Atilla- Allahın bəlası

12:46 / 19.12.2018
Baxılıb: 2152

Dünyanın ən məşhur sərkərdələri sırasında böyük bir türkün öz yeri var. Bu, «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə, Napoleonun kumiri, türk oğlu Atilladır. O, Avropa xalqlarının xatirində əfsanəvi sərkərdə və ədalətli hökmdar kimi əbədi olaraq qalıb. Xüsusən german xalqları onu öz şifahi ədəbiyyatlarında həm qəhrəman, həm də ədalətli bir hökmdar kimi anırlar. 

Hakimiyyətə gəlməsi

Avropada hunları Atilladan əvvəl də yaxşı tanıyırdılar. 374-cü ildə hunların xanı seçilən Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. 409-cu ildə Balamirin oğlu Ulduz xan Bizans üzərinə hücum etdi. Hunların təzyiqinə dözməyən Bizans imperatoru elçi göndərib barışıq təklif etdi. 

Hun ordusu

Qədim xristian tarixçisi Ammian Marsellin hunları belə təsvir edir: «Onlar öz arabalarında cəlayi-vətən adamlar kimi köç edirlər. Bu arabalar onların evidir. Orada arvadları oturur. Onlar paltar tikir və uşaqları saxlayırlar… Hunlar özlərinin yöndəmsiz, amma dözümlü atlarına elə bil bitiblər. Atdan düşmədən öz işlərini görürlər: alırlar, satırlar, ictimai yığıncaqlarda da atdan düşmürlər. Onlar cəlddirlər, atları isə çox sürətlidir. Döyüş vaxtı paz şəklində düzülüb hayqıraraq düşmənin üzərinə atılırlar. Ammian Marsellin yazır ki, hunlar kəmənddən silah kimi çox məharətlə istifadə ediblər. Qılıncları düz, hər iki tərəfi kəsici olub. Uzunluğu bir metrdən artıq olurmuş. Asimmetrik kamandan istifadə ediblər. Bu kamanların üst hissəsi alt hissədən uzun imiş. Bu cür quruluş kamanı daha elastik və at belində çaparkən atmaq üçün daha ələyatımlı edərdi.

Ordunun etnik tərkibi

Atillanın ordusunun özəyini İtil çayı (Volqa), Aral və Qara dəniz sahillərində, Qafqazda yaşayan türklər təşkil edirdi. Bunlar oğuz, altı oğuz, şara və bir sıra sair tayfalar idi. Qoşunda fin-uqor tayfaları — çeremis, erzə, mokşa, çudlar, estlar; qerman tayfaları — qotlar, venedlər də vardı. Bundan başqa fars və slavyanlardan da hun ordusunun tərkibində vuruşanlar az deyildi. 

Atillanın hakimiyyəti

434-ci ildə taxta çıxanda Atillanın qırx yaşı vardı. Deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. İti və nüfuzedici baxışları qarşısında tab gətirmək hər adamın işi deyilmiş. Güclü natiqlik qabiliyyətinə malik olub. Atillanın nitqi ürəklərdə həyat eşgi alovlandırar, ordunun döyüş məharətini artırarmış. O, xüsusən riyakarlara və fırıldaqçılara qarşı çox amansız olub. Bununla yanaşı, öz silahdaşlarına, döyüşçülərinə, xalqına himayədarlıq və kömək edərdi. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib. 

İstanbula doğru

Atillanın xaqanlığı dövründə də Bizans hunlarla hesablaşır və onlara xərac verirdi. Amma hunların getdikcə güclənməsi onları çox narahat edirdi. Ona görə sülh şərtlərini tez-tez pozur, xəracı gecikdirirdilər. Bu, Atillanın qoşun hazırlayıb onların üzərinə hücum etməsinə səbəb oldu. 447-ci ildə Atilla Balkan səfərinə çıxdı. Yol boyu bütün şəhərləri zəbt edən böyük sərkərdə, nəhayət, gəlib İstanbula çatır. Bizans imperatoru tələsik onun yanına elçilər göndərərək xahiş edir ki, şəhərə girməsin: sülh şərtlərini qəbul edir və söz verir ki, onlara ciddi şəkildə əməl edəcək. Cəza olaraq yeni şərtlər əlavə olunur. Onlar bir qədər də ağır idi. Anatolios müqaviləsi adlanan bu sazişdə aşağıdakı şərtlər olub: 
1. Bizans hərbi təzminat olaraq 6000 librə qızıl ödəyəcək. 
2. Bizans Dunayın cənubunda, Dunaya beş günlük məsafədə qoşun saxlamayacaq. 
3. İki ölkə arasında ortaq bazar artıq türk şəhəri olmuş Nişdə yerləşəcək.
4. Bizans ödədiyi vergini üç qat artıracaq. Yəni 2100 librə (150 000 solidum) qızıl ödəyəcək. 
5. Bizans əvvəlki sazişdəki şərtlərə, yəni qaçaqları himayə etməmək, hun hakimiyyətindəki tayfalarla görüşməmək şərtlərinə tam olaraq əməl edəcək.

