Rusiya sovetləşmə müqabilində Zəngəzur, Göyçə, Dərələyəz mahalları Ermənistana necə verildi?

14:04 / 14.11.2018
Baxılıb: 2036

Bu faciəli deportasiya dövründə Ermənistan ərazisində vaxtilə azərbaycanlıların yaşadıqları yüzlərlə kənd xarabalığa çevrilmişdir.

Ermənilər I dünya müharibəsi dövründə fəallaşdılar. Daşnaksütyun partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış “Erməni milli bürosu” müharibə dövründə ermənilərin Rusiya tərəfindən müharibədə aktiv iştirak etməsi üçün geniş kompaniya başlatdı. “Milli büro”nun tərkbinə Tiflis erməni burjuaziyasının rəhbəri yepiskop Mesrop, Daşnak partiyasının aktiv üzvü Al. Xatnsov, 1918-1920-ci illər daşnak hökümətinin başçısı Zavriyev, Samson Arutyunov, Dro və avanturist Adnronik daxil idi. Lalayev yazır: “Milli büro ilk növbədə bütün ermənilərin katolikosu V Gevork vasitəsilə çar Nikolaya müraciət edərək bildirirlər ki, ermənilər “onun sadiq oğullarıdır, çardan xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan “qardaşlarımızın əzabına” son qoysun”.Milli büroda erməni silahlı dəstələrinin (1600 nəfərdən ibarət) yaradılması razılaşdırılmışdır. Lakin Türkiyənin şərq vilayətlərini tezliklə zəbt etmək məqsədilə 10.000 nəfərdən ibarət silahlı dəstələr yaratdı. Sonrakı dövrdə də Cənub-Qərb Demokratik Respublikasının və ADR-in süqutunda da ermənilərin “xüsusi xidmətləri” oldu. CQDR meydana gəlməsi (1918-1919) tarixi zərurətdən doğmuşdu. Çünki bu zaman erməni daşnaklarının Zəngəzurda və Qarabağda hücumları ilə bu respublikanı ADR-dən faktiki olaraq ayırmışdı. ADR buraya hər hansı bir yardım göstərməkdən məhrum idi. Qərbi Azərbaycan torpaqları ilə alveri bu dəfə ingilislər apardılar. Belə ki, ingilislər CQDR torpaqlarını Ermənistan və Gürcüstan arasında böldü. Respublikanın süqutunda bu dəfə gürcülər də fəal rol oynadılar. Gürcü qoşunları Axalsıx və Axalkala yezdində 45 kəndi, 22 məscidi dağıtdılar. Əhalinin mülkünü əlindən alıb, özlərini isə ata-baba yurdlarından qovdular. Sonrakı dövrdə bu işi Stalin başa çatdırdı. Əvəzində Gürcüstan yeni bir “Qarabağ” problemi qazanmış oldu. Çünki əvvəllər CQDR-ə daxil olan bu rayonlardan qovulan azərbaycanlılar və məshəti türklərinin əvəzinə ermənilər tədricən yerləşib say çoxluğu təmin etdilər. Qafqaz xalqlarının əsarət altına düşməsinin birbaşa baisləri olan ermənilərin ADR dövründə Bakıda, Şamaxıda, Gəncədə, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və s. bölgələrdə ağılasığmaz vəhşiliklər törətmişlər. Daşnaklar Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı vəhşiliklər törədir, dinc əhalini talayır və öldürür, bütöv kəndləri məhv edirdilər. Daşnaklar hakimiyyətə gələndə Ermənistanda 1 milyon 200 min erməni yaşadırdı. İki il yarım davam edən kütləvi qırğın siyasəti nəticəsində 1920-ci ilin sonunda əhali 770 min nəfərə enmişdi. Daşnakların dövründə Ermənistan əhalisi 35,5 faiz azalmışdısa, bu müddət ərzində burada yaşayan türklərin sayı 77 faiz, kürdlərin sayı 98 faiz, yezillərin sayı 40 faiz azalmışdır. 