Eldar İsmayıl Böyüktürkün şeirləri 

12:04 / 10.03.2019
Baxılıb: 2316

Nə yaşadım, Eldar kimi yaşadım!

Keşməkeşli bir ömürə qoşuldum,
Qəmi sovub, sevincimə tuş oldum.
Yaydan ötüb, payız oldum, qış oldum,
Qışımı da bahar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!


Ürək verdim ürəyimin oduna,
Əyilmədim vəzifələr adına.
Vələs olub çevrilmədim oduna,
Palıd kimi, çinar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!


El təsivin şərəf-şana vermədim,
Namus qədər uca zirvə görmədim.
Cilddən cildə, dondan-dona girmədim,
Başı qarlı dağlar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!


Dedilər ki, talayanlar qazandı,
Qazan dibi yalayanlar qazandı.
Quyruğunu bulayanlar qazandı,
Əyilməyən vüqar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!


Qədərsizi sən nə danla, nə dannan,
Uzaq gəzdim saxtakardan, nadannan.
Badalaqla uduzandan, udannan,
Yaltaq dostdan kənar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!


Yad daşını sinəm ilə götürdüm,
Öz dərdimi öz içmə ötürdüm.
Vətən adlı cənnətimi itirdim,
İllər boyu ağlar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!


Haylı-küylü, ucuz şöhrət gəzmədim,
Harın gördüm, ədasına dözmədim.
Yad bağından yad çiçəyi üzmədim,
Bəhrə verən bağlar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!


Hər yerişim addım-addım soruldu,
Gülüşümə dar ağacı quruldu.
"Türk" deyəndə şah damarım vuruldu,
Yenilmədim, sağlar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!


Haqsızlığı öz kürəmdə əritdim,
Gah "Dilqəm"də, gah "Kərəm"də əritdim.
Hər misramı saz kürəmdə əritdim,
Çaya döndüm, çağlar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!


Az olmadı, səs verənim səsimə,
Düz demədim öz səhfimə, tərsimə.
Qul olmadım tamahıma, nəfsimə,
Yol göstərən zəvvar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!


Keşməkeşli bir ömürə qoşuldum,
Qəmi sovub, sevincimə tuş oldum.
Yaydan ötüb, payız oldum, qış oldum,
Qışımı da bahar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!

 

MƏN BURDA QƏRİBƏM, YURD ORDA QƏRİB


Sən burda qəribsən, yurd orda qərib.
Hüseyn Arif.


Baş əydim bu dürlü Hikmət önündə,
Sən mənə verdiyin qiymət önündə,
Qalmışam, ay ustad, töhmət önündə
Mən burda qəribəm, yurd orda qərib...


Ömrün göylərində buludam, çənəm,
Elə alışmışam, inanma sönəm.
Məni xoşbəxt sayan kimsəm, kimsənəm,
Mən burda qəribəm, yurd orda qərib...


Ay mənə zülm edən, zalım insanlar,
Dönüb bir-birinə qənim olanlar.
Ay məni anlayıb, məni qananlar,
Mən burda qəribəm, yurd orda qərib...


Yurdun başı üstə dinsiz qoymuşam,
Döşündə min cığır, min iz qoymuşam.
Göyçəgölü kimi dəniz qoymuşam,
Mən burda qəribəm, yurd orda qərib...


Bir vətən harayı, ünü beynimdə,
Həsrətdən biçilən kəfən əynimdə.
Qələmim əlimdə, heybəm çiynimdə
Mən burda qəribəm, yurd orda qərib...


Gətirdi başıma əngəli dövran,
Məni zarınc etdi gülməli dövran.
Eşitsin zamana, bu dəli dövran,
Mən burda qəribəm, yurd orda qərib...


Ay Tovuz dağları, Gəncə dağları,
Sinəmdə düşmənin neçə dağları...
Yadıma düşübdü Göyçə dağları,
Mən burda qəribəm, yurd orda qərib...


Səs verin səsimə, ay əsən yellər,
Buludlu göylərin gözündə sellər.
Hanı Ələsgərli, Alılı ellər,
Mən burda qəribəm, yurd orda qərib...


Taleyi mənimtək dolaşıq durna,
Sən, ey Kərəm durna, ay aşıq durna...
Mən səndən yazığam, ay yazıq durna...
Mən burda qəribəm, yurd orda qərib...


Ruhlar bir də gəlib yoxlasın məni,
Çəkib yüz yerimdən oxlasın məni,
Anama çatdırın ağlasın məni
Mən burda qəribəm, yurd orda qərib...


Hər yuva Eldara yurd olmaz, Allah,
Qürbətdə şadlanan mərd olmaz, Allah,
Mənim dərdim kimi dərd olmaz, Allah,
Mən burda qəribəm, yurd orda qərib...

 

HANI


Ellər dağa gedir, yaylağa çıxır,
Bəs mənim gülşənli yaylağım hanı?
Bir zaman döşündə at süzdürdüyüm,
Dərəli-təpəli oylağım hanı?


Göynərəm qəlbimi həsrət deşəndə,
Mərd gülməz qardaşı oda düşəndə.
Ürəyim qan olur yada düşəndə,
Aşıqlı, mağarlı o çağım hanı?


Ulu oğuzlardan yadigar qalan,
Dar gündə qolunu boynuma salan...
Tüstüsü gözümün məlhəmi olan
Dədə-baba yurdum, ocağım hanı?


Görəsən nə imiş taledən payım,
Tapdandı qismətim, hər haqqı sayım.
Hanı "Tərsə çayım", "Əyricə" çayım,
Havam, suyum hanı, bulağım hanı?


Eldar, həsrət qaldım şah ocağına,
Anamın yanmayan son çırağına.
El gəlib çıxardı Göyçə dağına,
Hanı Göyçə adlı torpağım, hanı?

Ay durna

Mən də qərib, sən də qərib,
Bu dərdimi qan, ay durna.
Göyçəmizdən keçər olsan
Şahdağına qon, ay durna.


Ağca güllər yerindisə,
Göycə göllər yerindəsə,
Bizim ellər yerindəsə
Məni orda an, ay durna.


Qoy dönüm sənin başına,
Gəl yuyum gözüm yaşına.
Dön bir səməndər quşuna,
Sən də məntək yan, ay durna.


Qəbristanı gəz ahəsətə,
Ruhlar qərib, ruhlar xəstə.
Qon anamın qəbri üstə,
Ağla, sızla, can, ay durna.


Eldar çaşqın, həyat zəhər,
Dünya yalan, ömür qəhər.
Ağbulaqdan versən xəbər
Heç də olmaz qan, ay durna!

 

ALLAH AMANATI


Hicran günü əsib getdim,
Haqsızlıqdan bezib getdim.
Bulud, səndən küsüb getdim,
Yellər, Allah amanatı!


Belə uçuş, pərən olmaz,
Bu karvanı sürən olmaz,
Sizi mənsiz dərən olmaz,
Güllər, Allah amanatı!


Dalğaları incik düşən,
Qırçınları itkin düşən,
Sonaları perik düşən,
Göllər, Allah amanatı!


Dərdi qovdum dərd ölüncə,
Düşdüm qürbətdə bir küncə.
Bəlkə gəldim, mən gəlincə,
Çöllər, Allah amanatı!


Od qılıncın sıyırdılar,
Məni sürgün buyurdular.
Ayrılmazdım, ayırdılar,
Yollar, Allah amanatı.


Min illərlə mənli olan,
Dağda-daşda cığır salan...
Soyadımla yaşa dolan,
İllər, Allah amanatı!


Tüstüm gedib, külüm qalıb,
Məndən ötrü zülüm qalıb,
Qəbir-qəbir elim qalıb,
Ellər, Allah amanatı!


Etiket:
Xəbərlər

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Elmi Araşdırmalar İctimai Birliyi

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020
Bütün xəbərlər