Sona qədər döyüşən 4 qardaş: Onları niyə tanımamışıq? - Foto

12:00 / 02.03.2019
Baxılıb: 3384

Bu materialı oxuduqdan sonra sizdə qeyri-ixtiyari bir sual yaranacaq: bu barədə niyə hələ də bilmirdik? Nəyə görə bu cür ürəkağrıdan, ibrətamiz tarixi filmə çəkmirlər? Niyə sosial şəbəkələrdə sadə Azərbaycan kəndindən olan 3 qardaş kimi öz vətəninin igid oğulları deyil, şou-biznesin parlaq nümayəndələri daha çox müzakirə olunur...

Axar.az Qarabağ müharibəsində birdən-birə 3 igid oğlunu itirən ailənin hər birimizi düşündürəcək real həyat hekayəsini təqdim edir:

Başlanğıc…

Müharibənin ilk günlərindən Aslanovlar ailəsindən 4 nəfər hərbi xidməyə yollanır. Ailə başçısı Kazım Aslanovun xeyir-duası ilə 4 oğlu – Vidadi, Xəqani, Hasil və Sabiq Aslanovlar müharibəyə gedir. Qardaşlardan ikisi Ağdam, ikisi isə Xocalıda döyüşür.

Qardaşlar göstərdikləri igidlik və möhkəmliyə görə komandir təyin olunur, onların çiyinlərinə ən çətin tapşırıqlar qoyulur.

Basqın və Xocalı qətliamı...

26 fevral 1992-ci il... Bu tarix Aslanovlar ailəsinin taleyində dönüm nöqtəsinə çevrilir.

Qardaşlardan biri – Xəqani Aslanov Xocalının dinc əhalisinə yardım edir. O, fərqli yollarla 160 nəfəri mühasirədən Ağdama aparmağa nail olur. Bütün yaralıları öz evinə aparır, yoldaşı və anasına təhvil verir.

Növbəti dəfə mühasirədə qalan digər insanları xilas etmək üçün Xocalıya qayıtmaq istədikdə isə düşmən onu görür. Atışma baş verir. Cəsur Xaqani düşmən gülləsinə tuş gəlir.

Həmkarları onun haqqında belə deyirdilər: “O, qorxunun nə olduğunu bilməyən əsl qəhrəman idi”.

Xəqaninin ölümü səngərlərdə döyüşən qardaşlarını daha da irəli getməyə məcbur edir.

“Bu qara xəbərlərdən sonra qardaşlar demək olar ki, yatmır. Onlar könüllü olaraq ön xəttə getmək istəyirlər”, - Hasil və Vidadi Aslanovların komandiri xatırlayır.

Bir il keçir. 23 iyun 1993-cü il.

Azərbaycanın Ağdam rayonu istiqamətində döyüşlər gedir. İki qardaş Hasil və Vidadi, Vidadinin 17 yaşlı oğlu, həmçinin bir neçə əsgər bu istiqamətdə artıq Azərbaycan ordusunun olmamasına baxmayaraq, Ağdam rayonunun Şelli kəndinin müdafiəsində qalırlar.

Şiddətli atışmadan sonra döyüş hesabatı: ölülər arasında iki qardaşın - Hasil və Vidadinin də adı var.

Vidadinin oğlu - Ceyhun Aslanov atasının cəsədini çiynində daşıyır. Baş verənlər gəncin psixologiyasına ciddi zərər vurur.

Cəbhə xəttində döyüşən 4 qardaşdan biri, ən kiçiyi – Sabiq Aslanov qalır. Ailəsində baş verən bu ölümlərdən sonra o, könüllü şəkildə həmin vaxt ən kəskin döyüşlərin getdiyi Ağdama yollanır.

Bir neçə gündən sonra o da erməni gülləsinə tuş gəlir... Sabiq ağır yaralı halda yaxınlıqdakı hospitala çatdırılır. Xoşbəxtlikdən həkimlər cəsur və igid döyüşçünün həyatını xilas etməyə müvəffəq olurlar.

Müdafiə Nazirliyi bu hadisədən xəbər tutduqdan sonra “Əsgər Rayanı xilas etmək” filmində olduğu kimi dördüncü qardaşı axtarır. Onu hospitalda tapa bilirlər.

Bu Vətən üçün 4 igid və sədaqətli oğul yetişdirmiş Azərbaycan ailələrindən birinin hekayəsidir. Ancaq bu cür hekayələr olduqca çoxdur: erməni işğalçıları ilə gedən döyüşlərdə ər və oğulları öldürülən qadınlar, erməni əsirliyində inanılmaz işgəncələrə məruz qalmış azərbaycanlılar, erməni təcavüzü nəticəsində doğma və yaxınlarını itirənlər barədə...

Biz onları xatırlayırıq, onların xatirəsini yad edirik, onlarla fəxr edirik!

Material Xəqani Aslanovun oğlu Cəsarət Aslanovun danışıqları əsasında hazırlanıb.

Fotolar Aslanovlar ailəsinin arxivindən götürülüb.


Etiket:
Xəbərlər

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025
Bütün xəbərlər