1920-ci ill noyabrın 29-da “Ermənistan” sovetləşəndən az sonra – dekabrda Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz və s. mahalları zorla alıb ona vermişdir. Əvvəlki 9 min kv.km üzərinə daha 20 min kv.km əlavə edilmiş, Ermənistanın ərazisi 29 kv.km olmuşdur. Ən ürək ağrıdan fakt odur ki, Bakıda oturmuş daşnak-bolşevik höküməti 1920-ci ilin yayında Ermənistanla ərazi mübahisəsini həll etmək üçün göndərdiyi “Azərbaycan” nümayəndə heyətinin tərkibində bir nəfər də azərbaycanlı olmamışdır. Bu heyətin üzvləri Mikoyan və Laminadze olmuş və onlara rəhbərliyi milliyyətcə erməni olan Dövlətov etmişdir.1929-cu ildə məşhur Nüvədi və daha 11 kənd Ermənistana verilmişdir və bununla da, Azərbaycan torpaqlarının hesabına 29,8 min kv.km olan “Ermənistan” dövləti yaradılmışdır. Bakıda hakimiyyət başında ruslar, yəhudilərlə yanaşı oturmuş Sümbətov, Qriqoryan, Markaryan, Qalstyan, Ohanesyan, markaryanlar Azərbaycan ziyalılarının sözün əsl mənasında kökünü kəsirdilər. 1937-1938-ci illərdə təxminən, 70-80 min Azərbaycan ziyalı nümayəndəsi ucdantutma məhv edildi. Bütün bunlar Azərbaycan millətini başsız qoymaq demək idi. Bu məkirli siyasətin davamı olaraq 1948-1953-cü illər köçürülmə planı yerinə yetirilmişdir. Buna köçürülmə yox, repressiya demək daha düzgün olardı. Hələ 1943-cü ildə üç dövlətin (SSRİ, ABŞ və İngiltərə) Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V. Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçməsinə icazə versinlər. İ. V. Molotov elə oradaca İ. Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q. Harutyunov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail olur. Xaricdə yaşayan erməniləri Ermənistana köçürmək üçün azərbaycanlıların zorla köçürülməsi haqqında ilk qərar “Qolos Armeniya” qəzetinin verdiyi məlumata görə (11noyabr 1990-cı il), M. C. Bağırovun və Q. Y. Harutyunovun 3 dekabr 1947-ci il tarixli məktubu ilə əlaqədar verilmişdir. Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar qəbul etmişdir. Birincisi 29 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kalxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 № li qərar idi. İ. Stalinin imzaladığı həmin qərar azərbaycanlılar üçün gözlənilməz zərbə idi, açıq repressiya idi. Bu qərarda heç bir arqument göstərilmədən nəyin bahasına olursa, olsun, azərbaycanlıların Ermənistandan köçürülməsi tələb olunurdu. SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli qərarında isə birinci qərarın yerinə yetirilməsi üçün tədbirlər planı şərh edilirdi. SSRİ Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli 4083 № li göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipləri əsasında SSRİ-də yaşayan 100 min kalxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü. “Könüllülük” ifadəsi xüsusi məqsədlə qərara salınmışdı, əslində bu qəti repressiya idi. Qərara görə 1948-ci ildə 10 min nəfərin, 1949-c ildə 40 min nəfərin, 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Mərkəzin Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərini tələsdirməsi, onların cəmi bir ay müddətində tədbirlər planı hazırlayın SSRİ Nazirlər Sovetinə məlumat vermələrini təkidlə tələb etməsi heç də səbəbsiz deyildi. Bu tələskənliyin əsl səbəbi qərarın axırıncı 11-ci maddəsində aydın şərh edilmişdir. “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq, onların boşaltdıqları tikililərdən və evlərindən xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilmək üçün istifadə etsinlər.” Bütün bunlar tarixi həqiqətdir. Bəs əslində bu qərar necə yerinə yetirildi? Əldə olan məlumatlara görə 1948-ci ildə Ermənistan SSR-dən Azərbaycan SSR-ə1799 təsərrüfat, 7747 nəfər köçürülmüşdür. Həmin müddətdə 2834 nəfəri birləşdirən 429 ailə müxtəlif təzyiqlərə məruz qaldıqlarına görə pərakəndə halda Azərbaycana gəlməyə məcbur olmuşlar. Beləliklə, 1948-ci ilin payızınadək gələnlərin sayı 10.584 nəfər olmuşdur. 