Kəsəmənə gedən yol...

11:11 / 05.11.2018
Baxılıb: 2910

Bizim Qərbi Azərbaycan, Göyçə Mahalı, Kəsəmən adlı qədim yurd yerimiz, doğma ocağımız var. Unutmayaq o yerləri. O yerlərdə əzizlərimizin qəbirləri qalıb. O yerlərdə sınıq qəlbimizin xatirələri qalıb acısı, şirini, göynərtisi, əlçatmazlığı ilə...

Yollar var - yaxın, uzaq, acılı, şirinli, xoşbəxtliyə doğru gedən, kədərə yoldaş olan yollar. Amma nədənsə bütün yolların sonu yaxşı görünür mənə. Bəlkə ondandır ki, mən yolu və yol getməyi sevirəm. Və bu yollar elə hey çağırır məni...Bu yollardan biri də Göyçə mahalının Kəsəmənindən keçir - Almaz Ülvinin kəndindən. O dağ kəndi Kəsəmənin saf suyundan içən, təmiz havasından udan, səmimi, zəhmətkeş insanlarının əhatəsində boya-başa çatan Almaz Ülvi özüylə gətirib o dağların qürurunu.

Müəllifin "Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr" adlı kitabında oxuculara müraciətini ürək ağrısı ilə oxuyuram: "Əziz oxucum, əziz kəsəmənlilər! Vərəqləmək istədiyiniz bu kitab dağılmış -viran qalmış kəndimizdən - onun yerləşdiyi ərazidən, tarixindən, etnoqrafik detallarından, adət-ənənələrindən, havasından, suyundan, ziyalılarının portretlərindən, səhiyyəsindən, ictimai-siyasi vəziyyətindən, dini görüşlərindən və s. bəhs edir". Almaz xanımın əsas məqsədi bəllidir: gələcək nəsillərə Vətənə sevgi, torpağa məhəbbət hisslərini aşılamaq və soy köklərini tanıtmaq.Kəsəmən Almaz Ülvinin Tanrısını dərk etdiyi, sevdiyi, səcdəgahı, ibadət yeri, boya-başa çatdığı, təhsil aldığı bir məkan. O, sanki bu məkanın unudulmasından qorxur. İmkanı olsaydı, var səsi ilə hayqırardı: Bizim Qərbi Azərbaycan, Göyçə Mahalı, Kəsəmən adlı qədim yurd yerimiz, doğma ocağımız var. Unutmayaq o yerləri. O yerlərdə əzizlərimizin qəbirləri qalıb. O yerlərdə sınıq qəlbimizin xatirələri qalıb acısı, şirini, göynərtisi, əlçatmazlığı ilə...Kitabda Kəsəmən kəndində yaşayan tayfalar, onların nəsil şəcərələri haqqında, dilimiz, dinimiz, adət-ənənələrimiz barədə geniş məlumatlar verilib. Məlum tarixi hadisələr önə çəkilib: 1937-ci il deportasiyası, Böyük Vətən müharibəsi. Son 22 ildə erməni qəsbkarlarının yurdumuza qarşı törətdikləri vəhşiliklər Kəsəmən kəndindən də öz qurbanlarını aldı. Aldı, əvəzində isə ona didərginlik, köçkünlük, qaçqınlıq həyatını yaşatdı. Elə bu dərdləriylə böyük Kəsəmən ailəsi "Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr" kitabında uzun illərdən sonra yenidən doğma ocaq başına yığışa bildilər. Almaz xanımın sevə-sevə qələmə aldığı həmvətənləri arasında ziyalılarla bərabər iftixarla adlarını çəkdiyi Qarabağ döyüşçüləri, zəhmətkeş, sadə kənd adamları da var. Bununla da həmkarımı Kəsəmən kəndinin böyük bir tablosunu yaratmış oldu. O kəndi tanımayanlara, görməyənlərə belə sevdirə bildi özünün yurd sevgisiylə.Almaz Ülvi özü demişkən, o kəndi bir daha görüb ciyərdolusu havasını içinə çəkə bilməyəcək deyə, söz karvanına yoldaş oldu. Özləri kimi didərgin ruhlarının, şüşə kimi çiliklənmiş qəlblərinin xatirələrini bir araya yığıb elə sözüylə qaladı viranə yurdunun sönmüş ocağını. Qəlbinin oduyla, nəfəsiylə isitdi bu ocağı, dərdlərindən hasar çəkdi ki, sönməsin odu. Yığdı başına Kəsəmənin ziyalısını, sadə kəndlisini, uşağını, böyüyünü. Bölüşdü yurddaşlarıyla illərlə içini göynədən möhnətini, acı nisgilini, həsrətli xatirələrini. O doğma ocaq başında qəlbinin hərarətindən pay verdi hər kəsə, sözüylə körpü saldı yollara. Uzaq-uzaq yolları yaxın edib Göyçənin göyçək kəndi Kəsəmənə ayaq açdı xəyalən.Bax, onda gedəcəyəm Göyçə elinə,Qanlı tarixini yazacağam bir-bir.Yəqin, çatacağam o xoşbəxt günə,Hələ səbir edirəm, mən hələ səbir...Almaz xanım öz qadın incəliyi, şirin ləhcəsi, ürəyə yol tapan sözüylə mənim də söz dostumdur. İndi mənim üçün də doğma bir kənd var - Göyçə mahalının Kəsəmən kəndi. Məni o kəndə aparacaq yolu gözləyirəm...

Aida ŞÜKÜRLÜ, "Xalq qəzeti"


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər