlaş və vahimə ilə bir-birinə çatdırırdılar. Sonralar onun oğulları bu mübarizəni davam etdirmiş, itirdikləri mülkiyyət hüquqlarını özlərinə qaytarmağa cəhd göstərmişdilər.1806-cı il dekabrın 10-da İrandan üz döndərib Rusiya tərəfinə keçən Xoy hakimi Cəfərqulu xan Şəki xanı təyin edildi. Dekabrın 31-də Tiflisdə general-feldmarşal qraf İ. V. Qudoviçlə Cəfərqulu xan arasında xanlığın Rusiya tabeçiliyində saxlanması haqqında traktat imzalandı. Bu traktat vaxtilə Kürəkçayda Səlim xanla Sisianov arasında imzalanan müqavilə ilə demək olar eyni idi. Lakin müqavilə yə əsasən Cəfərqulu xan öz üzərinə bir sıra əlavə öhdəliklər də götürürdü. Cəfərqulu xan öz qoşunları ilə birlikdə dağlı tayfalarına qarşı keçirilən hərbi əməliyyatlarda yaxından iştirak etməli idi (25, s. 273).Rus ordusunun general-leytenantı rütbəsinə layiq görülən Cəfərqulu xan ömrünün sonuna qədər imperiyanın sadiq nökəri olmuşdur. Yerli xalqa, onun adət ənənələrinə tamamilə yad olan Cəfərqulu xan Rusiyanın bütün göstərişlərini can-başla yerinə yetirir, xanlığın ərazisində çarizmin müstəmləkəçilik siyasətinə qarşı çevrilmiş üsyanları xüsusi amansızlıqla yatırır, üsyançıları cəzalandırır, onları Sibirə sürgün etdirirdi.Cəfərqulu xan həmçinin dağlı tayfalarının azadlıq mübarizəsini yatırmaqda rus qoşunlarına yaxından köməklik göstərirdi.Məhz onun bu düşmənçilik niyyətindən xəbər tutan Qazıqumuxlu Surxay xan dağlıların yığma qoşunu ilə Sara gəldi. O öz adamlarını Cəfərqulu xanın yanına göndərərək onu Rusiyanın tabeliyindən çıxmağa çağırdı. Cəfərqulu xan bu təklifi rədd etdi. Carlılarla birləşən Surxay xan Şəki xanlığının 4 fərsəxliyində yerləşən Cəlayir kəndinə yaxınlaşdı. Çoxminli qoşunun başında Surxay xan, şəkili Məhəmmədhəsən xan, Şirvanlı Qasım xan, Surxay xanın 4 oğlu - Nux bəy, Xəlib bəy, Zəkəriyyə bəy və Murtuzəli bəy dayanırdı. Rus qoşunları ilə birləşən Cəfərqulu xanın tərəfdarları ilə dağlı qoşunları arasında Göynük kəndi yaxınlığında sıx meşəliklərlə örtülmüş ərazidə qanlı döyüş baş verdi. İki saata qədər davam edən döyüşdə toplardan istifadə edən rus qoşunları birləşmiş qüvvələri məğlub etdi.Surxay xan yaralandı. Cəfərqulu xan isə əsir düşənləri cəzalandırmaq üçün Carın I fərsəxliyində yerləşən Əmbərçay adlı əraziyə qayıtdı (75, s. 284).Cəfərqulu xanın xislətinə yaxşı bələd olan general Tormasov dağlı tayfalarını Rusiyadan asılı vəziyyətə salmaq üçün onun xəyanətkar əməllərindən məharətlə istifadə edirdi.Bu məqsədlə o Cəfərqulu xandan tələb edirdi ki, Rusiyaya tabe olmayana qədər dağlılara Şəki xanlığına məxsus otaqlardan istifadə etməyi və xanlığda ticarəti qadağan etsin (45, s. 604). 1809-cu ildə Qafqazdakı rus qoşunlarına baş komandan təyin edilən general A. P. Tormasova məktub yazan Səlim xan bağışlanmasını xahiş edən zaman Cəfərqulu xan bunu qeyri-mümkün hesab edir, xəyanət edən Şəki xanının bağışlanmaz olduğunu göstərirdi (76, s. 503).Cəfərqulu xan təkcə xanlığı soyub talamaqla, qarət etməklə, azadlıq mübarizəsini amansızlıqla yatırtmaqla kifayətlənmir, Azərbaycanın digər xanları haqqında gizli məlumatları general Tormasova ötürürdü. General A. P. Tormasova göndərdiyi məktubunda o Şirvan xanı Mustafa xan və Qarabağ xanı Mehdiqulu xanın Səlim xanla birləşərək Rusiyaya xəyanət etməkdə və İranla yaxınlaşmaqda günahlandırırdı.