1949-cu ildə qərarda nəzərdə tutulmuş 40.000 nəfər əvəzinə 15276 nəfər, 1948-1950-ci illərdə Ermənistan SSR-dən cəmi 8.018 təsərrüfatda birləşən 33382 nəfər köçürülmüşdü. Bununla yanaşı, həmin illərdə 1000 təsərrüfatdan çox azərbaycanlı ailəsi (7 min nəfər) ictimai əmlaklarını Ermənistanda qoyub özbaşına Azərbaycanın müxtəlif yerlərinə qaçmalı olmuşdular. Bütövlükdə götürülərsə, 1948-1953-cü illərdə Ermənistan SSR-dən 100 min nəfərdən çox adam zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Burada bir məsələni də qeyd edək ki, köçürülmə dövründə nəzərə alınmışdır ki, azərbaycalılar Ermənistanın dağlıq rayonlarında yaşadıqları üçün Azərbaycanda da ona uyğun yerlərdə yerləşdirilsinlər. Və belə də edildi. İlk köçkünlər Şuşa, Qəbələ (Qutqaşen) və Şəki zonalarında yerləşdirilməyə başlandı. Nədənsə birdən-birə qərar dəyişdirildi. Bütün köçürülənləri Azərbaycanın aran rayonlarına daşımağa başladılar. Çünki azərbaycanlıların Şuşaya və Qutqaşenə köçürülmələri Harutyunyanın xoşuna gəlməmişdi. O, Stalinin yanına gedərkən məsələ qaldırdı ki, M. C. Bağırov köçürülən azərbaycanlıları pambıq yığmağa deyil, kurorta aparır. Bununla da bütün planlar dəyişildi. Diktator göstəriş verdi ki, köçürülənlər yalnız pambıq rayonlarında yerləşdirilməlilər. Bu xalq axınının ikinci forması – repressiya yolu ilə köçürülməsi, sürgün edilməsi idi. Beləliklə, qısa müddətdə Ermənistanın dağlıq rayonları Əzizbəyov, Yeğəqnadzor, Sisyan, Vedi, Basarkeçər (Vardenis 1969) rayonlarından yüzlərlə azərbaycanlı kəndinin əhalisi (100 mindən çox ) zorla Azərbaycanın aran rayonlarına gətirilib töküldü. Qərarla köçürülən əhaliyə aşağıdakı “güzəştlər” edilməsi nəzərdə tutulurdu: köçürülən hər bir ailəyə pulsuz olaraq 2 tona yaxın ev əşyası və kənd təsərrüfatı heyvanları (yəni əmlaklarının müəyyən qismini), hər bir ailə başçısına o dövr üçün qiymətdən düşmüş pul ilə 1000 rubl, ailə üzvlərinə 300 rubl yardım göstərilməsi və s. Qeyd edək ki, bu “güzəştlər” SSRİ MİK və XKS-nin 1937-ci il 17 noyabr tarixli müştərək qərarı əsasında repressiya edilənlər üçün nəzərdə tutulmuş qərarların əsasında edilirdi. Məhz elə bu qərarın “könüllülərə” şamil edilməsi bu köçürmənin deportasiya olunmasını bir daha sübut edir. Stalinin ölümündən sonra köçürülmə dayandırılmışdır. Bu zaman əks proses başlanmışdı. Axta, Qarabağlar, Yeğəqnazor, Əzizbəyov və b. Dağ rayonlarından zorla Kür-Araz vadisinə köçürülən əhalinin aqibəti daha kədərli olmuşdur. İqlim şəraitinə uyğunlaşa bilmədikləri üçün adi məişət uyğunluqları olmadığından köçürülənlərin üçdə biri aclıq və xəstəlik nəticəsində həlak olmuşdur. Arxiv sənədlərindən göründüyü kimi köçürülən əhalinin bir qismi tövlələrdə, bəzən isə hətta heyvanlarla bir yerdə yaşamışlar. Onlar üçün ayrılan vəsaitin cəmi 45-47 faizindən istifadə edilib, yaşayış evləri tikilməmişdir. Ermənistandan özbaşına köçənlərin böyük bir dəstəsi DQMV Martuni rayonunun Qişi və Xunuşnak kəndlərində məskunlaşmışlar. Vilayətin erməni rəhbərləri Azərbaycan köçürmə komissiyasının rəhbərləri olan ermənilərin (Brutens, Sevumyan) köməyi ilə onları Martuni rayonundan müxtəlif bəhanələrlə qovmuşlar. 