Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyi Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 23 dekabr tarixində QAQB-nin təşkilatçılığı ilə Xırdalan şəhər Mədəniyyət Mərkəzində, " Tarixi yurdlarımızı anım günü " adlı tədbir keçirildi. Tədbir saat 11-də bir qrup QAQB üzvlərinin və qonaqların iştirakı ilə Fəxri Xiyabanda ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin və tanınmış avtomoloq Zərifə xanım Əliyevanın, eyni zamanda azadlıq və müstəqilliyimiz uğurunda aparılan mübarizənin ilk lideri olmuş, mərhum eks prezident Əbülfəz Elçibəyin məzar komplekslərinin ziyarət olunaraq, güllər və əklillər qoyularaq ruhlarına dualar verilməsi ilə başladı. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin də məzarları ziyarət olunandan sonra, tədbir keçirilən məkan gəlinmiş və tədbir Mədəniyyət Mərkəzində rəsmi və bədii iki hissədən olmaqla keçirilmişdir. Uğurlu və möhtəşəm alınan tədbiri vətənpərvər, yurd sevdalı şair Eldar İsmayıl Böyüktürk açaraq tədbir iştirakçılarını və tədbirə qatılmış qonaqları salamladıqdan sonra dövlət himni səsləndirildi.
Eyni zamanda müvəqqəti olaraq silahlı erməni quldur dəstələrinin, erməni millətçilərinin, daşnaklarının işğalı altına düşmüş qəbirləri, tarixi yurdlarımızda qalmış əzizlərimizin və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ermənistandan yerli azərbaycanlı əhalinin deportasiyalarına və soyqırım aktlarına həsr olunmuş video rolik nümayiş olundu. Video rolikin nümayişindən sonra söz QAQB sədri Rizvan Talıbova verildi. Rizvan Talıbov qonşu dövlətlərdən Cənubi Qafqaza köçürülmüş, gəlmə erməni millətçilərinin son iki yüz il ərzində İrəvan xanlığı ərazilərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazilərində yaşamış yerli azərbaycanlıların məruz qaldıqları soyqırım və deportasiya aktları haqqında müfəssəl məlumat verərək, ictimai birlik və cəmiyyət olaraq hüquqları kobud şəkildə pozulmuş, zülmə və işgəncələrə məruz qalmış Ermənistan qaçqınlarının hüquqlarının bərpa olunması, Ermənilərin qəsb etdikləri mal-mülklərinə, mənəvi ziyanlarına görə kompensasiya ödənilməsinə nail olunması, müvəqqəti olaraq tərk etmək məcburiyyətində qaldıqları tarixi yurdlarına sahib çıxmaq, tarixi yurdları unutmamaq və zamanı gəlincə,Yurdlara Qayıdış üçün nə işlər görmək lazım olduğu barədə tədbir iştirakçılarına geniş, məlumat verdi. Tarixi yurdlarımıza, Ermənistana qayıdışın yalnız Göyçə, Zəngəzur, Loru-Pəmbək mahallarını əhatə edəcək sərhədlər daxilində Dağlıq Qarabağ ermənilərinə veriləcək statusa bərabər statusda, Qərbi Azərbaycan Muxtar Respublikası yaradılandan sonra mümkün ola biləcəyini xüsusi qeyd etdi. Digər çıxışçılar QAQB sədrinin Regional şöbələr və Regional təmsilçilərlə iş üzrə müavini, Meğri rayonunun Nüvədi kənd sakini, 1-ci qrup Qarabağ müharibəsi veteranı Hacı Qəhrəman Qəhrəmanov çıxışında, ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşilikləri, tarixi faktlarla göstərərək, bu vəhşiliklərə qarşı susqun qalmamağa, haqq səsimizi ölkə və dünya ictimaiyyətinə çatdırmağa və haqqımızı tələb etməyimizin vaxtının çatdığını bildirməyə çağırış etdi! Göyçə mahalından olan ağsaqqal Abbas Mazanov Qərbi Azərbaycanlıları bir olub azərbaycan xalqı ilə birgə Azərbaycan dövlətinin dəstəyi ilə yurdlarımız uğurunda haqqlarımız yolunda aktiv mübarizə aparmağa səslədi. QAQB sədrinin müavini beş ildir ki, Qarabağda qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qardaşı olan Sahib Musayev çıxışında obyektiv erməni araşdırmaçılarının yazılarına istinad edərək, Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunan tarixə qədər, indiki Ermənistan ərazilərində çox az sayda, erməni əhalisinin yaşadıqlarına diqqət çəkərək, həmin tarixdən başlayaraq ermənilərin rusların dəstəyi ilə tarixi torpaqlarımızda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə və soyqırım aktları həyata keçirdiklərini bildirdi. Tədbirə qatılmış Türkiyəli qonaq Osmanlı Diriliş Hərəkatının başqanı Turabi Ergün bəy, Türk və Azərbaycan xalqının qardaş olduğunu və erməni işğalçılarına qarşı da birgə mübarizə aparmağın önəmini qeyd edərək, daim bu mübarizədə dəstək verməyə hazır olduqlarını bildirdi. Digər çıxışçılar QAQB İdarə Heyyətinin üzvü, Dərələyəz mahalından olan Vüqar Abbasov və Dərələyəz vətənpərvərliyin təbliği ictimai birliyinin sədri Kamil Dərələyəzli; əslən İrəvan şəhərindən olan, yazıçı-ssenarist, Qərbi Azərbaycana həsr olunmuş bir çox filmlərin rejissoru Oktay Mirbabayev, şairələr Zöhrə xanım Xəlili və Dürrə Şirin, bu günlərdə ilin tələbəsi seçilmiş, QAQB sədrinin Beynəlxalq təmsilçilər və Beynəlxalq təşkilatlarla iş üzrə müavini Sabir Rüstəmov; Qarabağ qazisi Arif Məhərrəmov və digərləri yurdlarımıza sahib çıxmaq və hüquqlarımızın bərpa olunması uğurunda aktiv mübarizə aparmağa çağırışlar etdilər!!!Tədbirin rəsmi hissəsinin sonunda 23 dekabr tarixinin Qərbi Azərbaycandan, indiki Ermənistandan zorakılıqla qovulmuş,deportasiya və soyqırıma məruz qalmış soydaşlarımızın "Soyqırımı və Tarixi Yurdlarımızın Anım günü" olaraq rəsmiləşdirilməsi və hər il dövlət səviyyəsində qeyd olunması xahişi ilə, Azərbaycan Respublikası prezidenti,İlham Əliyev cənablarına,Milli Məclisin spikeri cənab Oktay Əsədova, o cümlədən Beynəlxalq təşkilatlara,Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, ölkə və dünya ictimaiyyətinə ünvanlanmış müraciət oxunaraq qəbul olundu. Tədbirin bədii hissəsində QAQB Ali Məclisinin üzvü, ssenarist və rejissor Vaqif Həbibbəylinin ssenarisi və quruluşunda xalq artisti Şükufə xanımın rəhbərlik etdiyi dram kollektivi ilə birgə hazırladığı səhnəcik ilə, 30 ildir yurdlarımıza olan həsrətimizi təsirli,hüzünlü bir dildə tamaşaçılara çatdırıldı! Tədbirin bədii hissəsi QAQB Ali Məclisinin sədr müavini, sevilən incəsənət xadimi, Zöhrə xanım Xəlilinin rəhbərliyi və aparıcılığı ilə, sevilən aşıqlarımız Rəfiqə Göyçəli, Əli Kəlbəcərli, Familə Göyçəli, əməkdar mədəniyyət işçisi Təbriz Gədəbəyli, aşıq Pəhləvan, Qafan elindən Aydın Rəvanın və digərlərinin, yurd həsrətli şeirlərin və mahnıların ifa edilməsi ilə başa çatdı.
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024