(77, s. 512). Cəfərqulu xan Şəkiyə özü ilə 1000 nəfərlik ailə gətirmişdi. Bu ailələrin içərisində xan ailəsinin nökərləri olan və mənbələrdə "Xoy erməniləri" adı ilə qeyd edilən erməni ailələri də var idi.Gələn ailələrin bir hissəsi Şəki xanlığının kənarlarında məskunlaşdırıldı, bir hissəsi isə şəhərdə yerləşdirildi. Xoylular yerli əhalini incidir, qarət edirdi. Cəfərqulu xan bütün məsələləri onların vasitəsilə həll edir, yerli əhaliyə etibar etmirdi.Şəki əhalisi general Yermolova şikayətində yazırdı ki, əgər dənizlər mürəkkəbə meşələr qələmə, insanlar kargüzara çevrilsələr belə xoylularınıza etdiyi zülmü təsvir edib qurtarmaq olmaz.Cəfərqulu xan öz adamları ilə Şəkiyə gələndə, aman allah, xoylular elə görməkdə idi ki, sanki şeytan onlardan əmələ gəlmişdi. Əyin başları cır-cındır içində, ayaq-yalın olan bu adamlar təsvir etdiyimizdən də min dəfə pis vəziyyətdə idi. Tezliklə çörəkdən qarınları doyan xoylular yırtıcı canavar kimi həyatımıza və əmlakımıza hücum etdilər. Xoylular əyalətdən pul yığır, adamları şərləyir, böhtan atır və cərimələyirdilər". (78, s. 729). 1814-cü il avqustun 22-də Cəfərqulu xan qızdırma xəstəliyindən vəfat etdi. Hələ atasının sağlığında Rusiyaya sədaqəti ilə diqqəti cəlb edən İsmayıl paşa varis təyin edilmiş, imperator sarayı tərəfindən almazlarla bəzədilmiş qızıl medal, əlahəzrətin fəxri formanı və üzərində "Şəki xanlığının varisi" yazılmış mavi lentlə təltif edilmişdir (26, s. 506).Cəfərqulu xanın ölümündən sonra xanlığın idarəçiliyini İsmayıl paşaya vermək üçün general-mayor Axverdov Şəkiyə gəlir. Axverdov mahalları idarə edən bəylərin və məliklərin yığıncağında İsmayıl xanı Şəki xanı elan edir və yeni xana Rtişşevin bir sıra göstərişlərini çatdırır. Rtişşev İsmayıl xana Şəkidə yaşayan ermənilərə xüsusi qayğı ilə yanaşmağı tapşırır, onlarla ədalətli rəftar edilməsini, müsəlmanlardan fərqli olaraq vergilərlə çox yüklənməməsini, öz dinlərinə sərbəst şəkildə ibadət edilməsinə şərait yaradılmasını tələb edirdi (41, s. 554).İsmayıl xanın Şəki xanı elan edilməsi xalqın kəskin narazılığı ilə qarşılandı.1814-cü ildə Şəkidə yeni xana qarşı üsyan başladı. Lakin üsyan yatırıldı, onun iştirakçılarına divan tutuldu.Şəkidə sakitlik yaradıldı. Bu isə yalnız zahiri xarakter daşıyırdı. "xalq İsmayıl xanın və onun adamlarının özbaşınalığına artıq dözmək istəmir. Yerli əhali başsızdır, bəylər arasında isə ixtilaf hökm sürür. Xoylular heç bir kəslə açıq əlaqə saxlamır, xanın özü haqqında bədxah fikirlər dolaşmaqdadır. Belə ki, o bir ay bundan əvvəl şeyx Əli xanın yanından gələn adamlarla gizli görüşmüş, dağlıların yanından gələn 70 nəfəri Mustafa xanın yanına göndərmişdi.Sonrakı hadisələr haqqında xəbər tutmaq mümkün deyil, ona görə ki, o, vaxtının yalnız az bir hissəsini divanxanada keçirir, qalan vaxtlarda isə öz otağında olur.O bütün məsələləri gizli şəkildə öz adamları vasitəsilə həll edir, yerli əhalidən heç kimə etibar etmir. Xalq zalım və ədalətsiz hakimiyyəti devirmək üçün bir işarə gözləyir". (59, s. 731).Sənəddən göründüyü kimi Rusiya İsmayıl xana artıq etibar etmir, onun bütün hərəkətlərinə şübhə ilə yanaşırdı. Digər tərəfdən xanlıqda böyük çaxnaşmanın başlanmasını hər an gözləmək olardı. Xan ailəsi, xoylular isə yaranmış vəziyyətin ağırlığını başa düşərək qaçmağa çalışırdılar. Rusiya xanlıqda baş verə biləcək qarışıqlığın qarşısını almaq üçün çıxış yolunu xalqı talan edən avara, müftəxər xoyluları qovmaqda görürdü.Gizli surətdə qaçmağa cəhd göstərən xoyluların isə keçə biləcəkləri bütün yerlərin hərbi rəislərinə onları saxlamaq və həbs etmək əmri verilmişdi (34, s. 733).Belə bir zamanda qaniçən erməni generalı V. Q. Madatov Şəki xanlığında peyda olur. Qafqazda rus silahının köməyi ilə amansız vəhşiliklər, xüsusi qəddarlıq törədən V. Q. Madatovun Şəkiyə gəlməsi təsadüfi deyildi. Məhz onun xanlığın ərazisində görünməsindən bir həftə sonra İsmayıl xanın ölümü bir çox şübhələr yaradır."Knyaz Madatov bu ayın 17-də mənə göndərdiyi raportda bildirdi ki, o Şəki xanlığına getmiş, İsmayıl xanı, Bum mahalında Nic kəndi yaxınlığında Qubaya göndərmək üçün qoşun toplanması işi ilə məşğul olan zaman tapmışdı. Artıq hissə yığılmışdı. Lakin iki gündən sonra İsmayıl xan elə möhkəm xəstələndi ki, onun sağalmasına heç bir ümid qalmadı". (60, s. 738).General V. Q. Madatov İsmayıl xanın öldüyü təqdirdə Şəki komendantı mayor Fon Disterloya təcili olaraq xanın möhrünü götürməyi, vergilər üzərində nəzarəti gücləndirməyi, sakitliyi qoruyub saxlamağı, Şəki əhalisinin ixtişaşlara yol verməməsi üçün bütün tədbirləri görməyi tapşırırdı (20, s. 737).Bu göstərişdən dörd gün sonra 1819-cu iylun 24-də İsmayıl xan vəfat etdi.Xanlıqda dərhal belə fikir yayıldı ki, İsmayıl xan zəhərlənib öldürülmüşdür (46. s, 749).İsmayıl xanın ölümü xanlıqla mövcud olan narazılığın qısa müddətdə geniş xalq üsyanına çevrilməsinə və əhalinin itaət altından çıxmasına səbəb ola bilərdi. Səlim xanın tərəfdarlarının da hakimiyyəti ələ keçirmək cəhdləri istisna edilmirdi. Qorxuya düşən general Velyaminov Şəkiyə yeni hərbi qüvvələr göndərdi. 2 topla birlikdə 9-cu yeger polkunun batalyonu və Zolataryovun 7-ci kazak polku dərhal Şəkiyə ezam edildi. Zolataryovun kazak polkuna ali baş komandanın göstərişlərini alana kimi şəhərdə sakitliyi və qayda qanunu qoruyub saxlamaq əmri verilmişdi. Səlim xan göründüyü zaman isə onun ələ keçirilib dərhal öldürülməsi tapşırılırdı (35, s. 738).İsmayıl xanın ölümündən sonra yeni varis təyin edilmədiyini bəhanə edən Rusiya 1819-cu il iyulun 31-də Şəkidə xanlıq üsul-idarəsini ləğv etdi. Ərazi Şəki əyaləti adlandırıldı. Mayor Fon Disterlo Şəki komendantı təyin edildi. Şəkidə komendant üsul-idarəsi yaradıldı. Komendant üsul idarəsi xalqın vəziyyətini daha da ağırlaşdırdı. 1840-cı ildə isə komendant üsul idarəsi ləğv edildi. Yeni yaradılmış Kaspi vilayətinin tərkibində Şəki qəzası təsis edildi. 1846-cı ildən isə ərazi Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
Mənbə:Z. Ə. CAVADOVAŞİMAL-QƏRBİ AZƏRBAYCAN(tarixi-demoqrafik araşdırma)
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024