1948-1953-cü illərdə Ermənistandan köçürülən azərbaycanlılardan bir nəfər də olsun Dağlıq Qarabağda məskunlaşmağa qoymamışlar.Köçürülmə dövründə ikinci müsibət Ermənistandan gələn azərbaycanlıların elə 1948-ci ildən başlayaraq yenidən öz doğma yurdlarına qayıtması idi. 1948-50-ci illərdə 376 təsərrüfatın yenidən Ermənistana qayıtması xəbərini Ermənistan Nazirlər Sovetinin sədri S. Karapetyan (29 may 1950-ci il tarixli teleqramında) Ermənistan üçün faciə hesab edirdi. Əslində bu ermənistana qayıtmağa məcbur olmuş didərgin azərbaycanlılar üçün faciə idi. Azərbaycana köçürülmüş ermənistanlı azərbaycanlıların salamat qalanlarının təqribən 40-45 faizi doğma yurdlarına qayıtmışdılar. Bu köçürülmə prosesi xaricdən gələn erməniləri yerləşdirməklə əlaqələndirilsə də, əsas məqsəd azərbaycanlıları Ermənistandan təmizləmək idi. Bu faciəli deportasiya dövründə Ermənistan ərazisində vaxtilə azərbaycanlıların yaşadıqları yüzlərlə kənd xarabalığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərildiyi kimi 476-dan çox kənd istifadəsiz qalmışdır. Ermənistandan azərbaycanlıların zorla köçürülməsində əsas məqsəd xaricdən gələn ermənilərin onların məskənlərində yerləşdirilməsi idi. Bu daşnakların əzəli arzusu olan təkmillətli Ermənistan respublika yaratmaq siyasətinin nəticəsi olmuşdur. Azərbaycanlıların öz ata-baba yurdlarından qovulmasının növbəti mərhələsi 50-ci illərin sonlarından başladı. Bu dövrdən 1988-ci ilə qədər olan deportasiyanı sıxışdırma da adlandırmaq olar. Bu illərdə əhalinin köçməsi pərakəndə olmuşdur. Respublikada azərbaycanlılarla bağlı olan ali məktəblər, texnikumlar, mətbuat orqanları kütləvi surətdə bağlandı. Yerevan Pedaqoji İnstitutunun 4 Azərbaycan dilli fakültəsi bağlanıb, cəmi 25 nəfərlik bir qrup təşkil edildi, 1925-ci ildən fəaliyyət göstərən Azərbaycan dilli Yerevan Pedaqoji Texnikumu ləğv edilib Az.SSR Xanlar rayonuna köçürüldü. Bu kimi tədbirlər nəticəsində hər il Ermənistanda Azərbaycan məktəblərini bitirən orta hesabla 5000 nəfər abituriyent təhsilini davam etdirmək üçün respublikadan kənarda SSRİ-nin digər respublikalarına, xüsusən Azərbaycana gedirdi. Onlar təhsilini başa çatdırdıqdan sonra (99 faizi) Ermənistan respublikasına qayıtmır, təhsil aldıqları şəhərdə qalıb işləyir, ailə qurub yaşayırdılar. Bu Ermənistandakı azərbaycanlıların kəmiyyət və keyfiyyətcə inkişafına mənfi təsir göstərmişdir. Ermənistan kəndlərindən 1988-ci ildə qovulan ailələrin sayının 2,5-3 misli qədər, 1950-1988-ci ilərdə həmin gənclərin hesabına yaranmış, yeni ailələr Azərbaycanın bu və ya digər bölgələrində və keçmiş SSRİ respublikalarının müxtəlif şəhərlərində məskunlaşmışlar.1960-cı ilərdən başlayaraq Ermənistanda rəhbər vəzifələrdə olan azərbaycanlıların hamısını (Amasiya rayonu istisna olmaqla) ermənilərlə əvəz etdilər. Basarkeçər, Krasnoselo, Qarabağlar, Zəngibasar, Vedi rayonlarında (əhalinin 75-90 faizi azərbaycanlılar olmaqla) rayon partiya komitələrinin birinci katibləri vəzifələrindən uzaqlaşdırıldılar. Azərbaycanlıların qarışıq yaşadıqları 10 rayonda isə rayon partiya komitələrinin II və III katibləri azərbaycanlı olduqları üçün işdən çıxarıldılar.Azərbaycan xalqının qəddar düşməni, cəllad Andronikin anadan olmasının 100 illiyi üçün A. Mikoyanın köməyi ilə Moskvadan razılıq alındı. Bu, 1965-ci ildə uydurma “Erməni genosidinin 50 illiyi” ilə bir dövrə təyin olunmuşdur. Həmin il aprelin 23-də Yerevan şəhərində 400 minlik nümayiş keçirildi. Bu nümayişdəki sərsəm çıxışlar və əllərdə tutulmuş “Dağlıq Qarabağ bizimdir”, “Naxçıvan Ermənistanın torpağıdır”, “Ermənilər 1915-ci ilin qisasını almaq vaxtıdır, birləşək” kimi plakatlar daşnaksütyunun fürsət gözlədiyini göstərirdi. Uzun illərdən bəri fəaliyyət göstərən “Daşnaksütyun” elə həmin dövrlərdən erməni kommunistlərinin, hökümət, partiya nümayəndələrinin himayəçiliyi ilə açıq fəaliyyətə keçdi. Məhz elə bu vaxt bədnam “Qarabağ komitəsi” və b. milliyyətçi, şovinist təmayüllü leqal və qeyri-leqal təşkilatlar, dərnəklər yarandı. Onların apardıqları təbliğat nəticəsində azərbaycanlılarla ermənilər arasında ziddiyyətlər daha da kəskinləşdi. 1970-1980-cı illərdə artıq SSRİ imperiyasının getdikcə zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm ütopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış iznibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Ölkədə tüğyan edən rüşvətxorluq, təsərrüfatsızlıq şişirtmə rəqəmlərlə özünü və cəmiyyəti aldatma bu xəstə imperiyanın dağılmasına gətirib çıxardı. Lakin bu prosesin tezliklə baş verəcəyinə 80-ci illərdə xalqın inamı yox idi. M. Qorbaçov Sov. İKP MK-nın I katibi vəzifəsində, sonra onun siyasi və iqtisadi sahədə elan etdiyi aşkarlıq, demokratiya, pluralizm və sərbəst iqtisadiyyat vəd edən yenidənqurma siyasəti tezliklə göstərdi ki, artıq ölkədə siyasi böhran yetişmişdi. Ölkədə siyasi böhranın yetişməsini duyan ermənilər Moskvadakı və xaricdəki erməni havadarlarından istifadə etdilər……1987-ci ildə oktyabrda Yerevan şəhərindəki Puşkin adına parkda “Qarabağ komitəsi”nin ilk nümayişi keçirildi. Bu komitənin liderləri İqor Muradyan və sonralar Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyan erməniləri “Qarabağı yenidən Ermənistana” birləşdirmək üçün aktiv mübarizəyə çağırdılar.Saxtakar erməni təbliğatçıları Azərbaycan haqqında Avropa və Amerikada iftiralar, hədyanlar, yazmaqla dünya ictimaiyyətinin nəzərində azərbaycanlıları “vəhşi”, “sivilizasiyadan geri qalmış xalq” kimi qələmə verirlər. Bununla ermənilər gələcək üçün planlaşdırdıqları separatçılıq əməllərinə haqq qazandırırdılar.Ermənilərin ərazi iddiaları planının həyata keçirilməsinin ilk mərhələsində “türklərsiz Ermənistan” yaratmaq planı dururdu. Ermənilər qaşrıya qoyduqları bu planlarını həyata keçirdikləri deportasiya mərhələsində son dərəcə amansız vəhşiliklər törətmiş, 217 nəfər azərbaycanlını müxtəlif formalarda qətlə yetirmişlər. 1988-ci ilin yanvar ayının 25-də qədim Azərbaycan torpağı olan Zəngəzur qəzasının Qafan və Mehri rayonlarından zorla qovulmuş yüzlərlə qaçqın Azərbaycan pənah gətirdi. Ziddiyyətlərin kəskinləşdiri ilk dövrlərdə “türklərsiz Ermənistan” yaratmaq işinin ləng getdiyinin görən ermənilər bu işi bir qədər sürətləndirmək üçün Sumqayıt təxribatını təşkil etdilər. Bu faciə zamanı 26 erməni və 6 nəfər azərbaycanlı həlak oldu. Bunun ardınca Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlılar görünməmiş vəhşiliklə öz ata-baba yurdlarından qovuldular. Beləliklə, tarixən Qərbi Azərbaycan olan (indiki Ermənistan) ərazidən azərbaycanlıların deportasiyası 1905 – 1907-ci illərdən başlanmış (ermənilər tərəfindən), 1918-1920, 1948-1953-cü illərdə davam etdirilmiş və XX əsrin 80-ci illərinin axırlarında tam başa çatdırılmışdır.

Akademik Vəli Əliyevin “3 əsr əvvəl başlayan soyqırımı”

(azvision.az) məqaləsi əsasında hazırlanıb


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər