Belə bir oğulu necə bağrına basıb, alnından öpməyəsən, mümkün deyil. Bəli, bu biçimdə övladlar yetişdirən xalqın qarşısında baş əyməmək günahdır, onların varlığına sevinməmək insanlıqdan olmaz…
28 yaşın içindədir, amma 28 il iş təcrübəsi olan bəzi həkimlərdən çox iş görüb, çox adama şəfa verib, necə deyərlər, bu insan, sanki anadan cərrah olmaq üçün doğulub. Haqqında söhbət açdığım Firudin Azəri mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir. 1991-ci ildə Bakıda dünyaya gəlib. 2003-cü ildə 7-ci sinfi 7 nömrəli məktəbdə bitirdikdən sonra, Kanadaya köçüb. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurub. Həmin il ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakultəsinə qəbul olunub. Orada tam təqaüdlə oxuyb və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bununla kifayətlənməyib, 2013-2017-ci illərdə Virciniya Universitetinin tibb fakultəsində MD həkimlik dərəcəsinə yiyələnib. Bu elm ocağında təhsil aldığı dövrdə apardığı tədqiqatlara, qazandığı ballara görə universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyə üzrə isə birinci olub.
2017-ci ildən Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyə fakultəsində ilk azərbaycanlı kimi rezidentura keçir. O, bu fakultədə elmi araşdırmalar və cərrahi əməliyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olub. Desəm inanmayacaqsız, indiyədək 500-dən çox cərrahi əməliyyat aparıb. Əsasən də sahəsi ağ ciyər və mədə xərçəngidir. Söylədiyinə görə, ilk əməliyyatı hələ 20 yaşı olanda kor bağırsaq üzərində edib. Yeri gəlmişkən, ABŞ qanunlarına görə rezident həkimin nəzarəti altında cərrahi əməliyyat apara bilər.
Qısa müddətdə bir neçə mükafata layiq də görülüb- “Cərrahiyə üzrə R.Skott Cons mükafatı” və “Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat”…
…Virciniya Universitetində təhsil alanda təsadüfən bir tələbə orada çalışan həmyerlimiz, cərrah Rauf Şahbazova xəbər aparır ki, bəs universitetdə bir azərbaycanlı tələbə var. Görüşüb tanış olurlar. Sonradan, bu tanışlıq dostluğa çevrilir. Birlikdə “Azərbaycan Amerika Tibb Asossasiyası”nı təsis ediblər. Təşkilat bir sıra layihələr həyata keçirib. Hətta Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə yardımçı olub…
Deyir ki,- “Burada şanslar çoxdur. Özünə güvənənlər, savadına arxalananlar üçün hər cür şərait var. Mən çox istərdim ki, həkim olmaq istəyən gənclərimiz çəkinmədən ABŞ-a üz tutsunlar. Çətinliklərdən qorxmasınlar”…
18 il karatenin şotakan, enşin növü ilə məşğul olub. Caz musiqisini dinləməkdən yorulmur, internet üzərindən Azərbaycan radiolarına qulaq asır…
Anası Şəhla Azəri Bakıda yaşayır. SOKAR-ın neft bölməsində mühəndis işləyir. Onun bu səviyyəyə yetişməsində anasının rolunu xüsusi qeyd edib söyləyir ki, bütün varlığımla anama borcluyam. Mən evimizdən çıxanda 11 yaşım var idi. O, mənə inanıb, ehtimad göstərməsəydi çətin ki, bu gün burada olardım…
Söhbətimi bu yerdə bitirmək istəyirdim, amma bu gənc oğlanın həm də necə qeyrətli oğul olduğuna dəlalət edən bir hadisəni də nəzərinizə çatdırmağı lazım bildim. 17 ildir xaricdə yaşamasına baxmayaraq, milli kimliyini itirməyib. Uşaqlıqdan amerikalılar arasında yaşayıb böyüsə də ana dilində səlist danışır. On il bundan əvvəl Nyu Yorkda iştirak etdiyi məclislərin birində altı yaşından ABŞ-da böyüyən Jalə adında bir azərbaycanlı qızla tanış olub. Bu tanışlıq sevgiyə rəvac verib. Bəli, Firudin il yarımdır ki, Jalə Seyidzadə ilə nişanlıdır. İyulda adət-ənənəmizə uyğun toy etməyə hazırlaşırlar.
Uzaq Amerikada bir-birini sevən bu iki gənc azərbaycanlıya, gəlin Allahdan xoşbəxtlik diləyək…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
[email protected]
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025