Sui-qəsd cəhdi

Sülh şərtləri qəbul edilsə də, Bizans üçün bunlar çox ağır idi. Amma başqa yolları da yox idi. Bizans Atilla ordusunun hərbi gücü qarşısında duruş gətirə bilməzdi. Ona görə sui-qəsd hazırlanmasına qərar verdilər. 448-ci ildə İstanbuldan ölkəsinə dönən hun elçilik heyətinə Bizans heyəti də qatılmışdı. Hun heyətinin başında Edikun dururdu. Bizans heyətindən olan Priskosun qeydlərindən görünür ki, buraya Maksiminos, Priskos və Biqila daxil imiş. Sui-qəsdi Biqila həyata keçirməli imiş. Bunun üçün ona bir sandıq qızıl verilibmiş. Deyilənə görə, onun bu niyyətindən heyətdəki digər şəxslərin xəbəri olmayıb. Edikun ondan duyuq düşüb, amma Atillanın Macarıstandakı iqamətgahına gələnə kimi heç nə sezdirməyib. Bura çatanda isə Atillanı olaydan xəbərdar edib. Atilla Biqilanı sorğu-suala çəkib məsələni öyrənəndən sonra Teodosiosa bu məzmunda bir məktub göndərib: «Teodosios da Atilla kimi bir atanın oğludur. Atilla atası Munçuqdan aldığı əsilliyi qoruyub. Amma Teodosios Atillaya xərac verən bir kölə vəziyyətinə düşüb. Teodosios əsilliyini qoruya bilmədiyi kimi, köləlik heysiyyatını da qoruya bilməyib. Çünki əsl əfəndisi Atillanın canına qıymaq istəyib». 

Katalaun döyüşü

Atilla bu xəyanətin müqabilində Romanı cəzalandırmalı idi. Amma bəhanəsi yox idi. O, iki ilə yaxın hazırlaşmalı oldu. Hazırlıq bitər-bitməz bəhanə də tapıldı. Bir neçə il əvvəl Roma imperatoru 2-ci Valentinianusun bacısı Honoriya ərə getmək niyyəti ilə Atillaya bir nişan üzüyü göndərmişdi. Bu qız Avqusta adı daşıyırdı, yəni imperator hüququna sahib idi. O, Atillaya ərə getsə, Romada bir nömrəli söz sahibi olacaqdı. Atilla bu nişan üzüyünü xatırladı və nota göndərərək Honoriyanı arvad olaraq qəbul etdiyini bildirdi. Bundan əlavə, cehiz olaraq imperiyanın ona düşən yarısını istədi. Rədd cavabı verdilər. Bu, müharibə üçün yetərincə tutarlı səbəb idi. 
Bu zaman Atillanın ordusunda 100 min türk və yüz minə yaxın digər tayfalardan döyüşçü olub. Roma imperatoru tələsik bütün xristian dünyasından qoşun yığmağa başlayıb. «Məsihin və Romanın yolunda ölməyə hazır olan» 200 mindən artıq döyüşçü toplanılıb. Nəhayət, Katalaun düzənliyində iki nəhəng ordu üz-üzə dayanıb. Atillaya qarşı Roma imperatoru Aesius çıxıb. Güclü və cəsarətli sərkərdə iki dəfə hunların içində olmuşdu. Bir dəfə əsir kimi, bir dəfə isə sürgündə. Türk və qerman dillərində sərbəst danışan Aesius legionçuların rəğbətini qazanmışdı. Atilla və Aesius uşaqlıq dostu olsa da, Katalaun düzənliyində düşmən kimi üz-üzə gəldilər. Burda iki nəhəng ordu ölüb-dirim uğrunda mübarizəyə başladı. Tarixdə o vaxta kimi bu qədər döyüşçü bir yerə toplaşmamışdı. Dəhşətli qırğın iki gün davam edib. Roma ordusunun təzyiqinə hunların müttəfiqləri yox, türklər özləri müqavimət göstərə bilib. Döyüşün ikinci günü Roma legionçuları geri çəkilib.
Atilla qısa hazırlıqdan sonra ordunun gücünü bərpa edərək 452-ci ildə Romaya yönəldi. İmperiya təşviş içində idi. Atilla Romanın qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyəti göndərildi. Atilla bu heyəti öz qərargahında qəbul etdi. «Səni salamlayıram, Allahın bəlası!» deyərək Papa Atilladan Romanı bağışlamasını xahiş edirdi. Onun bütün şərtləri qəbul edilirdi, təki qoşun şəhərə girməsin. Atilla İstanbula girmədiyi kimi, Romaya da girmədi. Orada dünya arxitektursının nadir inciləri, qədim dövrlərə aid saysız-hesabsız qiymətli əlyazmalar, kitablar vardı. Bunların məhvi dünya mədəniyyətinə böyük zərbə olardı. İsgəndəriyyə kitabxanasının yandırılmasına səbəb Makedoniyalı İsgəndər və Sezardan fərqli olaraq, Atilla tarixi irsin gələcək nəsillər üçün qalmasını istəyirdı.
Nəhayət, Roma papası 1-ci Lev Atillanın onun qarşısında əyilib başına tac qoydu və onu Avropanın imperatoru elan elədi… Bunu Napoleon da düşünürdü və o da Atilla kimi papanı hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu. 

Atillanın ölümü

Atilla bütün qərbi öz əlinə alandan sonra indi də şərqə – İrana hücum eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat etdi. Bunun sui-qəsd olduğu düşünülür. Amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü. Atillanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Atillanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər. 

Atillanı heç kəs məğlub etməyib

Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox idi. 453-də – Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü. Onların içində anası avropalı olan çoxlu oğlan vardı. Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi.

Mənbə: kayzen.az


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər