Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri

15:35 / 28.01.2019
Baxılıb: 2156

Vətən xailərinin, satqınların və öz düşmənlərinin aradan qaldırılması üzrə əməliyyatlarda xüsusi xidmət orqanları çox zəngin təcrübə toplayıb. Zaman-zaman, hətta sovet rejiminin sərt dönəmində də hərbi kəşfiyyatçılar arasında agenturanı ələ verərək və sirləri də özləri ilə apararaq, Qərbə qaçanlar olub. Məhkəmə ilə mühakimə etməyə əli və gücü çatmayan bu xəyanətkarların cəzası nə olur? Ara-sıra mətbuatda xaricə satılan xəyanətkarların guya bədbəxt hadisə nəticəsində həlak olması xəbərləri eşidilir. Bu sərt qisas qanunlarını xüsusi kəşfiyyat orqanlarında qanuniləşdirməyə tələsməsələr də, hər halda bu cür cəza növündən əl çəkmək də istəmirlər. Bəziləri düşünür ki, bu, xəyanətkarlar üçün daha böyük cəzadır: qorxu içərisində yaşayasan ki, qisas hər an səni yaxalaya bilər... 

Məxfi orqanların bir neçə qeyri-adi cəza üsulları ilə qisasını təqdim edirik:

Müəmmalı qəza

2008-ci ildə Los-Anceles - San-Fransisko federal yolunun ideal dərəcədə hamar və maneəsiz hissəsində avtomobil qəzası baş verir. Qəza baş verən yerdən bir neçə kilometr məsafədə belə magistral yol çox təhlükəsiz olub. Ona görə də qəza nəticəsində tamamilə əzilən avtomobil Amerika yol polisini çaşdırmaya bilməzdi. Bəlkə də onlar əzilmiş avtomobilin dağıntıları altından kimin cəsədinı çıxartdıqlarını bilsəydilər, bu qədər təəccüblənməzdilər... Qəzanın səbəbinin araşdırması bir il sonra başa çatır - avtomobildə süni zədələnmə baş verib və bu da idarəetmənin itirilməsi ilə nəticələnib...

Dosye: Nalçik sakini, 1947-cu il təvəllüdlü, milliyyətcə rus olan SOV.İKP üzvü Viktor İvanoviç Belenko. Baş leytenant, 513-ci Hava Hücumundan Müdafiə aviasiyasının komandirinin müavini, 1976-ci il sentyabrın 6-də "Miq-25" qırıcı təyyarə ilə Yaponiyaya qaçaraq, Amerikadan siyasi sığınacaq istəyib. "ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi çox böyük töhfə"sinə görə 1980-ci ildə Amerika vətəndaşlığını alıb. Sovet qırıcı-təyyarəçi Viktor Belenkonun adı 1976-ci ildə bütün dünyaya səs saldı. Viktor o zaman üçün yeeni texnologiya olan “Miq-25”lə Yaponiyaya qaçmağa müvəffəq olub. Moskvada xəyanətə əvvəlcə inanmır. Amma sonra ABŞ prezidenti təyyarəçini ölkə vətəndaşlığı ilə şəxsən təltif edəndə, onu bütün dünyada axtarmağa başladılar. Lakin Belenko həmin vaxt artıq başqa ad və soyad daşıyırdı, yeni ailə qurub, başqa bir işlə məşğul olurdu.

Müdhiş qaçış

Sentyabrın 6-da səhər “Miq-25”in kabinəsinə oturarkən, Viktor üç dəfə aviatexnikdən təyyarənin bakının 100 faiz dolu olduğunu soruşur. Məsələ burasındadır ki, onun uçuş proqramı üçün bakın yalnız 80 faiz dolu olması kifayət edərdi. Belenko üçün hazırlanmış təyyarədə texniki nasazlıq aşkarlandığından, ona növbətçi hissənin yanacaq bakı həmişə dolu olan ehtiyat təyyarəsi verilmişdi, beləliklə, təsadüfdənmi, yoxsa əvvəlcədən planlaşdırmış plan üzrəmi qaçış üçün ideal vəziyyət yaranır. Təyyarənin Primorski diyarının Sokolovka aeroportundan havaya qalxmasından bir neçə saat sonra, Yaponiya radiosu xəbər verir ki, sovet təyyarəçisi Belenko “Miq-25” qırıcısı ilə Hokkaydo aeroportunda eniş edib. Ardınca isə sensasiyalı məlumat verib: Belenko ABŞ-dan siyasi sığınacaq istəyib. O, sentyabrın 9-də ABŞ-a aparılıb. Təyyarə isə sökülərək, yapon və amerikalı mütəxəssislər tərəfindən ətraflı öyrənildikdən sonra 1976-ci il noyabrın 15-da SSRİ-yə qaytarılıb. Bundan sonra həmin sökülmüş təyyarə hərbi məktəbin birində dərs vəsaiti kimi istifadə olunub. Təyyarəyə baxış keçirən yapon və amerikalı mütəxəssislər ona yüksək qiymət veriblər. Bu təyyarənin yeganə qüsuru aşağı keyfiyyətli sovet mühərriki olub. Bu mühərriki maksimal sürətlə hətta bir dəfə uçuşdan sonra tam dəyişdirmək lazım gəlirdi. Bu haqa amerikalı həmkarlarına İsrail kəşfiyyatı məlumat vermişdi. Qaçırılan təyyarənin Yaponiyada müayinəsi bunu təsdiq etdi: füzelyaj elementlərinin qaynağı çox aşağı səviyyədə idi. Belenko həm də amerikalılara bildirib ki, hər uçuşdan sonra mühərriki dəyişməsinlər deyə, pilotlara "Мiq- 25"də yalnız aşağı sürətlə təlim uçuşları keçirmək əmri verilirdi.

Baş vermiş xoşagəlməz insidentdən sonra DTK ətraflı araşdırmaya başladı. Onun şəxsiyyətinin hərtərəfli öyrənilməsi məqsədi ilə 116 nəfər qohum və əsgər dindirilib. Sağlamlıq vəziyyəti və ailədə münasibətləri, mənəvi-siyasi keyfiyyətləri haqda məlumatlar toplanır. Lakin bu günə kimi onun hər hansı bir xəyanətkar niyyətləri haqqında məlumat aşkar edilmir. Aviasiya sistemində ciddi təmizləmə işləri aparılır. Hətta bir balaca şübhəli görünən insanlar aviasiya xidmətindən kənarlaşdırılır. Təyyarənin göyə qalxdığı Çuquyevkidən bütün pilotlar digər qarnizona keçirilir və bir neçə yüksək rütbəli hərbiçilər şəxsən Brejnevin əmri ilə cəzalandırılır. Təbliğat maşının işlədiyi bir zamanda rəsmi bəyanatlarda qaçışın nəticələrinə obyektiv qiymət verilməyib, çünki sifarişli xarakter daşıyıb. Xüsusilə, mənəvi-siyasi cəhətdən dəyən ziyandan başqa, Belenko SSRİ-yə təxminən 2 mlrd. rubl məbləğində maddi ziyan vurmuşdu. Çünki bütün ölkədə tanınma sisteminin cihazlarının təcili dəyişdirilməsi lazım gəlmişdi.

Amerika həyatı

ABŞ-a köçəndən sonra Belenko, müxtəlif auditoriyalarda dəfələrlə öz qaçmasının səbəbləri barədə ətraflı danışıb. Onun sözlərinə görə, hətta o pilot olmasaydı belə, SSRİ-ni tərk etmək üçün mütləq başqa bir yol tapacaqdı. Əlbəttə ki, ona xəyanət barədə sual verdilər. O cavab verib ki, məxfilik və yalan, dünyada gərginliyin artırılmasına xidmət edir. Qərbə “Мiq-25”i göstərərək, o, sovet rəhbərlərinin paranoyasını azaltdı. Belenko əmin olduğunu bildirib ki, SSRİ və ABŞ arasında birbaşa hərbi münaqişə heç vaxt baş verməyəcək, amma sarsılmaz Sovetlər Birliyi mütləq dağılacaq. Ona görə də o, özünü satqın saymır. Belenko Mərkəzi kəşfiyyat idarəsinin təşkil etdiyi bir neçə əməliyyatda iştirak edib. Onun 1983-cü ilin sentyabrında Uzaq Şərqdə koreyalı sərnişin təyyarəsinin vurulması zamanı sovet təyyarəçilərinin yer ilə maqnitofon yazılarını öyrənən qrupun tərkibində fəaliyyət göstərməsi məlumdur. 

Xəyanəti heç vaxt unutmayan və bağışlamayan KQB-nin qisası

SSRİ Ali məhkəməsi hərbi kollegiyasının əmri ilə 1947-ci il təvəllüdlü Viktor İvanoviç Belenko vətənə xəyanətə görə qiyabi olaraq, ən ağır cəzaya - qüllələnməyə məhkum edilib. Belenkonun cinayət işinə, açıldığı və qiyabi olaraq hökm çıxarıldığı vaxtdan 25 il keçdiyinə görə 2001-ci ilin noyabrında xitam verilib. Hər halda, Belenko cəzasız qalmayıb. Onun xəyanətinin cəzası əsrin dörddə birindən çoxunu ona doğma olanlardan xəbərsiz yaşamaq olub və üstəlik, KQB-nin tələsini qorxa-qorxa mütəmadi gözləyib. Qorxduğu KQB-nin qisası isə onu bu yaxın illərdə, 2008-ci ildə haqlayır...

Keçmiş pilotu yapon jurnalisti axtarıb tapır. Təxminən 20 saatlıq müsahibəsində Belenko təsadüfən ağzından qaçırır ki, o iki il əvvəl biznes işləri ilə bağlı Moskvada olub. Bir müddət sonra isə faciəvi yol qəzası baş verib. Burada o fakt da xüsusilə maraqlıdır ki, Belenko ölən zaman artıq heç kim üçün təhlükə doğurmurdu. Nə texnikası xeyli inkişaf etmiş Rusiya ordusu, nə də keçmiş pilotdan lazımlı məlumatları artıq çoxdan öyrənmiş amerikalılar üçün o çoxdan gərəksiz adama çevrilmişdi. Görünür, kəşfiyyatın varisi olan Dövlət Təhlühəsizlik Komitəsi xəyanəti uzun illər keçməsinə baxmayaraq, unutmayıbmış.

Belə bir hadisə yaxın illərdə Türkiyəyə "Su-29" təyyarəsini qaçıran pilotla da baş vermişdi. Belə deyirlər ki, hər iki pilotun həlak olmasının yeganə səbəbi yalnız KQB-nin qisası ola bilərdi.

Siyasi qətllərdə xüsusi orqanların rolu

Bir çoxları hesab edir ki, müəyyən xüsusi dövlət orqanları təkcə satqınları məhv etməklə məşğul olmur. Bir çox hallar mövcuddur ki, bu hadisələri məhkəmə olmadan cəza adlandırmaq olar. Buna bir neçə misal göstərmək olar. Məşhur adamın qəfil ölüm faktı, bir çox ehtimallar və gümanları meydana gətirir. Belə ki, sovet Belarusunun rəhbəri Pyotr Маşerovun qızı Natalya əmindir ki, onun atasının həlakı ilə nəticələnən, 1980-ci ildə baş verən avtoqəzanı SSRİ DTK-sı təşkil edib. Sui-qəsdin səbəbini isə belə izah edir ki, atası yaxın günlərdə Moskvaya çağırılmalı idi. Onun artıq qərarlar qəbul etmək iqtidarında olmayan xəstə baş katib Brejnevin yerini tuta bilmə ehtimalı vardı.

90-cı illərin ortalarında da müəmmalı ölüm halları baş vermişdi. Yəqin xatırlayan olar, Rusiyada qısa müddət ərzində cinayətkar aləmin 10 "general"ı peşəkarcasına hazırlanmış killerin güllələrindən həlak olub. O zamanlar yarımmifik "Ağ ox" təşkilatı haqda söz-söhbət də gedirdi.

Bu təşkilatın Rusiya prezidenti Yeltsinin şəxsi müdafiəçisi Aleksandr Коrjakova tabe olduğu deyilirdi. Sonralar bu cür fəaliyyətlərə tələbat yenə olub. Milli antikorrupsiya komitəsinin sədri Kirill Kabanovun iddiasına görə, bir qrup "xüsisi killer" bu yaxınlarda bir əməliyyat həyata keçirib. Bu dəfə məhv edilənlər güc oliqarxlarının rəqibləri olub. Kabanov həmin "ölüm eskadronu"nun üzərinə Aleksandr Litvinenko və Anna Politkovskayanın qətlini də qoyur. Guya ki, Federal Təhlükəsizlik Xidmətinin fərarisi və liberal jurnalist kimi müxtəlif fiqur olan bu iki insanın öldürülməsi Putinlə Qərbin münasibətlərinin korlanmasına hesablanmışdı.

"Müəyyən dairələrdə" deyirlər ki, xüsusi xidmət orqanları xüsusi metodlardan həmişə istifadə edirlər. Ona görə bu günün özündə də formal hüquqi prosedurlar dünyanın heç bir yerində cəza orqanlarına lazım deyil. Onlara hətta vicdandan da daha çox qorxu hissi lazımdır. Elə bu məqsədlə də 60-cı illərdə satqın polkovnik Penkovskinin güllələnmiş meyitinin yandırılması lentə çəkilmişdi. Bu dəhşətli, etik cəhətdən yolverilməz olan səhnə sonralar ibrət məqsədi ilə gənc casuslara uzun müddət gostərilib...

KQB-nin ən çox rast gəlinən ölüm əməliyyatının arasında qəfil infarktın xüsusi yeri var.

Bunun üçün təkcə bir həb kifayətdir ki, hədəfdə olan şəxsə təqdim edilsin. Həb qəbul ediləndən 30 dəqiqə sonra infarktdan ölüm faktı baş verir. Əgər bu həbi qəbul etməkdən imtina edilirsə, o zaman həmin şəxsi daha acı sonluqlu ölüm gözləyir. Ona görə də KQB bəzən öz yetişdirdiyi ən peşəkar zabitləri belə məhz səssiz-səmirsiz infarkt diaqnozu ilə zərərsizləşdirməyə üstünlük verir...

Enter.News
 


Etiket:
Xəbərlər

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023
Bütün xəbərlər